Məhkəmə qərarları › İş №1(102)-71/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-71/2020

02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-71/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçinun iştirakı ilə, Naxçıvan Muxtar Respublikası A li Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim H.M.Məmmədov, hakimlər S.H.Novruzov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxxx 1986-cı ildə ünvan3-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 3 uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 1 20.2.11-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxx 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.R.Məmmədov, hakimlər V.G.Kuimova və Q.N.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən veril miş apellyasiya şikayətləri təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim G.L.Rzayeva, hakimlər F.K.Əliyev və İ.M.Nəsirovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Zərərçəkmiş şəxsin hüquqi va risi Hüquqi varis kassasiya şikayətinə qarşı etiraz vermişdir. İşin halları: Hökmə əsasən Məhkum qazanc əldə etmək məqsədilə avtomaşın ələ keçirib satmaq üçün xx xxxx 2016-cı il tarixdə ünvan5dən ünvan6na keçərək ünvan10nə getmiş, İğdır şəhərində olarkən məqsədinə çatmaq üçün ələ keçirəcəyi avtomobili müəyyənləşdirdikdən sonra sürücüsünü öldürmək qərarına gəlmiş, hadisəni törədəcəyi yeri dəqiqləşdirmək üçün xx xxxx 2016-cı il tarixdə ünvan10nin yaxınlığında yerləşən ünvan7 istiqamətində gedərkən həmin kəndin yaxınlığında su kanalının keçdiyi yerdə avtomobillərin ara-sıra gedib-gəldiyini, adamların az olduğunu müşahidə etmiş, cinayəti həmin yerdə törədəcəyini düşünərək təkrar oradan ünvan10ndəki avtomobillər dayanan meydana qayıtmış, bu zaman orada “X19-Prado” markalı, **-xx xx xx-*** dövlə t nömrə nişanlı minik avtomaşınını görərək maşına tərəf yaxınlaşmış, onun maşına yaxınlaşmasını görən əvvəlcədən tanımadığı, sonradan adını öyrəndiyi sürücü Zərərçəkmiş şəxs ondan ünvan8 şəhərinə gedib-getməməsini soruşmuş, onu aldadaraq ünvan9ndən ünvan7nə yükünün gələcəyini və birlikdə gedib həmin yükü götürərək oradan ünvan8a gedəcəklərini bildirib bu barədə onunla 120 TL-yə razılaşmış, bir az keçdikdən sonra Zərərçəkmiş şəxsə alacaq bir-iki şey olduğunu deyərək qab-qacaq mağazasına gedib oradan onu yolda öldürmək məqsədilə 1 ədəd dəstəyi açıq qəhvəyi rəngli taxtadan, tiyəsi ilə birlikdə ümumi uzunluğu təxminən 25-30 sm. olan bıçaq alaraq əl çantasında gizlətdikdən sonra avtomaşının yanına gəlmiş, saat 19:10 radələrində Zərərçəkmiş şəxs məxsus “X19-Prado” markalı, **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomaşına birlikdə əyləşib əvvəlcədən planlaşdırdığı kimi maşını ünvan7 istiqamətində hadisəni törədəcəyi yerə sürdürmüş, həmin yerə çatdıqda Məhkum məqsədini həyata keçirmək üçün aldığı bıçaqla Zərərçəkmiş şəxs başının alın nahiyəsinin sol yarısından bir ədəd, alnının sağ yarısından bir ədəd, sağ qaşüstü nahiyəsindən bir ədəd, sağ qulağın aşağı üçdə birindən bir ədəd, alt çənəsinin sağ yarısından iki ədəd, sağ almacıq nahiyəsindən bir ədəd, boynunun sol yarısından bir ədəd, döş qəfəsinin sağ yarısından bir ədəd, sağ saidinin arxa səthindən bir ədəd və həmin saidin ön səthindən bir ədəd, sol saidinin orta üçdə birinin ön səthindən üç ədəd və həmin saidin yuxarı üçdə birinin ön səthindən bir ədəd, sol əlinin İ-İİ barmaqarası nahiyəsindən üç ədəd, həmin əlin İİ barmağının İ İİ falanqasının iç səthindən bir ədəd, sağ əlinin İİ barmağından bir ədəd xəsarət - ümumilikdə 20 xəsarət yetirib sağlamlığına ağır zərər vurmaqla, Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək onu silah qismində istifadə edilən bıçaqla quldurluq yolu ilə qəsdən həyatdan məhrum edib, Zərərçəkmiş şəxs meyitini avtomobildən endirib sürüyərək su kanalına atdıqdan sonra Zərərçəkmiş şəxs məxsus 453,6 manat pulu və 22000 dəyərində olan avtomaşını, cəmi 22453,6 manat məbləğində xeyli miqdarda əmlakını ələ keçirib həmin avtomaşınla hadisə yerindən qaçmışdır. Kassasiya şikayətinin və etirazın dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəllənin sübutla r və sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda, müstəsna olaraq ibtidai istintaqda qanunsuz təsir etmə yolu ilə ondan alınmış “etirafedici” ifadələr və məhkəmə ekspertizalarının rəyləri əsasında aidiyyatı olmadığı (Məhkum həqiqi ifadələrinə əsasən Azər adlı şəxsin törətdiyi) cinayətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinmiş, hökm dəyişdirilmədən saxlanıldığı üçün həmin qanun pozuntuları apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. Əslində, Məhkum həqiqi ifadələrinə görə o, ünvan6nın ərazisində olduğu vaxt ünvan7 yaxınlığında onun yanında Zərərçəkmiş şəxs Azər adlı şəxs gözlənilmədən avtomobilin i çərisində bıçaqla zərbələr vurmaqla qəsdən öldürmüş və Zərərçəkmiş şəxs “X20-Prado” markalı avtomobilini ələ keçirmişdir. Məhkum isə, Azər adlı şəxs ona hədəqorxu gəldiyi üçün sadəcə həmin avtomobili Azərin tələbinə görə ondan təhvil almalı olan şəxslərə vermək üçün sürüb hadisə yerindən Manisa şəhərinə getmiş, orada 4-5 gün qaldıqdan sonra Zərərçəkmiş şəxsin öldürülməsi barədə xəbələr proqramında eşitmiş, bu səbəbdən avtomobili Akhisarda bir məhəllədə qoymuş və İstanbuldan təyyarə ilə Moskva şəhərinə uçmuşdur. Kassasiya şikayətində həmçinin iddia olunur ki, Məhkum ibtidai istintaqda pis rəftara məruz qalması, müqavilə üzrə müdafiəçisinin yardımından vaxtında istifadə edə bilməməsi, hədə-qorxu, pis rəftar, digər qanunsuz təsir etmə vasitələri ilə ondan alınmış ifadələrdən ittihamın əsaslan dırılmasında istifadə olunması səbəbindən onun İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsi ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırımasına olan hüququ pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata onun əməlində cinayət tərkibinin olmaması, təqsirliliyinin sübuta yetirilməsi, cinayətə aidiyyatının olmaması kimi bəraətverici əsaslarla xitam verilməsini, Məhkum cinayət məsuliyyətinə cəlb etdiklərinə və istin taqın gedişində digər kobud qanun pozuntularına yol verdiklərinə görə səlahiyyətli şəxslərin barəsində xüsusi qərarın çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis kassasiya şikayətinə qarşı etirazında şikayətin əsassız olduğunu qeyd edərək onun təmin olunmamasını, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya ş ikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetmyə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə Məhkum cinayətlərə aidiyyatı, əməlində cinayət tərkibi olmadığı, təsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum heç bir cinayət törətmədiyini, xx xxxx 2016-cı ildə ünvan6nın vilayətinin ünvan7ndə Azər adlı tanışı və Zərərçəkmiş şəxsla birlikdə sonuncuya məxsus “X20-Prado” markalı avtomobilinin içərisində olduqları vaxt gözlənilmədən yaranmış mübahisənin gedişində Azərin bıçaqla zərbələr vurmaqla Zərərçəkmiş şəxs öldürüb meyiti kanala atdığını və onun avtomobilini ələ keçirdiyini, Məhkum isə, Azər adlı şəxs ona hədə-qorxu gəldiyi üçün sadəcə həmin avtomobili Azərin tələbinə görə ondan təhvil almalı olan şəxslərə vermək üçün hadisə yerindən Manis a şəhərinə sürüb-getdiyini, əlindəki bıçaq yarasını da hadisə zamanı Azərə mane olmaq istədikdə təsadüfən aldığını iddia etməklə, cinayətə aidiyyatının, əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına, təqsirliliyinin sübuta yeririlməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqına kassasiya tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instans iyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bi lavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin (o cümlədən, cinayətə aidiyyatının, əməllər ində cinayət tərkibinin əlamətlərinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəl illəri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb prosessual təminatlara əməl olunması, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 181.3.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin ol ması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq ol araq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 120.2.11, 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, müdafiəçinin baxılan işdə Məhkum cinayətə aidiyyatını, əməllərində cinayət tərkibinin əlamətlərinin olduğunu və təqsirliliyini təsdiq edən sübutların olmaması, ittihamın müstəsna olaraq təqsirləndirilən şəxsdən ibtidai istintaqda pis rəftarın, hədə-qorxunun təsiri altında alınmış həqiqəti əks etdirməyən “etirafedici” ifadələr vasitəsi ilə əsaslandırılması haqında iddialarının əksinə olaraq, hökmdə məhkəmənin Məhkum hərəkətləri nin faktiki məzmununa dair nəticələri, yəni onun ünvan6nın vilayətinin ünvan7ndə quldurluqla əlaqədar bıçaqla çoxsaylı zərbələr vurmaqla qəsdən Zərərçəkmiş şəxs öldürməsi və bu yolla Zərərçəkmiş şəxs məxsus pulu və “X19-Prado” markalı, **-CX*** dövlət nömrə nişanlı avtomaşını ələ keçirib quldurluq etməsi zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varisnun; hadisə günü gündüz vaxtı Məhkum ünvan6nın vilayətinin ünvan7ndə müşahidə etmiş şahidlər X8, X3, X11; hadisə günü ünvan10ndə Zərərçəkmiş şəxsla Məhkum birlikdə olduqlarını, Zərərçəkmiş şəxsin Məhkum malını götürdükdən sonra avtomobili ilə Naxçıvan şəhərinə aparacağını ona dediyini göstərən şahid X4; Məhkum etirafedici məlumatlarında qeyd etdiyi yerlərdə - vilayətinin ünvan7ndən keçən kanalın ətraflarına baxdıda orada qan və cinayətin digər i zlərini görməsini, o cümlədən ünvan6nın polis əməkdaşlarının oradan mobil telefon, qəpiklər və paltarlar aşkar edib götürmələrini göstərən şahid X5; Məhkum xx xxxx 2016-cı ildə özününki kimi təqdim etdiyi “Tayota” markalı ** xx xx xx *** nömrəli avtomobillə Manisa şəhərinə gəlməsini, ümumi tanışları X17in deməsinə görə Məhkum qonaq etməsini tanışı X9 xahiş etməsini göstərən ünvan6nın vətəndaşı şahid X15 və onun dediklərini təsdiq edən şahid ünvan6nın vətəndaşı X10 ifadələri, ibtidai istintaq zamanı ünvan6nın səlahiyyətli orqanlarından əldə olunmuş xx xxxx 2016-cı ildə saat 19:09 radələrində ünvan6nın ünvan10ndə ** CX *** nömrəli avtomobilə Zərərçəkmiş şəxs sürücü yerinə, Məhkum isə qabaq sərnişin yerinə minmələrini, daha sonra saat 19:15 radələrində həmin avtomobilin şəhəri tərk etməsini ə ks etdirən videokamera görüntüləri; məhkəmə-tibbi, məhkəmə-bioloji ekspertizalarının rəyləri; istintaq hərəkətlərinin protokolları və digər materiallar vasitəsi ilə əsaslandırılmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırmalarda Məhkum ibtidai istintaq zamanı pis rəftara məruz qaldığını göstərən sübutlar əldə olunmamış, belə halların olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, ibtidai istintaqın əvvəlindən Məhkum vəkil Vəkilvun hüquqi yardımı ilə təmin olunmuş, daha sonra isə - ibtidai istintaqda (Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə nəzarəti qaydasında çıxardığı müvafiq qərara uyğun olaraq), habelə birinci və apellyasiya instansiyası məhkəmələrində onun müdafiəsi müqavilə əsasında hüquqi yardım göstərən vəkil Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə olunmaqla şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqlarıı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutları yenidən t əsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum cinayət əməllərinin faktiki məzmunu və onun Cinayət Məcəlləsinin 120.2.11, 181.3.3-cü maddələri ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11, 181.3.3-cü maddələri ilə və bu maddələrdə gəstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1, 416.1.2, 416.1.6, 416.1.11-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkum barəsində cinayət işinə baxılarkən mahiyyətcə düzgün olmayan yekun qərarların çıxarılmasına səbəb ola biləcək maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmədiyindən, müdafiəçinin bu cür dəlillərin üzərində qurulmuş – ci nayət prosesində İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın pozuntularına yol verilməsi haqqında iddiası da əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Müdafiəçi, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçinun kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçinun kassasiya şik ayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar