Məhkəmə qərarları › İş №1(102)-706/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-706/2019

22.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-706/2019 22.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 706/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "22" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Yevlax rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.1. 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Bayramov Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qərarından məhkum Bayramov Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Toğrul Məhəmməd oğlu) xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşamış Bayramov Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasının CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Yevlax rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü ilə Bayramov Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əm lakını ələ keçirmək məqsədi ilə 28 avqust 2017-ci il tarixdə, saat 12 radələrində tanışları X9 və X12 ilə bir qrup təşkil edərək “xxxx” internet səhifəsində özlərini Neft Şirkətinin işçisi kimi təqdim edərək şirkətə məxsus ucuz maşınlar satmaları ilə bağlı yalan elan yerləşdirmiş, həmin elanla tanış olan Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 onlarla telefon əlaqəsi saxlayarkən onu aldadıb onlara aidiyyəti olmayan “Toyota-Prado” markalı avtomobili ona 7.000 manata satacaqlarına söz verib, Zərərçəkmiş şəxs2 ilkin olaraq Abşeron rayonunun Masazır qəsəbəsində beh kimi X7 verdiyi 1.000 manat pulu əldə edib qabaqcadan razılaşdıqları kimi, öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 1.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və al datma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X12 ilə bir qrup təşkil edərək “xxxx” sosial şəbəkəsində ucuz qiymətə avtomobil satmaları barədə yerləşdirdiyi yalan elanla bağlı müştəri qismində onlara zəng edərək avtomobil almaq istəyən Zərərçəkmiş şəxs3 özlərini “SOCAR” şirkətinin işçiləri kimi təqdim edib inandırıcı söhbətləri ilə guya “SOCAR” şirkətinə məxsus işlənmiş avtomobillərin dəyərindən ucuz qiymətə şirkət tərəfindən satışa çıxarılmasını yalandan bildirməklə BMW markalı avtomobilin fotoşəkilini sonuncuya məxsus mobil telefon nömrəsinin “Whatsapp” ünvanına göndərərək onu aldadıb onlara aidiyyəti olmayan BMW markalı avtomobili 6.000 manata şirkət tərəfindən satışa çıxardıqlarını deyib, yalan vəd verərək İlknur Abasovanın adına 5.600 manat pulu qabaqcadan b ank vasitəsi ilə köçürməyi, qalan 400 manat pulu isə avtomobili təqdim etdikdən sonra alacağını deyib inandırmış, Zərərçəkmiş şəxs3 02 oktyabr 2017-ci ildə İlknur Abasovanın adına “xxxx” ASC-nin Xaçmaz rayonunda yerləşən filialından göndərdiyi 5.600 manat pulu Bakı şəhəri Nəsimi rayonunda yerləşən “xxxx”nın Azadlıq filialından əldə edib qabaqcadan razılaşdıqları kimi aralarında bölməklə, Zərərçəkmiş şəxs3, ümumilikdə 5.600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, yenə də təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X12 ilə bir qrup təşkil edərək “xxxx” sosial şəbəkəsində ucuz qiymətə avtomobillər satmaları barədə yalan elan yerləşdirməklə müştəri qismində onlara zəng edən Türki yə Cümhuriyyəti vətəndaşı X4 özlərini “SOCAR” şirkətinin işçiləri kimi təqdim edib inandırıcı söhbətləri ilə guya “SOCAR” şirkətinə məxsus işlənmiş avtomobillərin dəyərindən ucuz qiymətə şirkət tərəfindən satışa çıxarılmasını bildirməklə onlara aidiyyəti olmayan “Toyota Prado” markalı avtomobilin fotoşəkilini sonuncuya məxsus mobil telefonun “Whatsapp” ünvanına göndərərək onu aldadıb onlara aidiyyəti olmayan “Toyota Prado” markalı avtomobili 10.000 manata satışa çıxardıqlarını deyib yalan vəd verərək onların adına 3.000 manat pulu ilkin ödəniş kimi bank vasitəsi ilə köçürməli olduğunu, qalan pulu isə kredit formasında 04 il müddətinə hər ay 151 manat olmaqla hissə-hissə ödəməsini bildirmiş, Zərərçəkmiş şəxs4 12 oktyabr 2017-ci ildə X5in adına Respublika Bankın Vektor xidmətindən göndərdiyi 3.000 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “xxxx”nın Azadlıq filialından əldə edib qabaqcadan razılaşdıqları kimi öz aralarında bölməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 3.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X9 və X12 ilə bir qrup təşkil edərək “xxxx” sosial şəbəkəsində ucuz qiymətə avtomobil satmaları barədə yalan elan yerləşdirməklə müxtəlif növ avtomobillərin fotoşəkillərini yerləşdirərək, müştəri qismində onlara zəng edən Zərərçəkmiş şəxs1 özlərini “SOCAR” şirkətinin işçiləri kimi təqdim edib inandırıcı söhbətləri ilə guya “SOCAR” şirkətinə məxsus işlənmiş “Mercedes-Benz-240” markalı avtomobili 6.000 manata razılaşmış, Zərərçəkmiş şə xs1 ilkin olaraq beh kimi Bakı şəhəri Binəqədi rayon poçtundan X5 adına göndərdiyi 1.050 manat pulu 18 oktyabr 2017-ci ildə Yevlax rayon mərkəzi poçtundan əldə edib qabaqcadan razılaşdıqları kimi öz aralarında bölməklə Zərərçəkmiş şəxs1, ümumilikdə 1.050 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə) 05 oktyabr 2018-ci il tarixli qərarı ilə Yevlax rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Bayramov Məhkum Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası 02 ilə, Yevlax rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası isə 02 il 03 aya endirilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsаsən, təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qərarından məhkum Bayramov Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Bayramov Məhkum kassasiya şikayətini onun əsaslandırmışdır ki, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, himayəsində üç azyaşlı uşaqları var, şəkər xəstəliyindən əziyyət çəkir, ilk dəfə məhkum olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum Bayramov Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası cinayət işinin materiallarını və apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməli və Yevlax Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibə tdə dəyişdirilmlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsini mübahisələndirməsələr də, birinci instansiya məhkəməsi tərəfindən CPM-nin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Məhkum Bayramovun CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki halları na uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Məhkum Bayramovun əməli CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddəsləri ilə düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, CM-in 10.3-cü maddəsinin tələbinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Digər tərəfdən, 01 dekabr 2017-ci ildə qüvvəyə minmi ş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.6-cı bəndində qeyd olunmuşdur ki, bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır. Eyni zamanda, həmin Qanununun 1.62.2-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 178.2-ci maddənin sanksiyasında “üç ildən yeddi” sözləri “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş” sözləri ilə əvəz edilmişdir. Yəni, əvvəllər CM-in 178.2ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə görə üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilərdisə, qeyd olunan Qanun qüvvəyə mindikdən sonra həmin müddət iki ildən beş ilədək müəyyən olunmuşdur. Görünüdüyü kimi, qeyd olunan Qanun təqsirləndirilən şəxs Məhkum Bayramovun cinayət əməlinə görə cəzanı yüngülləşdirdiyindən, ona şamil olunmalıdır. Lakin birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Bayramova CM-in 178.2.3 və 178.2.4-cü madd ələri ilə təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzasının azaldılması məsələsini nəzərə almamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bayramova qəti cəza müəyyən edilərkən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin həmin hökmü ilə təyin olunmuş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası azaldılmalıdır. Apelyasiya şikayətinin təqsirləndirilən şəxs Məhkum Bayramov barədə seçilmiş cəza tədbirinin sərt olması məsələsinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşır və hesab edir ki, birinci instаnsiyа məhkəməsi tərəfindən tərsirləndirilən şəxs Məhkum Bayramova təyin edilmiş cəza onun şəxsiyyətinə və cinаyət əməlinin ictimаi təhlükəlilik dərəcəsinə tam uyğun olmamaqla yanaşı, mütənasiblik və cəzanın məqsədlərinin təmin edilməsi baxımından bir qədər sərt olmuşdur. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayət lərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sank siyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyi ni qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd ol unanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs Məhkum Bayramovun əməlinə CM-in bu prinsipi baxım ından yanaşıb, onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum Bayramova yuxarıda göstərilən əməlinə görə CM-in 187.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlarla yanaşı, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyy ətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tаrixli 04 nömrəli qərаrının 2-ci bəndində göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Qeyd olunan maddi hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət etməlidir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafi zəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə, cəmiyyətə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Təqsirləndirilən şəxs Məhkum Bayramovun məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsindən görünür ki, o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və bundan peşmаn olduğunu bildirmişdir. Məhkumun əməlindən çox peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlamağa başlamış və bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz q almasının göstəricisi kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə kollegiyasına təqdim edilmiş Məhkumun yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunmuşdur. Məhkumun himayəsində üç azyaşlı uşağı vardır. Bundan əlavə, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslərin notariat qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam ödənilmiş və bununla bağlı onların heç bir şikayət və tələbləri yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində göstərilən cinayət əməlinin törədilməsinə görə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəza sının təyin edilməsi imkanı nəzərə alınarsa, onda təqsirləndirilən şəxs Məhkuma həmin maddə ilə təyin olunmuş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası və qəti cəzanın azaldılaraq doqquz il altı aya endirilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan c inayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə isə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, mə hkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, yuxarıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilməli, təqsirləndirilən şəxs Məhkum Bayramova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə CM-in 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası iki ilə endirilməli, Yevlax Rayon Məhkəməsinin 17 iyul 2018ci il tarixli hökmünə əsasən, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası iki il üç aya endirilməli və CM-in 66.2 və 66.5-ci maddələrinə əsаsən, həmin cəzalar qismən toplanmaqla Bayramov Məhkum ü zərində qəti olaraq iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla qismən razılaşdığının səbəblərini qərarda göstərmişdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə cəza ilə bağlı göstərilən dəlillər qərarın dəyişdrilməsinə əsas vermirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən hökm və ya qərar məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları n əzərə almadan cəza təyin etdikdə ləğv edilə və ya dəyişdirilə bilər. İş materiallarından, apellyasiya məhkəməsinin qərarından isə görünür ki, həmin məhkəmə yuxarıda qeyd olunan maddədə göstərilən halları nəzərə almış və cəza təyin edərkən hansı hallara və qanunun hansı tələblərinə əsaslandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Bayramov Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qəna ətinə görə məhkum Bayramov Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416- cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.1. 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Bayramov Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar