Məhkəmə qərarları › İş №1(102)-707/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-707/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-707/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X5 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təq sirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1628/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli hökmü (hakimlər X9 (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə) ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, Məhkum barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Məhkum davranışına nəzarət Bakı probasiya idarəsinə həvalə olunmuş, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, Məhkum barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 162 (yüz altmış iki) manat məbləğində, ibtidai istintaq zamanı göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X6 210 (iki yüz on) manat məbləğində pul ödənilməsi, iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan 19.05.202l-ci il tarixdə Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 11,777 qram narkotik vasitə olan heroin, 2,084 qram çəkidə metamfetamin, 0,786 qram çəkidə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi və bir ədəd gümüşü rəngli dəmir borunun məhv edilməsi, Məhkum üzərinə k eçirilən şəxsi axtarış və həmin günü idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı, eləcə də xx.xx.2021-ci il tarixdə Şahid4 və Şahid5 üzərinə keçirilən baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R və DVD disklərin iş materiallarında saxlanılması, iş üzrə ekspertiza xərcləri 88,70 ( səksən səkkiz manat yetmiş qəpik) manat Məhkum tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-513/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: X3 (sədrliyi və məruzəsi ilə), X7 və X1 ibarət tərkibdə) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1628/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum iş üzrə ibtidai araşdırma və birinci instansiya məhkəməsində aparılan icraat zamanı həbsdə saxlanıldığı 19 may 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixə qədər olan müddət, cəmi - 07 (yeddi) ay 02 (iki) gün bir günə bir gün hesabı ilə hesablanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 1(101)-1628/2021 saylı hökmü ilə təyin olunmuş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum üzərində 04 (dörd) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılm ış, Məhkum barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, və o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 31 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 19 may 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, narkotik vasitə olan marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamini 300 manat pul müqabilində əldə etməyi razılaşdıqdan sonra, naməlum şəxsin verdiyi istintaqa məlum olmayan hesab nömrəsinə ödəmə terminalı vasitəsi ilə pulu köçürmüş, xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən "H.Aslanov" metrostansiyasının yaxınlığında külli miqdarda ümumi təmiz çəkisi 11,837 qram narkotik vasitə olan heroin, külli miqdarda ümumi təmiz çəkisi 2,134 qram olan psixotrop maddə metamfetaminin olduğu bükümlərin və təmiz çəkisi 0,836 qram narkotik vasitə olan qurudulmuş marixuananın olduğu bir ədəd kibrit qutusunu qoyulduğu yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əynindəki göy rəngli cins şalvarın arxa cibində və üzərində gəzdirdiyi qara rəngli əl çantasında saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə, saat 05:10-da idarə etdiyi "Reanaull Toros" markalı Az-**-HC-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 2 ünvanın qarşısında dayandığı zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilini b Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış və ünvan 3 ünvanında yerləşən Xətai RPİnin 37-ci Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd "Kent" markalı siqaret qutusunun içərisindən qara rəngli sellofan kəsiyi bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 11,600 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərində gəzdirdiyi qara rəngli əl çantasında üzərində "STAR” sözləri yazılmış dəmir qutunun içərisindən bir ədəd gümüşü rəngli kağız bükümdə eyni tərkibli 0,237 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan kəsiyi bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2.134 qram psixotrop maddə olan metamfetamin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,836 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd elektron tərəzi eləcə də narkotik vasitələri çəkmək üçün istifadə edilən kiçik ölçülü dəmir boru aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-513/2022 saylı qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin CM-nin 70-ci maddənin normalarını düzgün tətbiq etmədiyi göstərilmişdir. Məhkum törətdiyi cinayət əməlindən səmimi peşmanlıq keçirməsi, himayəsində 2 azyaşlı u şaq olması, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlillik dərəcəsi alması, ağır xəstəlikdən əziyyət çəkməsi kimi hallar yüngülləşdirici hallar kimi nəzərə alınmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli 1(103)-513\2022 saylı hökmünün ləğv edilməsini və daha yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayə t-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən K assasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qa nunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən əsassız olaraq xaric edilməsi mübahisə edilir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 1(103)-513/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyas ının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 0 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun təd qiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş, Məhkum törətdiyi cinayət əməlinin “şəxsi axtarış və götürmə aparılması haqqında”, “axtarış aparılması haqqında” protokollarla, həmin protokollara əlavə edilmiş videoçəkilişlərlə, şahidlərin ifadələri, ekspert rəyləri, habelə tədqiq olunmuş digər mötəbər sübutlarla təsdiq edildiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş icraata xitam verilməsinin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 41-ci maddəsində göstərilən əsaslar mövcud deyildir və kollegiya Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsilə razılaşır. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin edilmiş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsi n islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Ci nayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd edərək, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını da nəzərə almış və sonuncuya CM-in 234.4.3-c ü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda yuxarıda göstərilən halların məcmusunu, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını, bununla da cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail oluna biləcəyini mümkün saymış və Məhkum münasibətdə Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu yekun nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Məh kum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun deyildir. Məhkəmə məhkuma əsassız olaraq orta həddindən də aşağı cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi məhkuma yüngül cəza təyin etməklə həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinə nail olmamışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza məsələsini həll edərkən, Məhkum məsuliyyətini yüngülləşdirən halları hökmdə qeyd etsə də, törədilmiş cinayət əməlinin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun və ədalətli olmayan yüngül cəza təyin etmişdir. Birinci instansiya m əhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə islah oluna biləcəyi nəticəsinə gəlmiş, lakin bu nəticəni yalnız müəyyən etdiyi cəzanı yüngülləşdirən hallara istinad etməklə əsaslandırmış, cinayətin ictimai təhlükəliliyini nəzərə almamışdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza məsələsini həll edərkən, məhkumun barəsində onun törətdiyi cinayət əməlinin xarakteri və ictimaitəhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun və ədalətli olmayan yüngül cəza təyin etmişdir. Məhkəmənin Məhkum törətmiş olduğu cinayət əməlinə görə təyin etdiyi cəza formal olaraq qanuni çərçivədə olsa da, mahiyyət etibarı ilə qanunvericinin müəyyən etdiyi tələblərə cavab vermir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən yuxarıda qeyd olunan hal ları nəzərə almamış, əsassız olaraq onun barəsində şərti məhkum etmə ilə bağlı hüquq normasını təyin etmiş və bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmiş ədalət prinsipini pozmuşdur. Apellyasiya məhkəməsi düzgün olaraq yuxarıda sadaladığı faktı cəzanı ağırlaşdıran hal kimi deyil, məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən, Məhkum islah etmək, yeni cinayətlərdən çəkindirmək baxımından nə dərəcədə səmərəli olduğunu göstərən xüsusat kimi nəzərə alınmasını vacib hesab etmişdir. Halbuki, cəzanın məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısı nı almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında da qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında da birmənalı şəkildə qeyd edilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiy ası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etməklə qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməməklə təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin hə yat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əhatə olunan qəsdən ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkmədən islah olunması, habelə cəzanın yuxarıda sadalanan digər məqsədlərinə nail olunmasının mümkün olmaması, buna görə də onun barəsində azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair müddəaların (CM-in 70 maddəsi) birinci instansiya mə hkəməsinin hökmündən xaric olunması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətlərinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassa siya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar