Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-708/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmiş ov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx xxxx-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, x şöbəsinin müdiri, eyni zamanda gündüz stasionarı şöbəsinin psixiatrı vəzifəsində işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 may 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 25 iyun 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi o rqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi üzrə 23 oktyabr 2015-ci il tarixli, 2420 nömrəli əmrlə həmin xəstəxananın gündüz stasionarı şöbəsinin psixiatrı vəzifəsi həvalə edilmiş, habelə 26 mart 2021-ci il tarixli, 641-K saylı əmrlə publik hüquqi şəxsdə 7-ci psixiatrik şöbəsinin müdiri vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmrlə təsdiq edilmiş «Həkim-psixiatrın nümunəvi vəzifə təlimatı»na əsasən, tibbi praktikada tətbiqinə ica zə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin individuallaşdırma aparma taktikasını (anamenezin toplanması, kliniki-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, zəruri müalicəni təyin və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, ayrıayrı fərdlər, ailələr və qruplar üçün psixoterapevtik müdaxilələri təşkil etmək və aparmaq, stosionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəy yən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimləri ilə yanaşı psixoloq, sosial işçi, psixatrik tibb bacıları və digər ixtisas sahibləri ilə əməkdaşlıq və müalicə planı və müdaxilələrin təhlili, dəyərləndirilməsi və təkmilləşdirilməsində öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, ailə, aparat və avadanlıqlarının istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etm ək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirməsini təmin etmək, sanitar marifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, xəstələrin ehtiyac və problemlərinə həssaslıqla yanaşmaq, ematiya nümayiş etdirmək, onların ailə üzvlərinə, qəyyumlara və digər əhəmiyyətli şəxslərə xəstənin vəziyyəti və müalicənin gedişi barəsində məlumat və məsləhətlər vermək, məhkəmə-psixiatrik, hərbi xidmətə yararlılıq və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi sosial ekspertiza üçün zəruri sənədlər hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək kimi inzibatitəsərrüfat və təşkilati-sərəncamverici funksiyalarını yerinə yet irən vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, qohumu Şahid5 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 20 22-ci ilin mart ayının əvvəllərində özünə müraciət edən Şahid4 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X2 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini 03 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid4 maddi nemət olan qeyd edilən 100 (yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Şahid5 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında guya Şahid5 3 mart 2022ci il tarixdən 24 mart 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imz alayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid5 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən sə lahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, bacısı X3 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsi nə dair 2022-ci ilin sentyabr ayının əvvəllərində özünə müraciət edən Şahid1 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X3 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini 20 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə 28 sentyabr 2022-ci il tarixdə qeyd edilən yerdə Şahid1 maddi nemət olan qeyd edilən 400 (dörd yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlb ir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə X3 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında X3 10 oktyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasio nar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid1 təqdim etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxi l etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsində Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, oğlu X8 xəstəxanay a gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 25 oktyabr 2022-cİ il tarixdə özünə müraciət edən Şahid6 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X8 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitini 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid6 maddi nemət olan qeyd edilən 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə X8 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin dekabr ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında guya X8 25 oktyabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxanan ın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid6 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bil ə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan günorta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı old uğu halda, xalası oğlu Şahid2 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 17 noyabr 2022-ci il tarixdə özünə müraciət edən Şahid3 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Şahid2 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində istəyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tari xdə qeyd edilən yerdə Şahid3 maddi nemət olan qeyd edilən 200 (iki yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Şahid2 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında Şahid2 17 noyabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə-bilə yalan məlumatlar rəsmi sənəd olan stasiona r xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi Şahid2 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halın da vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində qeyriləri ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar qrup üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində Gündüz stasionarı şöbəsində pasiyent hər gün səhər saat 09:00-dan gü norta saat 16:00-a qədər müalicə almalı və müayinə olunmalı olduğu halda, oğlu X4 xəstəxanaya gəlmədən müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə köməklik göstərilməsinə dair 2022-ci ilin dekabr ayının əvvəllərində özünə müraciət edən Şahid7 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni X4 gündüz stasionarında yatmamaqla müayinə və müalicə olunmadan stasionar xəstənin tibbi kartasından çıxarış verilməsinə görə özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün birbaşa yolla şəxsən maddi nemət olan 100 (yüz) manat məbləğində pul vəsaitini 08 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında yerləşən xidməti otağında təkrarən rüşvət qismində is təyib, onun razılığını alaraq, həmin niyyətlə eyni tarixdə qeyd edilən yerdə Şahid7 maddi nemət olan qeyd edilən 100 (yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü və əlbir olduğu cinayətkar qrupun üzvləri üçün şəxsən təkrarən rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, cinayətkar vədinə əməl edərək barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə X4 müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, X17 küçəsi 69/71 ünvanında yerləşən həmin xəstəxananın inzibati binasında verdiyi göstəriş əsasında guya X4 28 noyabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixə qədər stasionar müalicə almasına dair bilə -bilə yalan məlumatlar rəsmi sənəd olan stasionar xəstənin tibbi kitabçasına qabaqcadan əlbir olduğu xəstəxananın vəzifəli şəxsləri tərəfindən qeyd edilən tarixlərdə daxil edildikdən sonra stasionar xəstənin tibbi kitabçasından çıxarışı imzalayaraq, üzərinə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi” sözləri əks olunmuş möhür vurulduqdan sonra həmin sənədi X5 təqdim etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 02 (iki) il müddətə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fə aliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzasını tam toplamaqla qəti olaraq 02 (iki) il müddətə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsi rləndirilən şəxsin müdafiəçisi Məmişov Anar Mövsüm oğlu apellyasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini, Məhkum götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 7746 manat və 100 ABŞ dolları məbləğində pul vəsaitinin onun özünə qaytarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum elan olunmuş ittihamın onun Şahid5 haqqında olan və bilə-bilə yalan məlumatlar daxil etdiyi, rəsmi sənəd hesab olunan stasionar xəstənin tibbi kitabçasından çıxarışı 2022-ci ilin mart ayında ha zırlayıb Şahid5 təqdim etməsi və X3 haqqında olan və bilə-bilə yalan məlumatlar daxil etdiyi, rəsmi sənəd hesab olunan stasionar xəstənin tibbi kitabçasından çıxarışı 2022-ci ilin sentyabr ayının sonlarında sonuncunun qardaşı Şahid1 təqdim etməsi epizodları üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə tövsif olunmuş vəzifə saxtakarlığı cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin vəzifə saxtakarlığı epizodları üzrə cinayət məsuliyyətindən azad edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Müdafiəçi kassasiya şikayətin də çoxsaylı maddi və prosessual hüquq normalarına, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya, cinayət işi materiallarında olan sübutlara, məhkumun, şahidlərin birinci instansiya məhkəməsində verdiyi ifadələrinə istinad etmiş, həmçinin apellyasiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu iddia etməklə qeyd etmişdir ki, Məhkum faktiki olaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı, ona qarşı ittiham verilməsi gözlənildiyi halda 02 fevral 2023-cü il tarixində şahid qismində dindirilmişdir. Həmin dindirilmə zamanı ona bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilməklə, susmaq hüququ təmin edilməmişdir. İkinci dəfə qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qan unsuz olmuşdur. İlk əvvəl 2022-ci il tarixində 3 ay müddətində, sonra 02 fevral 2023-cü il tarixində yenə 3 ay müddətində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilməklə qanunun tələbləri pozulmuşdur. Həmçinin, Şahid1 20 sentyabrda guya Məhkum pul tələb etməsi ilə bağlı iddiaları da qeyri-mümkündür. Həmin vaxt o, ölkədə deyildi, digər tərəfdən belə olmuş olsa idi həmin gün ona xüsusi pullar verilməli, eyni gündə məhkum edilmiş şəxs aşkar edilməli idi. Məhkum ona qarşı irəli sürülmüş ittihamlar üzrə vəzifəli şəxs deyildir. Ona qarşı ittiham verilməsi ehtimal olunan şəxslər üçün hüquqi əhəmiyyət kəsb edən, hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etməsi mümkün deyil. Həmçinin onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törədilməsi ilə bağlı verilmiş ittiham da öz təsdiqini tapmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq qeyd edilmişdir ki, Məhkum ifadəsində göstərdiyi xüsusatların tam, hərtərəfli, obyektiv araşdırılaraq hüquqi qiymət verilməsi üçün sonuncunun əlbir olaraq cinayət əməllərini törətdiyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin digər vəzifəli şəxslərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi və eyni zamanda hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması faktı ayrılmış cinayət işi üzrə faktlarda cinayət halı müəyyən edilməmişdir. Göründüyü kimi, əlbirliklə bağlı ayrılmış cinayət işi üzrə cinayət təqibi davam etdirilmir. Belə olan halda əlbirliklə bağlı verilmiş ittiham tam amilə qanunsuzdur. Şəxsə eyni zamanda Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə yanaşı Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddələri ilə ittiham verilmişdir. Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində cinayətin törədilmə üsulunun, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin rüşvət almaq cinayətinin zəruri tərkib əlaməti olmaqla obyektiv cəhətin ünsürü kimi birbaşa nəzərdə tutulmuşdur. Oxşar işlər üzrə dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə verilmiş ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi üzrə cinayət işi materiallarında olan stasionar xəstənin tibbi kitabçasında olan məlumatların saxta olması hər hansı sübutla təsdiqini tapmı r. Bununla bağlı hər hansı ekspertiza təyin edilməmiş, rəy alınmamışdır. Göründüyü kimi, Məhkum verilmiş ittiham öz təsdiqini tapmır, onun vəzifəli şəxs olmadığı müəyyən edildiyindən, Azərbaycan Respublikası CM-nin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin obyektiv cəhətinin tərkib əlamətlərinin həyata keçirilməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət hadisəsi olmadığı üçün X6 barəsində Azərbaycan Respublikası CM-nin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, onun cəzaçəkmə müəssisəsindən dərhal azadlığa buraxılması və Azərbaycan Respublikası Baş Prokuro rluğunun depozit hesabında saxlanılan 7746 manat və 100 ABŞ dolları məbləğində pul vəsaitinin özünə qaytarılması barədə qərarın qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuni liyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansi yası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçisi kassasiya şikayətində cinayət hadisəsi olmadığından məhkuma bəraət verilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ol an kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutu lmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalət li cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. İstinad edilən maddi və prosessual hüquqi normaların tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına, birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xi dməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və qeyriləri vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
22. İlk növbədə məhkəmə kollegiyası Məhkum qarşı irəli sürülmüş ittihamın o hissələri ilə razılaşır ki, məhkum olunmuş şəxs əməllərini vəzifəli şəxs kimi məhz vəzifəsindən sui-istifadə etməklə törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və qeyrilər i vasitəsilə maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı cinayətini törətmişdir.
23. Lakin məhkəmə kollegiyası Məhkum əməllərinin həm də vəzifədən suiistifadə etmə, yəni CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət kimi də qiymətləndirilməsi ilə razılaşmır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apelyasiya instansiyası məhkəmələri bu haqda nəticəyə gələrkən maddi hüquq normaların tətbiqində səhvə yol vermişlər.
24. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti vəzifəli şəxsin xidməti vəzifələrinin i crası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi, bunun da nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma kim təsbit edilmişdir.
25. Maddənin məzmunundan göründüyü kimi, vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə id arə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd) (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarı).
26. Lakin Məhkum bir əmələ görə faktiki olaraq Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinmişdir. Onun törətdiyi və Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı hərəkətlər faktiki olaraq xidməti vəzifəsinin icrası ilə bağlı rüşvət alma cinayətini törətməsi ilə əlaqədar olmuşdur və Azərbaycan Respublikası CM-ni n 311.3.2-ci maddəsi ilə tam əhatə olunur.
27. Bu məqamda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 17.3 və 17.4-cü maddələrinin ümumi məzmununa görə, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.
28. Cinayət məsuliyyətini müəyyən edən normalar arasında yaranan rəqabətin həlli üzrə vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da qeyd edilir ki, əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl Cinay ət Məcəlləsinin həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır) («Məhkəmə hökmü haqqında» Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun Qərarı, № 15, § 39, 24 dekabr 2021-cı il).
29. Qeyd edilənlərin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli həm Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin, həm də Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsinin dispozisiyaları ilə uyğunluq təşkil etsə də, onun öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi məhz xidməti vəzifəsinin icrası ilə bağlı rüşvət alma cinayətini törətməsində ifadə olunduğundan, Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi eyni Məcəllənin 308.1-ci maddəsinə nisbətdə xüsusi norma kimi çıxış edir, bu səbəbdən onun törətdiyi bu əməl Cinayət Məcəlləsinin 17.4-cü maddəsinin tələblərinə əsasən yalnız Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi ilə tövsif edilməlidir.
30. Məhkəmə kollegiyası hə mçinin hesab edir ki, Məhkum rüşvət alma cinayət əməlini qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə irəli sürülmüş ittiham da əsassız olmuşdur.
31. Belə ki, cinayət işinin materiallarında olan ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında, eləcə də həmin tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın nəticə hissəsinin 6-cı bəndindən görünür ki, Məhkum əlbir olaraq cinayət əməllərini törətdiyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin digər vəzifəli şəxslərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi və eyni zamanda hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 308.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə yeni nömrəli cinayət işi ayrılmaqla ibtidai araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
32. Ayrılmış cinayət işinin istintaq vəziyyəti, yəni digər vəzifəli şəxslərin müəyyən edilib-edilməməsi, edildiyi təqdirdə həmin şəxslərin prosessual statusu barədə məlumatın əldə edilməsi barədə 24 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olan 24 may 2024-cü il tarixli məktubda ayrılmış cinayət işində Məhkum tərəfindən törədilmiş cinayət əməllərində digər şəxslərin iştirakının müəyyən edilmədiyi bildirilmişdir.
33. Bu məqamda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
34. Eyni Məcəllənin 33.2-ci maddəsinə görə, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
35. Yenə də həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən isə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə də istinadən qeyd edir ki, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyf iyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən, iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz (“Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022ci il tarixli Qərarı).
37. Baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə verilmiş ittihamın cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında təsdiq olunduğu vurğulansa da, lakin iş materialları üzrə, eləcə də ittihamı irəli sürən istintaq orqanının özünün verdiyi məlumata görə məhkum edilmiş şəxsdən başqa cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmiş digər vəzifəli şəxsin və ya şəxslərin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda cinayəti təkbaşına törətmiş şəxsə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törətməsi ilə bağlı vəziyyətini ağırlaşdıran tövsifedici əlamət üzrə sürülmüş ittiham əsaslı hesab oluna bilməz.
38. Müəyyən etdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
39. Cinayət-Prosessual Məcəlləsinin istinad edilən maddəsinə əsaslanı b yuxarıda təfsir edilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum ittihamından Azərbaycan Respublikası CM-nin 308.1 və 311.3.1-ci maddələr xaric edilməlidir.
40. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 313 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.
41. Bununla belə cəza məsələsini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.
42. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməli dir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
43. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tə yin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
45. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci ümumi məzmununa görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habel ə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
46. Cəza siyasətinin tənzimlənməsinə yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında isə qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda bir başa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarı, № 4, § 8, 25 iyun 2003-cü il).
47. Qeyd edilən maddi hüquq normalarının tələbləri və onlara aid Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəməsi Plenumlarının qərarlarının şərhlərini rəhbər tutmaqla cinayət işi materialları üzrə müəyyən edilən işin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edərkən məhkəmələr bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən xüsusatları, cəzasının yüngülləşdirməsinə təsir edə biləcək halları, h abelə təyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişlər.
48. Belə ki, birinci instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində - 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran yeni halların müəyyən edilmədiyi əsası ilə təyin edilmiş həmin cəzanı ədalətli hesab etmişdir.
49. Lakin cinayət işi materiallarından görünür ki, məhkumun ş əxsiyyəti, ailə vəziyyəti və cinayətin ictimai təhlükəliliyinin azaldılması ilə bağlı cəzasını yüngülləşdirən hallar müstəsna hallar olmaqla, onun barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsinə əsas verən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas yaradır.
50. Belə ki, birinci instansiyası məhkəməsinin hökmü üzrə cinayət işin ibtidai istintaqı zamanı məhkum edilmiş Məhkum götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun bank hesabında saxlanılan 7746 manat və 100 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmuşdur.
51. Bu faktla yanaşı məhkəmə kollegiyası eləcə də Məhkum şəxsiyyətini səciyyələndirən hal olara q uzun müddət səhiyyə sahəsində qüsursuz çalışdığını, zərərçəkmiş şəxs tərəfindən peşəkar həkim olaraq dəyərləndirildiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını, cinayət məsuliyyətinə ilk dəfə cəlb edildiyini, ailə vəziyyətini cəzasını yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirir və hesab edir ki, bu halların nəzərə alınması həmçinin cəzanın fərdiləşdirilməsi ilə uzlaşan nəticədir.
52. Müvafiq olaraq, məhkəmə kollegiyasının fikrincə cəzanın məqsədinin təmin edilməsi üçün Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilən aşağı həddən də az - 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
53. Məhkəmə kollegiyasının qəna ətinə görə Məhkum islah edilməsinə bu cəza vasitəsi ilə də nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
54. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, dəlillərindən asılı olmayaraq kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməli, ona qarşı verilmiş ittihamdan Azərbaycan Respublikası CM-ni n 308.1 və 311.3.1-ci maddələri xaric edilməli, onun barəsində Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən hökm üzrə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təyin edilmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış əlavə cəza ilə tam, əsas cəza ilə qismən toplanılmaqla qəti cəza təyin edilməlidir.
55. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyab r 2024-cü il tarixli qərarı yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2023 nömrəli, 20 dekabr 2023cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinməsi və cəza təyin edilməsi, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirli bilinməsi hissələrində ləğv edilsin. Məhkum ittihamından Azərbay can Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.1-ci maddələri xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə səhiyyə s ahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə əlavə cəzası ilə tam, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə əsas cəzası ilə qismən toplanılsın və Məhkum qəti olaraq 02 (iki) il müddətə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1535/2023 nömrəli, 20 dekabr 2023cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)575/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlansın.