Məhkəmə qərarları › İş №1(102)-708/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-708/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-708/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim N.F.Quliyev, hakimlər X.A.Nuriyev və A.Ə.Musayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1972-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olan və həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) ilmüddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə a zadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin18 iyun2019-cu il tarixdənhesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxla nılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və ünvan4ndən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin iyun ayının əvvəlində şəxsiyyəti istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun ünvan5nda yaşayan üzvü tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən qəsdən qanunsuz olaraq əldə olunmuş külli miqdarda, 2 bükümdə ayrı-ayrılıqda çəkiləri 49,602 qram və 99,116 qram, ümumi çəkisi 148,718 qram təşki l edən metamfetamin psixotrop maddəsini xx xxxx 2019-cu il tarixdə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə, bir ədəd oyuncaq uşaq avtomobilinin içərisində qablaşdırılıb saxlanılaraq gizlədilmiş, Azərbaycan Respublikasına daşınması üçün ünvan5nın ünvan6ndə cinayətdən xəbərsiz olan Azərbaycan Respublikasının vətəndaşı X7 təqdim edilmiş, onun xahişi ilə gömrük sərhədindən keçirilməsi üçün həmin tarixdə cinayətdən xəbərsiz olan Azərbaycan Respublikası vətəndaşı X8 təqdim olunmuş və xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində ünvan7nin ünvan8nda qeyd olunan psixotrop maddə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23 radələrində gömrük əməkdaşları tər əfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində gömrük əməkdaşlarının təlimatı üzrə ünvan21 ərazisində yerləşən ünvan8nun qarşısında X4 içərisində külli miqdarda metamfetamin psixotrop maddəsi olan oyuncaq uşaq avtomobilini təhvil alarkən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların tələbləri pozulmuş, o cümlədən məhkəmədə verdiyi ifadəsindən deyil, ondan ibtidai istintaqda təzyiq altında alınmış ifadələrdən sübut kimi sitifadə olunmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinin ziddinə olaraq ehtimallar əsasında cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lazmınca araşdırma aparılmadığı üçün həmin nöqsanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilməsini, barəsində qanuni, əsaslı, ədalətli və humanist qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə təsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanunili yini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmaqla, yəni əsassız olaraq Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə iddiasını onunla əsaslandrmışdır ki, barəsində olan ittiham hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinin ziddinə olaraq sübutlara deyil, ehtimallara, eləcə də ondan ibtidai istintaqda qanunsuz təsir etmə yolu ilə alınmış ifadəyə əsaslanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hak imlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-prosessual qanunun 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda o na qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə görə isə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsində təsbit olunmuşdur ki, məhkəmənin hokmü qanuni və əsaslı olmalıdır. Cinayət-Prosessual Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hokmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Cinayət-prosessual qanunun 349.5-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsasland ıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi sübutlar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. Cinayət işinin materiallarını yuxarıda təsvir edilən normaların tələblərinin işığında təhlil etdikdə, görünür ki, Məhkum sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinin pozulması, ittiham hökmünün ehtimallara əsaslanması barədə iddiasının əksinə olaraq hazırki iş üzrə məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlard an istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, Məhkum hökmdə təsvir edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ünvan5nın X88 adlı vətəndaşına ona narkotik vasitə göndərilməsi üçün 1000 manat pul göndərdiyini, X88in isə bunun müqabilində ona İrandan Azərbaycan Respublikasına gələn şəxslə uşaq oyuncağına qablaşdırmaqla narkot ik vasitə göndərdiyini və bu barədə ona öncədən mobil telefon əlaqəsi zamanı məlumat verdiyini, xx xxxx 2019-cu il tarixdə ünvan16nun qarşısında mobil telefonla ona zəng edən qadının (X5) onun üçün İrandan göndərilmiş oyuncağı gətdiriyini bildirdikdə həmin qadınla görüşüb ondan içərisində uşaq avtomobili olan torbanı aldığını və həmin anda gömrük əməkdaşları tərəfindən saxlanılıb ünvan9nə gətirildiyini, orada oyuncaq avtomobilə baxış keçirilərkən içərisindən iki bükümdə metamfetamin psixotrop maddəsinin aşkar edilib götürüldüyünü etiraf etmişdir. Məhkum məhkəmədə 1000 manatı X88ə İrandan sarımsaq alıb ona göndərmək üçün yolladığını, oyuncaq avtomobildə psixotrop maddənin olmasını bilmədiyini, ibtidai istintaqda ona təzyiq edildiyi üçün yuxarıdakı məzmunda ifadə vediyini bildirsə də, məhkəm ədə həmin etirafedici ifadənin sübut kimi yolverilməz olmasına dəlalət edən heç bir material əldə olunmamış, Məhkum və yaxud onun müdafiəçisi də nə hazırlıq iclasında, nə də ki, məhkəmə baxşında həmin ifadənin yolverilməz sayılıb sübutların siyahısından xaric edilməsi barədə vəsatətlə çıxış etməmişlər. Eyni zamanda, ibtidai istinaq materillarından görünür ki, Məhkum məhkəməyədək icraatda müdafiəçinin hüquqi yardımı ilə təmin olunmuş və etirafedici ifadəsini də müdafiəçinin iştirakı ilə vermişdir. Hökmdən görünür ki, məhkəmə ittiham üzrə nəticəyə gələrkən müstəsna olaraq Məhkum etirafedici ifadəsinə deyil, bu ifadə ilə uzlaşan sübutların məcmusuna, o cümlədən şahidlər X5, X6, X2, digər şahidlərin ifadələrinə, xx xxxx 2019-cu il tarixli “malların yoxlanılması haqqında” protokola, xx xxxx 201 9-cu il tarixli “şəxslərin saxlanılması, baxış keçirilməsi və gütürmə haqqında” protokola, Məhkum saxlanılarkən ondan götürülmüş mobil telfonalara baxış keçirilməsi haqqında protokola, Məhkum götürülmüş iki bükümdə olan maddənin metamfetamin adlanan psixotrop maddə olması və ümümi təmiz çəkisinin 148,718 qram təşkil etməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyinə və s. materiallara əsaslanmışdır. Belə ki, X55nın, X66un, X77un hökmdə təsvir olunmuş ifadələrində verdikləri məlumatlardan aydın olur ki, xx xxxx 2019-cu ildə X19ndan Azərbaycan Respublikasına qayıdarkən ünvan12-da adını bilmədiyi şəxs ona içərisində oyuncaq avtomobil olan sellofan torba və ***-***-**-** mobil telefon nömrəsi yazılmış kağız parçası verib ünvan16nun qarşısına çatdığı vaxt həmin mobil telefon nömərəsini istifa də edən şəxsin onunla əlaqə saxlayacağını və oyuncaq avtomobili ondan qəbul edəcəyini bildirmiş, X55 həmin oyuncaq avtomobili Azərbaycan Respublikasına keçirməsi üçün onunla eyni vaxtda İrandan Azərbaycana gələn X66a vermiş, ünvan16nda X77 və digər əməkdaşlar gömrük nəzarətini həyata keçirərkən oyuncaq avtomobilin içərisində 2 ədəd bükümdə metamfetaminə oxşar maddə aşkar edilmiş, sorğu-sual zamanı X55 və X66 həmin maddədən xəbərsiz olduqlarını, eyni zamanda X55 oyuncaq avtomobili ***-***-**-** nömrəli mobil telefon istifadəçisinə çatdırmalı olduğunu bildirdiyinə görə həmin şəxsi müəyyənləşdirmək üçün əməliyyat hazırlanmış və onun gedişində metamfetaminə oxşar maddə yenidən oyuncaq avtomobilə yerləşdirilmiş və X55 oyuncağı təhvil verməli olduğu ünvan16nun qarşısındakı yeməkxanın yanına gə lib ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, həmin vaxt sonradan Məhkum olduğu bəlli olan şəxs ona yaxınlaşıb oyuncağı qəbul edib X55ya 10 manat pul verdikdə saxlanılmışdır. X77un və şahid qsimində dindirilmiş digər DGK-nin əməkdaşları X9, X13 hökmdə təsvir olunmuş ifadələrinə görə Məhkum saxlanıldıqdan sonra ünvan20nin inzibati binasına gətirilmiş və orada yenidən uşaq avtomobilinə baxış keçirilib metamfetaminə oxşar maddə götürülmüş, sorğu-sual zamanı Məhkum oyuncaq avtomobildə aşkar edilmiş iki bükümdə metamfataminin ünvan12-dan X88 adlı tanışının 1000 manat pulun müqabilində ona göndərdiyi bildirmişdir. Saxlanıldığı vaxt Məhkum götürülmüş üç ədəd mobil telefonlara baxış keçirilməsi haqqında protokola görə həmin telefonlarda ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömərlərin in olduğu, sonuncu nömrə ilə “WATSAPP” bölməsində “X88” adı ilə qeydə alınmış İİR-nın mobil operatoruna aid +**********39 nömrəli abonent arasında xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı əlaqələrin olduğu müəyyən edilmişdir. Məhkum və yaxud onun müdafiəçisi birinci instansiya məhkəməsində yuxarıda təsvir edilən və digər onun əleyhinə olan (ittihamedici) sübutların təkzib edilməsi üçün sübutlar təqdim etməmiş, belə sübutların əldə edilməsi barədə vəsatətlərlə çıxış etməmiş, hətta məhkəmə istintaqının baxılmış sübutlarla məhdudlaşdırlması barədə dövlət ittihamçısının təklifi ilə razılaşaraq, məhkəmə istintaqında əlavə sübutların tədqiq edilməsini məhkəməyə təklif etməmiş, əksinə dövlət ittihamçısı kimi məhkəmə istintaqının yekunlaşdırlmasını, çıxışlara keçməyi məhkəmədən xahiş etmişlər. Məhkəmənin hökmündə istinad edilən yuxarıda təsvir edilən və digər sübutların əldə edilmə mənbəyi, üsulları və qaydaları, rəsmiləşdirilməsi və işə əlavə olunması kimi məsələlər üzrə cinayət-prosessual normaların pozuntuları müəyyən edilmədiyi, sübutlar bir-biri ilə uyğunluq təşkil etdiyi, o cümlədən Məhkum etirafedici ifdəsinin digər sübutların məcmusu ilə əsasən üst-üstə düşdüyü, ittiham sübutlarının heç biri başqa sübutla təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin hökmdə həmin sübutları işə aid, mümkün və mötəbər sübutlar kimi qiymətləndirib, onların məcmusunun Məhkum təqsirli bilinməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət edən olması haqqında qənaətə gəlməsi Cinayət-Prosessu al Məcəllənin 143-146-cı maddələrində və digər normalarında təsbit edilmiş sübutetmə qaydalarına cavab verməyən araşdırmanın gedişində hasil edilmiş, məhkəmə hökmünün qanuniliyinə və əsaslılığına, ittiham hökmünə dair CPM-in 349.4, 349.5, 351.2, 351.3-cü maddələrində təsbit olunmuş tələblərə cavab verməyən nəticə kimi qiymətləndirilə bilməz. Məhkum hökmdən verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları, ittihamın sübuta yetirilməsi, təqsirlilik, əməllərinin hüquqi tövsifi məsələlərini deyil, müstəsna olaraq ona Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanı ağırlığına görə mübahisələndirdiyindən, eləcə də Cinayət-Prosessual Məcəllənin 392.3-cü maddəsində apellyasiya instansiyasında məhkəmə i stintaqının keçirilməsini şərtləndirən əsas qismində təsbit edilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsas yaradan hallar olmadığından, apellyasiya məhkəməsi məhkəmə baxşını məhkəmə istintaqının keçirilməsini, əlavə sübutların tələb edilməsini nəzərdə tutmadan təyin edib keçirmiş və apellyasiya baxşının hədlərinə dair CPM-in 397.1-ci maddəsi işin faktiki hallarının müəyyən edilməsi mübahisələndirilmədikdə, faktiki halların araşdırılıb yenidən müəyyən edilməsinə yol vermədiyindən, Məhkum təqsirli bilindiyi cinayəti təşkil edən işin faktiki hallarını yenidən araşdırmamışdır. Belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə baxışı işin lazımınca (tam, hər ətərəfli və obyektiv) araşdırılmaması kimi, onun şərh edilən məsələlər mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşıb hökmü qüvvədə saxlaması maddi və cinayət-prosessual normaların pozuntusu kimi şərh edilə bilməz. Beləliklə, yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə Məhkum kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərməklə məhkumun həmin pozuntuların möcvud olmasına dair iddiasını təkzib edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə və bu maddələrdə gəstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı bir inci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar kassasiya şikayətinin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya ş ikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar