Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-706/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Xüsusi ittihamçı X4 nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Bəybalayev Natiq Həsənpaşa oğlunun, Bəraət almış şəxs X5 müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Məmmədova Rəna Məhəmməd qızının iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Quba rayonu, Haput kəndində yaşayan X6 Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli hökmündən X4 nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Bəybalayev Natiq Həsənpaşa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə (hakim Murad Məmmədov) X11 - Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlin in onun qazancından tutulmalar aparıldığı gündən hesablanması, hökmün icrasına nəzarətin X5 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. Hökmdən narazı qalan məhkum olunmuş şəxs X11 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ləğv edilmiş və X6 Azərbaycan Respublikası CM-in 147.1ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: X11 xüsusi ittihamçı X12 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, o, yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən, sonuncunu nüfuzdan salan məlumatları “SPACE” telekanalında yala n və böhtan xarakterli məlumatlar yaymaqla X7 böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, o, gömrük orqanlarında işləyir. Əsli Quba rayonunun Əlik kəndindəndir. Əlik kəndinin yerləşdiyi Quba rayonunun dağlıq ərazisində təbiət xüsusiyyətlərinə görə əhali heyvandarlıq və qoyunçuluqla məşğul olur. Vaxtı ilə mərhum atası da Əlik kəndində yaşayarkən qoyunçuluqla məşğul olmuşdur. O, Quba şəhərində anadan olmuş, burada orta məktəbi qurtarmış, Bakı şəhərində ali təhsil almış və yuxarıda qeyd etdiyi kimi, gömrük orqanlarında işləməklə, hal-hazırda Balakəndə xidmətini davam etdirir. Dayısı oğlu X11 ona dəfələrlə müraciət edərək, maddi imkanı olmadığından ondan borc pul almışdır. O, onun imkansız olduğunu, dayısı oğlu olmasını nəzərə alaraq, heç vaxt ona verdiyi borc pull arı geri istəməmişdir. Həm də ki, o ondan böyük məbləğlərdə borc pul almadığına görə, o bu pulları geri istəməmişdir. Lakin təqribən bir il bundan əvvəl o ondan böyük məbləğdə borc pul istədi. O ona bildirdi ki, böyük məbləğdə ona pul verə bilməz, ona görə ki, bu pulu ona qaytara bilməyəcək, onlar yaxın qohumdurlar, araya narazılıq düşəcək, həm də ki, onun böyük məbləğdə pulu da yoxdur ki, versin. Bundan sonra bəraət almış şəxs onu şantaj etməyə başladı və bildirdi ki, “sənin imkanın var, ona pul verməlisən, yoxsa səni dövlət işində işləməyə qoymayacağam, səni işdən qovduracağam”. O, həmin vaxt onun hədə-qorxusuna diqqət verməmiş, fikirləşmiş ki, o onun dayısı oğludur, belə iş etməz. Lakin bundan sonra bəraət almış şəxs Dövlət Gömrük Komitəsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikay ətlər yazmağa başladı. O, şikayətlərində guya onun X8 2010-cu il tarixdən 2022-ci il tarixədək əmək müqaviləsi bağlamadan çoban işlətdiyini yazır. Lakin həm Dövlət Gömrük Komitəsi, həm də ki, başqa orqanların araşdırmaları nəticəsində bunların böhtan olması təsdiq olundu. Nəhayət yuxarıda göstərilənlərlə kifayətlənməyən X11 onun barəsində “SPACE” telekanalına yenə də böhtan dolu müraciət etmiş və onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları kütləvi informasiya vasitəsində yaymışdır. Belə ki, “SPACE” telekanalında 23 dekabr 2022-ci il tarixində, saat 20.30-da yayımlanmış “SPACE xəbər” xəbərlər buraxılışında X11 telekanalın müxbirinə müsahibə formasında bildirmişdir ki, “Mən sadəcə öz haqqımı istəyirəm, 180 heyvanımı versin mənə, ondan istədim, dedi ki, bir yerdə pulunu yığıb verəcəyəm, ona dedi ki, səninçün Qubadan yer alaram, ev alaram, belə şeylərlə, yalan vədlərlə məni aldatdı. Yol getmişəm, ailəmlə, uşağımla, qarovul dayanmışam onun heyvanına, əziyyət çəkmişəm.” Süjetin əvvəlində xəbərlər buraxılışının aparıcısı bildirir: "Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb. Haput kənd sakinini eşidəcəyik.” X5 telekanalın müxbirinə müsahibəsinin arasında müsahibəni alan müxbir izahatlar verir: "180 heyvanımı versin mənə' sözlərindən sonra: 12 il əvvəl X4 heyvandarlıq təsərrüfatına baxmağa razılıq verib, çoban kimi işə başlayıb, amma iddiasına görə bir müddət sonra aldadıldığını hiss edib, əməyi qarşılığında edilən vədlər söz olaraq ortada qalıb, onların razılaşmasına görə qarşı tərəf ödəniş əvəzi hər il ona 30 quzu verməli olub, cəmi 6 ilinin haqqını həmin şəxsdən gücnən qoparıb, qalanı isə.” "Belə şeytərlə, yalan vədlərlə onu aldatdı" sözlərindən sonra: Bu təsərrüfat üçün özümü fəda etmişəm deyən şikayətçi evində də düz-əməlli yaşaya bilmədiyini, illərini çöllərdə keçirdiyini bildirir, yayda yaylaqda, qışda isə qışlaqda yaşamalı olub, bir söznən min bir zəhmətə qatlaşıb. " Göstərilənlərin əks olunduğu diski ərizəyə əlavə edir. Beləliklə, X11 ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları küt ləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) törətmişdir. Bildirir ki, onun heyvandarlıq təsərrüfatı yoxdur və o, heç vaxt X8 çoban kimi işlətməmişdir. Onun barəsində bu böhtan dolu salanları yaymasına səbəb suxarıda da qeyd etdiyi kimi, ondan şantaj yolu ilə pul qoparmağa çalışmasıdır. Azərbaycan Respublikasının bütün ərazisinə yayımlanan, respublikada əsas televiziya kanallarından biri olan “SPACE” telekanalında bu böhtan dolu çıxışı edən X5 bildirdikləri böhtan dolu salan ifadələr onun barəsində şərəf ləyaqətimi ləkələyən yalan məlumatların kütləvi informasiya vasitəsində sayılmasına səbəb olmuş, bu verilişə baxmış şəxslər arasında onu nüfuzdan salmış, barəsində guya onu işlədib, onu aldadaraq, pulunu verməməyi barədə böhtan xarakterli məlumatların yayılması ona bu verilişə baxmış və bundan başqa şəxslərdən xəbərdar olmuş insanların inamını azaltmış, iş yerində bir dövlət qulluqçusu kimi nüfuzunun ləkələnməsinə səbəb olmuşdur. Göstərilələrə əsasən X5 Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı X4 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin olunmasıxahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdu r. Belə ki, apelyasiya instansiyası məhkəməsi bəraət almış şəxs Eldarovun əməlini düzgün qiymətləndirməmiş və ona bəraət verməklə səhvə yol vermişdir. Bununla da xüsusi ittihamçının Konstitusiyada təsbit edilmiş şəxsi toxunulmazlıq hüququ pozulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndə N.Bəybalayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi R.Məmmədovanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsas ən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma”ya cinayət məsuliyyətini nəzərdə tutur. Yuxarıda istinad edilən cinayət qanunu normalarının məzmununa, təhlilinə və şərhinə əsasən böhtan cinayət əməli qəsdən törədilməli, yəni təqsirli şəxs başqa şəxsə böhtan atarkən, o cümlədən kütləvi informasiya vasitələrində yayılan məlumatların yalan olduğunu bilməli, digər şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayi ş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış d edikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şik ayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X11 “SPACE” telekanalına müsahibə verərək bildirir ki, onu yaxın qohumu olan X4 aldadaraq vəd verdiyi heyvanları ona verməmişdir. O, uzun müddətdir ki, Mübarizə məxsus heyvanları otarıb, onların sayını çoxaldıb. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)86 6/2022 saylı qərarından görünür ki, X4 şikayəti təmin edilmiş və onun barəsində Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Quba-Xaçmaz Regional Şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Quba-Xaçmaz Regional Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(105)-530/2022 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)-866/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarından görünür ki, xüsusi ittihamçı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək qeyd e tmişdir ki, “SPACE” telekanalında 23 dekabr 2022-ci il tarixində, saat 20.30-da yayımlanmış “SPACE xəbər” xəbərlər buraxılışında X11 telekanalın müxbirinə müsahibə formasında onun şərəf və ləyaqətini xələl gətirərək böhtan atmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, “SPACE” telekanalında 23 dekabr 2022-ci il tarixində, saat 20.30-da yayımlanmış “SPACE xəbər” xəbərlər buraxılışında X11 tərəfindən müsahibə verilərkən artıq X4 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinməsi haqqında Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Quba-Xaçmaz Regional Şöbəsinin rəisi X13 tərəfindən xx.xx.2022-ci il tarixdə MN ******* saylı qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMXnin Quba-Xaçmaz Regional Şöbəsi tərəfindən qəbul edilmiş 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Bununla belə X4 fiziki şəxs X8 2010-cu ildən 03 may 2022-ci il tarixədək olan dövrdə əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və qanuni hesab edərək, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, təqsirkar şəxsin hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasını müəyyən etmək üçün yayılan böhtan xarakterli məlumatın onun üçün bil ərəkdən yalan olması lazımdır. İnsanın zərərçəkmiş şəxs haqqında subyektiv fikrinin ifadəsi olan ifadə edilmiş dəyər mühakimələri böhtan sayılmır. Məlumatın qəsdən yalan olması o deməkdir ki, təqsirkar şəxs onların reallığa açıq-aşkar uyğun olmadığını bilir. Başqa şəxs haqqında biabıredici olsa da, həqiqətə uyğun məlumatların yayılması böhtana görə cinayət məsuliyyətinə səbəb olmur. Eyni şəkildə, əgər bir şəxs səhvən vicdanla, həqiqətə uyğun gəlməyən böhtan xarakterli məlumat yayırsa, bu məsuliyyət də istisna edilir. Qeyd edilən maddə üzrə əməldə cinayət tərkibinin yaranması üçün əmələ psixoloji münasibət vacib rol oynayır. Yalan məlumatın yayılmasında niyyət şəxsin cəmiyyətdə nüfuzdan salmaq olmalıdır. Hazırkı işdə bu niyyətin olması təsdiq edilmir, şahidlərin verdiyi ifadələrdə bu hal tə sdiqini tapmır, əksinə belə niyyətin olmaması işdə olan sübutlarla təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “bəraət almış şəxs tərəfindən SPACE kanalında səsləndirdiyi mülahizələr faktın əks etdirilməsi kimi deyil, onun fikrinin əks etdirilməsi kimi qiymətləndirilməlidir ki, bu da özü-özlüyündə cinayət-hüquqi qiymətləndirmə baxımından böhtan sayıla bilməz. Təqsirləndirilən şəxsin hüququnun pozulmasına münasibətdə fikrini bildirməsi onun ifadə azadlığına hər hansı məhdudiyyət qoyulmasının zəruriliyini istisna edir. Belə bir məhdudiyyətin tətbiqi üçün ciddi ictimai tələbat mövcud olmamasına” dair mövqeyini əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarı xüsusi ittihamçı X4 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-706/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-706/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver