Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-705/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2019-cu i l tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Mahmudov İlham Ağa oğlu, hakimlər: Xankişiyev Mirzə Aslan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx.xx.1972-ci ildə Ucar rayonunda anadan olmuş, Türkmənistan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Türkmənistan Respublikasında məhkum olunmuş, Ünvan1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 19 iyul 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cin ayətlər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum CM-nin 29, 120.2.2, 29, 120.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 1999-cu ildən qeyri-rəsmi ər-arvad münasibətində olmaqla bir yerdə yaşadığı, lakin 2014-cü ildən faktiki olaraq ondan ayrı yaşamış Zərərçəkmiş şəxsə telefonla zəng edərək yenidən onunla bir yerdə yaşamasından imtina edəcəyi halda öldürəcəyini bildirməsinə sonuncunun ona heçnə edə bilməyəcəyini deyərək telefonu söndürməsini özü üçün qəbul olunmaz hal kimi hesab edib, öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyaraq, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün məişət təyinatlı mətbəx bıçağı ilə silahlanıb Zərərçəkmiş şəxsi axtarmağa başlamış, sonuncunun bacısı Şahid Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bakı Metropoliteninin “Nəsimi” metrostansiyasında xadimə işləməsini bildiyi üçün Zərərçəkmiş şəxsin Şahidin yanına gələcəyini güman edərək, son iki gün ərzində həmin metrostansiyada müşahidələr aparmış, 14.09.2018-ci il tarixdə, saat 19 radələrində “Nəsimi” metrostansiyasının platformasında pusquda olarkən Zərərçəkmiş şəxsin qatardan düşməsini görüb sonuncuya yaxın laşaraq onunla birlikdə metrostansiyanın platformasından bayıra çıxmasını tələb etmiş, Zərərçəkmiş şəxs bundan imtina etdikdə, əvvəlcə sağ əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxsin sol çiyin nahiyəsinə vurmaqla, daha sonra sağ ayağının corabında gizlətdiyi məişət təyinatlı mətbəx bıçağını çıxararaq silah qismində istifadə edib zor tətbiq etməklə metropolitenin normal iş fəaliyyətinin pozulmasına səbəb olan, ictimai yer olan metrostansiyada çoxsaylı insanlar olduğu halda, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismind ə istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra Zərərçəkmiş şəxsin 3-4 gün əvvəl olan telefon danışığı zamanı onunla yaşamaqdan imtina etməsi halında öldürəcəyini bildirməsinə cavab olaraq ona heçnə edə bilməyəcəyini deyib telefonu söndürməsini cüzi səbəb kimi bəhanə edib öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına və birgə yaşayış qaydalarına açıqca etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək üçün əlindəki bıçaqla Zərərçəkmiş şəxsə bir neçə zərbə vurmuş, sonuncunun həmin zərbələrdən müvazinətini itirib yerə yıxılaraq aldığı xəsarətlərdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qo ymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək yenə də bıçaq zərbələri vuraraq Zərərçəkmiş şəxsin döş sümüyünün hissəvi kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin bir ədəd daxilə nüfuz etməyən kəsilmiş yarası, qarının sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, qarının sağ yan səthinin sağ qalça proyeksiyasında yerləşmiş daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası olmaqla, hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid, sağ süd vəzisinin aşağı bayır kvadratının döş boşluğuna nüfuz edərək, sağ ağ ciyərin zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası olmaqla hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağı r zərər vurmaya aid xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, lakin platformada qatar gözləyən digər şəxslər, habelə xidmətdə olan polis əməkdaşları hadisəyə müdaxilə edərək cinayətin başa çatmasına mane olduğundan və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsindəki məhkəmə qərarları qanunsuz və qeyri-obyektivdir. Belə ki, cinayət işinin ibtidai ara şdırması zamanı, həmçinin hər iki məhkəmə isntansiyasında məhkəmə baxışı zamanı prosessual normaların tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsi ilə nəticə hissəsi ziddiyyət təşkil edir. Ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham əsassız olduğundan məhkəmələr tərəfindən onun həmin maddə ilə məhkum olunması tamamilə qanunsuzdur. O, bu cinayət əməlini qısqanclıq zəminində törətmişdir. O, həyat yoldaşının başqa şəxslə görüşdüyünü, onunla ailə quracağını öyrənmiş, bunları dəqiqləşdirmək üçün həyat yoldaşının bacısının işlədiyi metrostansiyasına getmişdir. O, stansiyada həyat yoldaşına yaxınlaşaraq nə üçün evə geri qayıtmadığını soruşduqda eşitdiklərinin doğru olduğunu öyrənmişdir. Bu zaman əsəblərini cil ovlaya bilməyərək, gərgin ruhi-emosianal vəziyyətdə həyat yoldaşına bıçaq zərbələri endirmişdir. Heç bir xuliqanlıq hərəkəti etməmişdir. Bu cinayət xuliqanlıq niyyəti ilə deyil, zərərçəkmiş şəxsin onu insanların yanında təhqir etməsi, nalayiq ifadələrlə söyməsi səbəbindən baş vermişdir. Odur ki, onun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Bundan başqa, onun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə razı deyidir. Belə ki, onun metrostansiyaya gələrək həyat yoldaşını amansızlıqla qətlə yetirmək niyyəti olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarını ləğv etməklə əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkum və onun müdafiəçisi T.H.Həsənov çıxış edərək məhkumun kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən sax lanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydası nda ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi, əməlinin Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə düzgün olmayaraq tövsif olunduğu və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəs i ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 29, 120.2.4-cü maddəsinin dispozisiyası xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi müəyyən edilmişdir. Məhkəmələrin hökm və qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi isə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarı isə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkuma verilmiş xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd, həmçinin silah qismində istifadə edilən əşyadan istifadə etməklə, zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə ilə bağlı ittihamın birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlər Şahid, X7, X2 ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilməsi qənaətinə gəlmiş, hər iki məhkəmə instansiyası ibtidai istintaq orqanının Məhkuma qarşı irəli sürdüyü Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29, 120.2.4 və 221.3-cü ma ddələri ilə bağlı ittihamla razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsində səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının izahını da nəzərə alır. Həmin Qərarın 8-ci bəndində qeyd olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin ü sulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Lakin, təqsirkarın zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxsaylı bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. İş mater illarında olan sübutların yuxarıda qeyd olunan müddəalar baxımından təhlili göstərir ki, Məhkumun zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək istəməsi öz təsdiqini tapsa da, onun xüsusi amansızlıqla zərərçəkmiş şəxsi öldürmək istəməsini, əməlində xüsusi amansızlıqla qəsdən adam öldürmənin əlamətlərini təsdiq edən sübutlar yoxdur və bu barədə fikir söyləmək üçün əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı nümayiş olunaraq tədqiq olunmuş baş vermiş hadisənin əks olunduğu video görüntüdən görünür ki,...... 19:20:50-da Məhkum Zərərçəkmiş şəxsə yaxınlaşır və ona qısa şəkildə nə isə deyir. 19:20:52-də Məhkumun Zərərçəkmiş şəxsi çiynindən əllə vurması müşahidə olunur. 19:20:53-də Məhkum hər iki əli ilə sol ayağında gizlətdiyi bıçağı çıxardıb sol əlində tutur. Z ərərçəkmiş şəxs bunu görərək ondan uzaqlaşmağa çalışır. 19:20:57-də Məhkum sol əlindəki bıçaqla Zərərçəkmiş şəxsə zərbə atır. Zərərçəkmiş şəxs zərbənin təsirindən arxaya hərəkət edir. Daha sonra, Məhkum bıçağı sol əlindən sağ əlinə keçirir. 19:21:00-da Məhkum bıçaqla Zərərçəkmiş şəxsin qarın və bel nahiyələrindən zərbələr vurmağa başlayır. Elnarə bıçaq zərbələrinin təsirindən yerə yıxılır. 19:21:03-də Məhkum artıq yerə yıxılmış və yerdə uzanıqlı olan Zərərçəkmiş şəxsə yenə də bıçaq zərbələri yetirməyə davam edir. 19:21:06-da orta yaşlarda bir nəfər kişinin onlara yaxınlaşdığını və Zərərçəkmiş şəxsə kömək etmək məqsədi ilə Məhkumun əlindəki bıçağı gördükdə, özünə qarşı təhlükəli olduğunu düşünərək ehtiyat edib yana çəkildiyi müşahidə edilir. 19:21:16da Məhkum ətrafa baxıb bıçaq zərbələrin i dayandırsa da, yenə də əlində bıçaq tutaraq yerdə uzanıqlı halda qalmış Zərərçəkmiş şəxsə baxır. Zərərçəkmiş şəxsin hərəkətlərindən onun ağrılar içində olduğunu aydın şəkildə hiss olunur. 19:21:32-də bir nəfər xidməti formada olan şəxsin Zərərçəkmiş şəxsin yaxınlığında dayanmış və əlində bıçaq olan Məhkumu arxadan təpiklə itələməsi və polisləri çağırması görünür. 19:21:35-də polis əməkdaşının Məhkuma yaxınlaşdığı, Məhkumun əlindən tutub Zərərçəkmiş şəxsin yanından uzaqlaşdırdığı müşahidə edilir. Beləliklə, təqdiq olunmuş video görüntüdən aydın müəyyən olunur ki, baş vermiş cinayət hadisəsi 19:20:57-dən 19:21:16-dək müddət ərzində başvermiş, yəni cəmi 19 saniyə ərzində Məhkum zərərçəkmiş şəxsə bıçaq zərbələri endirərək onu həyatdan məhrum etmək istəmişdir. Lakin, video görüntüdən də görün düyü kimi, bu müddət ərzində təqsirkarın zərərçəkmiş şəxsə qarşı müstəsna dərəcədə rəhmsizlik, qəddarlıq etməsi, ona əzab, işgəncə verməsi, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi ilə bağlı nəticəyə gəlmək mümkün deyil. Cinayətin aləti kimi bıçaqdan istifadə olunması, zərərçəkmiş şəxsə çoxsaylı bıçaq zərbələri endirməsi təqsirkarın zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək istəməsi barədə yekun fikrə gəlməyə əsas olsa da, onun cinayətin baş verdiyi bu qısa müddət ərzində xüsusilə qəddarlıq, amansızlıq nümayiş etdirməsi barədə fikrə gəlməyə əsas vermir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkumun zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxsaylı bədən xəsarətləri yetirməsi onun xüsusi amansızlıqla qə sdən adam öldürməyə cəhd etməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ona qarşı irəli sürülmüş ittihama dair gəlinən nəticə apellyasiya məhkəmə qərarından xaric edilməlidir. Məhkumun kassasiya şikayətində həmçinin, onun əməlində xuliqanlıq niyyətinin olmaması, cinayət əməlinin qısqanclıq zəminində yaranmış mübahisə nəticəsində baş verdiyi, ona görə də, onun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübə si haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını mə hv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına gö rə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq moti vin əsasını təşkil edir. Tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Məhkum faktiki olaraq ondan ayrı yaşamış Zərərçəkmiş şəxs onunla yenidən bir yerdə yaşamasından imtina edəcəyi halda öldürəcəyini bildirdikdə sonuncunun ona heçnə edə bilməyəcəyini deyərək telefonu söndürməsini özü üçün qəbul olunmaz hal kimi, onun bu hərəkətini cüzi bəhanə hesab edərək öz şəxsiyyətini sonuncunun şəxsiyyəti fövqündə qoyaraq, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək sonuncuya çoxsaylıq bıçaq zərbələri endirməklə onu qəsdən öldürməyə cəhd etmişdir. Məhkumun kassasiya şikayətində qeyd etdiyi xüsusatlar – metrostansiyanın platformasında zərərçəkmiş şəxslə məhkum arasında mübahisə baş verməsi, zərərçəkmiş şəxsin məhkumu ətrafd akı insanların yanında təhqir etməsi, nalayiq ifadələrlə alçaltması ilə bağlı göstərilənlər iş üzrə dindirilmiş şahid ifadələri, həmçinin məhkəmə baxışı zamanı nümayiş olunaraq tədqiq olunmuş baş vermiş hadisənin əks olunduğu video görüntü ilə öz təsdiqini tapmamışdır. Əksinə, baş vermiş hadisənin əks olunduğu video görüntüdən tam aydın olur ki, məhkum zərərçəkmiş şəxsi metrostansiyanın platformasında izləmək üçün pusquda dayanmış, zərərçəkmiş şəxs qatardan endiyi anda qısa müddət ərzində ona hücum edərək öldürməyə cəhd etmişdir. Odur ki, məhkumun kassasiya şikayətində qeyd etdiyi – cinayətin mübahisə və dalaşma zəminində qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti kimi tövsif edilməli olması barədə göstərilənlər tamamilə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə ko llegiyası hesab edir ki, Məhkum məişət təyinatlı mətbəx bıçağından istifadə edərək zor tətbiq etməklə metropolitenin normal iş fəaliyyətinin pozulmasına səbəb olmuş, ictimai yer olan metrostansiyada çoxsaylı insanlar olduğu halda, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etdiyindən onun əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. M əhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.2 və 221.3-cü maddə lərində nəzərdə tutulmuş əməllərin törədilməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təyin olunmuş cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin t örədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, Məhkumun kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2019-cu il tarixli qərarından xaric edilsin. Apellyasiya məhkəməsinin qərarı məhkumun kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-705/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-705/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver