Məhkəmə qərarları › İş №1(102)-705/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-705/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-705/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X9, mülki iddiaçı Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergi nümayəndəsi X13, Məhkum və məhkumun müdafiəçi si Müdafiəçi2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) 04 may 2022-ci il tarixli 1(027)-1/2022 nömrəli hökmü ilə xx xxxxxx 1953-cü ildə Quba rayonu, Rustov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbay can Respublikası CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 10%-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, iş üzrə mülki iddia qismən təmin edilməklə Məhkum vurduğu ziyanın əvəzi olaraq 58.486,74 manat pulun tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: İttihama əsasən Məhkum sahibkarlıq funksiyalarını yerinə yetirərək, maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əla qədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103, 104, 105, 130.1 və 152.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına gəlir və xərcləri barədə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, 2016-cı il üzrə 106006,19 manat və 2017-ci illər üzrə 261712,19 manat olmaqla, ümumilikdə, külli miqdar təşkil edən 367718,38 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, hüquqi ünvanı ünvan 2 ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs Məhkum sahibkarlıq fəaliyyəti göstərərək, meyvə və tərəvəzin topdan satışı və ixracından əldə etdiyi gəliri 2016-cı il üzrə 3.224.777,54 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2.687.314,61 manat, vergiyə cəlb olunan gəliri 537.462,93 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 107.492,58 manat olduğu halda, həmin il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 3.224.777,54 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 3.217.345,60 manat, vergiyə cəlb olunan gəliri 7.431,94 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisini 1.486,39 manat göstərib, 106.006,19 manat, 2017-ci il ərzində əldə etdiyi gəliri 7.941.355,83 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 6.617.796,52 manat, vergiyə cəlb olunan gəliri 1.323.559,31 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 264.711,86 manat olduğu halda, həmin il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 7.941.355,83 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 7.926.357,47 manat, vergiyə cəlb olunan gəliri 14.998,36 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisini 2.999,67 manat göstərib, 261.712,19 manat hesablamaqla, ümumilikdə, külli miqdar təşkil edən 367.718,38 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 21 sentyabr 2022-ci il tarixli 1(105)-327/2022 nömrəli qərarı ilə Quba Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı Azərbay can Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu kassasiya protesti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı Ərazi Vergilər İdarəsi isə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edərək 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verlmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya pro testinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, iş materiallarında olan və iki məhkəmə instansiyasında işə baxılan zaman tədqiq edilmiş sübutlarla, o cümlədən məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, habelə iş materiallarında olan səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktı və digər sənədlərlə Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli **********159154 nömrəli səyyar vergi yoxlaması haqqında aktından müəyyən olunur ki, Məhkum 367.718,38 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İş materiallarında olan ibtidai istintaq zamanı təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2019-cu il tarixli 21791 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, fərdi sahibkar Məhkum 367.718,38 manat məbləğində gəlir vergisini az hesablaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum əməlini tövsif edərkən sübutları düzgün qiymətləndirməm iş, yalnız məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini əsas götürmüş, apellyasiya instansiyası məhkəməsi də eksperti dindirməklə kifayətlənmiş, birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının CM-in 213.2.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İş üzrə təyin edilərək keçirilmiş kompleks məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1582 saylı ekspert rəyi ilə, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Məhkum tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 58.486,74 manat məbləğind ə az hesablanması müəyyən olunmuşdur. O cümlədən: 2016-cı il üzrə 19.018.27 manat: - 2017-ci il üzrə 39.468.47 manat müəyyən olunmuşdur. Ekspertiza rəyləri arasında ziddiyyət olduğundan dövlət ittihamçısının vəsatəti ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 18 fevral 2022-ci il tarixli rəyi alınmışdır. Həmin rəydə azaldılmış 58.486.76 manat məbləğ dəyişməmiş və ekspertin 28 oktyabr 2021-ci il tarixli rəyi ilə eyni məzmun təşkil etmişdir. Ekspertiza rəylərində məbləğin azalmasının səbəbi kimi ekspert qarşısında qoyulan sualların fərqli olması və əlavə təhqiqat obyektlərinin yəni, əlavə sənədlərin təqdim olunması göstərilmişdir. Göründüyü kimi, ekspert səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutları təkzib etməyə çal ışmış və absurd bir rəy vermişdir. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan müddəaların tələblərini nəzərə alınmamış, iş-üzrə yaranmış əhəmiyyətli ziddiyyətlərin aradan qaldırılması, o cümlədən sonrakı ekspertiza rəylərinin mənbəyinin mötəbərliyinin müəyyənləşdirilməsi üçün ətraflı, tam və obyektiv araşdırma aparılmamış. Məhkum lazımı sənədlərin vaxtında kameral yoxlamaya və ibtidai istintaq orqanına təqdim etməməsinin səbəbləri aydınlaşdırılmamış, eyni zamanda, sonradan ekspertizaya təqdim edilmiş sənədlərin həqiqiliyi yoxlanılmamışdır. Mülki iddiaçı Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci, həm də apellyasiya instansiya məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə hə qiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət-Prosessual Məcəllənin 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, hər iki instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iş üzrə məhkəmə istintaqı dövründə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 9/1582 nömrəli və komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 18 fevral 2022-ci il tarixli, 9/92 nömrəli rəylərini mötəbər sübut kimi qəbul et mişdir. Lakin əsassız və prosessual pozuntularla və saxta sənədlər əsasında verilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da qanuni və əsaslı hesab oluna bilməz. İlk öncə bildirmək istəyirik ki, ekspertlər qarşısında səyyar vergi yoxlaması zamanı gəlir vergisinin düzgün hesablanıb-hesablanmadığı, yoxlamanın Azərbaycan Respublikası VM-in tələblərinə uyğun keçirilib-keçirilməməsi və əlavə olaraq komisyon məhkəməmühasibatlıq ekspertizasında qeyd edilən suallarla yanaşı 18 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə 28 oktyabr 2021-ci il tarixli rəyin arasında mövcud olan ziddiyyətlər barədə suallar qoyulsa da, ekspertlər tərəfindən qeyd edilən suallarla heç bir əlaqəsi olmayan alış aktının forması ilə bağlı qanunvericilikdə hər hansı bir tələbin olması, iş materiallarına əsasən yalnız bir şəxsin Məhkum tanımaması, bar verən torpaq sahələrinin olmamasının həmin şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının satışını məhdudlaşdırıb məhdudlaşdırmaması barədə mühasibatlıqla heç bir əlaqəsi olmayan və qoyulmuş suallardan kənara çıxaraq tam əsassız rəylər vermişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli qərarına 30 iyun 2017-ci il tarixdə edilmiş dəyişikliklər 11 iyul 2017-ci il tarixdə qüvvəyə minmişdir. 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli Qərarla təsdiq edilmiş 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli Qərara edilmiş 59 nömrəli əlavədən görü nür ki “malların alış aktı" və "malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ciddi hesabat blanklarına aid edilmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən də eyni prosessual pozuntuya yol verilərək təqdim edilmiş sübutlar düzgün araşdırılmamış, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarları yanlış şərh edilmişdir. “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Qərarına 30 iyun 2017-ci il tarixdə edilmiş dəyişikliklərlə “malların alış aktr’nın ciddi hesabat blanklanna aid edilməsi 11 iyul 2017-ci il tarixdə qüvvəyə minsə də, 08 sentyabr 2017-ci il tarixli X2 9.100,0 manat dəyərində alma məhsulunun alınmasına dair, 18 dekabr 2017 -ci il tarixli X11 10.446,96 manat dəyərində alma məhsulunun alınmasına dair, 01 avqust 2017-ci il tarixli X3 11.604,6 manat dəyərində gavalı məhsulunun alınmasına dair, 01avqust 2017-ci il tarixli X1 11.604,6 manat dəyərində gavalı məhsulunun alınmasına dair, 10-18 avqust tarixli X5 11.352,60 manat dəyərində gavalı məhsulunun alınmasına dair, eyni tarixli X7 10.903,50 manat dəyərində gavalı məhsulunun alınmasına dair, 21 avqust 2017-ci il tarixli X6 27.540,0 manat dəyərində nar məhsulunun alınmasına dair, xx.xx.2017-ci il tarıxli X8 17.447,44 manat məbləğində xurma məhsulunun alınmasına dair, 07 noyabr 2017-ci il tarixli 22.848,0 manat dəyərində xurma məhsulunun alınmasına dair, 18 dekabr 2017-ci il tarixli X12 10.446,96 manat dəyərində alma məhsulunun alınmasına dair hazırlanmış alış akt ları və iş materiallarında olan bu kimi digər alış aktları Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli, Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı tələblərinə cavab vermədiyi üçün malların alınmasını təsdiq edən xərc sənədi kimi qiymətləndirilməsi yolverilməzdir. Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri toplanmış iş materialları ilə tam ziddiyyət təşkil etdiyindən onun mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının nəzərinə çatdıraraq qeyd etməyi zəruri hesab edirik ki, iş üzrə təqdim edilmiş xərc sənədləri olan alış aktlarının saxta sənədlər olması açıq aydın ortada olmasına görə həmin sənədlər iş üzrə sübut kimi qiymətləndirilə bilməz və qeyd olunan səbəblərə görə həmin sənədlər əs asında verilmiş rəylər məhkəmə tərəfindən mötəbər sübut hesab edilməməlidir. Qeyd edilən faktlar apellyasiya instansiyasının diqqətinə çatdırılsa da və bununla bağlı olan mövcud sübutlar təqdim edilsə də məhkəmə tərəfindən təqdim olunmuş sübutlara heç bir hüquqi qiymət verilməmiş, münasibət bildirilməmiş, alış aktları saxta olduğu halda məhkəmə tərəfindən saxta sənədlər sübut kimi qiymətləndirilmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparıl masını təmin etməyə borcludurlar. Göründüyü kimi iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki, fərdi sahibkar Məhkum çəkildiyi vaxt xərclərinin uçotunu aparmamış, yalnız məhkəmə istintaqı zamanı məsuliyyətdən yayınmaq məqsədilə 2016-cı və 2017-ci illər üçün sonradan tərtib edilmiş alış aktları təqdim etmişdir (2018-cu ilin mart, 2019-cu ilin may ayında çap edilmiş alış aktları). Bundan başqa iş üzrə təqdim edilmiş alış aktlarının məsuliyyətdən yayınmaq məqsədilə saxtalaşdırılmış xərc sənədi kimi sonradan hazırlanması və iş üzrə məhkəmə istintaqı zamanı verilmiş ekspert rəylərinin mötəbər sübut kimi qiymətləndirilməsinin yolverilməz olması əlavə olaraq aşağıdakı faktlarla sübuta yetirilir: Təqdim edilmiş alış aktlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum öz adından fəaliyyət üzrə 2017-ci il üçün tərtib edilmiş ciddi uçot blankı olan, HXG seriyalı 025301-025400 və 025451-025650 nömrələr aralığında olan alış aktı blankları həmin şəxsin sifarişi əsasında "RUMPEL” MMC (VÖEN **********) tərəfindən 2019-cu ilin may ayında, HƏJ seriyalı 010251-010350 nömrələr aralığında olan alış aktı blankları həmin şəxsin sifarişi əsasında "Elnar 2016” MMC (VÖEN **********) tərəfindən 2018-cu ilin mart ayında çap edilmişdir ("xxxx" MMC-nin və "xxxx" MMC-nin hesabatları apellyasiya şikayətinə əlavə olunmuşdur). Başqa sübutlar olmadan bu faktın olması onu deməyə əsas verir ki, 2018 və 2019cu il tarixlərdə çap edilmiş ciddi uçot blanklarının 2 (iki) il əvvəl tarixə tərtib edilməsi məhkəməni və Ekspertiza Mərkəzini aldatmağa hesablanmışdır. Eyni zamanda həmin sənəd lərin sonradan tərtib olunmasını və məhkəmə istintaqını yayındırmaq məqsədi daşıdığını sübuta yetirən daha bir fakt isə təqsirləndirilən şəxs Məhkum vergi orqanına verdiyi izahatında və ibtidai istintaqa verdiyi ifadəsində ixrac etdiyi məhsullara görə malların alışını təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyini bildirməsidir. Sözügedən sənədlər olduğu halda verilməməsi onun vəziyyətini ağırlaşdıran hal olduğundan həmin sənədlərin mövcud olmasını istisna edir. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan sənədlər ibtidai istintaq zamanı da istintaqa təqdim edilməmişdir, təqdim edilə də bilməzdi. Ona görə ki, yuxarıda göstərildiyi kimi həmin ciddi uçot blankları 2018-ci ilin mart və 2019-cu ilin may ayında çap edilmişdir. Beləliklə, alış aktlarının saxtalaşdırılmış olmasını sübuta yetirə n kifayət qədər faktlar olmasına baxmayaraq, məhkəmə tərəfindən həmin faktlar ümumiyyətlə araşdırılmamış, faktlar mövcud olmamış kimi görməzdən gəlinərək obyektiv olmayan nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə tərəfindən alış aktlarının həqiqiliyinin müəyyən edilməsi üçün hər hansı tədbirlər görülməmiş, təqdim edilmiş alış aktlarında adları qeyd edilən vətəndaşlar məhkəmə istintaqına cəlb edilərək onların ifadələri alınmamış, həmin alış aktlarındakı qeyd edilən imzaların həqiqiliyinin müəyyən edilməsi üçün heç bir araşdırma aparılmamışdır. Eləcə də məhkəmə tərəfindən alış aktlarında meyvə-tərəvəz məhsullarını Məhkum satmış şəxs kimi qeyd olunmuş şəxslərin həqiqətən də həmin məhsulları yetişdirib-yetişdirməməsinin müəyyən olunması məqsədilə məhkəmə istintaqı zamanı müvafiq bələdiyyələrə sor ğular göndərilməsi təmin edilməmişdir. Bundan başqa eyni qurumun müxtəlif rəylər vermiş ekspertləri məhkəmə istintaqına cəlb edilərək verilmiş rəylərdəki ziddiyyətli məqamların aydınlaşdırılması üçün dindirilməsi təmin edilməmiş, 21 aprel 2022-ci il tarixli “Təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında” vəsatətlə məhkəmə müraciət edilsə də, heç bir əsas göstərilmədən vəsatət təmin edilməmişdir. Həmçinin qeyd olunan vəsatətdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş alış aktlarının həqiqiliyi ilə bağlı şübhələr olduğu üçün ekspertizalara təqdim edilmiş alış aktlarının tarixləri (çap tarixi) ilə Məhkum tərəfindən həyata keçirilmiş alış əməliyyatlarının tarixlərinin uyğunluğu barədə də sual qoyulmuşdur. Lakin məhkəmə tərəfindən heç bir əsas gətirilmədən vəsatə tin təmin edilməməsi qeyd olunan hal üzrə obyektiv həqiqətin müəyyən edilməsi imkanlarını məhdudlaşdırmışdır. Göründüyü kimi, təqdim edilmiş saxta və qanunvericiliyin tələbinə uyğun olmayan alış aktları əsasında prosessual pozuntularla verilmiş ekspert rəyləri mötəbər sübut kimi qəbul edilərək nəticədə iş üzrə işin mahiyyətinə uyğun olmayan qanunsuz və əsassız qərar qəbul edilmişdir. Odur ki, prosessual pozuntularla müşayiət olunan, saxta sənədlər əsasında məhkəmə istintaqı zamanı verilmiş təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizası rəyləri deyil, ibtidai istintaq zamanı verilmiş 18 sentyabr 2019-cu il tarixli, 21791 nömrəli və birinci instansiya məhkəməsində icraat zamanı verilmiş 16 dekabr 2020ci il tarixli, 9/1658 nömrəli rəylər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edi lməli idi. Lakin, bütün bunlara baxmayaraq məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 146-cı maddəsinin tələblərinə zidd olaraq sübutların kifayət olduğu qənaətinə gəlinərək məhkəmə hökmü verilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti tam, kassasiya şikayəti isə qismən təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protesti və kassasiya şikayətinin başlıca dəlili birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum barəsində cinayət işi üzrə sübutlara düzgün qiymət verilməməsi, vəsatətlərdən əsassız imtina edilməsi və nəticədə Məhkum əməlinin düzgün tövsif edilməməsidir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin və mülki iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin başlanmasına səbəb səyyar vergi yoxlaması nəticəsində Məhkum həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2016-ci ildə 106.006,19 manat, 2017-ci ildə 261.712,19 manat, cəmi isə 367.718,38 manat məbləğində gəlir vergisinin dövlət büdcəsinə az ödənilməsinin müəyyən edilməsi olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 sentyabr 2019-cu il tarixli ekspert rəyi səyyar vergi yoxlaması aktının nəticələrini təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 dekabr 2020ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilənlər əsaslı hesab olunduğu təqdirdə təqdim edilmiş iş materiallarına əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində fərdi sahibkar tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 367.718,38 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. O cümlədən: 2016-cı il üzrə 106.006,19 manat; 2017-ci il üzrə 261.712,19 manat müəyyən olunmuşdur. Bundan başqa, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 9/1582 saylı ekspert rəyi ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Məhkum tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 58.486,74 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. O cümlədən: 2016-cı il üzrə 19.018,27 manat; - 2017-ci il üzrə 39.468,47 manat müəyyən olunmuşdur. Bundan sonra cinayət işi üzrə keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 18 fevral 2022-ci il tarixli, 9/92 saylı ekspert rəyi ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs Məhkum tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 58.486,74 manat məbləğində az hesablanması müəyyən olunmuşdur. O cümlədən: 2016-cı il üzrə 19.018,27 manat; - 2017-ci il üzrə 39.468,47 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə nəzər salaraq müəyyən etmişdir ki, ekspertlərin həmin rəylərdə fərqli nəticələrə gəlməsinin səbəbi ondan ibarətdir ki, 18 sentyabr 2019-cu il tarixli və 16 dekabr 2020-ci il tarixli ekspertiza aparılarkən tədqiqatlar Məhkum yoxlanılan dövrdə gəlirin əldə olunması üçün çəkilmiş xərcləri barədə müvafiq sənədləri təqdim etməməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 №-li və 04 aprel 2003-cü il t arixli 42 №-li qərarlarına əsasən şərti rentabellik səviyyəsi 20% götürməklə aparılmış, 28 oktyabr 2021-ci il tarixli və 18 fevral 2022-ci il tarixli rəylərdə isə tədqiqatlar məhkum tərəfindən təqdim edilmiş gəlirin əldə olunması üçün çəkilmiş xərclərinə dair sənədləri nəzərə alaraq keçirilmişdir. Birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizalarının 28 oktyabr 2021-ci il tarixli və 18 fevral 2022-ci il tarixli rəylərinə əsasən Məhkum əməlini Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edib onu həmin maddə ilə təqsirli bilərək cəzalandırması və mülki iddia qismən 58.486,74 manat məbləğində təmin edilməsi barədə hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə işə apellyasiya protesti və mülki iddiaçının apellyasiya şikayəti üzrə baxıb birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, protest və şikayət isə təmin edilmədən saxlamışdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə Məhkum tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin az hesablanmış məbləğinin 367.718,38 manatdan 58.486,74 manata qədər azalması, bunun nəticədə isə onun barəsində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə hökmün çıxarılması və mülki iddianın qismən təmin edilməsi Məhkum tərəfindən yoxlanılan dövrdə gəlirin əldə edilməsi üçün çəkilmiş xərclər barədə sənədlərin – malların alış aktlarının təqdim edilməsi və həmin aktlarla müəyyən edilmiş xərclərin nəzərə alınması səbəbindən olmuşdur. Kassasiya protestində və kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum tərəfindən təqdi m edilmiş, 28 oktyabr 2021-ci il tarixli və 18 fevral 2022-ci il tarixli ekspertiza rəyləri tərtib edilərkən nəzərə alınmış malların alış aktları həqiqəti əks etdirməyən, məhkum tərəfindən daha ağır cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə məhkəməyə təqdim edilmiş saxta sənədlərdir. Ona görə də həmin aktlar və onlar əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının 28 oktyabr 2021-ci il tarixli və 18 fevral 2022-ci il tarixli rəyləri mötəbər sübutlar hesab edilə bilməz. Belə ki, 11 iyul 2017-ci il tarixdən alların alış aktlarının ciddi hesabat blanklarının formasında tərtib edilməsi nəzərdə tutulduğu halda Məhkum tərəfindən təqdim edilmiş malların alış aktları ya 11 iyul 2017-ci il sonra ciddi hesabat blanklarının formasına riayət edilmədən tərtib olunduğundan nəzərə alı nmamalı, ya 11 iyul 2017-ci il tarixə qədər ciddi hesabat blanklarının formasında tərtib olunduğundan şübhə doğurur. Bundan başqa, Məhkum tərəfindən təqdim edilmiş 2017-ci ilə aid olan malların alış aktları onun tərəfindən 20182019-cu illərdə sifariş edilərək müxtəlif mətbəə müəssisələrində çap olunmuş ciddi hesabat blanklarının üzərində tərtib edilmişdir. “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli, Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş, 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarına 59 nömrəli əlavədən görünür ki, “malların alış aktı” və “malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ciddi hesabat blanklarına aid edilmişdir. Həmin dəyişiklik 30 iyun 2017- ci ildə qəbul edilmiş və 11 iyul 2017-ci ildən qüvvəyə minmişdir. Mülki iddiaçı tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, məhkum tərəfindən təqdim edilmiş 05 yanvar 2017-ci il tarixli, 27 may 2017-ci il tarixli, 03 iyun 2017-ci il tarixli, 08 iyul 2017-ci il tarixli, 20 avqust 2017-ci il tarixli, 09 oktyabr 2017-ci il tarixli və 12 noyabr 2017-ci il tarixli malların alış aktları 2019-cu ilin may ayında məhkumun sifarişi ilə "xxxx" MMC tərəfindən çap olunmuş, 04 aprel 2017- ci il tarixli malların alış aktı isə "xxxx" MMC tərəfindən 2018-ci ilin mart ayında çap olunmuş ciddi hesabat blanklarda tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd edilən halları məhkumun təqdim etdiyi və hazırki cinayət işi üzrə məhkə mələrin gəldiyi nəticə üçün həlledici rol oynamış malların alış aktlarının mötəbərliyinə şübhə doğurur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144.1-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna i sə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Lakin apellyasiya instansiyası məhkəməsi məhkumun təqdim etdiyi malların alış aktlarının “saxta” olması barədə apellyasiya şikayətinin dəlilinə münasibət bildirməmiş, məhkum tərəfindən təqdim edilmiş malların alış aktlarını qanunla müəyyən edilmiş qaydada tədqiq etməmiş, onların mötəbərliyini müəyyən etmək üçün onları işin digər sübutları ilə müqayisə etməmiş, şübhələrin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, hətta bu barədə məhkumu da dindirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda qeyd edildiyi kimi işə baxan məhkəmələr tərəfindən isə CPM-in 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Ruis Toriya İspaniyaya qarşı» 09 dekabr 1994-cü il və “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmə qərarı əsaslandırılmış olmalı, əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini n əzərə alaraq, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işinin yeni apellyasiya baxışı təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2022-ci il tarixli Məhkum barəsində qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar