Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-707/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs X4 nümayəndəsi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Məhərrəmov Əbdül Azər oğlunun iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Pilot “xxxx” MMC-də nəzarətçi işləmiş, əvvəllər m əhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 222.2ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim Elməddin Hüseynov) Məhkum CM-in 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan (dövlət orqanlarında müəyyən vəzifə tutmaq hüququndan) məhrum edilməklə 02 il 06 ay müddətə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və məhkum tərəfindən ayı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdu r. Belə ki, Məhkum Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmək səlahiyyətinə malik olan və lisenziya əsasında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx xxxxxxxx 2017-ci ildən tikinti sahəsində nəzarətçi olmaqla, qeyd olunan MMC-nin direktorunun xx xxxxx 2019-cu il tarixli əmrinə əsasən xx xxxxx 2019-cu ildən cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişmələrində inşa edilən hündürmərtəbəli yaşayış binalarının tikinti layihəsində iş icraçısı vəzifəsində işləyərkən, tikintinin planlaşdırılması, rəhbərlik edilməsi işlərinin aparılmasının təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edil miş şəxs olmaqla, normativ sənədlərinin - “xxxx” MMC-də “İş icraçısının vəzifə təlimatı”nın 13, 17 və 18-ci bəndlərinin tələblərinə uyğun ağırlığın qaldırılması normalarına, iş yerlərində keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin edilməsinə nəzarət etməli, layihə sənədləşməsinə, tikintinin norma və qaydalarına, texniki şərtlərə və digər normativ sənədlərə müvafiq olaraq tikinti işlərinin yerinə yetirilməsini təşkil etməli, sahədə təmir tikinti işlərinin yerinə yetirilməsinin ardıcıllığının texnologiyasına riayət edilməsini təmin etməli, eləcə də, “Tikintidə təhlükəsizlik texnikası” İİİ-4-80 saylı qaydalarının 2.1, 2.2 və 2.26-cı bəndlərinin tələbinə uyğun iş meydançası, iş sahəs i və iş yerinin təşkili, işin bütün mərhələlərində işçilərin təhlükəsizliyini təmin etməli, iş meydançasının təşkili, iş sahələrinin və iş yerlərinin yerləşdirilməsi zamanı insanlar üçün təhlükəli istehsalat faktorları olan zonalar müəyyən etməli, təhlükəli zonaları təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılarla işarələməli, 1.3 metr və daha çox hündürlükdə və aşırımdan 2 metrədək məsafədə iş yerlərini, 12.4.059-89 DST tələblərinə uyğun müvəqqəti qoruyucu çəpərlə təmin etməli olduğu halda, bu tələblərə əməl etməyərək, tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq, xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi ilə MMC-də fəhlə vəzifəsinə işə götürülmüş X8 xx xxxxx 2019-cu ildə saat 12 radələrində yerinə yetirəcəyi işin hansı ardıcıl lıqla icra edilməsini izah etmədən və həmin sahəni təhlükəsizlik nişanları və qoruyucu çəpərlə mühafizə olunmasını təmin etmədən həmin yaşayış kompleksinin tikinti sahəsində olan cilozları, yəni qəlib sıxıcılarının başlıqlarını yığaraq digər binaya daşımasını tapşırmış, nəticədə fəhlənin yaşayış kompleksinin 2- ci binasının 4-cü mərtəbəsində olan cilozları məftilə bağlamaqla qarşı tərəfdə inşa olunan 3-cü binaya atan zaman müvazinətini saxlaya bilməyərək, həmin binanın 3-cü mərtəbəsinə döşəmənin üzərinə yıxılaraq ehtiyatsızlıqdan qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, sağ yan, İİİ və İV mədəciklərə qansızma, sağ almacıq sümüyünün, burun sümüyünün yerinidəyişmiş sınıqları, ağciyərlərin əzilməsi və sağdan İ, İİ, İİİ, İV və V qabırğaların sınıqları, İV və V bel fəqərələrinin sağ y an çıxıntılarının sınıqları, sağdan çanaq sümüklərinin sirkə kasası dibinə keçən sınığı, sağ bud sümüyü boynunun sağ bud-çanaq oynağının sementli endoprotezləşməsi ilə nəticələnən yerinidəyişmiş sınığı, sağ qaşüstü və üst göz qapağı və almacıq nahiyələrinin, burun nahiyəsinin, hər iki saidin, sol baldırın sıyrıqları, sağ üst göz qapağının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bud-çanaq oynağının və qalça nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər almasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Şikayət m üəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, o, Pilot “xxxx” MMC-də nəzarətçi işləmiş, iş icraçısı növbəti məzuniyətə çıxması ilə əlaqədar həmin vəzifə müvəqqəti olaraq ona həvalə edilmişdir. Zərərçəkmiş şəxs X14 fəhlə işləmiş və texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə tanış edilmiş, təlimatlandırılmışdır. O, xx xxxxx 2019-cu il tarixdə tikilən 2-ci binanın 4-cü mərtəbəsində işlərin yekunlaşdığını görüb, qəlibçi ustaya tapşırıq vermişdir ki, həmin sahəyə fəhlə ayırsın və cilozları 3-cü binaya daşısınlar. Fəhlə X materialları kranla daşımaq əvəzinə, özbaşına olaraq təlimatdan kənara çıxaraq cilozları əllə atmağa çalışmış və müvazinətini itirərək yıxılmışdır. Zərərçəkmiş şəxsə həm şirkət tərəfindən, həm də onun özü tərəfi ndən hərtərəfli yardım göstərilməsinə, himayəsində 2 azyaşlı uşaqlarının, yaşlı valideynlərinin olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, əvvəllər məhkum olunmamasını, səmimi peşmançılığını, baş vermiş hadisədə zərərçəkmiş şəxsin özünün də təqsirinin olmasını nəzərə almayaraq məhkəmələr onu azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, həm də əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan məhrum etmişlər. Məhkum həmçinin hesab edir ki, onun əməli CM-nin 162.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq CM-nin 222.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və zərə rçəkmiş şəxsin qanuni nümayəndəsi Ə.Məhərrəmovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə Məhkum törətmiş olduğu cinayət əməlinin CM-nin 222.2-ci maddəsindən həmin Məcəllənin 162.1-ci maddəsinə tövsif edilməsi, habelə təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində - Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurmanı nəzərdə tutur. CM-nin 222.2 -ci maddəsi isə Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM -də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinay ətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təş kil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş süb utlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafedici ifa dələri ilə yanaşı, ibtidai istintaq dövründə və məhkəmədə onun cinayəti törətməsi zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 ifadələri ilə; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlər X12, X13, X9, X16, X15, X10, X20 və qeyrilərinin ifadələri, zərərçəkmiş X5 bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, sağ yan, İİİ və İV mədəciklərə qansızma, sağ almacıq sümüyünün, burun sümüyünün yerinidəyişmiş sınıqları, ağciyərlərin əzilməsi və sağdan İ, İİ, İİİ, İV, V qabırğaların sınıqları, İV və V bel fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, sağdan çanaq sümüklərinin sirkə kasası dibinə keçən sınığı, sağ bud sümüyü boynunun sağ budçanaq oynağının sementli endoprotezləşməsi ilə nəticələnən yerinidəyişmiş sınığı, sağ qaşüstü, üst göz qapağ ı və almacıq nahiyələrinin, burun nahiyəsinin, hər iki saidin, sol baldırın sıyrıqları, sağ üst göz qapağının, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ budçanaq oynağı və qalça nahiyəsinin qançırlarının bərk küt əşyanın təsirindən əməli gəlməsi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər olması barədə məhkəmə-tibbi ekspertizasının 390 nömrəli xx xxxx 2019-cu il tarixli və 308\KEŞ xx xxxxxx 2019-cu il tarixli rəyləri, zərərçəkmiş X5 xx xxxxx 2019-cu il tarixdə X30 daxil olması və aparılan instrumental və laborator müayinələr zamanı onda “müştərək ağır travma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sağ yan mədəciyə, İİİ-İV mədəciklərə qansızma, sağ İ, İİ, İV, V qabırğaların sınıqları, L4 L5 fəqərələrinin sağ yan çıxıntılarının sınıqları, oma, sağ qasıq oturaq sümüklərinin sirkə kasasının dibinin sınıqları, bud sümüyünün boynunun yerini dəyişən sınığı, baş beyinin üzvü travma fonunda psixi pozulması və baş beyin atrofiyası, burun sağ almacıq sümüyün sınığı” diaqnozunun təyin edilməsi və diaqnoza uyğun adekvat müalicənin aparılması barədə stasionar tibbi karta və digər tibbi sənədlərlə, Məhkum xx xxxxxxxx 2017-ci il tarixdən tikinti sahəsində nəzarətçi vəzifəsinə qəbul olunması, tikintidə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarətin ona həvalə olunması barədə «xxxx» MMC-nin direktorunun 13/r saylı xx xxxxxxxx 2017-ci il tarixli əmri, baş vermiş hadisə ilə əlaqədar “tikinti norma və qaydalarının İİİ-4-80. 4-cü fəsilində - Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1, 2.2, 2.26-cı bəndlərinin və “xxxx” MMC-də “iş icraçısının vəzifə təlimatı”nın 13, 17 və 18-ci bəndlərinin tələblərinin pozulmasının hadisənin səbəbi olması və Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində “xxxx” MMC tərəfindən inşa edilən yaşayış kompleksin 2-ci binasında 4-cü mərtəbənin kənarları təhlükəsizlik nişanları ilə təmin edilmədiyinə və müvəqqəti qoruyucu çəpər ilə çəpərlənmədiyinə görə “tikinti norma və qaydalarının İİİ-480. 4-cü fəsilinin-Tikintidə təhlükəsizlik texnikası qaydalarının 2.1, 2.2 və 2.26-cı bəndlərinin və “xxxx” MMC-də “iş icraçısının vəzifə təlimatı”nın 13, 17 və18-ci bəndlərinin tələbləri cəmiyyətin iş icraçısının vəzifələrini birbaşa yerinə yetirən Məhkum pozması barədə Məhkəmə Ekspertizası Mərkəzinin 14622 nömrəli xx xxxxxx 20 19-cu il tarixli ekspertiza rəyi və iş icraçısının vəzifələri barədə həmin təlimatlarla Məhkum tanış olmaqla imzalamasına dair xx xxxxx 2019-cu il tarixli imzası, baxış, götürmə, müayinə, üzləşmə və digər istintaq hərəkətlərinin protokolları, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 222.2-ci ma ddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Odur ki, onun əməlinin CM-in 162.1-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdi rən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və himayəsində 02 yetkinlik yaşına çatmayan uşağının olmasını - onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qa nuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materi allarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020
Məhkəmə qərarları › İş №1(102)-707/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-707/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver