Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-706/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1927/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXX-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. 2. 29 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 28 iyun 2023-cü il tarixdə Bakı şəhərində şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilərək realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Mehdi adlı şəxsin qanunsuz yolla və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndə rdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 72,813 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda, yəni ümumi çəkisi 9,306 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 19,809 qram narkotik vasitə olan tiryəyi Bakı şəhərində istintaqla müəyyən edilməmiş yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, daha sonra həmin narkotikləri yaşadığı X nömrəli evinə daşıyıb gizlətməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 13:55-də X nömrəl i evin yaxınlığında saxlanılaraq 29 iyun 2023-cü il tarixdə, saat 17:51-də evə keçirilən baxış zamanı Məhkumun yaşadığı X nömrəli evin qonaq otağında tavanın müvafiq yerində gizlətdiyi əl çantasının və bir ədəd karton qutusunun içərisindən üzərində “Pregabalin 150” göstəricisi olan 02 ədəd konvalyutda ümumilikdə 30 ədəd narıncı, göy rəngli dərman kapsulları xarici əlamətlərinə, tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkibli preqabalinin təsiredici maddəsinin ümumi miqdarı konvalyutun üzərindəki göstəriciyə əsasən 4,50 qram olduğu müəyyən edilməklə, 01 ədəd polietilen torbacıqda təmiz çəkisi 19,809 qram olan tünd qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 09 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,470 qram, 0,466 qram, 0,433 qram, 0,451 qr am, 0,460 qram, 0,428 qram, 0,424 qram, 0,425 qram, 0,452 qram ümumi çəkisi 4,009 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr, 02 ədəd polietilen torbacıqda olan ümumilikdə 46 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,385 qram, 0,107 qram, 0,089 qram, 0,088 qram, 0,082 qram, 0,091 qram, 0,315 qram, 0,279 qram, 0,120 qram, 0,278 qram, 0,083 qram, 0,268 qram, 0,290 qram, 0,084 qram, 0,094 qram, 0,109 qram, 0,380 qram, 0,352 qram, 0,097 qram, 0,408 qram, 0,112 qram, 0,303 qram, 0,095 qram, 0,256 qram, 0,091 qram, 0,107 qram, 0,362 qram, 0,267 qram, 0,404 qram, 0,092 qram, 0,243 qram, 0,123 qram, 0,253 qram, 0,364 qram, 0,400 qram, 0,104 qram, 0,097 qram, 0,097 qram, 0,103 qram, 0,284 qram, 0,078 qram, 0,387 qram, 0,082 qram, 0,098 qram, 0,405 qram, 0,100 qram ol maqla ümumi çəkisi 9,306 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, çantanın içərisində 16 (on altı) ədəd ağ kağız bükülüdə ümumi çəkisi 4,54 qram, 10 (on) ədəd kağız bükülüdə (5 ədəd gümüşü, 5 ədəd qızılı rəngli) ümumi çəkisi 2,85 qram, 19 (on doqquz) ədəd qara rəngli kağız bükülüdə ümumi çəkisi 5,11 qram, 28 (iyirmi səkkiz) ədəd qırmızı rəngli kağız bükülüdə ümumi çəkisi 10,52 qram və 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqa təmiz çəkiləri 3,98 qram, 3,93 qram, 4,07 qram, 3,99 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 38,99 qram narkotik vasitə olan qurudulmuş marixuana, karton qutuda salfet kağızına bükülmüş təmiz çəkisi 33,823 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd siqaret formasında bükülmüş kağız bükülüdə tütün və təmiz çəkisi 0,970 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə qurudulmuş marixuananın izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-962/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bağlı hissədə xitam verilməsi qərara alınmışdır.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-962/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmlə ona təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1927/2024 nömrəli, 05 sen tyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-962/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum narkotik vasitə aludəçisi olsa da, heç vaxt narkotik satışını təşkil etməmişdir. Onun külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin satışını təşkil etməsi, evindən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilərək götürülməsi, habelə üzərindən narkotik vasitə aşkar edilməsi həqiqətə uyğun deyildir. Həmçinin, ailəsinin sosial vəziyyəti, himayəsində azyaşlı övladlarının olma sı, kirayədə yaşaması, valideynlərinin xəstə olması, bundan başqa öhdəliyində digər azyaşlı uşağının olması, əvvəllər ordu sıralarında xidmətləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olması nəzərə alınmaqla və Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.4, 59.2-ci maddələri ona şamil edilməklə barəsində daha yüngül cəza tətbiq edə bilərdi. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1927/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, cəza həddinin 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi barədə qərar qəbul edilməsini xahiş edilir.
11. Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apell yasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini səhv, ona təyin edilmiş cəzanın isə ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1927/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin C inayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün töv sif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
23. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hö kmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri özünün verdiyi ibtidai istintaq dövründə tam, məhkəmə istintaqı zamanı isə qismən etirafedici ifadələri ilə yanaşı, eləcə də şahidlərin məhkəməyədək və məhkəmədə verdikləri ifadələri, şəxsi axtarış aparılması və maddi süb utun götürülməsi barədə protokol, baxış və götürmə aparılması haqqında protokol, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkumun hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddə alarından çıxış edərək, onun əməllərində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əm əlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası həmçinin Məhkuma cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini də müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərarları müvafiq maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.
27. Belə ki, məhkəmələr Məhkuma cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən hal kimi himayəsində bir azyaşlı uşağının olmasını, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza sının aşağı həddinə yaxın cəza müddəti seçməklə qanunla müəyyən edilən məqsədlərə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
28. Yuxarıda qeyd edilənlərə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normala rının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
29. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1927/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1927/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.