Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-709/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Quliyev Elvin Ənvər oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 s entyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli (hakimlər Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Azad Əli Ağa oğlu Məcidov və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ”NVC” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi vəzifəsində işləmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, Ev 4 ünvanında qeydiyyatda olmaqla Xırdalan şəhəri, Heydər Əliyev prospekti, AAAF park B kompleksi bina 3, mənzil 33- də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193-1.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhru m edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzaları əsas cəzaya qismən birləşdirməklə Məhkum 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin 11 mar t 2021ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən Məhkum və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs direktoru X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsilə, Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 25 noyabr 2021-ci il tarixli qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarından məhkum t ərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, maddi məsul şəxs kimi ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, rəsmi sənədlərə və informasiya resursuna vahid tamah niyyəti ilə bilə-bil ə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini öz qulluq mövqeyindən istifadə etməklə gizlətmək məqsədilə həmin pul vəsaitindən istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmışdır. Belə ki, o, 13 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya X21 qeydiyyat idarəsində ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ev 81, mənzil 11 olan (VÖEN **********) Zərərçəkmiş şəxs ilə 2016-cı ilin dekabr ayından faktiki əmək münasibətlərinə daxil olaraq mü hasib vəzifəsini icra edib həmin MMC üzrə 1 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlayaraq baş mühasib vəzifəsinə təyin edilməklə 17 fevral 2020-ci il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X7”na əsasən, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edən, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini təmin etmək, eləcə də, Zərərçəkmiş şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmiş 10 oktyabr 2017-ci il tarixli “Baş mühasibin əsas öhdəlikləri”nə əsasən, ilkin mühasibat sənədləri, hesablaşmaları və ödəniş öhdəliklərini hazırlamaq, əmək haqqı fondunun sərf olunmasını h əyata keçirmək, tabel əsasında işçilərin əmək haqları, digər ödəmə və ödənişlərini hesablamaq, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəlləri hazırlamaq, mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək, maliyyə nizamına ciddi əməl etmək, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək, şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompyüter proqramına daxil olunmasına nəzarət etmək, müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan ödəmələrin kompyüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək, şirkətin adından ödəmə apararkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək, fəaliyyətləri ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşımaq, fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını, digər strukturlarla əlaqələndirməni təşkil etmək və digər təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs qismində, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə 03 aprel 2017-ci il tarixdə hazırda ləğv edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirli yi yanında Milli Gəlirlər Departamentinin X21 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmış VÖEN ilə sahibkarlıq fəaliyyətini həyata keçirən, həmin tarixdən tam paya malik təsisçisi və direktorunun atası X1 olduğu və 29 aprel 2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda dövlət reyestrində 7E-1913 saylı nömrə ilə qeydiyyata alınmış etibarnaməyə əsasən cəmiyyətin direktorunun səlahiyyətlərini üzərinə götürərək faktiki olaraq direktor səlahiyyətlərini həyata keçirdiyi "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında xidmətlərin göstərilməsi və alqı-satqı aparılmasına dair hər hansı bir müqavilə olmadığı halda qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 xəbəri olmadan əvəzsiz qaydada sonuncu tərəfindən özünə etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ 69 AMRA ******************** nömrəli hesabından vəzifəli şəxs kimi tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə 05 dekabr 2018-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ 37ACAB ******************** nömrəli hesabına 15.150,78 manat (on beş min bir yüz əlli manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaitini elektron qaydada köçürərək 6 dekabr 2018-ci il tarixdə "xxxx" ASC-nin Səbail rayonu, ünvan 3 ünvanında yerləşən Xəqani filialında yerləşən ofisindən həmin məbləğdə pul vəsaitini nağdlaşdırıb çıxarmaqla Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş həmin pul vəsaitini q ulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMCnin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqey indən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə təkrarən mənimsəmə yolu ilə talamaq məqsədilə 5 avqust 2016-cı il tarixdə hazırda ləğv edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X8 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmış VÖEN ilə sahibkarlıq fəaliyyətini həyata keçirən, həmin tarixdən özünün tam paya malik təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında müqavilə bağlanmadan və tərəflər arasında faktiki olaraq heç bir alqısatqı olmadan və xidmət göstərilməsi həyata keçirilmədən Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 xəbəri olmadan əvəzsiz qaydada sonuncu tərəfindən özünə etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə il ə əlaqəli “Asan İmza”-dan istifadə etməklə Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ 69AMRA******************** nömrəli hesabından vəzifəli şəxs kimi tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə 5 dekabr 2018-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ 48ACAB******************** nömrəli hesabına 15.450,75 manat (on beş min dörd yüz əlli manat yetmiş beş qəpik) məbləğində pul vəsaitini elektron qaydada köçürərək 6 dekabr 2018-ci il tarixdə "xxxx" ASC-nin Səbail rayonu, ünvan 3 ünvanında yerləşən Xəqani filialında yerləşən ofisindən həmin məbləğdə pulu nağdlaşdırıb çıxarmaqla Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş həmin pul vəsaitini qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamı ş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMCnin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niy yətlə təkrarən mənimsəmə yolu ilə talamaq məqsədilə 12 noyabr 2018-ci il tarixdə hazırda ləğv edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmış VÖEN ilə sahibkarlıq fəaliyyətini həyata keçirməklə, həmin tarixdən bacısı Şahid6 tam paya malik təsisçisi və direktoru olduğu, lakin faktiki olaraq direktor səlahiyyətlərini şəxsən özünün həyata keçirdiyi "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC arasında xidmətlərin göstərilməsi və alqı-satqı aparılmasına dair hər hansı bir müqavilə olmadığı halda qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 xəbəri olmadan əvəzsiz qaydada sonuncu tərəfindən özünə etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə Zərərçəkmiş şəxs MMC-nin "xxxx" ASC-də olan AZ 69AMRA******************** nömrəli hesabından vəzifəli şəxs kimi tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə 24 dekabr 2018-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ 30PAHA40060AZNHC********** nömrəli hesabına 13.500 (on üç min beş yüz) manat məbləğində pul vəsaitini elektron qaydada köçürüb, Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş həmin pul vəsaitini qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanun i mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 13.500 manat məbləğində həmin pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini öz qulluq mövqeyindən istifadə etməklə gizlətmək məqsədilə həmin pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-dəki AZ30PAHA40060AZNHC********** nömrəli hesabında olan 122.508 manatla birgə cəmi 136.008 manat olmaqla 26 dekabr 2018-ci il tarixdə elektron qaydada verdiyi tapşırıq əsasında xaricdən xalça alışı məqsədi ilə istintaqa məlum olmayan hesaba köçürüb, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etm əklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini leqallaşdırmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən hər hansı sement alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 17 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəx s MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tamah niyyətilə məzmununa biləbilə yalan - guya həmin MMC tərəfindən sement satışı fəaliyyəti ilə məşğul olan X3 1 tonu 122,76 manatdan dəyəri 15.345 manat olan 125 ton “Holcim Optimal” markalı, 1 tonu tonu 135,47 manatdan dəyəri 10.837 manat olan 80 ton “Holcim Special” markalı, 1 tonu 143,95 manatdan dəyəri 3.797,4 manat olan 26,38 ton “Holcim Sprint” markalı olmaqla, ƏDV-siz ümumi dəyəri 29.979,4 manat olan sementin satın alınmasına dair məlumatlar daxil etməklə 17 iyun 2019-cu il tarixli, 9c saylı Malların alqı-satqı müqaviləsini və həmin müqaviləyə “Qiymət əlavəsi”ni tərtib edib, həmin müqavilədə olan Zərərçəkmiş şəxs MMCnin direktoru X12 adının qarşısında olan imzanı özü oxşatmaqla imzalayıb, içərisində Zərərç əkmiş şəxs yazısı olan möhürün surətini surətçıxaran qurğu vasitəsilə müqavilənin üzərinə köçürməklə təsdiq edib, Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz X4 "xxxx" ASC-də olan AZ51AZRT******************** nömrəli hesablaşma hesabına 22 iyun 2019-cu il tarixdə əlavə dəyər vergisi üzrə 5.396,4 manat (beş min üç yüz doxsan altı manat qırx qəpik) və əsas vəsait üzrə 29.980 (iyirmi doqquz min doqquz yüz səksən) manat olmaqla, cəmi 35.376,4 manat (otuz beş min üç yüz yetmiş altı manat qırx qəpik) məbləğində pul vəsaitini köçürüb, həmin müq avilənin şərtlərinə uyğun olaraq 22 iyun 2019-cu il tarixdə X3 231,38 ton sement məhsulunun cəmiyyətin direktoru X19 tərəfindən təhvil alınmasına dair həmin tarixli “Malların təhvilqəbulu haqqında” aktını Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tamah niyyətilə qəsdən fərqli formada imzalayıb, elektron qaydada EAAW seriyalı, 158960 nömrəli “Elektron Qaimə”-ni cəmiyyətin direktoruna məxsus qeyd edilən “Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, 231,38 ton sement məhsulunu Səlim Səlimovdan təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş 5.396,4 manat (beş min üç y üz doxsan altı manat qırx qəpik) məbləğində pul vəsaitini təkrarən israf etməklə, 29.980 (iyirmi doqquz min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə həmin Cəmiyyətə ümumilikdə 35.376,4 manat (otuz beş min üç yüz yetmiş altı manat qırx qəpik) məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə biləbilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlı ğı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən hər hansı taxta materialı alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 24 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən inzibat i binasındakı xidməti otağında tamah niyyətilə məzmununa bilə-bilə yalan - guya həmin MMC tərəfindən taxta tikinti materialının satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-dən bir kub metrinin qiyməti 6,85 manat olmaqla, ümumi miqdarı 4381 kub metr, ölçüləri 2800x2070x18mm olan laminə olunmuş pilitələrin (DSP) ƏDV-siz ümumi dəyəri 30.015,19 manat (otuz min on beş manat on doqquz qəpik) olmaqla, satın alınmasına dair məlumatlar daxil edərək 24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə satınalma müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Qiymətlərin razılaşdırılması protokolunu tərtib edib, həmin müqavilədə olan Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 adının qarşısına olan imzanı özü oxşatmaqla imzalayıb, Cəmiyyətin, içərisində Zərərçəkmiş şəxs yazısı olan möhürünün əksini reylef kile şdən sənədlərin üzərinə birbaşa vurmaqla müqavilənin üzərinə köçürərək təsdiq edib, Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş ***-***-**-** nömrəyə bağlı sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ03İBAZ******************** nömrəli hesablaşma hesabına əlavə dəyər vergisi üzrə 5.402,74 manat (beş min dörd yüz iki manat yetmiş dörd qəpik) və əsas vəsait üzrə 30.015,19 manat (otuz min on beş manat on doqquz qəpik) olmaqla, cəmi 35.417,93 manat (otuz beş min dörd yüz on yeddi manat doxsan üç qəpik) pul vəsaitini köçürüb, həmin müqavilənin şərtlərinə uyğun olaraq 24 iyun 2019-cu il tarixdə "xxxx" MMC-dən 4381 kub metr taxta məhsulunun cəmiyyətin direktoru X19 tərəfindən guya təhvil alınmasına dair həmin tarixli “24 iyun 2019-cu il tarixli 06/b nömrəli mallar üzrə TƏHVİL-TƏSLİM AKTİ”nı Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə tamah niyyətilə qəsdən X12 adının qarşısında olan imzanı özü oxşatmaqla imzalayıb, elektron qaydada EAAW seriyalı, 220057 nömrəli “Elektron Qaimə”-ni cəmiyyətin direktoruna məxsus qeyd edilən “Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, 4381 kub metr taxta məhsulunu "xxxx" MMC-nin məsul şəxslərindən təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs MMC-yə mə xsus olmaqla ona etibar edilmiş 5.402,74 manat (beş min dörd yüz iki manat yetmiş dörd qəpik) məbləğində pul vəsaitini təkrarən israf etməklə, 30.015,19 manat (otuz min on beş manat on doqquz qəpik) məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə həmin Cəmiyyətə ümumilikdə 35.417,93 manat (otuz beş min dörd yüz on yeddi manat doxsan üç qəpik) məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən hər hansı armatur yaymasının alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 01 iyul 2019 -cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tamah niyyətilə məzmununa bilə-bilə yalan guya həmin MMC tərəfindən armatur satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-dən ƏDV-siz ümumi dəyəri 79.292,25 manat (yetmiş doqquz min iki yüz doxsan iki manat iyirmi beş qəpik) olan armaturun satın alınmasına dair məlumatlar daxil etməklə 01 iyul 2019-cu il tarixli, 289 nömrəli müqaviləni tərtib edib, həmin müqavilədə olan Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 adının qarşısında olan imza qrafasını özü imzalayıb, içərisində Zərərçəkmiş şəxs yazısı olan möhürün surətini surətçıxaran qurğu vasitəsilə müqavilənin üzərinə köçürməklə təsdiq edib, Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan * **-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ40MUGA**********00206AZM00 nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz “"xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ04İBAZ**********113183206 nömrəli hesablaşma hesabına 05 iyul 2019-cu il tarixdə əlavə dəyər vergisi üzrə 14.236,38 manat (on dörd min iki yüz otuz altı manat otuz səkkiz qəpik) və 5 iyul 2019-cu il tarixdə əsas vəsait üzrə 79.292,25 manat (yetmiş doqquz min iki yüz doxsan iki manat iyirmi beş qəpik) olmaqla, cəmi 93.528,63 manat (doxsan üç min beş yüz iyirmi səkkiz manat altmış üç qəpik) məbləğində pul vəsaitini köçürüb, həmin müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC-nin məsul şəxslərindən armatur məhsulunun cəmiyyətin direktoru X19 tərəfindən təhv il alınmasına dair elektron qaydada EAAW seriyalı, 801007 nömrəli və EAAW seriyalı, 802574 nömrəli “Elektron Qaimə”-ləri 05 iyul 2019-cu il tarixdə cəmiyyətin direktoruna məxsus qeyd edilən “Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, tikinti materialı olan armaturu "xxxx" MMC-nin məsul şəxslərindən təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş 14.236,38 manat (on dörd min iki yüz otuz altı manat otuz səkkiz qəpik) məbləğində pul vəsaitini təkrarən israf etməklə, 79.292,25 manat (yetmiş doqquz min iki yüz doxsan iki manat iyirmi beş qəpik) məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə, həmin Cəmiyyətə ümumilikdə 93.528,63 manat (doxsan üç min beş yüz iyi rmi səkkiz manat altmış üç qəpik) məbləğində, yəni külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə baş mühasib kimi həmin şirkətin adından hər hansı hüquqi və fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmadığı, habelə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi tərəfindən hər hansı kabel elektrik avadanlığının alqı-satqısının həyata keçirilməsi planlaşdırılmadığı və realizə olunmadığı halda 12 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında tamah niyyətilə məzmununa bilə-bilə yalan guya həmin MMC tərəfindən kabel satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-dən bir metri 3,4199 manatdan cəmi 547,18 manat dəyə rində 160 metr 5x4 NHXMH 300/500 V Goknur Kabel, bir metri 15,7902 manatdan cəmi 1.736,92 manat dəyərində 110 metr 5X16N2XH 0,6/1 KV kabel Göknur, bir metri 21,5389 manatdan cəmi 14.581,84 manat dəyərində 677 metr 3X35+16N2XH kabel Göknur, bir metri 10,1097 manatdan cəmi 3.528,29 manat dəyərində 349 metr 5X10N2XH kabel Göknur, bir metri 5,8797 manatdan cəmi 3.504,3 manat dəyərində 596 metr kabel Göknur 5X6 NHXMH YANGİNA DAYANİQLİ markalı elektrik avadanlığı olmaqla, ƏDV-siz ümumi dəyəri 23.898,53 manat olan 1.892 metr kabelin satın alınmasına dair məlumatlar daxil etməklə 12 iyul 2019-cu il tarixli, “Malların alqı-satqı müqaviləsi № SE/031/07/019”ni tərtib edib, həmin müqavilədə olan Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 adının qarşısında olan qrafanı özü imzalayıb, içərisində Zərərçəkmiş şəxs yazısı olan möhürün surətini surətçıxaran qurğu vasitəsilə müqavilənin üzərinə köçürməklə təsdiq edib, Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifə saxtakarlığı yolu ilə cinayətdən xəbərsiz "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ54AVRA******************** nömrəli hesablaşma hesabına 16 iyul 2019-cu il tarixdə əlavə dəyər vergisi üzrə 4.301,73 manat (dörd min üç yüz bir manat yetmiş üç qəpik) və əsas vəsait üzrə 23.898,52 manat (iyirmi üç min səkkiz yüz doxsan səkkiz manat əlli iki qəpik) olmaqla, cəmi 28.200,25 manat (iyirmi səkkiz min iki yüz manat iyirmi beş qəpik) məbləğind ə pul vəsaitini köçürüb, həmin müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC-nin məsul şəxslərindən 1.892 metr ölçüdə qeyd edilən kabel elektrik avadanlığının cəmiyyətin direktoru X19 tərəfindən təhvil alınmasına dair elektron qaydada EAAW seriyalı, 158960 nömrəli “Elektron Qaimə”-ni 13 iyul 2019-cu il tarixdə cəmiyyətin direktoruna məxsus qeyd edilən “Asan İmza”-dan istifadə edərək vəzifə saxtakarlığı yolu ilə təsdiq etməklə, göstərilən miqdarda 1.892 metr kabelin elektrik avadanlığını "xxxx" MMC-nin məsul şəxslərindən təhvil alıb şəxsi məqsədlərinə uyğun sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş 4.301,73 manat (dörd min üç yüz bir manat yetmiş üç qəpik) məbləğində pul vəsaitini təkrarən israf etməklə, 23.898,52 manat (i yirmi üç min səkkiz yüz doxsan səkkiz manat əlli iki qəpik) məbləğində pul vəsaitini isə təkrarən mənimsəməklə, həmin Cəmiyyətə ümumilikdə 28.200,25 manat (iyirmi səkkiz min iki yüz manat iyirmi beş qəpik) məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə əvvəlcədən tanıdığı cinayətdən xəbərsiz X14, Şahid4 və Şahid5 ilə Zərərçəkmiş şəxs MMC arasında faktiki əmək münasibətləri və əmək müqaviləsi olmadığı halda həmin şəxslərin adlarına bankomat kartlarının açılması üçün 2 sentyabr 2019-cu il tarixdə, "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən “Landmark” filialında vəzifəli şəxs qismində rəsmi sənəd hesab olunan 2 sentyabr 2019-cu il tarixli, 01 nömrəli əmək haqqı kart hesablarının açılması üçün ə rizə və ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizəyə X14, Şahid4 və Şahid5 guya Zərərçəkmiş şəxs MMC-nin əməkdaşları olmaqla onların adına ilkin, özünün adına isə əlavə "xxxx" ASC-də əmək haqqı kartının açılması üçün bilə-bilə həmin yalan məlumatları tamah niyyəti ilə daxil edib kağız daşıyıcı üzərinə çap olunduqdan sonra həmin məktubu özü müştərinin imzası qrafasında imzalayıb Zərərçəkmiş şəxs MMC-yə məxsus möhürlə təsdiqləyərək vəzifə saxtakarlığı edib cinayətkar niyyətini davam etdirərək göstərilən məktub əsasında özünün, X14, Şahid5 və Şahid4 adlarına 2 sentyabr 2019-cu il tarixdə PAŞA Bank” ASC-də müvafiq olaraq AZ 03PAHA41010AZNFK**********, AZ 73PAHA41010AZNFK**********, AZ 46PAHA41010AZNFK**********, AZ 19PAHA41010AZNFK********** nömrəli hesablar açıldıqdan sonra Zərə rçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında xidməti kompüterindən Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan **********320136 nömrəli bank hesabından informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə X10 adına açdığı AZ03PAHA41010AZNFK********** nömrəli hesaba 2 sentyabr 2019-cu il tarixdə 12.000 (on iki min) manat, 10 oktyabr 2019-cu il tarixdə 9.000 (doqquz min) manat, 17 oktyabr 2019cu il tarixdə 10.000 (on min) manat, 4 noyabr 2019-cu il tarixdə 6.000 (altı min) manat, 22 noyabr 2019-cu il tarixdə 8.000 (səkkiz min) manat, 26 noyabr 2019-cu il tarixdə 8.500 (səkkiz min beş yüz) manat, 12 dekabr 2019-cu il tarixdə 7.000 (yeddi min) manat, 13 dekabr 2019-cu il tarixdə 9.000 (doqquz min) manat, 24 dekabr 2019-cu il tarixdə 6.000 (altı min) manat, 28 dekabr 2019-cu il tarixdə 27.000 (iyirmi yeddi min) manat, ümumilikdə 102.500 (bir yüz iki min beş yüz) manat, Şahid5 adına açdığı AZ46PAHA41010AZNFK********** nömrəli hesaba 2 sentyabr 2019-cu il tarixdə 12.000 (on iki min) manat, Şahid4 adına açdığı AZ19PAHA41010AZNFK********** nömrəli hesaba 2 sentyabr 2019-cu il tarixdə 10.900 (on min doqquz yüz) manat, 9 oktyabr 2019-cu il tarixdə 1.500 (bir min beş yüz) manat, 14 oktyabr 2019-cu il tarixdə 9.000 (doqquz min) manat, 17 oktyabr 2019-cu il tarixdə 11.000 (on bir min) manat, 22 noyabr 2019-cu il tarixdə 8.000 (səkkiz min) manat, 26 noyabr 2019-cu il tarixdə 8.500 (səkkiz mi n beş yüz) manat, 12 dekabr 2019-cu il tarixdə 7.000 (yeddi min) manat, 13 dekabr 2019-cu il tarixdə 9.000 (doqquz min) manat, 21 dekabr 2019-cu il tarixdə 5.850 (beş min səkkiz yüz əlli) manat, 28 dekabr 2019-cu il tarixdə 27.000 (iyirmi yeddi min) manat, 14 fevral 2020-ci il tarixdə 39.000 (otuz doqquz min) manat, ümumilikdə 136.750 (bir yüz otuz altı min yeddi yüz əlli) manat, öz adına açdığı AZ03PAHA41010AZNFK********** nömrəli hesaba 2 sentyabr 2019-cu il tarixdə 12.000 (on iki min) manat, 9 oktyabr 2019-cu il tarixdə 3.500 (üç min beş yüz) manat, 14 oktyabr 2019-cu il tarixdə 9.000 (doqquz min) manat, 28 dekabr 2019-cu il tarixdə 26.000 (iyirmi altı min) manat, 14 fevral 2020-ci il tarixdə 39.000 (otuz doqquz min) manat, ümumilikdə 89.500 (doxsan səkkiz min beş yüz) manat məbləğind ə olmaqla, cəmi 340.750 (üç yüz qırx min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini köçürüb 2 sentyabr 2019-cu il tarixdə özü, cinayətdən xəbərsiz Şahid4, Nailə Məmmədova və Şahid5 ilə "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən “Landmark” filialına gedərək adlarına açılan hesablara köçürülmüş pul vəsaitindən Şahid4 54,23 manat xidmət haqqı tutulduqdan sonra 10.845 manat, Nailə Məmmədova, Şahid5 və özündən hər biri üçün 59,7 manat xidmət haqqı tutulduqdan sonra hər biri 11.940 manat olmaqla, ümumilikdə 233,3 manat xidmət haqqı tutulmaqla cəmi 46.665 manat pul vəsaitini müvafiq olaraq FJB**********863, FJB**********892, FJB**********883 və FJB**********872 nömrəli məxaric orderlərinə imza etməklə qeyd olunan pul vəsaitlərini Şahid4, Nailə Məmmədova və Şahid5 vasitəsilə və şəxsən hesablard an çıxarılmasına nail olmaqla pul vəsaitlərini onlardan alaraq, habelə, 29 dekabr 2019-cu il tarixdə və 14 fevral 2020-ci il tarixdə isə özü müvafiq olaraq "xxxx" ASC-nin, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku” və "xxxx" ASC-nin ünvan 7 ünvanında yerləşən “Bridge Plaza” filiallarına gedərək FJB**********791 və FJB**********736 nömrəli məxaric orderlərinə imza edərək müvafiq olaraq 258,88 bank tərəfindən xidmət haqqı tutulduqdan sonra 25.888 manat və 764,72 bank tərəfindən xidmət haqqı tutulduqdan sonra 38.236 manat, ümumilikdə 1.023,6 manat xidmət haqqı tutulmaqla cəmi 64.124 manat məbləğində pul vəsaitini hesabdan məxaric etməklə, habelə 2 sentyabr 2019-cu il tarixdən 10 mart 2020-ci il tarixə qədər olan müddətdə öz adına olan **********061721 n ömrəli, Nailə Məmmədovanın adına olan **********320136 nömrəli, Şahid4 adına olan **********993426 nömrəli bankomat kartları vasitəsi ilə "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, “AFB” Bank və "xxxx" ASC-nin Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən ATM bankomatlarından cəmi 228.704,07 manat məbləğində pul vəsaitini çıxarmaqla, qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə edərək həmin Cəmiyyətə məxsus olmaqla ona etibar edilmiş cəmi 1.256,9 manat (bir min iki yüz əlli altı manat doxsan qəpik) xidmət haqqı tutulmuş məbləğ üzrə təkrarən israf etməklə, cəmi 339.493,07 manat (üç yüz otuz doqquz min dörd yüz doxsan üç manat yeddi qəpik) məbləğində pul vəsaitini isə nağdlaşdırdıqdan sonra öz şəxsi ehtiyaclarına sərf edib həmin Cəmiyyətə külli miqdarda ziyan vur ub təkrarən mənimsəməklə, vahid niyyətlə cəmi 340.749,97 manat (üç yüz qırx min yeddi yüz qırx doqquz manat doxsan yeddi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə külli miqdarda ziyan vurmaqla təkrarən talamış, həmin hərəkətləri ilə qeyd edilən Cəmiyyətin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozub hüquqi şəxs olan Zərərçəkmiş şəxs MMC-nin mülkiyyət hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə və informasiya resursuna tamah niyyətilə bilə-bilə yalan məluma tları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədilə süd məhsullarının istehsalını və satışını həyata keçirməklə vergi ödəyicisi olan fiziki şəxs X13 tərəfindən 24 yanvar 2019-cu il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisində dövlət reyestrində 7E-1218 saylı nömrə ilə qeydiyyata alınmış etibarnaməyə əsasən sonuncunun mühasibatlıq işlə rini özünə həvalə etməsindən sui-istifadə edərək Zərərçəkmiş şəxs MMC ilə X13 arasında xidmətlərin göstərilməsi və alqı-satqı aparılmasına dair hər hansı bir müqavilə olmadığı halda qulluq mövqeyindən sui-istifadə edərək Zərərçəkmiş şəxs MMC-nin direktoru X12 xəbəri olmadan əvəzsiz qaydada Cəmiyyətin direktoru tərəfindən ona etibar edilmiş sertifikat seriya nömrəsi 5E0C492E223F03D5 olan ***-***-**-** nömrə ilə əlaqəli “Asan İmza”-dan istifadə etməklə cəmiyyətin "xxxx" ASC-də olan AZ 31PAHA40030AZNH********** nömrəli hesablaşma hesabından vəzifəli şəxs kimi tamah niyyətilə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə 30 sentyabr 2019-cu il tarixdə cinayətdən xəbərsiz X5 "xxxx" QSC-də olan AZ 74ACAB**********0000666581 nömrəli hesabına əlavə dəyər vergisi və əsas vəsait üzr ə cəmi 15.500 manat, 29 oktyabr 2019-cu il tarixdə əlavə dəyər vergisi üzrə 3.000 (üç min) manat, 5 dekabr 2019-cu il tarixdə əsas vəsait üzrə 20.500 (iyirmi min beş yüz) manat pul vəsaitini elektron qaydada köçürərək, ümumilikdə 15.000 (on beş min) manat əlavə dəyər vergisini təkrarən israf edib, cəmi 24.000 (iyirmi dörd min) manat pul vəsaitini isə X5 həmin hesabından sonuncunun başqa müəssisələr qarşısında olan maliyyə öhdəlikləri üzrə həmin müddətdə köçürüb, Kənan İmaməliyevdən Bakı şəhəri ərazisində istintaqa məlum olmayan yerdə həmin öhdəliklər üzrə nağd qaydada aldığı pul məbləğini isə şəxsi ehtiyaclarına sərf edib, 24.000 (iyirmi dörd min) manat pul vəsaitini təkrarən mənimsəməklə, qeyd edilən qaydada ümumilikdə 39.000 (otuz doqquz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan v urmaqla Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub saxlanılması, alınan mallar üzrə vəsaitlərdən səmərəli istifadənin təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna tamah niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr barəsində cəza təyin edərkən himayəsində azyaşlı uşağının olmasını, atasının 4-cü qrup əlil olmasını, anasının vəfat etdiyini, özünün isə səhhətində olan problemlərdən əziyyət çəkdiyini nəzərə almamışdır. Odur ki, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, barəsindəki apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində nümayəndə Quliyev Elvin Ənvər oğlu çıxış edərək, onlara qarşı vurulan ziyan ödənilmədiyi nəzərə alınaraq kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum törətdiyi cinayət əməlinə görə aşağı həddə cəza təyin edilməsi nəzərə alınaraq kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarları nın ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağı rlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş maddi məsul şəxs kimi ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə və israf etmə yolu ilə talama, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədlərə və informasiya resu rsuna vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini öz qulluq mövqeyindən istifadə etməklə gizlətmək məqsədilə həmin pul vəsaitindən istifadə etməklə maliyyə əməliyyatları və digər əqdlər həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayə tin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfind ən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşağının olmasını), cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcə lləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) q anunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cina yətlər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.2.3, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-709/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-709/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver