Məhkəmə qərarları › İş №1(102)-705/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-705/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-705/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 20 dekabr 2023-cü il tarixli 1(103)-2265/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədova) 04 oktyabr 2023-cü il tarixli 1(101)-430/2023 nömrəli hökmü ilə, xx xxx 1992-ci ildə Nigeriya Federativ Respublikasının Benin şəhərində anadan olmuş, Nigeriya Federativ Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Nigeriya Federativ Respublikası, Benin şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144-1.2.3, 1441.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək, CM-in 144-1.2.3 və 144-1.2.4-1-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 171.1-ci maddəsi xaric edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablanmışdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah məqsədi ilə 2021-ci ilin avqust ayı nda Nigeriya Federativ Respublikasının Benin şəhəri, Upper Sokponb yolu, Uyiosa Filling stansiyası, İdemudia küçəsi 13 ünvanında yaşayan həmyerlisi yetkinlik yaşına çatmadığını bildiyi 12 sentyabr 2005-ci il təvəllüdlü X11 cinsi istismar edilməsi məqsədi ilə cəlb etmək üçün onunla "Whatsapp" ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Azərbaycan Respublikasının Bakı şəhərində onu qalmaq icazəsi-viza və işlə təmin edəcəyini, təhsil almağında köməklik edəcəyini söz verərək aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, X11 razılığını bildirdikdən sonra 28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçməklə Bakı şəhərinə gəlmiş, Məhkum onu qarşılamaqla Bakı şəhəri, Nər imanov rayonu ərazisində yerləşən kirayə etdiyi mənzildə yerləşdirdikdən sonra X8 insan alverində qurban kimi istifadə etmək məqsədi ilə sonuncuya məxsus B00387513 nömrəli pasportu təhsil müəssisəsində qeydiyyatdan keçirmək adı ilə ondan götürərək özündə saxlamış, sonuncunun Azərbaycan Respublikasına gəlməsinə, ona qalma icazəsi viza alınmasına və təhsil almasını təmin etməyə görə 9000 manat pul xərclədiyini bildirərək ondan fahişəliklə məşğul olmasını tələb etmiş, X11 razılıq verdikdən sonra onu Bakı şəhərində müxtəlif ünvanlarda tanışları X4, X5, X6 və şəxsiyyətləri məlum olmayan digər kişi müştəriləri ilə müxtəlif pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil etməklə aşkar şəkildə yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmiş, X11 buna etiraz edərək Məhkum özünə məxsus pasportu geri qaytarmasını tələb etməklə fahişəliklə məşğul olmaq istəmədiyini və Nigeriya Federativ Respublikasına qayıtmaq istədiyini bildirdikdə ona Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvanı naməlum mənzildə zor tətbiq edərək X9 çılpaq şəkildə video çəkilişini həyata keçirərək fahişəliklə məşğul olmayacağı və hər həftənin bazar günü ona 600 manat məbləğində pul verməyəcəyi halda həmin video görüntüləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Elşən Kazımov) 20 dekabr 2023-cü il tarixli 1(103)-2265/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 okt yabr 2023-cü il tarixli 1(101)-430/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi F.Q.Qasımov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli 1(103)-2265/2023 nömrəli qərarının ləğv edilməsi və işə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ittiham olunduğu cinayət əməllərində heç bir əli olmamış və heç bir dəlil və ya sübut olmadığı halda Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinmişdir. Belə ki, Merit Ovbokhan Azərbaycana gəlmək üçün ondan 9000 manat borc pul almış, o, həmin məbləği ger i tələb etdikdə Merit Ovbokhan ondan şikayət etmişdir. Bu barədə onda səsyazmalar olduğunu, lakin həbs olunanda müstəntiqin sübutları itirmək üçün onun telefonunu koda qoyduğunu qeyd etmişdir. Yəni üz ekranına şifrə qoymuşdur. Həm ibtidai istintaq, həm də hər iki məhkəmə instansiyası üzrə işə baxış zamanı onun tərəfindən cinayətin törədilməsi ilə bağlı hər hansı mötəbər sübut aşkar olunmamışdır. Nəticədə, o əsassız olaraq 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərin ə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o heç bir cinayət törətməmiş, əsassız olaraq Azərbaycan Respublikası CM-in 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə məhkum olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxl ama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə ittiham irəli sürmüş və onun təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün, zərərçəkmiş şəxs X10, şahidlər A.R.Əlizadənin, R.M.Əsədovun və R.İ.Əkbərovun ifadələrini, istintaq hərəkətlərinin protokollarını və digər sübutları təqdim etmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək onlara qiymət vermiş və nəticəyə gəlmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması tam təsdiq olunmuş və onun barəsində Azərbaycan Respublikası CM-in 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsin müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab etmiş, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum yetkinlik yaşına çatmayan Merit Ovbokhanı cinsi istismar etmək məqsədi ilə aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməsi və onun pasportunu özündə saxlamaqla cinsi istismara cəlb etməsi tam təsdiq olunmuşdur. Belə ki, zərərçəkmi ş şəxs X9, şahidlər A.R.Əlizadə, R.M.Əsədov və R.İ.Əkbərovun ifadələri, aparılmış istintaq hərəkətlərinin protokolları və cinayət işinə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Məhkum hökmün təsvir etdiyi vaxt və şəraitdə zərərçəkmiş şəxs - Nigeriya Federativ Respublikasının vətəndaşı, yetkinlik yaşına çatmayan Merit Ovbokhanı cinsi istismar məqsədilə aldatma yolu ilə dövlət sərhədindən keçirərək Azərbaycan Respublikasına gətirmiş və onun pasportunu özündə saxlamaqla, Azərbaycana gəlişi ilə bağlı çəkilən xərclərin qaytarılması bəhanəsi ilə ondan fahişəliklə məşğul olmasını tələb etmiş və onun pullu cinsi əlaqələrə cəlb olunmasını təşkil etmişdir. Bundan əlavə, istintaqla müəyyən edilmişdir ki, X1yıtmaq istəyi ilə əlaqədar olaraq Məhkum ona qarşı zor tətbiq etmiş, onu çılpaq vəziyy ətdə videoya çəkmiş və həmin görüntüləri sosial şəbəkələrdə yaymaqla hədə-qorxu yolu ilə təzyiq göstərmişdir. İş materiallarından görünür ki, Məhkum özünü təqsirli hesab etməsə də, onun yuxarıda göstərilən əməlləri törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərin keçirilməsi haqqında protokolları, sənədlərlə və digər sübutlarla məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Kassasiya şikayətində məhkəmənin ittiham hökmünün qanunsuz və əsassız olması barədə irəli sürülən dəlillərə münasibət bildirərək, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4 və 349.5-ci maddələrində isə hökmün qanuniliyi və əsaslılığının meyarları müəyyən edilmişdir. Belə ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CinayətProsessual Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunvericilik aktlarının tələblərinə əməl olunmaqla çıxarıldıqda qanuni hesab olunur. Hökm, yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmə tərəfindən müəyyən edilmiş hallar həmin sübutlarla təsdiqləndikdə əsaslı sayılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən məhkumun əməlinin tövsifi ilə bağlı cinayət qanununun maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh e dilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrəni lməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası iş üzrə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsasın müəyyən edilmiş iş hallarına əsaslanaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət vermişlər. Məhkumun əməlində Azərbaycan Respublikası CM-in 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərinin bütün əlamətlərinin mövcudluğu müəyyən edilmişdir. Belə ki, məhkum zərərçəkmişi aldadaraq və ona qarşı zor və şantaj tətbiq etməklə onu cinsi istismara cəlb etmiş, həmin hərəkətlər məhkum yetkinlik yaşına çatmayan şəxsə qarşı, sonuncunu Azərbaycan Respublikasının sərhə dindən keçirməklə və onun pasportunu özündə saxlamaqla törətmişdir. Məhkum barəsində olan birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslığı ilə əlaqədar qeyd edilməlidir ki, həmin məhkəmə aktları yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən çıxarılmış, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM- in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq məhkəmə iclasınd a tədqiq edilməsi və qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 1441.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum X7 CM-in 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya məh kəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıd ır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirlə ndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, məhkəmələr Məhkum barəsində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 52-ci maddəsinə əsasən cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası ərazisindən çıxarılmaqla 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 144-3.4-cü maddəsində iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici halları nəzərə almadan təyin edilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırm a, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarın ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməd ən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli 1(103)-2265/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 144-1.2.3, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli 1(103)-2265/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar