Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-706/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) və Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakları ilə, 11 iyul 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamuş, Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Konsulluq idarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında Viza Şöbəsinin rəisi vəzifəsində işləmi, ünvan 1 ünvanında qeydiyyatda olmuş, ünvan 2 ünvaninda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin (hakim: T.Əkbərov) 18 aprel 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törə tməkdə təqsirli bilinərək, 1 (bir) il 1 (bur) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2018-ci il tarixlə hesablamaqla Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 20 fevral 2018-ci il tarixdən 18 aprel 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq,ona təyin edilmiş 1 (bir) il 1 (bur) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab etməklə cəzadan azad edilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalından dərhal azad edilmişdir. İşin halları: İttiham aktına əsasən Məhkum Xəlilli Elton Zakir oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə vəzifə səlahiyyətlərindən sui -istifadə etmiş, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmiş, bu əməllər ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında Viza şöbəsinin rəisi Məhkum işlədiyi dövrdə həmin şöbənin 3-cü katibi vəzifəsində işləmiş Xəlilli Elton Zakir oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2001-ci il tarixli "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı maddəsinin tələblərini pozaraq tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği 20 ABŞ dolları nəzərdə tutulduğu halda, 2 017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvar ayının 26-dək olan müddət ərzində tamah və ümumi vahid niyyətə uyğun olaraq ölkölkəyə gələn Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları Ali Hassan Zayed Juma Alaslı, Talal Juma Rashed Hader Almehairi və qeyrilərinin viza rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Elton Xəlillinin vasitəsilə viza alınması üçün həmin əcnəbilərdən qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumundan artıq ayrı-ayrı hallarda hər dəfəsində 10 və ya 20 ABŞ dolları olmaqla, ümumilikdə hər aviareys üzrə təxminən 300-500 ABŞ doll arı məbləğlərində əlavə nağd pul vəsaitləri almış, hər aviareys üzrə viza rəsmiləşdirilməsi başa çatdıqdan sonra toplanmış artıq vəsaiti Elton Xəlilli ilə aralarında razılaşdırılan qaydada bölüşdürmüş, bununla da Ali Hassan Zayed Juma Alaslı, Talal Juma Rashed Hader Almehairi və qeyrilərinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, bu əməllər çoxsaylı əcnəbilərin hüquqlarını, müvafiq dövlət orqanlarında qanuni işi pozmaqla, Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə xələl gətirməklə, ölkədə turizmin inkişafına zərər yetirməklə ağır nəticələrə səbəb olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 26 yanvar 2018-ci iltarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elton Xəlilli sonuncu dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanında Doha-Bakı aviareysi ilə ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsinin həyata keçirilməsindən sonra saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əcnəbilərdən dövlət rüsumundan artıq miqdarda aldığı ümumilikdə 760 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının 25-26 yanvar 2018-ci il tarixlərinə olan məzənnə ilə 1292,076 manat) miqdarında pul vəsaiti aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Xəlilli Elton Zakir oğlu Məhkum və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmiş, bu əməllər ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlu işlədiyi dövrdə həmin şöbənin rəisi vəzifəsində işləmiş Məhkum və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 dekabr 2001-ci il tarixli "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı maddəsinin tələblərini pozaraq tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği 20 ABŞ dolları nəzərdə tutulduğu halda, 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvar ayının 26-dək olan müddət ərzində tamah və ümumi vahid niyyətə uyğun olaraq ölkəyəgələn Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları Ali Hassan Zeyed Juma Alaslı, Talal Juma Rashed Hader Almehairi v ə qeyrilərinin viza rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə viza alınması üçün əcnəbilərdən qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumundan artıq ayrı-ayrı hallarda hər dəfəsində 10 və ya 20 ABŞ dolları olmaqla, ümumilikdə hər aviareys üzrə təxminən 300-500 ABŞ dolları məbləğlərində əlavə nağd pul vəsaitləri almış, hər aviareys üzrə viza rəsmiləşdirilməsi başa çatdıqdan sonra toplanmış artıq vəsaiti Məhkumlə aralarında razılaşdırılan qaydada bölüşdürmüş, bununla da Ali Hassan Zayed Juma Alaslı, Talal Juma Rashed Hader Almehairi və qeyril ərinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, bu əməllər çoxsaylı əcnəbilərin hüquqlarını, müvafiq dövlət orqanlarında qanuni işi pozmaqla, Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə xələl gətirməklə, ölkədə turizmin inkişafına zərər yetirməklə ağır nəticələrə səbəb olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 26 yanvar 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elton Xəlilli sonuncu dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanında Doha-Bakı aviareysi ilə ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsinin həyata keçirilməsindən sonra saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əcnəbilərdən dövlət rüsumundan artıq miqdarda aldığıümumilikdə 760 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının 25-26 yan var 2018-ci il tarixlərinə olan məzənnə ilə 1292,076 manat) miqdarında pul vəsaiti aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarını təqsirləndirilən şəxs Məhkum aid olan hissədə dəyişərək, AR CM-in 308.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi və əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarmağınızı xahiş edirəm. Şikayət müəllifi hesab edir ki, hüquqlarını müdafiə etdiyi Məhkum əsassiz olaraq ittiham olunmaqla həbs edilmiş,məhkəmə tərfindən iş materialları düzgün araşdırılmamış və düzgün qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən e dilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab edir. Belə ki, Məhkum ilə Xarici İşlər Nazirliyi arasında müddətsiz bağlanmış 23 aprel 2015-ci il və 12 iyul 201 7-ci il tarixli əmək müqavilələrində onun Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında Viza şöbəsinin rəisi kimi Heydər Əliyev Beynəlxalq Hava Limanında viza bölməsində Azərbaycan Respublikasına səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə giriş vizasının rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları ilə ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayanvəzifəsinin icrası ilə bağlı idarə rəhbərliyi tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı vəzifə funksiyalarının icrasını öhdəsinə götürdüyü qeyd edilmişdir. Cinayət işinin materiallarında olan ifadələr, xüsusən üzləşdirmə protokolları, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxslərin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkum ümumiyyətlə cinayət törətmədiklərini bildirsələr də, verilmiş ittihamı tam təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Kollegiya hesab edir ki, Məhkum bu halına istinad edilməklə qurulmuş müdafiələri onun cinayət məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvar ayının 26-dək baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməs ini, bu baxımdan cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onun ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmişdir. Məhkəmə kоllеgiyаsı Məhkum təyin edilmiş cəza ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin e tmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hal larına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərç əkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-706/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-706/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver