Məhkəmə qərarları › İş №1(102)-71/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-71/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-71/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsin nümayəndəsi (vəkil) X4, məhkumlar Məhkum1, onun müdafiəçisi Müdafiəçi1, Məhkum2, onun müdafiəçisi Müdafiəçi2, tərcüməçi X5 iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Oğuz Rayon Məhkəməsinin (sədrlik edən hakim X8) 19 aprel 2022-ci il tarixli hökmü ilə xx.xx.1960-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın çəkilməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyətinin qoyulması, üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müva fiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. xx.xx.1956-cı il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, ikinci dərəcəli əlil, təqaüdçü, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törət məkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın çəkilməsinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayonu ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyətinin qoyulması, üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkmə si, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin iş üzrə mülki iddia tələbinin təmin edilməsi, 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat mülki iddia məbləğinin hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Əmək və Əhainin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsin hesabına ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X15 və X7 ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə təqsirlən dirilən şəxslər Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 1(054)-1/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əri Məhkum2lə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaynanası Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində öldüyünü bildiyi halda, sonuncunun adına olan plastik pensiya kartını 2012-ci ilin dekabr ayında Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan qohumu X12, sonuncunun evində alaraq 2011 -ci ilin mart ayından 2012-ci ilin dekabr ayınadək həmin kartın hesabına yüklənmiş 3377 (üç min üç yüz yetmiş yeddi) manat 08 (səkkiz) qəpik pulun 3377 (üç min üç yüz yetmiş yeddi) manatını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 X2 ölməsi haqqında məlumatı gizlədib aldatma yolu ilə 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan yerdə bir dəfəyə həmin kartın hesabından çıxararaq özgənin əmlakını ələ keçirmiş, daha sonra 2013-cü ilin yanvar ayında 170 manatı, 2013-cü ilin fevral ayında 173 manatı, 2013-cü ilin aprel ayında 172 manatı istintaqa məlum olmayan yerdə həmin kart hesabından çıxarmış, bundan sonra da Y.Ustakişiyevanın ölməsi barədə məlumatı gizlətməkdə davam edərək həmin kartın müddəti bitdikdən sonra 2013-cü ilin aprel ayında "xxxx" ASC-nin Şəki filalının Oğuz şöbəsi tərəfindən mərhum Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın adına verilmiş yeni plastik pensiya kartını istintaqa məlum olmayan şəraitdə əldə etməklə, həmin kart hesabından 2013-cü ilin may ayında 343 manatı, 2013-cü ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 172 manatı, 2013-cü ilin sentyabr ayında 186 manatı, 2013-cü ilin oktyabr, noyabr və dekabr aylarının hər biri üzrə 187 manatı, 2014-cü il üzrə yanvar ayında 186 manatı, fevral ayında 191 manatı, mart, aprel, may, iyun və iyul aylarının hər biri üzrə 189 manatı, avqust ayında 188 manatı, sentyabr, oktyabr və noyabr aylarının hər biri üzrə 189 manatı istintaqa məlum olmayan yerdən, xx.xx.2014-cü il tarixdə 189 manatı, xx.xx.2015-ci il tarixdə 189 manatı, xx.xx.2015-ci il tarixdə 191 manatı, xx.xx.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin aprel ayında 190 manatı istintaqa məlum olmayan yerdən, xx.xx.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 190 manatı, 2015-ci ilin sentyabr ayında 191 manatı istintaqa məlum olmayan yerdən, xx.xx.2015-ci il tarixdə 190 manatı, xx.xx.2015-ci il tarixdə 190 manatı, xx.xx.2015-ci il tarixdə 190 manatı, xx.xx.2016-cı il tarixdə 190 manatı, xx.xx.2016-cı il tarixdə 207 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2016- cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2017-cı il tarixdə 204 manatı, xx.xx.2017-cı il tarixdə 227 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı, xx.xx.2017- cı il tarixdə 215 manatı, xx.xx.2017-cı il tarixdə 216 manatı ünvan 2 ünvanında yerləşən ATM-dən, xx.xx.2016-cı il tarixdə 215 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 579 nömrəli ATM-dən, xx.xx.2017-cı il tarixdə 216 manatı ünvan 4 ünvanında yerləşən 1275 nömrəli ATM-dən, xx.xx.2017-cı il tarixdə 215 manatı və xx.xx.2017-cı il tarixdə 215 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM- dən çıxarıb vahid niyyətl ə ümumilikdə 14847 (on dörd min səkkiz yüz qırx yeddi) manat pulu ələ keçirmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinə xeyli miqdar hesab edilən 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Məhkum2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə arvadı Məhkum1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında anası Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın xx.xx.2011 -ci il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində öldüyünü bildiyi halda, sonuncunun adına olan plastik pensiya kartını 2012-ci ilin dekabr ayında Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan qohumu X12, sonuncunun evində alaraq 2011-ci ilin mart ayından 2012-ci ilin dekabr ayınadək həmin kartın hesabına yüklənmiş 3377 (üç min üç yüz yetmiş yeddi) manat 08 (səkkiz) qəpik pulun 3377 (üç min üç yüz yetmiş yeddi) manatını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 X2 ölməsi haqqında məlumatı gizlədib aldatma yolu ilə 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan yerdə bir dəfəyə həmin kartın hesabından çıxararaq özgənin əmlakını ələ keçirmiş, daha sonra 2013-cü ilin yanvar ayında 170 manatı, 2013-cü ilin fevral ayında 173 manatı, 2013-cü ilin aprel ayında 172 manatı istintaqa məlum olmayan yerdə həmin kart hesabından çıxarmış, bundan sonra da Y.Ustakişiyevanın ölməsi barədə məlumatı gizlətməkdə da vam edərək həmin kartın müddəti bitdikdən sonra 2013-cü ilin aprel ayında "xxxx" ASC-nin Şəki filalının Oğuz şöbəsi tərəfindən mərhum Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın adına verilmiş yeni plastik pensiya kartını istintaqa məlum olmayan şəraitdə əldə etməklə, həmin kart hesabından 2013-cü ilin may ayında 343 manatı, 2013-cü ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 172 manatı, 2013-cü ilin sentyabr ayında 186 manatı, 2013-cü ilin oktyabr, noyabr və dekabr aylarının hər biri üzrə 187 manatı, 2014-cü il üzrə yanvar ayında 186 manatı, fevral ayında 191 manatı, mart, aprel, may, iyun və iyul aylarının hər biri üzrə 189 manatı, avqust ayında 188 manatı, sentyabr, oktyabr və noyabr aylarının hər biri üzrə 189 manatı istintaqa məlum olmayan yerdən, xx.xx.2014-cü il tarixdə 1 89 manatı, xx.xx.2015- ci il tarixdə 189 manatı, xx.xx.2015-ci il tarixdə 191 manatı, xx.xx.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin aprel ayında 190 manatı istintaqa məlum olmayan yerdən, xx.xx.2015-ci il tarixdə 190 manatı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən, 2015-ci ilin iyun, iyul və avqust aylarının hər biri üzrə 190 manatı, 2015ci ilin sentyabr ayında 190 manatı istintaqa məlum olmayan yerdən, xx.xx.2015-ci il tarixdə 190 manatı, xx.xx.2015-ci il tarixdə 190 manatı, xx.xx.2015-ci il tarixdə 190 manatı, xx.xx.2016-cı il tarixdə 190 manatı, 19.022016- cı il tarixdə 207 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx. xx.2016- cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 204 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2016-cı il tarixdə 203 manatı, xx.xx.2017-cı il tarixdə 204 manatı, xx.xx.2017-cı il tarixdə 227 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı, xx.xx.2017- cı il tarixdə 216 manatı ünvan 2 ünvanında yerləşən ATM-dən, xx.xx.2016-cı il tarixdə 215 manatı, xx.xx.2017-cı il tarixdə 215 manatı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 579 nömrəli ATM-dən, xx.xx.2017-cı il tarixdə 216 manatı ünvan 4 ünvanında yerləşən 1275 nömrəli ATM-dən, xx.xx.2017-cı il tarixdə 215 manatı və xx.xx.2017-cı il tarixdə 215 man atı ünvan 2 ünvanında yerləşən 528 nömrəli ATM-dən çıxarıb vahid niyyətlə ümumilikdə 14847 (on dörd min səkkiz yüz qırx yeddi) manat pulu ələ keçirmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinə xeyli miqdar hesab edilən 14.847 (on dörd min səkkiz yüz qırx yeddi) manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı maddi-hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual-hüquq normalarının tələblərini pozmaqla həmçinin işin faktiki h allarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla, qeyri-müəyyən mülahizələrə əsaslanaraq qəbul edildiyindən həmin qərar qanunsuz, əsassız və ədalətsizdir. Cinayət işinin materiallarından və işin hallarından da göründüyü kimi istintaq zamanı yalnız Şahid5 və X13 İfadələrinə əsasən ittiham elan olunmuşdur. Məhkəmə iclasında şahid qismində birinci dəfə ifadə verən Şahid5 Olqa Vasilyevnanın 2009-cu ildə öldüyünü, həmin hadisəni nəvəsi Ruslanın 2009-cu ildə anadan olması ilə yadda saxladığını bildirmişdir. (İstintaqda isə o, Olqa Vasilyevnanın 2010-cu ildə öldüyünü qeyd etmişdir.) Eyni zamanda X14 və arvadının Zaqatala rayonunun Qazangül qəsəbəsinə gəlmələrini nəvəsi Ruslanın 4 (dörd) yaşı tamam olduğu və gəlini Marqaritanın uşaqları qoyub evdən getməsi ilə xatırladığını bildirmişdir. Növbəti məhkəmə iclaslarından birində isə Lyudmila Yakovlevna "ikinci dəfə" İfadə verərkən çox tərəddüdlə Serqeyin və həyat yoldaşının 2012-ci ildə Zaqatalaya gəldiklərini və "hər iki gəlininin həmin vaxt evdə olduqlarını" qeyd etmişdir. X21 Məhkəməsi hazırda şikayət etdiyi qərarda Lyudmila Yakovlevnanın ifadəsini təhrif olunmuş formada qeyd etmişdir. Məhkəmə şahidin ifadəsini gəlininin evdən getməsini, digər gəlininin babasının öldüyü ərəfədə olması ilə bağlı çox təzadlı və inandırıcı olmayan dəlillə əsaslandırmağa çalışmışdır. Bundan başqa məhkəmə apellyasiya şikayətində qeyd etdiyi dəlillərə də münasibət bildirməmişdir. Belə ki, məhkəmə mütəxəssis X9 idadəsini qeyd etsə də, informasiyan ın görüntüdən əvvələ düşməsi halına hüquqi qiymət verməmişdir. İş materiallarında olan sübutlar Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməyi üçün kifayət etmir, ittiham tərəfinin və məhkəmənin istinad etdiyi sübutların mötəbərliyi şübhə doğurur. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarından da göründüyü kimi mərhum Yesfıra Ustakişiyevaya aid pensiya kartından onun ölümündən sonra 59 dəfə pul çıxarılmış, heç bir epizodda pulu Məhkum1nm çıxardığı sübut edilməmişdir. 5 9 epizoddan yalnız birində kişi cinsindən olan bir şəxs tərəfindən pul çıxarılan zaman Məhkum1nm arxa planda görüntüsü kameraya düşmüşdür ki, bu epizodda da pulu Məhkum1 deyil, həmin kişi cinsindən olan şəxsin çıxartması açıq aydın görünür. İşdə kifayət qədər ziddiyyətli, şübhəli və sübut edilməmiş hallar mövcuddur. İş materiallarından görünür ki, 2011-ci ilin mart ayından 2012-ci ilin dekabr ayınadək sözügedən həmin kartın hesabına yüklənmiş 3377 manat 08 qəpik pulun kimin tərəfindən, harda, hansı ATM-dən çəkilməsi istintaqa məlum olmadığı ittiham aktinda bildirilsə də, həmin məbləğlə bağlı da təqsirləndirilən şəxs Məhkum1 ittiham verilmişdir. İş materiallarından göründüyü kimi sözügedən plastik kartlardan heç birinin Məhkum1 verilməsi və onda olması barədə iş materiallarında hər hansı bi r mötəbər sübut yoxdur. Məhkəmə araşdırmaları ilə də belə bir hal müəyyən edilməmişdir. Məhkum1 hər hansı bir cinayət, o cümlədən ona istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməmiş, cinayət işi üzrə onun qeyd edilən cinayəti törətməsi sübut olunmamışdır. Müdafiə tərəfi hesab edir ki, iş materiallarında olan sübutlar Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməyi üçün kifayət deyildir, ittiham tərəfinin istinad etdiyi sübutların mötəbərliyi şübhə doğurur. Cinayət işinin hallarından da göründüyü kimi Məhkum1 hazırki cinayət əməlini törətməyi sübut edilməmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzə rdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona cəza təyin edilməməsi işin faktik hallarına uyğun deyildir. Ona əməlində cinayət tərkibi olmamasına görə bəraət verilməlidir. Kassasiya şikayətində Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyinə görə onun barəsində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(107)-255/2022 nömrəli qərarının ləğv edilməsi, barəsində bəraət hökmü çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumlar və müdafiəçilərinin, kassasiy a şikayətlərinin təmin olunmaması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərində məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıla rı qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik də rəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasın da tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliy in tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddə sində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmələri barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi CPM-in 125ci m addəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Məhkum1 və Məhkum2 əməllərini CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, Olqa Batayeva onun ərinin bacısı, Alla Batayeva isə ərinin qardaşı arvadıdır. Yesfira Ustakişiyeva isə Olqanın qohumudur... X10 Federasiyasında yaşayan qızının yanına köçdükdən sonra pensiya kartını Olqaya vermişdir. Onun pensiyasını Olqa alıb Rusiyaya göndərmişdir. Olqa ömrünün sonlarına yaxın xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Olqa tək olduğuna görə Alla, təxminən, 2 il Oğuz rayonunda Olqa ilə birlikdə yaşayıb ona baxmışdır. 2009-cu ilin sonlarında Olqanı Zaqatala rayonuna onların evinə gətirmişlər, lakin o, 24 dekabr 2009-cu il tarixdə ölmüşdür. Olqanı onların evinə gətirəndən sonra Alla da Zaqatala rayonu Qazangül qəsəbəsində, öz evində yaşamışdır. Olqanın vəfatından sonra o, Olqanın ölüm sənədini pensiya idarəsinə təqdim edib onun pensiyasını bağlatdırmışdır. Həmin vaxt Yesfiranın pensiya kartı Allada olmuş, Olqa öləndən sonra Alla Yesfiranın pensiya kartından bir dəfə pul çıxarmışdır. Sonra isə Yesfiranın ölməsi barədə Allaya məlumat verilmişdir. Yesfira öləndən sonra onun adına olan pensiya kartının Allanın evində qaldığını, lakin Allanın həmin pensiya kartından pul çıxarmadığını dəqiq bilir. 2013-cü ilin dekabr ayında Serqey və Elmira Allagilə gəlmişlər. Həmin vaxt Alla Serqey və Elmiranı onlara da qonaq gətirmişdir. Sonra isə Serqey və Elmira Allanın evinə qayıdıb bir gün də orada qalmışlar. Həmin vaxt Alla Yesfiranın pensiya kartını və digər sənədlərini Serqeyə vermişdir. Sonradan Alla ona demişdir ki, "kartı özlərinə verdim, qoy necə bilirlər, özləri etsinlər”. Kart həmin vaxta qədər Allada olmuş olsa da, Yesfira öləndən sonra Alla həmin kartdan pul çıxarmamışdır. Serqey və Elmiranı onlara gəldiyi vaxtın onun öz gəlini, yəni oğlu Vitalinin arvadı Marqa rita Abeldinovanın uşaqları atıb getdiyi vaxtdan qısa müddət sonra olduğuna görə xatırlayır. Onun gəlini də noyabr ayının 29-da evdən getmiş, onlar bu barədə Polis Şöbəsinə şifahi məlumat versələr də, yazılı müraciət etməmişlər. Serqey və Elmiranın onlara gəldiyi ayın gününü dəqiq bilməsə də, dekabr ayının əvvəllərində gəldiklərini dəqiq xatırlayır. "Azərbaycan Beynəlxalq Bankı”nın əməkdaşı X16 birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, bank hesabı əməliyyatları ilə bağlı foto görüntülər onlayn rejimdə qeydə alınır. Bu səbəbdən görüntülərdə olan vaxt (saat, dəqiqə, saniyə) ilə bank hesabından kağız daşıyıcıda olan çıxarışlardakı vaxt arasında zaman fərqinin olması mümkündür. Belə ki, bank əməliyyatının həyata keçirilməsindən sonra məlumatların emal olunması və informasiya s isteminə (bazaya) daxil edilməsi ilə əlaqədar zaman fərqi yaranır. "Azərbaycan Beynəlxalq Bankı”nda "Azericard” prosesli mərkəzi sistem fəaliyyət göstərir. Bank sistemi gündəlik balansla işləyən sistem olduğundan bank əməliyyatının faktiki həyata keçirildiyi vaxtdan informasiya sisteminə daxil olduğu vaxtadək müəyyən müddət keçir. Həmin müddət 30 dəqiqə, 1 saat, bəzən daha artıq da ola bilər. Lakin hər bir halda, gün ərzində həyata keçirilmiş əməliyyat həmin gün də informasiya sisteminə daxil olur. Yəni gündəlik əməliyyatın növbəti günə keçməsi halına rast gəlinmir. ATMdən vəsait çıxarılması ilə bağlı bank hesabı əməliyyatları ilə əlaqədar hər əməliyyatda 6-9 fotoşəkil qeydə alınır. Həmin fotoşəkillərin başqa bank hesabının qarşısında əks olunması, digər yolla başqa hesaba yerləşdirilməsi, yerdəyişməsi texniki cəhətdən mümkünsüzdür. Eyni zamanda, bank sistemində hər hansı texniki nasazlıq olsa belə, ATM-dən vəsait çıxarılması ilə bağlı bir şəxsə aid görüntülərin digər şəxsin hesab nömrəsində əks olunması qeyri-mümkündür. Cinayət işinin materiallarında olan X1 011796 nömrəli pensiya kartına dair "Azərbaycan Beynəlxalq Bankı” tərəfindən təqdim edilmiş 2011-2017 illər üzrə çıxarışlarından müəyyən edilir ki, qeyd edilən pensiya kartına 2011-ci il üzrə yanvar ayında 85 manat və fevral ayında 85 manat pul köçürülmüş, məbləğ 170 manat təşkil etmiş, həmin məbləğ məxaric edilməmiş, mart ayında karta 85 manat pul köçürülmüş, 170 manat məxaric edilmiş və kartın balansında 85 manat pul qalmışdır. Bundan sonra 2012-ci ilin dekabr ayına qədər pensiya kartına köçürülmüş pullar çıxarılmamı ş, toplanaraq 3377 manat pul yığılmış və 2012-ci ilin dekabr ayında həmin məbləğ kartdan çıxarılmışdır. Belə ki, 2011-ci ilin aprel ayında karta pul köçürülməmiş, may ayında isə karta aprel və may aylarının ödənişi birlikdə, yəni 170 manat olaraq köçürülmüşdür. 2011-ci ilin iyun ayında yenidən karta 85 manat pul köçürülmüşdür. 2011-ci ilin iyul ayında karta pul köçürülməmiş, avqust ayında isə karta iyul və avqust aylarının ödənişi birlikdə, yəni 329.08 manat olaraq köçürülmüşdür. 2011-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında hər ay karta 164.54 manat pul köçürülmüşdür. 2012-ci il üzrə karta yanvar ayında 164.54 manat, fevral ayında 177.10 manat, marta ayından dekabr ayınadək hər ay 170.82 manat pul köçürülmüşdür. 2012-ci ilin iyun ayının 170.82 manat ödənişi iyul ayı ilə birli kdə 341.64 manat olaraq köçürülmüşdür. 2012-ci ilin dekabr ayında kartın balansı 3377.08 manat təşkil etmiş, 3377 manat həmin ay kartın balansından çıxarılmış, hesabda 08 qəpik pul qalmışdır. 2013-cü il üzrə kartın balansına yanvar ayında 170.82 manat, fevral ayında 172.70 manat, mart ayında 171.76 manat, aprel və may ayları üzrə may ayında 343.52 manat, iyun ayından dekabr ayınadək hər ay 186.76 manat pul köçürülmüş və hər ay pul yükləndikdən sonra kartın balansından çıxarılmışdır. 2013-cü ilin aprel ayında kartı müddəti bitdiyi və yeni kart verildiyi üçün həmin ayın ödənişi 2013-cü may ayında karta köçürülmüşdür. 2014-cü il üzrə karta yanvar ayında 186.76 manat, fevral ayında 190.92 manat, mart ayından dekabr ayınadək hər ay 188.84 manat köçürülmüş və köçürülmüş məbləğlər hər ay kartda n məxaric edilmişdir. 2015-ci il üzrə karta yanvar ayında 188.84 manat, fevral ayında 191.32 manat, mart ayından dekabr ayınadək hər ay 190.08 manat pul köçürülmüş və köçürülmüş məbləğlər hər ay kartdan məxaric edilmişdir. 2016-cı il üzrə yalnız may ayının məlumatı təqdim edilmiş, həmin ay 203.68 manat pul köçürülmüş və həmin məbləğ kartdan əxaric edilmişdir. 2017-ci il üzrə karta yanvar ayında 203.68 manat, fevral ayında 226.92 manat, mart ayından noyabr ayınadək hər ay 215.30 manat pul köçürülmüş, iyun və iyul aylarının ödənişi iyun ayında 430.60 manat olaraq keçirilmiş və həmin məbləğlər köçürüldükdən sonra kartdan məxaric edilmişdir, 2017-ci ilin dekabr ayında isə karta pul köçürülməmiş, kartın hesabında 0.70 qəpik pul qalmışdır. Azərbaycan Beynəlxalq Bankın Təhlükəsizlik Departamentin dən xx.xx.2020-ci il tarixli 42- 7025/2020 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş, X1 adına olan 4172 22** **** 4441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövrdə aparılan əməliyyatlar zamanı bankomatlarda qeydə alınmış mümkün fotoşəkillər köçürülmüş 2 ədəd CD diskə məhkəmə istintaqı zamanı keçirilən baxış zamanı müəyyən edilmişdir ki, birinci diskin içərisində "bankomat 5 tarix” və "Ustakişiyeva Yesfira” yazılmış 2 ədəd fayl vardır. "bankomat 5 tarix” faylına daxil olduqda müəyyən olunmuşdur ki, 25.01.17, 22.02.17, 16.03.17, 21.04.17 və 19.05.17 adlandırılmış fayl vardır. 25.01.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, faylın içərisində **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 16:21 -də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Fotoşəkillərdə bankomat arxasında bir neçə kişi və bir nəfər qadın olması müşahidə edilir. 22.02.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 17:11 -də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə 3 nəfər kişi və 1 nəfər qadın olması müşahidə edilir. 16.03.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 16:58-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə 3 nəfər kişi və 1 nəfər qadın olması müşahidə edilir. 21.04.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisi ndə **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 18:43-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə bir neçə nəfər kişi olması, öndə duran şəxsin kartı arxaya görüntüyə düşməyən şəxsə uzatması müşahidə edilir. 19.05.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 19:15-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Fotoşəkillərdə bankomat arxasında 2 nəfər kişi olması müşahidə edilir. İkinci diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, içərisində "Bankomat 3 tarix” və "Bankomat 127526.09.17” yazılmış 2 ədəd fayl vardır. "Bankomat 3 tarix” yazılmış fayla daxil olduqda içərisində 30.06.17, 25.10.17 və 27.11.17 yazılmış 3 ədəd fayl olması müəyyən edilmişdir. 30.06.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 17:45-də əməliyyat aparılarkən qeydə alınmış 5 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə 3 nəfər qadın və bir nəfər kişi olması müşahidə edilir. 1 nəfər kişi əməliyyatı yerinə yetirdikdən sonra qadınlardan 1 nəfəri bankomatın qarşısına keçir. 25.10.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********114441 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 18:15-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərdə bir neçə kişi və bir neçə qadın müşahidə edilmişdir. 27.11.17 adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində **********1144 41 nömrəli təqaüd kartı ilə xx.xx.2017-ci il tarixdə saat 17:47-də əməliyyat aparılarkən qeydə alınmış 6 ədəd fotoşəkil vardır. Bankomatın önündə bir nəfər kişi, onun arxasında isə bir nəfər qadın müşahidə edilmişdir. "Bankomat 1275- 26.09.17” adlandırılmış faylı açdıqda müəyyən olunmuşdur ki, içərisində 9 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillər xx.xx.2017- ci il tarixdə saat 06:53-də **********114441 nömrəli təqaüd kartı ilə əməliyyat aparılarkən qeydə alınmışdır. Fotoşəkillərdən 1 nəfər kişi və 1 nəfər qadın müşahidə edilmişdir. Kişi əməliyyatı yerinə yetirdikdən sonra uzaqlaşıb getmiş, qadın isə pulu götürmüşdür. Məhkum1 həmin qadının özü olduğunu, digər şəxsin isə ona pulu çıxarmağa kömək etdiyini və həmin şəxsi tanımadığını bildirmiş, Məhkum2 isə onun dediklərini təsdiq etmişdir. Məhkum1 məhkəmə istintaqının əvvəlki mərhələsində "Bankomat 1275-26.09.17” adlandırılmış faylda olan görüntülərdən başqa digər faylda olan görüntülərin (qadın təsviri) ona aid olduğunu təsdiq etməyib, həmin qadını tanımadığını bildirsə də, məhkəmə istintaqının sonrakı mərhələsində məhkəmə zalında baxış keçirilmiş fayllarda olangörüntülərin (qadın təsviri) ona aid olduğunu etiraf etmiş, lakin görüntülərdə əks olunan təsvirlərin onun öz pensiya hesabından vəsait çıxararkən çəkildiyini, həmin görüntülərin Yesfira Ustakişiyevanın pensiya kartı hesabından vəsait çıxarılmasına dair görüntülərə montaj edilməklə saxta şəkildə daxil edildiyini iddia etmişdir. Məhkum1 qeyd etmişdir ki, özü bankomatdan pul çıxara bilmədiyi üçün başqa şəxslərdən xahiş edib pulu çıxartdırmışdır, lakin o, qaynanası Yesf iranın deyil, öz təqaüdünü götürmüşdür və görüntülər də həmin vaxt qeydə alınmışdır. Öz təqaüd kartından pul çıxarılarkən olan görüntülərin Yesfira Ustakişiyevanın təqaüd kartının məlumatlarında olmasının səbəbini bilmir. Cinayət işinin materiallarında olan "Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və çıxarışlardan görünür ki, Məhkum1 pensiya hesabından 2011 -2017-ci illər üzrə çıxarışlara istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim edilmiş, Məhkum1 adına olan hesabdan 2011 -2017-ci illər üzrə çıxarış 12 vərəqdən ibarətdir. Çıxarışdan görünür ki, qeyd edilən hesaba 2011-ci il üzrə yanvar ayında hesabda 0.81 manat vəsait olmuş, həmin ay hesaba 93.59 manat köçürülmü ş, 94 manat götürülmüş, fevral ayında 94.57 manat köçürülmüş, 94 manat götürülmüş, mart ayında 94.08 manat köçürülmüş, 95 manat götürülmüş, aprel ayında köçürmə olmamış, may ayında 188.16 manat köçürülmüş 188 manat götürülmüş, iyun ayında 94.08 manat köçürülmüş, 94 manat götürülmüş, iyul ayında köçürmə olmamış, avqust ayında 247.60 manat köçürülmüş, 247 manat götürülmüş, sentyabr ayında 123.80 manat köçürülmüş, 124.69 manat götürülmüş, oktyabr ayında 123.80 manat köçürülmüş və həmin məbləğ götürülmüş, noyabr ayında köçürmə olmamış, dekabr ayında 247.60 manat köçürülmüş və 247 manat götürülmüş, hesabda 0.60 manat vəsait qalmışdır. 2012-ci ilin yanvar ayında hesaba 123.80 manat köçürülmüş, 124 manat götürülmüş, fevral ayında 129.94 manat köçürülmüş, 130 manat götürülmüş, mart, aprel və may a ylarında 126.87 manat köçürülmüş, mart və aprel aylarında 127 manat, may ayında 126 manat götürülmüş, iyun ayında köçürmə olmamış, iyul ayında 253.74 manat köçürülmüş, 254 manat götürülmüş,, avqust və sentyabr aylarında 126.87 manat köçürülmüş, 254 manat götürülmüş, oktyabr, noyabr və dekabr aylarında 126.87 manat köçürülmüş, müvafiq olaraq 125 manat, 129 manat və 127 manat götürülmüş, hesabda 0.04 manat vəsait qalmışdır. 2013-cü ilin yanvar ayında 126.87 manat köçürülmüş, 126 manat götürülmüş, fevral ayında 127.79 manat köçürülmüş, 128 manat götürülmüş, mart-avqust aylarında 127.33 manat köçürülmüş, mart ayında 128 manat, aprel və may aylarında 127 manat, iyun ayında 128 manat, iyul və avqust aylarında 127 manat götürülmüş, sentyabr-dekabr aylarında 142.33 manat köçürülmüş, sentyabr ayın da 143 manat, oktyabr və noyabr aylarında 142, dekabr ayında 143 manat götürülmüş, hesabda vəsait qalmamışdır. 2014-cü ilin yanvar ayında hesaba 142.33 manat köçürülmüş, 142 manat çıxarılmış, fevral ayında 144.37 manat köçürülmüş, 144 manat çıxarılmış, mart-dekabr aylarında 143.35 manat köçürülmüş, mart ayında 144 manat, aprel ayında 143 manat, may ayında 143.75 manat, iyun və iyul aylarında 143 manat, avqust ayında 144 manat, sentyabr ayında 143 manat, oktyabr ayında 143.70 manat, noyabr və dekabr aylarında 143 manat çıxarılmış, hesabda 0.75 manat vəsait qalmışdır. 2015-ci ilin yanvar ayında hesaba 143.35 manat köçürülmüş, 144 manat çıxarılmış, fevral ayında 144.56 manat köçürülmüş, 144 manat çıxarılmış, martdekabr aylarında 143.95 manat köçürülmüş və hər ay 144 manat çıxarılmış, hesabd a 0.16 manat vəsait qalmışdır. 2016-cı ilin yalnız may ayında olan məlumatlar təqdim edilmiş, həmin ay 155.71 manat köçürülmüş, 155 manat çıxarılmışdır. 2017-ci ilin yanvar ayında hesabda 0.71 manat vəsait olmuş, 155.71 manat köçürülmüş, 156 manat çıxarılmış, fevral ayında 167.05 manat köçürülmüş, 167 manat çıxarılmış, mart-dekabr aylarında 161.38 manat köçürülmüş, müvafiq olaraq mart ayında 161 manat, aprel ayında 162 manat, may və iyun aylarında 161 manat, iyul ayında 162 manat, avqust ayında 161 manat, sentyabr ayında 162 manat, oktyabr və noyabr aylarında 161 manat, dekabr ayında isə 162 manat götürülmüş, hesabda 0.27 manat vəsait qalmışdır. Məhkum1 bildirmişdir ki, həmin hesaba köçürülmüş vəsait onu pensiya ödənişidir, həmin vəsaitlər onun pensiya kartına yüklənmiş və özü tərəfindən k artdan çıxarılaraq götürülmüşdür. Cinayət işinin materiallarından həmçinin aydın olur ki, Məhkum1 adına olan **********805584 nömrəli kart hesabından 2017-ci ilin 12 ayı ərzində hər ay müxtəlif tarixlərdə (hər ayın ikinci yarısında) müntəzəm olaraq vəsait çıxarılmışdır. Həmin vəsaitlərdən biri – xx.xx.2017-ci il tarixdə saat 19:52-də çıxarılmış məbləğ istisna olmaqla, digər 11 ay ərzindəhesabdan pul vəsaiti Oğuz şəhəri ərazisində olan ATM-lərdən, qeyd olunan digər çıxarış, yəni xx.xx.2017-ci il tarixdə saat 19:52-də çıxarılmış məbləğ isə "ATM CNV MERKEZİ HERBİ” ünvanından əldə edilmişdir. Məhkum1 adına olan **********805584 nömrəli kart hesabından 2017-ci il ərzində aparılan əməliyyatlar zamanı bankomatlarda qeydə alınmış fotoşəkillər köçürülmüş diskə birinci instansiya məhkəməsində keçiri lən baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2017ci il tarixdə saat 19:52-də "ATM CNV MERKEZİ HERBİ” ünvanından vəsait çıxarılması əməliyyatı əvvəlindən sonunadək tam şəkildə (kartın daxil edilməsi, məbləğin qeyd edilməsi, kartın geri alınması və pul məbləğinin götürülməsi) bir qadın tərəfindən həyata keçirilmişdir. Məhkum1 əvvəlcə həmin qadını tanımadığını bildirsə də, sonradan həmin qadının öz qızı Zeynəb Ustakişiyeva olduğunu etiraf etmiş, əri Məhkum2 2017-ci ildə səhhəti ilə bağlı Bakı şəhərində müalicə olunarkən özünün də Bakı şəhərində onun yanında olduğunu, həmin vaxtlarda pensiyasını almaq üçün öz pensiya kartını qızına verdiyini və xx.xx.2017-ci il tarixdə ona aid pensiyanın Bakı şəhərindəki ATM-dən çıxarıldığını bildirmiş, Məhkum2 də onun dediklərini təsdiq etmişdir. Cinayət işi nin materiallarında olan məhkəmə portret ekspertizasının xx.xx.2021-ci il tarixli 3/301 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 1 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki "6) 30.06.17” adlı qovluqda 05 ədəd fotoşəkildən 01 ədədində, "Bankomat 1275-26.09.17” adlı qovluqda olan 09 ədəd fotoşəkildən 03 ədədində əks olunmuş qadın cinsli şəxsin xarici görünüşünün bəzi element və əlamətləri eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki "6) 30.06.17” adlı qovluqda olan 01 ədəd fotoşəkildə, "Bankomat 1275-26.09.17” adlı qovluqda olan 03 ədəd fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş "CD-R” tipli disk dəki Məhkum1 eksperimental fotoşəkillərində eyni bir şəxsin əksi əks olunmuşdur. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki "6) 30.06.17” adlı qovluqda olan digər 04 ədəd fotoşəkildə istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki "7) 25.10.17” adlı qovluqda olan 06 ədəd fotoşəkildən 02 ədədində istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqd im edilmiş 1 rəqəmi ilə işarələnmiş "CDR” tipli diskdəki "Bankomat 528-3 tarix” adlı qovluğun daxilindəki "8) 27.11.17” adlı qovluqda olan 06 ədəd fotoşəkildən 02 ədədində istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "Bankomat 1275-26.09.17” adlı qovluqda olan fotoşəkillərdən 2 ədədində istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "1) 2 5.01.17” və "3) 16.03.17” adlı qovluqların daxilində olan 12 ədəd fotoşəkildə qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "2)22.02.17” adlı qovluğun daxilində 06 ədəd fotoşəkildən 02 ədədində əks olunmuş istintaq üçün zəruri olan qadın cinsli şəxsin xarici görünüş elementləri, əlamətləri tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır, digər 04 ədədində isə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 2 rəqəmi ilə işarələnmiş "CD-R” tipli diskdəki "4) 21.04.17” və "5) 19.05.17” adlı qovluqların daxilində olan 12 ədəd fotoşəkildə qadın cinsli şəxs əks olunmamışdır. Təqdim edilmiş 1,2 rəqəmləri ilə işarələnmiş "CD-R” tip li disklərdəki qovluqlarda olan fotoşəkillərdə əks olunmuş şəxsin (şəxslərin) xarici görünüşünün eyniləşdirmə tədqiqatı üçün yararsız olmasının səbəbi xarici görünüşün anatomik elementlərinin - sifət cizgilərinin, sifətin ümumi konfiqurasiyasının, qaşlarının, gözlərinin, göz qapaqlarının, dodaqlarının, ağzının, burun-dodaq süzgəcinin, burnunun, burun kürəklərinin, burun sonluğunun, burun əsasının, burunüstühissənin, qulaq seyvanının, çənəsinin tam və aydın əks olunmaması həmin elementlərin eyniləşdirmə tədqiqatı üçün kifayət qədər məcmu (kompleks) təşkil etməməsidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. İbtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncunun anası Ustakişiyeva (Batayeva) Yesfira Aleksandrovnanın xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində öldüyünü bildiyi halda, sonuncunun adına olan plastik pensiya kartını 2012-ci ilin dekabr ayında Zaqatala rayonu Qazangül qəsəbəsində yaşayan qohumu X12 evində ondan alar aq 2011-ci ilin mart ayından 2012-ci ilin dekabr ayınadək həmin kartın hesabına yüklənmiş 3377 manatını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 X2 ölməsi haqqında məlumatı gizlədib aldatma yolu ilə 2012-ci ilin dekabr ayında istintaqa məlum olmayan yerdə bir dəfəyə həmin kartın hesabından çıxararaq, daha sonra 2013-cü ilin yanvar ayından xx.xx.2017-cı il tarixədək müxtəlif ATM-lərdən müxtəlif məbləğlərdə çıxarıb vahid niyyətlə ümumilikdə 14847 manat pulu ələ keçirərək zərərçəkmiş hüquqi şəxsə xeyli miqdar maddi ziyan vurmaqla qəsdən dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmələri barədə aşağı məhkəmə instansiyalarının gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətlərində iş üzrə sübutların məhkumların təqsirli bilinməyi üçün kifayət etməməsi, ittiham tərəfinin istinad etdiyi sübutların mötəbərliyi şübhə doğurması barədə dəlilləri tam əsassızdır. CM-in 178.2.1 və 178.2.2-ci maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, qabayəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrarən törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyr inə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəklində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etməsi tam sübuta yetirilmişdir. Məhkumların Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri, aşağı məhkəmələrdə elan edilib araşdırılmış istint aq hərəkətlərinin protokolları, bu əməlin onlar tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Məhkum1 və Məhkum2 tərəfindən ittiham olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli olmaları barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, kassasiya şikayətlərinin məhkumların əməlində cinayət tərkibinin olmaması və bununla əlaqədar onlara bəraət verməsi barədə dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş hüquqi şəxsin izahatı və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumlara həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən e dir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar