Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-709/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin xx x xxxxx 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Ağayev Arif Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü ilə (hakimlər: S.H.Novruzov (sədrlik edən və məruzəçi), İ.S.Nağıyev və S.Ş.Bəylərlidən ibarət tərkibdə) Məhkum -xx xxxxxx 1980-ci ildə Türkiyə Respublikası Aralıq rayonunda doğulmuş, türk, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli - üç uşaq atası, məhkum olunmamış, “Akınlar Uluslararası Nakliyat Şirkəti”ndə sü rücü işləyən, Türkiyə Respublikası İğdır vilayəti, Aralıq rayonu, Karşıya-ka məhəlləsi, İğdır döngəsi 11 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı ) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Ağayev Arif Qurban oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: F.R.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Novruzov və V.K.Quliyevdən i barət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Ağayev Arif Qurban oğlu kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejmli Cəzaçəkmə Müəssisəsindən ərizə göndərərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CP M-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum ərizəsi təmin edilsin, onun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından onun müdafiəçisinin kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-709/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-709/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver