Məhkəmə qərarları › İş №1(102)-708/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-708/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-708/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddə si ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (hakim: X8) 1(006)-400/2022 saylı, 21 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1962-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Səfərəliyeva küçəsi, ev 26, mənzil 08- də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 24, mənzil 26-da yaşayan, hal hazırda Bakı Probasiya İdarəsində qeydiyyatda olmaqla cəza çəkən Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Məhkum məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-627/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) ilə, Məhkum müdafiə çisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək sonuncunun qızı Şahid1 "xxxx" QSCdə operator vəzifəsinə 2.000 manat pulun müqabilində təyin etdirəcəyinə söz verib ondan 2021-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalı ərazisində yerləşən “LC Waikiki” mağazasının qarşısında 1.000 manat, 09 mart 2021-ci il tarixdə isə metronun “28 May” stansiyasının qarşısında 1.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmi ş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-627/2023 saylı, 05 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən ümumiyyətlə apellyasiya şikayəti araşdırılmayıb (oxunmayıb). Biz qanunvericiliyin normalarını Məhkəmənin diqqətinə bir daha çaşdırmışıq ki, Məhkəmə tərəfindən qanunvericiliyin bu tələbləri mütləq nəzərə alınmalıdır. Mahkəmə isə birinci inistansiya məhkəməsinin buraxdığı səhvləri təkrarlayaraq apellyasiya şikayətində göstərilmiş hallara səthi yanaşmışdır. Hesab edirik ki, dələduzluq cinayət tərkibinin əlamətlərini təşkil edən (obyektiv cəhətin) xüsusatlarını məhkəmə müəyyən edə bilməmişdir. AR CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq dedikdə- etibardan sui-istifadə etmə və ya aldatma, yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Qanunvericilik müəyyən etmişdir ki, Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sııi-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilə bilər ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçiriliməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Şəxs əmlakı (əmlaka oİan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmln əmlak və ya əmlaka oian hüiququ əldə edənədək yaranmış olsun. İş materialları ilə müəyyən edilir ki, Məhkum zərərçəkən şəxs Zərərçəkmiş şəxs aldatmaq fikri olmamışdır. Məhkum digər şəxs Şahid3la (işi düzəldən şəxs) telefonla danişan zaman zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun yanında olmuşdur. Yəni zərərçəkən şəxs b ilirdi ki, Məhkum işin düzəlməsini Şahid3 xahiş edirdi. Digər tərəfdən zərərçəkən şəxs Zərərçəkmiş şəxs özü dəfələrlə Şahid3la əlaqə yaratmış və hətta işin nə yerdə olmağını ondan öyrənmək üçün Şahid3 iş yerinə getmişdir. İş materialları İ u müəyyən edilir ki, Məhkum məhkəmədə ifadə verərək bildirmişdir ki, mart ayının əvvəllərində Şahid3 zəng edərək bildirmişdir ki, görüşüb pulu vermək lazımdır. O, isə bildirmişdir ki, beşmərtəbə adlanan ərazidə "Şəki” kafesində görüşək. Məhkum Zərərçəkmiş şəxs 1000 manat pul götürərək Bakı şəhəri, Yasamal rayonunun beşmərtəbə adlanan ərazisində həmin pulu Şahid3 vermişdir. Sonradan təxminən bir həftədən sonra yenidən 1000 manat götürərək həmin ərazidə yerləşən "Şəki” kafesində Şahid3 vermişdir. Sonradan Şahid3 müxtəlif bəhanələrlə işin tezliklə düzələc əyini biİdirmişdir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq o, nə işi düzəltmiş, nədə ki, aldığı 2000 manatı qaytarmamışdır. Bundan sonra Məhkum Şahid3 istifadəsində olan 055 *** ** ** nömrsinin teleqram bölməsində “Ramil telefona aç. Ayıbdır belə olmaz. Məni təhqir edirlər. Sən dedin mən də bu günə söz verdim." başlıqlı mesaj yazmışdır. Məhkəmə tərəfindən bu hal araşdırılmamış və hansı səbəbdən bu mesajın yazılmasına qiymət verilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və araşdırılmamış sübutlara əsasən Məhkum tərəfindən ona isitinad edilən əməl törədilməmişdir və məhkəmə tərəfindən baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmamışdır. Bakı ApellyasiyaMəhkəməsi isə işi tam, obyektiv və hərtərəfli araşdırmadan şəxsin toqsirliliyi məsələsini həll etmişdir. Cinayət prosessua! qanun vericiliyin tələbinə əsasən hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqı gedişində müəyyən edilir. Əgər şəxsin təqsirli olması təkzibediməz mötəbər sübutlarla sübuta yetirilərsə barəsində ittiham hökmü, yox əgər təqsiri sübuta yetirilməzsə barəsində bəraət hökmü çıxarılmalıdır. Bunun üçün məhkəmə tərəfindən irəli sürülmüş ittiham üzrə tam istintaq aparıimalıdır. Məhkəmə tərəfindən qanunvericiliyin bu tələbi pozulmuşdur. Apelİyasiya instansiya məhkəməsi işin fakiki hallarını müəyyən edəbilməmiş, cinayət qanununun və CPM-nin normalarının tətbiqində səhvə yol vermişdir. İş üçün mühüm əhəmiyyət kəsb edən taktiki hallar elə hallar hesab edilir ki, həmin hallar iş üzrə sübutetmə predmetinə daxil olan və hökm və ya qərarın çıxarılması zamanı istinad edilən xüsusatları özündə əks etdirir. İşin düzgün həllində rolu ola biləcək istənilən hal mühüm əhəmiyyət kəsb edən faktiki hal hesab edilir. İş üçün mühüm əhəmiyyət kəsb enən faktiki nalların araşdırılmaması o vaxt mövcııd olacaqdır ki, işin düzgün həlli üçün hər hansı sübutun əldə edilərək tədqiq edilməsinə zərurət yaransın, lakin həmin sübut cinayət prosesini həyata keçirən orqan tərəfindən əldə edilərək təqiq edilməsin. Məhkəmə rəfindən iş üçün mühüm əhəmiyyəti olan aşağıdakı faktiki hal araşdırılmamışdır. - Məhkum özünün istifadəsində olan obonent nömrəsindən Şahid3 istifadəsində olan 055 *** ** ** nömrsinin teleqram bölməsində “Ramil telefonu aç. Ayıbdır belə olmaz. Məni təhqir edirlər. Sən dedin mən də bu günə soz verdim" oxşar başlıqlı mesaj yazmışdır. Məhkəmə tərəfindən bu sübut araşdırıİmamışdır. Halbu ki, bu sübut un araşdırılması tam sübut edəcəkdir ki, Məhkum əməlində cinayət tərkibi yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsiniun qərarının ləğv edilərək məhkum C.İ.Adinovun barəsində cinayət işi üzrə icraata xitam verilməsini, bu mümkün olmadıqda qərarın ləğv edilərək yeni baxışa təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdadiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayara q, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktlar ı müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şika yətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin t ərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gə lən mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmə kollegiyası Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində tələbinin Məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı olduğunu nəzərə alaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan q aldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin məhkəm ə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkum edilmiş şəxs barəsində cinayət işinə xitam verilməli olmasına dair dəlillərinə qiymət verərək cinayət təqibi ilə bağlı mühüm əhəmiy yətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdırılmasına əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi barədə əsaslı hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkum edilmiş şəxsə istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun ona istinad edilmiş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövs if etmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkum edilmiş şəxs barədə cinayət işinin icraatına xitam verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Lakin apellyasiya məhkəməsi qərar qəbul edərkən Məhkum təqsirli bilindiyi CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsinə baxmayaraq, ona təyin edilmiş cəza dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmaya n cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəz ərdə tutulmuş əməlin törədilməsinə görə qanunla müəyyən olunmuş azadlıqdan məhrum etmənin yuxarı həddi 2 (iki) ildən artıq deyil, yəni həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, cinayət hadisəsi 2021-ci ilin fevral ayının sonlarında baş vermiş, 2023-cü iln fevral ayının sonlarında, yəni məhkumu cinayət məs uliyyətinə cəlb etmə müddəti bitdiyi zaman cinayət işi apellyasiya məhkəməsinin icraatında olmuşdur. Apellyasiya məhkəməsi 05 may 2023-cü il tarixdə, yəni məhkumu cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsindən 2 aydan cox vaxt keçməsinə baxmayaraq yekun qərar qəbul edərkən bu xüsusatları nəzərə almamışdır. Qeyd edilən norma ilə nəzərdə tutulan əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyini, hazırki iş üzrə cinayət hadisəsinin 2021-ci ilin fevral ayının sonlarında baş verdiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən 5 may 2023-cü ildə qərar qəbul edilərkən 2 (iki) ildən çox vaxt keçdiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göstərilən cinayət əməlinin törədilmə vaxtından 2 (iki) ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, məhkəmə kollegiyası, Məhkum CM-in 178.1-ci maddəsi ilə cəza təyin edilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinay ət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisri Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən ə saslı olduğundan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilərək həmin qərardan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, Məhkum Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 1(103)627/2023 saylı, 05 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Məhkum cəza təyin edilməsinə dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 may 2023-cü il tarixli qərarından xaric edilsin. Məhkum dərhal cəza çəkməkdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar