Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-707/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,126.2.2, 29,126.2.3, 315 və 134-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər Abasov Əliövsəd Məzahir oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1966-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işlə məmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 29, 126.2.2, 29, 126.2.3, 315 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 29, 126.2.2, 29, 126.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 315-ci maddəsi ilə 04 (dörd) il müddət, CM-nin 134-cü maddəsi ilə 1 (bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315-ci maddələri il ə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüquqndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, hökmlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun xeyrinə 382.335 manat 76 qəpik tutulması, Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış saxlanılması və zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciə t etmək hüququnun izah edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum digər şəxsin təşkilatçılığı ilə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş, digər şəxsin təşkilatçılığı ilə sifarişlə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin törədilməsinə cəhd etmiş, hədənin icra ediləcəyi üçün real əsaslarla sağlamlığına ağır zərər vurmaq yolu ilə qeyrisini hədələmişdir. Belə ki, o, 2019-cu ilin iyul ayının ortalarında tanışı Təqsirləndirilən şəxs təklifi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dədə Qorqud” parkının ərazisində görüşərkən, sonuncu bacısı Şahid3 və atası Şahid2 0 sənədlərin saxtalaşdırılması yolu ilə təyin etdirdiyi pensiyaların qanunsuzluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin aprel ayının 8-dən başlayan xidməti araşdırma nəticəsində aşkara çıxarılması səbəbinə görə, pozuntuların rəsmiləşdirilməsinin və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Daxili nəzarət və audit şöbəsinin Təftiş, monitorinq və təhlil sektorunun baş məsləhətçisi vəzifəsində işləməklə Azərbaycan Respublikasının ƏƏSMN-in Daxili nəzarət və audit şöbəsinin Əsasnaməsinə əsasən nazirliyin strukturlarında çalışan əməkdaşlar barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qu lluğu, əmək və digər qanunvericilik aktlarının və bu Əsasnamənin müddəalarının pozulması ilə əlaqədar xidməti araşdırmalar aparmaq kimi səlahiyyətlərə malik və vətəndaş X1 həmin nazirliyə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində əks olunmuş məlumatın (X, Şahid3 və Şahid20 saxta sənədlər və saxta əlillik əsasında yüksək məbləğlərdə pensiya almaları barədə) üzərinə qoyulmuş dərkanar əsasında xidməti araşdırmasını aparan Zərərçəkmiş şəxs1 qeyd edilən pensiya işlərində aşkar olunmuş qanun pozuntularının rəsmiləşdirilməməsini və hüquq-mühafizə orqanlarına göndərilməməsini tələb etməsinə baxmayaraq sonuncudan rədd cavabı aldığını, buna görə Zərərçəkmiş şəxs1 həmin qanuni hərəkətlərinə görə qisas almaq və törətdiyi cinayətləri ört-basdır etmək niyyətində olduğunu bildirib Zərərçəkmiş şəxs1 metal alətlə vurulmaqla şikəst edilməli, yəni ona ağır xəsarət yetirilməli olduğunu, bunun müqabilində 500 manat məbləğində pul verəcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxslə razılaşaraq hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar metal predmetlə vurub əlil olmasına, yəni həyatı üçün təhlükəli olan, yaxud hər hansı orqanının funksiyasının itirilməsinə, sağlamlığının başqa cür pozulmasına, əmək qabiliyyətinin uzun müddətə itirilməsinə səbəb ola biləcək ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi ilə bağlı Təqsirləndirilən şəxs 500 manat mükafat qarşılığında sifarişi və həmin məbləğdə pulu alıb sifarişi icra etmək üçün Təqsirləndirilən şəxs əvvəlcədən verdiyi istiqamət üzrə hərəkət edərək ünvan 1 ünvanında yerləşən “İran” kl inikasının qarşısına gəlib, Zərərçəkmiş şəxs1 kənardan izləməklə sonuncunun yaşadığı ünvan 2 saylı ünvanı müəyyən etdikdən sonra 20 iyul 2019-cu il tarixdə, saat 08 radələrində ümumi cinayətkar niyyəti icra etmək üçün qabaqcadan istintaqa məlum olmayan şəraitdə əldə etdiyi, şübhə yaratmaması üçün qara sellofana bükülmüş dəmir materialından hazırlanmış, tikintidə səviyyənin ölçülməsi üçün istifadə edilən nizamlayıcı alətlə silahlanaraq həmin ünvana gəlib, ünvan 2 binanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə qalxan pilləkənlərdə, 2-ci mərtəbə ilə 1-ci mərtəbə arasında olan meydançada sonuncunun səhər işə getməsi üçün yaşadığı evdən çıxmasını gözləyərək, saat 08:30-da Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən çıxıb tək vəziyyətdə pilləkənlərlə aşağı enərkən silah qismində istifadə etdiyi həmin alətlə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm olan orqanına, yəni baş nahiyyəsinə yuxarıdan aşağıya güclü zərbə ilə bir dəfə vurub sonuncuya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib cinayətin törədilməsi üçün mövqenin düzgün seçilməməsi və zərərçəkmiş şəxsin pilləkənlərlə aşağı istiqamətdə iti addımlarla hərəkətdə olması səbəbindən baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, başın təpə ənsə nahiyəsinin əzilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yıxılıb pilləkənlərlə aşağı yuvarlanarkən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, sol dirsək nahiyəsinin sıyrığı xəsarətləri yetirmiş, cinayətkar qəsdini davam etdirərək binanın Şərifzadə küçəsinə tərəf çıxan hissəsində Zərərçəkmiş şəxs1 üzərinə yenidən hücum edib əlində olan metal predmeti sonuncunun sifətinə vurmaq istəsə də, Zərərçəkmiş şəxs1 sifətini qaçırdığından zərbə sonuncuya dəymədiyindən, Zərərçəkmiş şəxs1 baş nahiyyəsindən axan güclü qanın artıq yetirilmiş xəsarətin sifarişə uyğun olaraq ağır dərəcəli bədən xəsarəti ilə nəticələndiyini fikirləşib, habelə ətrafda yaşayan qonşuların hər an çıxıb sonuncuya kömək etmək, bununla da ifşa olunmaqla yaxalanmaq ehtimalının olmasını düşünüb hadisə yerindən uzaqlaşmaqla həmin əməlləri ilə bilavasitə qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətin törədilməsinə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs1 x idməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs sifarişi əsasında qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətinin yetirilməsinə cəhd etmiş, habelə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs sifarişi və təşkilatçılığı əsasında həyat və sağlamlıq üçün zor tətbiqi ilə müşayət olunan müqavimət göstərmiş, cinayət əməlini davam etdirərək icraçı tərəfindən razılaşdırılmış ümumi cinayətkar niyyətdən kənara çıxmaqla, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs sifarişi əsasında qeyd olunan cinayəti törətdikdən sonra sonuncunun qəsdi ilə əhatə olunmayan başqa cinayəti, yəni sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət əməlini törətmək məqsədilə Azərbaycan Respublikası ərazisində fə aliyyət göstərən mobil operatora aid telefon nömrələrindən istifadə edəcəyi halda ifşa olunacağından ehtiyat edərək 10 avqust 2019-cu il tarixdə, saat 03:55-də Samur gömrük postundan keçib Rusiya Federasiyasının Dağıstan Respublikası istiqamətində gedərək, törətmiş olduğu cinayət əməlini ört-basdır etmək məqsədilə həmin tarixdə saat 08:06-da istifadəsində olan Rusiya Federasiyasının mobil operatoruna məxsus +7-***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, hədənin icra ediləcəyi üçün real əsasların olduğu, yəni qısa müddət əvvəl Zərərçəkmiş şəxs1 qarşı cinayətin törədilməsi, həmin cinayətin gedişində istifadə etdiyi silahın hədənin həyata keçirilməsinə real imkan verməsi, hədənin faktiki şəraiti nəzərə alınmaqla öz qulluq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 20 iyul 2019-cu il tarixdə baş nahiyyəsinə vurulan zərbəni xatırlatdıqdan sonra “əgər on gün müddətində işdən çıxmasan oğlunu da şikəst edəcəyəm” sözlərini deyib dəfələrlə təkrarlamaqla, Zərərçəkmiş şəxs1 oğlunun sağlamlığına ağır zərər vuracağını bildirməklə sonuncunu hədələmişdir. Məhkum 2019-cu ilin iyul ayının ortalarında tanışı Təqsirləndirilən şəxs təklifi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dədə Qorqud” parkının ərazisində görüşərkən, sonuncu bacısı Şahid3 və atası Şahid20 sənədlərin saxtalaşdırılması yolu ilə təyin etdirdiyi pensiyaların qanunsuzluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin aprel ayının 8-dən başlayan xidməti araşdırma nəticəsində aşkara çıxarılması səbəbinə görə, pozuntuların rəsmiləşdirilməsinin və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Daxili nəzarət və audit şöbəsinin Təftiş, monitorinq və təhlil sektorunun baş məsləhətçisi vəzifəsində işləməklə Azərbaycan Respublikasının ƏƏSMN-in Daxili nəzarət və audit şöbəsinin Əsasnaməsinə əsasən nazirliyin strukturlarında çalışan əməkdaşlar barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının və bu Əsasnamənin müddəalarının pozulması ilə əlaqədar xidməti araşdırmalar aparmaq kimi səlahiyyətlərə malik və vətəndaş X1 həmin nazirliyə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsində əks olunmuş məlumatın (X, Şahid3 və Şahid20 saxta sənədlər və saxta əlillik əsasında yüksək məbləğlərdə pensiya almaları barədə) üzərinə qoyulmuş dərkanar əsasında xidməti araşdırmasını aparan Zərərçəkmiş şəxs1 qeyd edilən pensiya işlərində aşkar olunmuş qanun pozuntularının rəsmiləşdirilməməsini və hüquq-mühafizə orqanlarına göndərilməməsini tələb etməsinə baxmayaraq sonuncudan rədd cavabı aldığını, buna görə Zərərçəkmiş şəxs1 həmin qanuni hərəkətlərinə görə qisas almaq və törətdiyi cinayətləri ört-basdır etmək niyyətində olduğunu bildirib Zərərçəkmiş şəxs1 metal alətlə vurulmaqla şikəst edilməli, yəni ona ağır xəsarət yetirilməli olduğunu, bunun müqabilində 500 manat məbləğində pul verəcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxslə razılaşaraq hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 xidməti vəzifəl ərini yerinə yetirməsi ilə əlaqədar metal predmetlə vurub əlil olmasına, yəni həyatı üçün təhlükəli olan, yaxud hər hansı orqanının funksiyasının itirilməsinə, sağlamlığının başqa cür pozulmasına, əmək qabiliyyətinin uzun müddətə itirilməsinə səbəb ola biləcək ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi ilə bağlı Təqsirləndirilən şəxs 500 manat mükafat qarşılığında sifarişi və həmin məbləğdə pulu alıb sifarişi icra etmək üçün Təqsirləndirilən şəxs əvvəlcədən verdiyi istiqamət üzrə hərəkət edərək ünvan 1 ünvanında yerləşən “İran” klinikasının qarşısına gəlib, Zərərçəkmiş şəxs1 kənardan izləməklə sonuncunun yaşadığı ünvan 2 saylı ünvanı müəyyən etdikdən sonra 20 iyul 2019-cu il tarixdə, saat 08 radələrində ümumi cinayətkar niyyəti icra etmək üçün qabaqcadan istintaqa məlum olmayan şərait də əldə etdiyi, şübhə yaratmaması üçün qara sellofana bükülmüş dəmir materialından hazırlanmış, tikintidə səviyyənin ölçülməsi üçün istifadə edilən nizamlayıcı alətlə silahlanaraq həmin ünvana gəlib, ünvan 2 binanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə qalxan pilləkənlərdə, 2-ci mərtəbə ilə 1-ci mərtəbə arasında olan meydançada sonuncunun səhər işə getməsi üçün yaşadığı evdən çıxmasını gözləyərək, saat 08:30-da Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən çıxıb tək vəziyyətdə pilləkənlərlə aşağı enərkən silah qismində istifadə etdiyi həmin alətlə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm olan orqanına, yəni baş nahiyyəsinə yuxarıdan aşağıya güclü zərbə ilə bir dəfə vurub sonuncuya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib cinayətin törədilməsi üçün mövqenin düzgün se çilməməsi və zərərçəkmiş şəxsin pilləkənlərlə aşağı istiqamətdə iti addımlarla hərəkətdə olması səbəbindən baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, başın təpə ənsə nahiyəsinin əzilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Zərərçəkmiş şəxs1 zərbənin təsirindən yıxılıb pilləkənlərlə aşağı yuvarlanarkən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən, sol dirsək nahiyəsinin sıyrığı xəsarətləri yetirmiş, cinayətkar qəsdini davam etdirərək binanın Şərifzadə küçəsinə tərəf çıxan hissəsində Zərərçəkmiş şəxs1 üzərinə yenidən hücum edib əlində olan metal predmeti sonuncunun sifətinə vurmaq istəsə də, Zərərçəkmiş şəxs1 sifətini qaçırdığından zərbə sonuncuya dəymədiyindən, Z ərərçəkmiş şəxs1 baş nahiyyəsindən axan güclü qanın artıq yetirilmiş xəsarətin sifarişə uyğun olaraq ağır dərəcəli bədən xəsarəti ilə nəticələndiyini fikirləşib, habelə ətrafda yaşayan qonşuların hər an çıxıb sonuncuya kömək etmək, bununla da ifşa olunmaqla yaxalanmaq ehtimalının olmasını düşünüb hadisə yerindən uzaqlaşmaqla həmin əməlləri ilə bilavasitə qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətin törədilməsinə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs sifarişi əsasında qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətinin yetirilməsinə cəhd etmiş, habelə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə y etirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs sifarişi və təşkilatçılığı əsasında həyat və sağlamlıq üçün zor tətbiqi ilə müşayət olunan müqavimət göstərmiş, cinayət əməlini davam etdirərək icraçı tərəfindən razılaşdırılmış ümumi cinayətkar niyyətdən kənara çıxmaqla, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs sifarişi əsasında qeyd olunan cinayəti törətdikdən sonra sonuncunun qəsdi ilə əhatə olunmayan başqa cinayəti, yəni sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayət əməlini törətmək məqsədilə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil operatora aid telefon nömrələrindən istifadə edəcəyi halda ifşa olunacağından ehtiyat edərək 10 avqust 2019-cu il tarixdə, saat 03:55-də Samur gömrük postundan keçib Rusiya Federasiyasının Dağıstan Respublikası istiqamətində gedərək, törətmiş olduğu cinayət əməlini ört-basdır etmək məqsədilə həmin tarixdə saat 08:06-da istifadəsində olan Rusiya Federasiyasının mobil operatoruna məxsus +7-***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, hədənin icra ediləcəyi üçün real əsasların olduğu, yəni qısa müddət əvvəl Zərərçəkmiş şəxs1 qarşı cinayətin törədilməsi, həmin cinayətin gedişində istifadə etdiyi silahın hədənin həyata keçirilməsinə real imkan verməsi, hədənin faktiki şəraiti nəzərə alınmaqla öz qulluq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 20 iyul 2019-cu il tarixdə baş nahiyyəsinə vurulan zərbəni xatırlatdıqdan sonra “əgər on gün müddətində işdən çıxmasan oğlunu da şikəst edəcəyəm” sözlərini deyib dəfələrlə təkrarlamaqla, Zərərçəkmiş şəxs1 oğlunun sa ğlamlığına ağır zərər vuracağını bildirməklə sonuncunu hədələmişdir. Hökmdən Məhkum müdafiəçisi X13 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə) 09 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmiş, CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-nin 313, 32.4, 313, 320.1, 320.2-ci maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, ona təyin edilmiş CM-nin 178.3.2, 29, 178.3.2-ci maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzaları, CM-nin 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 32.3, 315-ci maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzalar qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza birləşdirməklə q əti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi E.N.İsmayılov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 21 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 32.3, 315-ci maddəsi ilə ittiham edilməsi və cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilmiş, ona CM-nin 178.3.2, 29, 178.3.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzaları və CM-nin 126.2.2, 32.3, 29, 126.2.3-cü maddələri ilə təyin olunmuş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza birləşdirməklə qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, Ali Məhkəmənin Cinayət kollegiyasının qeyd olunan qərarı ilə CPM-nin 419.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan Məhkum münasibətdə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmiş, ona CM-nin 315-ci maddəsi ilə ittiham edilməsi və cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilmiş, Məhkum CM-nin 29, 126.2.2 və 29, 126.2.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə və CM-nin 134-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 16 sentyabr 2023-cü il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 19 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin CPM-nin 408-411-ci maddələrinin tələblərinə uyğunluğu məsələsinə baxılaraq, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci i l tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qanunsuz hesab etdiyi həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, barəsindəki apellyasiya instansiyası məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarını gec almışdır. Belə ki, həmin qərar rəsmi qaydada ona təqdim olunmadığından o, 2023-cü ilin iyun ayında ərizə ilə müraciət edərək barəsindəki apellyasiya məhkəməsinin qərarının surətinin ona təqdim edilməsini xahiş etmişdir. Yalnız bundan sonra qərarın surəti cəzaçəkmə müəssisəsinə göndərilərək ona təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərarında mübahisələndirilən qərarın ona 20 avqust 2021-ci il tarixdə təqdim edilməsi barədə qəbzin olması qeyd edilsə də, onun həmin qəbz barədə heç bir məlumatı yoxdur və həmin qəbzə imza etməmişdir. Mübahisəndirilən qərar ona 2023-cü ilin avqust ayında təqdim edildiyindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatətin verilməsinə zərurət olmamışdır. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsi ilə bağlı müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittiham çısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarı lmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlah iyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunu r və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri müəyyən etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. CPM-nin 410.1.4-cü maddəsində təsbit edi lmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. CPM-nin 410.1-1-ci maddəsinin tələbinə əsasən isə, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum apellyasiya şikayətlərinə məhkəmə baxışının yeku n iclasında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı da onun və müdafiəçinin iştirakı ilə elan olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktuba əlavə edilmiş qəbzdə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarının surətinin 20 avqust 2021-ci il tarixdə adı çəkilən məhkum tərəfindən qəbul edildiyi qeyd olunmuşdur. Göründüyü kimi, qanunvericiliyə əsasən həmin qərardan Məhkum kassasiya şikayəti verməsi üçün müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı 20 avqust 2021-ci il tarixdən başlamış və 20 avqust 2022-ci il tarixdə isə başa çatmışdır. Lakin, Məhkum tərəfindən kassasiya ş ikayəti 19 sentyabr 2023-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməklə (qərar ona təqdim edildiyi tarixdən 2 il 29 gün keçdikdən sonra) verilmiş, lakin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti o, apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ona vaxtında verilməməsini, 20 avqust 2021-ci il tarixli qəbzi isə imzalamadığını iddia etsə də, məhkəmə kollegiyası bu iddiaya cavab olaraq vurğulayır ki, həmin məsələlərin həqiqətə uyğun olub-olmasını yoxlamaq kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri xaricindədir və həmin məsələləri, yəni kassasiya şikayətinin mümkünlüyü məsələlərini yoxlamaq vəzifəsi qanunvericiliklə apellyasiya instansiyası məhkəməsinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, CPM-nin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.4-cü maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin etdikdə, bu Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kass asiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsini müəyyən edərək və buna görə həmin müddətin bərpası haqqında vəsatətin təqdim edilməli olmasını zəruri sayaraq haqlı olaraq kassasiya şikayətini geri qaytarmış və həmin şikayətin verilməsi ilə bağlı hüquqlarını, o cümlədən şikayətlə birlikdə buraxılmış müddətin bərpası haqqında müraciətini apellyasiya instansiyası məhkəmə sinə təqdim etmək hüqununu ona izah etmişdir. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum CM-nin 29,126.2.2, 29,126.2.3 və 134-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə kassasiya şikayətinin geri qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır, məhkum tərəfindən həmin qərardan verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 29,126.2.2, 29,126.2.3 və 134-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə kassasiya şikayətinin geri qaytarılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-707/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-707/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver