Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-705/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsi rli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Hümbətov Etibar Zülfüqar oğlu) 17 may 2023-cü il tarixli hökmü ilə xx.xx.1992-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Respublika Narkoloji Mərkəzi” X11 xəstələrə qulluq edən kiçik tibb qardaşı vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə iclas zalında dərhal həbsə alınmış, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Mülki iddianın təmin edilməsi, mülki cavabdeh Məhkum 17000 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi),Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 24 iyul 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiə çi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 1(032)-41/2023 saylı, 17 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs hər hansı bir şəxsi cəzaçəkmə müəssəsindən azad etdirmək kimi imkanının olmasına inandıraraq, sonuncunun həbsdə olan oğlu X7 17000 (on yeddi min) manat pul müqabilində azadlığa buraxdıracağına dair yalan vədl ər verərək, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 20 may 2021-ci il tarixdə Şirvan şəhəri, ünvan 3 ünvanında 15000 (on beş min) manat pulu və 22 may 2021-ci il tarixdə isə həmin ünvanda 2000 (iki min) manat pulu ümumilikdə 17000 (on yeddi min) manat pulu ələ keçirərək, Zərərçəkmiş şəxs 17000 (on yeddi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd edir ki, Məhkum Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə qərarı cəzanın ağırlığına görə ədalətsizdir. Belə ki, məhkəmə hökmünün cəza hissəsini ağır hesab edir. Məhkəmə hökmdə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olan yüngülləşdirici halları formal olaraq qeyd etməklə nəzərə almamışdır. İş materialları və təqdim olunmuş sənədlərdən göründüyü şəxsin əməlindən səmimi peşman olduğunu bildirməsi, əməlini etiraf etməsi, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması, himayəsində birinci dərəcəli əlil atası X4 və birinci dərəcəli əlil qaynı X5 olmasını və Narkoloji Dispanserdə tibb qardaşı işləməklə ailənin yeganə qazanc gətirəni olmasını, eləcə də idmançı kimi dəfələrlə medallar qazanaraq həm Azərbaycanının himninin xarici dövlətlərdə oxunması, həmdə dövlətimizin üç rəngli bayrağının xarici dövlətlərdə dalğalandırılmasına müəssər olması və yaşayış yerindən müsbət xarakteriza edilmişdir. CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında alternativ cəzalar mövcuddur. Yəni hüquqlarını müdafiə etdiyi şəxsə qe yd edilən normanın sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası da təyin edilə bilərdi. Hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin az ağır cinayət törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirsə də, faktiki olaraq cəza təyin edərkən bunu nəzərə almamış, cəzanı yüngülləşdirən halların məcmusunun onun barəsində CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında alternativ cəza kimi müəyyən olunmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması üçün əsas verib-verməməsini, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümükünlüyü məsələlərini müzakirə etməmiş və b ununla da cinayət qanunvericiliyinin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» tövsiyələrini nəzərə almamış, nəticədə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun şəxsiyyətinə və işdə cəzanı yüngülləşdirən hallara uyğun olmayan açıq-aydın ədalətsiz və ağır cəza olmuşdur. Bundan başqa xx.xx.2023-cü ildə təqsirləndirilənin yaxın qohumları onunla təqsirləndirilən şəxs Məhkum hüquqi yardım göstərmək üçün müqavilə bağladıqdan sonra isin apellyasiva icraatı mərhələsində təqsirləndirilənin öz istəyi ilə zərərçəkmis Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü il tarixdə görüşüb təqsirləndirilənin və onun yaxın qohumlarının ziyanını ödənilməsi haqqında razılığa gəlmək təkliflərini bidir misdir. Təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən olan təklif ziyanın 3000 (üç min) manat məbləğinin dərhal ödənilməsi və qalan 14000 (on dörd min) manat məbləğin 28 ay ərzində ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə ödənilməsi təklif olunmuşdur. İş üzrə təqsirləndirilən şəxsin bu hərəkəti cəza təyin olunarkən müvafiq olaraq birinci instansiya məhkəməsinin hökmünün çıxarılmasından sonra yaranmış xüsusat kimi göstərilən hallara əlavə olaraq təqsirləndirilən şəxslə bağlı müstəsna hallar kimi nəzərə alınmalı idi. Qeyd edilmiş həm yüngülləşdirici, həm də müstəsna halların olmasına baxmayaraq məhkəmə bu halları nəzərə almamış, ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş olan cəzanın nisbətən yuxarı həddində cəza təyin etmişdir. Halbuki, məhkəmə yuxarıda qeyd edi lmiş həm yüngülləşdirici, həm də müstəsna halları nəzərə alıb maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəzanı təyin edərək, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan zərərçəkən şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmişə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi 1-ci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmaqla azadlığın məhdudlaşdırılması barədə qərar verməli idi. Məhkəmələr təyin olunan ağır cəzanın zəruliyini əsalsandırmamış, təqsirləndirilən şəxsin həmin cəzanın tətbiq edilmədən islah olunub-olunmamasına münasibət bildirməmişlər. Bundan başqa qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixində Məhkum səyi əsasında onun yaxınları zərərçəkmisə dəymiş ziyan 17000 (on yeddi min) manat tam olaraq ödənilmiş və sonda həm barışıq, həm dəymiş ziyanın ödənilməsi, həm də zərərçəkmis tərəfindən bu işlə bağlı heç bir iddia və tələbinin olmaması və gələcəkdə də belə bir iddia və tələbinin olmamasına dair notariat qaydada ərizə əldə olunmusdur. Kassasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarını dəyişdirərək təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və ya təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə barədə dair qər ar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsi nin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM -nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəa larının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkə mə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59,70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə alaraq, hesab edir ki, Məhkum hazırda həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Belə ki, məhkəməyə təqdim edilmiş iş üzrə Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş 2 aprel 2024-cü il tarixli ərizəsindən gör ünür ki, o, Məhkumlə barışmış, heç bir şikayət, iddia və tələbi yoxdur, ona dəyən ziyan ödənilmişdir. Məhkəmə kollegiyası məhkumun cəmiyyətdən təcrid olunmadan, yəni ona təyin olunmuş cəzanı real çəkmədən islah oluna biləcəyini mümkün hesab edir və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərarın qəbul edilməsini ədalətli və qanuni sayır. Məhkəmə kollegiyası belə bir qənaətə gələrkən zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət işi üzrə dəyən ziyanın ödənilməsini, habelə cəzanı yüngülləşdirən digər halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar yaradır və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olu nması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərar ı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçi rən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum münasibətdə dəyişdirilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və həmin qərar ilə ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən edilməli və sınaq müddəti ərzində məhkumun üzərində vəzifə qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il müddətə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad olunsun. Sınaq müddətinin əvvəli 3 aprel 2024-cü il tarixdən hesablansın. Sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-705/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-705/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver