Məhkəmə qərarları › İş №1(102)-71/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-71/2021

28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-71/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Əliyeva Sara Vaqif qızının iştirakları ilə, Bakı Ağır Cin ayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və S.Məhkum ibarət tərkibdə) Məhkum - xx xxxxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Səbail rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 315.1-ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhru m etmə cəzalarına məhkum edilərək xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbal rayonu, A.Abbaszadə küçəsində (Səbail RPİ) qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilmiş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 17 (on yeddi) il 5 (beş) ay 28 (iyirimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzacəkmə müəssisəsində cəkməklə, cəzaçəkm ə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Məhkum bir qrup şəxs halında xüsusi amansızlıqla X7 qəsdən öldürmə cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 2016-cı ilin noyabr ayının ortalarında X4 vasitəsilə X8 narkotik vasitə olan marixuana adı ilə satdığı maddəyə görə sonuncu tərəfindən 140 manat məbləğində pulun ödənilməməsi ilə bağlı aralarında olan narazılığa aydınlıq gətirmək məqsədilə, xx xxxxxx 2016-cı il tarixdə saat 21 radələrində X4nin gözətçi olduğu Ünvan 1 yerləşən bağ evində X7lə görüşmüş və orada aralarında baş vermiş mübahisə zamanı birbirlərini nəlayiq sözlərlə təhqir etdikdə o, X4 ilə birikdə X7in yaxasından tutub evdən həyətə çıxarmış, orada əlbəyaxa olan zaman bir qrup şəxs halında X7i qəsdən öldürmək məqsədilə əvvəl X4 bağ evində istifadə etdiyi mətbəx bıçağı ilə X7in döş qəfəsinin sol yarısının arxa səthindən vurub canlı şəxslərdə həyat üçün təhlükəli olan sol körpücükaltı arteriyanı zədələyərək sol plevra boşluğuna keçən və ölümlə səbəbli əlaqəsi olan ağır dərəcəli bədən xəsarəti yetirmiş, daha sonra X7 yaralı vəziyyətdə həyətdən çıxıb küçə ilə qaçan zaman o, sonuncunu təqib edib tutmuş və ümumi niyyətdən kənara çıxaraq xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə X4nin əlindən aldığı bıçaqlaX7ə bədənin müxtəlif nahiyyələrinə zərbələr endirərək, onu öldürməməsi barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, xususi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq, X7in döş və qarın boşluqlarına nüfuz edərək sol ağ ci yərin və sol böyrəyin zədələnməsi ilə müşayət olunan və ölümlə səbəbli əlaqəsi olan, dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd, sağ yarısının bir ədəd, sol bel nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, döş və qarın boşluğuna nüfuz etməyən, ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin altı ədəd, sol bel nahiyyəsinin bir ədəd, sol qulaq seyvanının bir ədəd deşilmiş-kəsilmiş yaraları, eləcə də canlı şəxslərdə həm ümumilikdə, həmçinin ayrı-ayrılıqda, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən sağ almacıq nahiyəsinin, sağ çənə nahiyyəsinin, döş qəf əsinin sağ yarısının ön və arxa səthlərinin, sol bel nahiyyəsinin, sol sağrı nahiyyəsinin, sağ diz oynağının bayır səthinin siyrıqları və sol diz oynağının bayır səthinin qançırı ilə müşayət olunan, X4nin qəsdən öldürmək məqsədi ilə yetirdiyi xəsarətlə yanaşı, ümumilikdə kəskin qanitirməyə səbəb olmuş çoxsaylı xəsarətlər yetirərək X7i xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanıl mışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozulmaqla tam qanunsuz və əsassızdır. Məhkəmə Kollegiyasının qərarı formaldır, heç bir qanunvericiliklə müəyyən edilmiş sübutlara əsaslanmır və yalnız hakimin fərziyə xarakterli fikirlərindən başqa bir şey deyildir. O, heç bir cinayət hadisəsi törətməmişdir və heç bir sübut olmadan ona şər-böhtan atılmışdır. Hadisəni qonşusu X4 dostu X6la birlikdə törətmiş və hadisə yerindən qaçmışdır. Daha sonra X4ni dayısı aparıb Sabunçu Rayon 14-cü polis bölməsinə təhvil vermişdir. Hadisədə n sonra o, dəfələrlə şahid qismində Sabunçu Rayon Prokurorluğunda ifadə vermiş və sərbəst buraxılmışdır. Valideynlərinin təkidi ilə X4 ifadəsini dəyişərək hadisəni Məhkum törətdiyini demək qərarına gəlmiş, lakin prokurorluqda aparılan araşdırma zamanı X4ın yalanları üzə çıxmış və mərhum X7i öldürməsini etiraf etmiş, həmin vaxt video çəkiliş aparılmışdır. Həmçinin ekspertizanın rəyində də qeyd olunmuşdur ki, cinayət aləti olan bıçaq X6a məxsusdur. Daha sonra X4ın valideynləri mərhumun qardaşları ilə birlikdə Bakı Şəhər Prokurorluğuna ərizə verərək onun üzərinə şər atararaq heç bir sübut olmadan onu həbs etmişlər. Məhkəmə zamanı Sabunçu Rayon Prokurorluğunda X4ın əməlini etiraf etməsi barədə aparılan videoçəkilişin diskinin araşdırılmasına dair vəsatət versəmdə vəsatətim təmin edilməmişdir. Hadisənin digər iştirakçısı X6da məhkəmədə hadisəni törədərkən X4a kömək etdiyini etiraf etmiş, hətta istintaqda yalan ifadə verdiyi üçün ona da yalan ifadə verməyə görə cinayət işi açılmışdır. Həmçinin hadisə zamanı müdafiəçisi Radmila xanım vəsatət verərək hadisə yerinə gələn sahə müvəkkilinin və təhqiqatçınında məhkəmədə iştiraklarının təmin olunmasını xahiş etsə də onların bu vəsatətləri də təmin edilməmişdir. Həm istintaq orqanı tərəfindən, həm də məhkəmələr tərəfindən AR CPM-nin tələbləri kobud surətdə pozulmuş, törətmədiyi cinayətə görə qanunsuz olaraq həbs edilmişdir. İşə baxan məhkəmələr məhkəmə istintaqını aparılmamış iş üzrə formal olan şahidlərin ifadələrini əsas götürərək barəsində qanunsuz və əsassız hökm çıxarmışlar. Məhkəmələr əsas kimi hadisə yerində olmayan və hadisəni gö rməyən X4ın atası, anası, qardaşları, qardaşının arvadı, dayısı, qonşuları və X4ın dostlarının ifadələrini əsas götürmüşlər. Qondarma şahidlərin bu ifadələri iş materiallarında olan hər hansı bir sübutla təsdiq olunmur. Məhkəmələr həmçinin hökmdə qeyd olunan X4la X7 arasında dəfələrlə telefon danışıqlarının olmasına heç bir hüquqi qiymət verməmişlər. Kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, guya hadisədən sonra X6ın valideynləri onun gödəkçəsinin üzərində çoxlu qan ləkələri görmüşlər. Lakin hadisədən sonra o polis bölməsində olmuş, ifadə vermiş, əgər onun üzərində hər hansı qan ləkəsi olsa idi polis işçiləri onu protokollaşdırıb sübut kimi götürər və üzərindən qan nümunəsi götürərək ekspertizaya verərdilər. Ona görə də qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx x xxxx 2019-cu il tarixli qərarını ləğv edilməsini və əməlində heç bir cinayət tərkibi olmadığı əsası ilə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və y a kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində g östərmişdir ki, o, heç bir cinayət hadisəsi törətməmişdir və heç bir sübut olmadan ona şər-böhtan atılmışdır. Hadisəni qonşusu X4 dostu X6la birlikdə törətmiş və hadisə yerindən qaçmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında müstəntiqin xx xxxxxxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işi üzrə X6 mərhum X7in qəsdən öldürülməsində iştirakı təsdiq olunmadığına görə barəsində cinayət təqibinə xitam verilsin. Cinayət işinin materiallarında olan cinayət işinin materialları ilə tanış etmə barədə xx xxxxxx 2017-ci il tarixli protokoldan və xx xxxxxx 2017-ci il tarixli cinayət işinin materialları ilə əlavə tanış olma barədə protokollardan müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi ilə birilikdə cinayət işinin materialları il ə tanış olduqdan sonra mərhum X7in qəsdən öldürülməsində heç bir iştirakının olmadığını göstərsə də, X6 mərhum X7in qəsdən öldürülməsində iştirakı təsdiq olunmadığına görə barəsində cinayət təqibinə xitam verilməsi barədə müstəntiqin qərarına münasibət bildirilməmiş, həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət və protest verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. CPM-nin 65.5-ci maddəsinə əsasən məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını m əhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilən prosessual normaların mənasına görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Hazırkı cinayət işi üzrə X9 hər hansı ittiham verilməmişdir. X6 barəsində cinayət təqibinə xitam verilməsi barədə müstəntiqin qərarından məhkəmə nəzarəti qaydasında şikayət və protest verilmədiyindən həmin qərar qanuni qüvvəsini almışdır. Hazırkı cinayət işi üzrə Apelyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə məhkəmə baxışının icraatı çərçivəsində müstəntiqin X6 barəsində cinayət təqibinə xitam verilməsi barədə qərarı mübahisələndirilə və ləğv oluna bilməz. Ona görə də mərhum X7in qəsdən öldürülməsində X6 iştirakı barədə kassasiya şikayətinin dəlilləri təmin edilməməlidir. X19 hadisəni törədərkən kömək etdiyini məhkəmə iclasında etiraf etməsi, hətta istintaqda yalan ifadə verdiyi üçün ona da yalan ifadə verməyə görə cinayət işi açılması barədə dəlillər da əsassız olm aqla cinayət işinin materialları ilə təkzib edildiyindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X15 ifadəsində mərhum X7la təqsirləndirilən şəxs Məhkum arasında münaqişənin başlanmassı və davamı ilə bağlı göstərmişdir ki, Məhkum əyləşən kimi üzünü X6a tutub “mənim pulum nə oldu” deyərək soruşduqda X6 “mənim sənə borcum yoxdur ki, pulu X7 verəcək sənə” deyərək cavab vermiş, pul söhbətini başa düşmədiyi üçün o, X7dan “nə pul?, borcun var bəyəm” deyərək sual verdikdə X7 “sənlik deyil, elə bir şey yoxdur” deyərək ona cavab vermişdir. X7ın onu başından etmək istədiyini görüb əl çəkməyərək yenə də ondan borcla bağlı maraqlandıqda X7 bu dəfə “gedəndə deyərəm sənə” deyərək cavab vermişdir. Bundan sonra o, artıq havanın qaraldığını deyib X7a getməyi təklif et dikdə Məhkum üzünü X7a tutub “bir dəqiqə oturun, indi deyəcəm, nəşəni götürüb vermişik bir həftədir deyirəm pul nə oldu, nə oldu, sən elə deyirsən verərəm, verərəm, bəs nə vaxt verəcəksən” deyərək soruşduqda X7 əsəbi şəkildə Məhkuma cavab verib “mən səndən heç nə almamışam, səni də tanımıram, X6la özüm bilərəm, X6a nə baş verdiyini demişəm, o bilir ki, tutulmuşam, bölmə tutub, pulum var idi, indi yoxdur, olanda verəcəm” deyən zaman, X6 söhbətə qarışıb X7a “axı mən sənə deyirdim ki, pulu verməliyəm, əl çəkmir pulunu istəyir” deyən kimi, Məhkum X6ın sözlərini ağzında yarımçıq qoyub X7a “sən yalan danışırsan, mən öyrənmişəm səni heç bir bir bölmə tutmayıb pul mənə çatacaq, pulu ver” deyərək təkidlə pulu tələb etdikdə X7 “tutulmuşam, inanmırsan zəng edim özün soruşarsan” deyərək nəlayiq sözlər lə ona cavab versə də Məhkum onun cavabında yenə də “elə şey olmayıb, mən soruşmuşam, yalan danışırsan” deyərək X6ın ünvanına nəlayiq sözlər işlətmişdir. X7la Məhkum arasında olan pul söhbətini başa düşmədiyi üçün X7dan bir daha bu barədə soruşduqda X7, “X6dan iki qutu “şey”, nəşə aldım, X6dan ayrılandan sonra isə polislər məni tutdular, bir-iki gündür məni buraxıblar, söz vermirəm pulum olanda verəcəm” deyərək cavab vermişdir. Söhbətin nədən getdiyini və Məhkumla X7ın söhbətlərinin mübahisəyə keçdiyini, get-gedə onların qızışdıqlarını, bir-birləri ilə kobud danışdıqlarını və nəlayiq sözlər işlətdiklərini görüb X7ı müdafiə edərək onu tanıdığını biriki günə gətirib pulu verəcəyini bildirmiş, lakin Məhkum “sən qarışma, sənlik deyil” deyib X7ın ünvanına nəlayiq sözlər işlədərək onun paltarlar ının boyun hissəsindən yapışıb “gəl bura hələ görüm sən nə deyirsən” deyərək X7ı dartıb dəhlizə, oradan isə həyətə çıxarmaq istədikdə qapının ağzında olan Məhkumı itələyərək barıya çıxarmış, X7la X6 isə dəhlizdə qalmışdır. Məhkumın evə daxil olmaması üçün qarşısını kəsib ona yalvararaq sakitləşdirmək istədikdə Məhkum üstünə qışqırıb kənara çəkilməsini tələb edərək X7ın ünvanına “kişisən çıx bayıra gör sənin var yoxunu neyləyirəm” demiş və X7 bunu eşidən kimi Məhkumın ünvanına eyni qaydada nalayiq sözlər işlədərək, yanında olan X6ın da ünvanına “məni tutanın da var yoxunu belə belə edərəm” deyərək qapının ağzında olduğu üçün onu kənara itələyib Məhkumın üstünə hücum etmişdir. X7la Məhkumın yerə yıxılaraq yerdə əlbəyaxa olduqlarını görüb onları aralayarkən X7ın Məhkumın üstündə olduğunu və o nların bir-birlərini yumuruqla vurmağa çalışdıqlarını, həmin vaxt X6ın bayıra çıxıb “ayır-ayır bunları” deyərək X7ın baş tərəfinə yaxınlaşıb onları aralamaq üçün əlini onun çiyninə atdığını, bu zaman X7ın “ay” deyib qışqırıb qapıya tərəf qaçdığını, gödəkcəsi otaqda qaldığı üçün otağa girib gödəkçəni götürüb həyətə çıxdıqda Məhkumın orada olmadığını, X6ın isə darvazadan küçəyə çıxdığını görüb onun arxasınca getdiyini, X6ın gözətçi olduğu bağ sahəsinin qurtaracağından bir qədər irəlidə səs eşidib həmin yerə yaxınlaşdıqda X7ın yolun kənarında arxası üstdə yerdə uzanılı vəziyyətdə olduğunu, Məhkum onun yanında o, tərəf bu tərəfə gedib gəldiyini, üstünün və əlinin qan olduğunu, X6 isə həmin yerdən bir qədər aralıda yerə çökərək başını tutub “bu da mənim axırım” deməsini görüb özünü itirdiyini v ə “nə olub, nə olub” deyərək soruşduqda Məhkum “heç nə yoxdur, ürəyi gedibdir” deyərək cavab verdiyi üçün qışqırıb “necə yəni ürəyi gedib ayılt da” deməsindən sonra Məhkum yenə də həmin sözləri təkrar etdiyini görüb X6ın atasını çağırmaq üçün qaça-qaça onların evlərinə tərəf getdiyini, X6gilin darvazasını döysədə çıxan olmadığı üçün qonşuluqda yaşayan Xgilə gedərək onun evdə olmadığını biləndən sonra konturu olmadığına görə Xin telefonuna SMS göndərdiyini, X cavab verəndən və onun qonşuları Xgildə olduğunu biləndən sonra «tez çıx məhləyə işim var» deyib həmin istiqamətdə getdiyini, Xlə yolda görüşüb ona X7ın bağda vurulduğunu deyərək birlikdə həmin yerə gəldiklərini, Məhkum X7ın özündən getməsini desə də üst başının qan olmasından, onun X7ın arxasınca gedərək tutub bıçaqla vurduğunu başa d üşdüyünü, Xin gedib bağdan su gətirməsini və X7ın üzünə vursalarda onun ayılmadığını, həmin vaxt Məhkum Xin telefonu ilə zəng edib Xyə “tez gəl qapıya, tez ey, tez gəl qapıya” deyəndən sonra ona “sənlik burada bir iş yoxdur çıx get Bayraməli də gəlir”, ardınca isə X6a «sən də çıx get, mən özüm həll edəcəyəm» deməsini, bundan sonra X6la ara yolla şosseyə, oradan isə Xgilin evlərinin yanına gəldiklərini və həmin yerdə X6dan ayrılıb öz evlərinə getdiyini, hələ yolda olarkən X6ın ona yenə də “gördün də başıma nə iş gəldi”, ardınca isə “söyüş söydü, mən də bıçaqla vurdum” deməsini eşidib harada, necə vurduğunu soruşduqda X6ın “həyətdə vurdum, vurdum deyəndə bir dəfə boyun tərəfindən toxundurdum da, ona görə durub qaçdı” deyərək cavab verdiyini, evə gəldikdən və Xlə əlaqə saxladıqdan sonra pol is əməkdaşlarının artıq hadisə yerində olduqlarını və X6ın gedib polisə təslim olduğunu eşidib bildiyini göstərmişdir. Həmin gecə saat 02 radələrində Məhkumın, X6ın anası X və atası X ilə evlərinə gəldiklərini və bu zaman Məhkumın əynində olan cins şalvarının və rəngini xatırlamadığı gödəkcənin qanın içində olduğunu, söhbət zamanı onun köynəyinin sağ qolu yuxarıya qalxdığı üçün sağ əlinin biləkdən yuxarı hissəsində qurumuş qan ləkələrinin olduğunu görüb X7ı bıçaqla vuran zaman qanın yuxarı qoluna tərəf axdığını və həmin yer köynəyin altında qaldığına görə yuyulmadığını başa düşdüyünü, X “gəlmə ay bala bizim tərəflərə görürsən də X6 başımıza nə oyun açdı” deyərkən onun danışığı ilə gördüklərinin uyğun olmadığını, yəni X6ın X7ı bir dəfə vurduğunu və sonuncunun bundan sonra qaçıb getməsini, M əhkumın isə bundan sonra X7ın arxasınca gedərək onu tutub bıçaqla vurub öldürməsi və bundan sonra X6ın tək gedib polisə təslim olmasını, Məhkumın onun valideyinləri ilə bir yerdə gəlib “gəlmə ay bala bizim tərəflərə görürsən də X6 başımıza nə oyun açdı” demələrini başa düşmədiyini, Məhkumla razılaşdıqlarına görə X6ın tək gedib təslim olduğunu fikirləşsə də Məhkumdan qorxduğu üçün fikirləşdiklərini X6ın valideynlərindən soruşub dəqiqləşdirə bilmədiyini, ancaq Məhkumın X6a yalvarıb X7ın ölümünü boynuna götürməsini, onu da özü ilə “prisep” aparmamasını, evini satıb köməklik edəcəyinə söz verdiyini və X6 onunla razılaşdığı üçün valideynlərini aldadaraq X7ı söyüş söydüyünə görə tək vurub öldürdüyünü deməsini sonradan eşidib bildiyini, bununla da Məhkumın özünü təmizə çıxararaq X6ın X7ı təkbaşın a öldürməsinə şahidlik etdiyini, yəni istintaqda guya hadisə zamanı X6ın X7dan bıçağı alıb həyətdə onu necə vurduğunu və gəlib darvazanın qarşısında yıxılaraq öldüyünü gördüyünü yalandan deyərək hamını inandırdığını, Məhkumın polislərlə əlaqəsi olmasını hamı kimi özü də bildiyi üçün onların vasitəsi ilə pislik edə biləcəyindən qorxduğunu, ümumiyyətlə şahidlik etməsinin xeyrinə olmayacağını Məhkumın başa düşdüyünü, ona görə də hadisə yerindən onu uzaqlaşdırdığını, sonra isə daha da arxayın olması üçün X6ın valideynlərini inandırıb onun evinə gətirdiyini, Məhkumın bütün bunları tutulmamaq, məsuliyyətə cəlb olunmamaq üçün düzüb qoşduğunu göstərmişdir. İbtidai istintaq müddətində İfadəsi yerində yoxlanılarkən X6 məhkəmə iclasındakı ifadəsi ilə eyni məzmunlu ibtidai istintaqdakı ifadəsində qeyd etdiklərini hadisə yerində göstərərək bir daha təsdiq etmiş, həmçinin üzləşdirmə zamanı X7lə narkotikin puluna görə mübahisə etməsi, sonradan onunla əlbəyaxa olması, eləcə də əlbəyaxa olarkən X4nin bıçaqla bir dəfə vurmasından sonra həyətdən çıxıb gedən X7ı yolda tutub həmin bıçaqla vuraraq öldürməsi, sonradan isə gələcəkdə şahidlik etməməsi üçün bilərəkdən onu hadisə yerindən uzaqlaşdırması və digər xüsusatlarla bağlı ifadəsində göstərdiklərini Məhkum üzünə qarşı da göstərmişdir. Göründüyü kimi X6 məhkəmə iclasındakı ifadəsində hadisəni törədərkən X6a kömək etdiyini etiraf etməsini göstərməmişdir. X2 ifadəsində göstərdiyi hallar digər təqsirləndirilən şəxs X4, şahidlər X12, X3, X10 ifadələri ilə, ekspertiza rəyləri ilə təsdiq edilmişdir. Göstərilən sübutlar məhkəmə iclasında tədqiq edilm iş və birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hissəsindədə onların məzmunu əks etdirilmişdir. Məhkəmə kollegiyası həmin sübutları və ittihamı təsdiq edən digər sübutları yenidən qərarda təkrarən göstərilməsinə lüzum görmür. Həmin sübutların toplanması, tədqiqi, qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilən sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermiş, elan edilmiş ittihamlar üzrə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların po zulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar