Məhkəmə qərarları › İş №1(102)-708/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-708/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-708/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs Qədirov Xəqani Qüdrət oğlunun və onun nümayəndəsi Mustafayev Muxtar Nağı oğlunun, Məhkum Məhkum1 müdafiəçiləri Həsənov İmamqulu Vəliqu lu oğlu və Babayev Teymur Tofiq oğlunun, Məhkum Məhkum2 müdafiəçisi Sadıqov Nürəddin Arif oğlunun iştirakları ilə xx xxxxx 1964-cü ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair, xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: M.A.Xankişiyev (sədrlik edən), F.Ə.Qəniyev və M.M.Ağalarov) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıq dan məhrum etmə cəzasına məhkum edilmiş, 14 avqust 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixə kimi tutulduğu 01 (bir) gün, 24 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 05 (beş) gün, ümumilikdə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri s eçilmiş, davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmaqla, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmaqla, barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 07 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 05 (beş) ay 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunub, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, onun barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Hö kmlə həmçinin zərəçəkmiş (mülki iddiaçı) Qədirov Xəqani Qüdrət oğlu tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilmiş, ekspertiza xərci məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) X.Qədirov tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən), K.H.Əkbərov və H.Ç.Məmmədov) apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxs Qədirov Xəqani Qüdrət oğluna münasibətdə dəyişdirilmiş, hökmdən məhkumlar Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum et mə tətbiq olunması və bununla bağlı göstərişlər xaric edilmiş, həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum1 14 avqust 2018-ci il tarixdən 15 avqust 2018-ci il tarixə kimi tutulduğu 01 (bir) gün, 24 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 05 (beş) gün, ümumilikdə tutulduğu və həbsdə saxlanıldığı 06 (altı) ay 06 (altı) gün ona hazırki qərarla təyin olunan cəzadan çıxılmaqla üzərində 06 (alt) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum1 hazırki qərarla üzərində saxlanılan 06 (alt) il 05 ( beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həmin cəzasının başlanğıcı 17 mart 2020-ci il tarixdən hesablanmış, Məhkum2, hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasından onun 7 avqust 2018-ci il tarixdən 01 mart 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 06 (altı) ay 22 (iyirmi iki) gün çıxılmaqla, üzərində saxlanılmış 05 (beş) il 05 (beş) ay 08 (səkkiz) gün azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həmin cəzasının başlanğıcı 23 iyun 2020-ci il tarixdən hesablanmış, zərərçəkmiş şəxs (mülki iddiaçı) Qədirov Xəqani Qüdrət oğlunun məhkumlar (mülki cavabdehlər) Məhkum1 və Məhkum2 qarşı verdi yi mülki iddiası qismən təmin olunmuş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Qədirov Xəqani Qüdrət oğluna iş üzrə vurulmuş maddi ziyana görə məhkumlar (mülki cavabdehlər) Məhkum1 və Məhkum2 2 500 000 (iki milyon beş yüz min) ABŞ dolları (ödəniş gününə manatla olan məzənnə ilə) pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Qədirov Xəqani Qüdrət oğluna ödənilməsi, hökmün qalan hissələrdə zərəçəkmiş şəxs (mülki iddiaç) Qədirov Xəqani Qüdrət oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 Məhkum1 tamah niyyəti ilə hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamaq və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldat ma yolu ilə özgənin külli miqdarda dəyərə malik əmlak hüquqlarını əldə etmək barədə bacısı oğlu Məhkum2 və şəxsiyyəti istintaqla araşdırılan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Əfqanıstan İslam Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət göstərən «Amo Hiratan Oil Refinery So» neft istehsalı və emalı şirkətinin 10.000.000 ABŞ dolları dəyərində nizamnamə kapitalında 25 faiz paya malik olan Məhkum1 digər şəriki Qədirov Xəqani Qüdrət oğlunun nizamnamə kapitalındakı 25 faiz səhm payını onun etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirmək üçün 15 noyabr 2016-cı il tarixdə bacısı oğlu Məhkum2 və şəxsiyyəti istintaqla araşdırılan cinayətin digər iştirakçısı ilə birlikdə ünvan 4 ünvanında yer ləşən 1 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariusda guya Xəqani Qədirovun Əfqanıstan İslam Respublikasında adına olan istənilən səhmlərin bir hissəsi və ya hamısı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını Məhkum2 etibar.etməsinə dair hüquq verən digər rəsmi sənəd hesab edilən etibarnaməni istifadə etmək məqsədi ilə AR-İ 498012 nömrəli blankda saxtalaşdırmaqla şəxsiyyəti istintaqla araşdırılan cinayətin digər iştirakçı Xəqani Qədirovun adından imza etdikdən sonra reyestrdə 7E-62865 qeydiyyat nömrəsi ilə təsdiq edilməsinə nail olaraq qanunsuz hazırlamış yə saxta etibarnaməni Fars dilinə tərcümə etdirərək Bakı şəhəri 1 saylı notariat kontorunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində imza və möhürün həqiqiliyi ni təsdiq etdirmiş, bundan sonra 02 dekabr 2016-cı il tarixdə Məhkum1 bacısı oğlu Məhkum2lə birlikdə Əfqanıstan İslam Respublikasına gedərək 10 dekabr 2016-cı il tarixədək orada olduqları müddətdə bilə-bilə hüquq verən digər rəsmi sənəd hesab edilən saxta etibarnamədən istifadə etməklə «Amo Hiratan Oil Refinery So» neft istehsalı və emalı şirkətinin nizamnamə kapitalındakı Xəqani Qədirova məxsus həmin dövrün məzənnəsi ilə külli miqdarda 4.357.500 manat təşkil edən 2.500.000 ABŞ dolları dəyərində 25 faiz səhm paylarını Məhkum1 sahibindən xəbərsiz öz adına keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Xəqani Qədirovun əmlak hüquqlarını əldə edib külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkum2 tamah niyyəti ilə hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamaq və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda dəyərə malik əmlak hüquqlarını əldə etmək barədə dayısı Məhkum1 və şəxsiyyəti istintaqla araşdırılan qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Əfqanıstan İslam Respublikasında qeydiyyatdan keçməklə fəaliyyət göstərən «Amo Hiratan Oil Refnery Co» neft istehsalı və emalı şirkətinin 10.000.000 ABŞ dolları dəyərində nizamnamə kapitalında 25 faiz paya malik olan dayısı Məhkum1 digər şəriki Qədirov Xəqani Qüdrət oğlunun nizamnamə kapitalındakı 25 faiz səhm payını onun etibarından sui-isti fadə edərək aldatma yolu ilə ələ keçirmək üçün 15 noyabr 2016-cı il tarixdə şəxsiyyəti istintaqla araşdırılan cinayətin digər iştirakçısı ilə birlikdə ünvan 6 ünvanında yerləşən 1 saylı Bakı «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariusda guya Xəqani Qədirovun Əfqanıstan İslam Respublikasında adına olan istənilən səhmlərin bir hissəsi və ya hamısı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını Məhkum2 etibar etməsinə dair hüquq verən digər rəsmi sənəd hesab edilən etibarnaməni istifadə etmək məqsədi ilə AR-İ 498012 nömrəli blankda saxtalaşdırmaqla şəxsiyyəti istintaqla araşdırılan cinayətin digər iştirakçı Xəqani Qədirovun adından imza etdikdən sonra reyestrdə 7E-62865 qeydiyyat nömrəsi ilə təsdiq edilməsinə nail olaraq qanunsuz hazırlamış və saxta etibarnaməni Fars dili nə tərcümə etdirərək Bakı şəhəri 1 saylı notariat kontorunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində imza və möhürün həqiqiliyini təsdiq etdirmiş, bundan sonra 02 dekabr 2016-cı il tarixdə Məhkum2 dayısı Məhkum1la birlikdə Əfqanıstan İslam Respublikasına gedərək 10 dekabr 2016-cı il tarixədək orada olduqları müddətdə bilə-bilə hüquq verən digər rəsmi sənəd hesab edilən saxta etibarnamədən istifadə etməklə «Amo Hiratan Oil Refinery Co» neft istehsalı və emalı şirkətinin nizamnamə kapitalındakı Xəqani Qədirova məxsus həmin dövrün məzənnəsi ilə külli miqdarda 4.357.500 manat təşkil edən 2.500.000 ABŞ dolları dəyərində 25 faiz səhm paylarını sahibindən xəbərsiz dayısı Məhkum1 adına keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suii stifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Xəqani Qədirovun əmlak hüquqlarını əldə edib külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti-1 Məhkum1 müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarının Məhkum1 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair qanunu qüvəsini almış qərarını ləğv edib, birinci və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, istər ibtidai istintaq orqanı, istərsədə birinci insta nsiya məhkəməsi və sonda isə apelyasiya instansiya məhkəməsi absurd şəkildə hesab etmişlər ki, guya Məhkum1 Xəqani Qədirova 2.500.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Halbuki, 25% pay Məhkum1 məxsus olduğundan və zərərçəknıiş kimi tanınmış şəxsə hədiyyə kimi verdiyindən və Məhkum1 sonradan saxta etibarnamədən istifadə etməklə, yəni qanunsuz yolla hədiyyə verdiyi öz 25% payının geri almasından və satıb zavodun borcunu ödəməkdən ibarət olan hərəkətlərinin nəticəsi olaraq Xəqani Qədirova zərər dəyməmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə bağışlanmış hədiyyənin hədiyyə verən tərəfindən hədiyyə alandan geri alınması hədiyyə alana zərər vurmur. Eyni zamanda bağışlanmış hədiyyənin, yəni öz əmlakını hədiyyə verən tərəfindən hədiyyə alandan geri alması hər hansı bir cinayətin tərki bini yaratmır bu mübahisə mülki xarakterlidir. CPM-nin 7.0.36-cı maddəsinə görə isə zərər- cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi ziyandır. Məhkum1 zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməsi və zərərçəkmiş şəxsi aldatması halı istər ibtidai istintaqda və stərsədə nə birinci və nədə apelyasiya məhkəmələrində sübuta yetirilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında "Azərbaycan Respublikası Alı Məhkəməsinin 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarına görə əmlaka olan hüquqların ələ keçirilməsi o zaman dələduzluq kimi qiymətləndirilə bilərdi ki, əmlaka olan hüquq əldə edilərkən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hər hansı bir saxta sənəd təqdini etməklə onu aldatsın və ya ona olan etibarından sui-istifadə etməklə əmlaka olan h üquqları ələ keçirsin. Lakin, bu zaman, yəni miitləq halda zərərçəkmiş şəxs əmlaka olan hüquqlarını və ya əmlakını təqsirli şəxsə könüllü verməlidir. Başqa sözlə CM-nin 178-ci maddəsinin şərhini verən Ali Məhkəmənin Plenumuda onuda izah etmişdir ki, dələduzluqda əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi ancaq aldatma və ya etibardan sui- istifadəni nəzərdə tutulur. Bu cinayətin fərqləndirici əlaməti odur ki, təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Yəni mülküyyətçi əmlakını cinayətkara könüllü verir,.,.. Başqa sözlə dələduzluq özünün törədilmə üsuluna görə ancaq aldatma və onun etibarından sui-istifadə ilə mümkündür. Apelyasiya instansiyası öz qərarında iş materiallarına əlavə edilmiş 18 mart 2019-cu il tarixli Barışıq Sazişinə də istinad etmişdir. Məhkum1 həmin Barışıq Sazişinin öz sabiq müdafiəçisi tərəfindən aldadılaraq onun tərəfindən imza etdirildiyini və bu Sazişin təzyiq, təsir altında imza etdiyini və onun iradəsinin həqiqi ifadəsi olmadığnı, ümumiyyətlə Xəqani Qədirova borcu olmadığını bildirmişdir. İraq İslam Respublikasının Kürdüstan Əyalətinin Süleymaniyyə şəhərində yerləşən KİMT Company for General Trading LTD şirkətimdə Xəqaniyə hər hansı bir məbləğdə pay ayırması fikri ona məxsus olmadığından sonradan bu sazişdən imtina etmişdir. Hədiyy’ə kimi verdiyi öz əmlakının qanunsuz yolla öz mülküyyətinə keçirməsindən ibarət olan hərəkətləri Xəqani Qədirova zərər vurmamışdır ki,onada İraq İslam Respublikasının Kürdüstan Əyalətinin Süleymaniyyə şəhər ində yerləşən KİMT Company for General Trading LTD şirkətimdən pay ayırsın. Birinci və apelyasiya instansiya məhkəmələri işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş kimi göstərdiyi halları əslində sübuta yetirməmiş, cinayət qanunu normasını düzgün tətbiq etməmiş,işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edən sənədləri tələb etməmiş,məhkumun əməlini cinayət qanunu ilə düzgün tövsiif etməmiş, tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq etmiş, CM-nin 178-ci maddəsi ilə cinayət törətməmiş Məhkum1 məhkum etmişlər. Kassasiya şikayəti-2 Məhkum2 müdafiəçisi Sadıqov Nürəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 ona istinad edilən hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamaq və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda dəyərə malik əmlak hüquqlarını əldə etmə ittihamı üzrə əməlində cinayət tərkibinin əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, təqsirləndirilən şəxs hüquq müəyyənedici sənədi qanunsuz yolla alsa da, niyyəti pulu ələ keçirib həmin pul üzərində sərəncam verib şəxsi maraqlarını təmin etmək olmamışdır. İş üzrə zərərçəkmiş şəxs və şahid qismində dindirilən şəxslərin də ifadələrindən aydın olur ki, Məhku m2 niyyəti özgənin əmlakının ələ keçirilməsi deyil, dayısına məxsus olduğu güman etdiyi əmlakın əvvəlki vəziyyətə qaytarılması olmuşdur. Göründüyü kimi şəxsin niyyəti pulu özü üçün əldə etmək olmamışdır. Bununla bağlı “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui- istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nın 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, Yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bu halda. Məhkum2 özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarım əldə etmə niyyətində olması Ali Məhkəmə Plenumunun qeyd edilən qərarına əsasən təkzib edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar t oplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxs barəsində bəraət hökmü çıxarılır. Hüquqi məsələlər: Sədrlik edən bildirir ki, Məhkum1 cəza çəkdiyi 10 saylı Cəzaçəkmə Müəssisəsindən 26 may 2021-ci il tarixli № 17/25-1618 saylı ərizəsi 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olmuş, məhkum ərizəsində təyin olunmuş kassasiya şikayətlərinə dair məhkəmə baxışı zamanı özü və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi barədə Məhkum1 ərizəsini yoxlayıb, ərizənin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və müdafiəçilərin çıxışını nəzərə alaraq hesab edir ki, məhkumun ərizəsi təmin edil məlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürmək hüququna malik olduğundan Məhkum1 ərizəsi təmin edilməlidir. Məhkəmə kollegi yası Məhkum2 və müdafiəçisinin birgə verdiyi kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum2 və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı və zərərçəkmiş şəxsin və onun nümayəndəsinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin d üzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən m üəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ Məhkum2 təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi ha qqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyy əti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dər əcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət işinin materiallarından görünür ki, cinayət işinin apelyasiya baxışı zamanı Məhkum2 və onun müdafiəçisi zərəçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün məhkəmədən bir neçə dəfə vaxt istəsələrdə vurulmuş ziyandan heç bir ödəniş edilməmişdir. Bütün bu hallar isə Məhkum2 real cəza çəkmədən islah olunmayacağına dəlalət edir və məhkəmə kollegiyasında da belə bir inam yaratmır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cəzanın şərti tətbiq edilməli olması barə də gəldiyi nəticə ilə razılaşmayıb qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanun da nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübutlara əsasən müə yyən edilir. Başqa sözlə, məhkəmənin həmin hallar barədə nəticələri də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli s ürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 ərizəsi təmin edilsin. Məhkum1 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti Məhkum1 ərizəsinə əsasən geri qaytarılsın. Məhkum2 və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar