Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-710/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarındanMəhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Məhkum xx xxxxxx 1988-ci il tarixdə ünvan2də anadan olmuşdur. O, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, fərdi əməklə məşğul olmuşdur, evlidir, himayəsində iki azyaşlı uşağı var, ünvan3də qeydiyyatda olmaqla, ünvan4ndəki yeni yaşayış massivində yaşamışdır. Məhkum əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, xx xxxxx 2019-cu il tarixdə təyin edilmiş cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməm iş və götürülməmişdir.
2. Xəzər Rayon Prokuroru tərəfindən xx xxxxxx 2019-cu il tarixdə təsdiq olunmuş ittiham aktında Məhkum, habelə X8 qarşı onların aşağıdakı əməlləri törətmələrinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkumtamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olub təkrarən özgənin əmlakını gizli talayaraq ələ keçirib, zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2018-ci il tarixdə saat 22:00 radələrində ünvan5ndə yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan 45 nömrəli bağ evinin həyət inə hasardan aşaraq qanunsuz daxil olub, evin saxlanc yeri olan qarajın qapısının qıfılını sındıraraq içərisinə keçib oradan dəyəri 200 manat olan 01 ədəd perforatoru, dəyəri 200 manat olan 01 ədəd qaynaq aparatını, dəyəri 200 manat olan 01 ədəd samovarı, dəyəri 100 manat olan qazan dəstini, dəyəri 10 manat olan 01 ədəd baltanı, dəyəri 20 manat olan elektrik uzadıcı kabeli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 730 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində ünvan15ndə yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq evin arxa pəncərəsinin dəmir b armaqlığını sındırıb plastik pəncərəni açıb evin içərisinə qanunsuz daxil olub oradan 01 ədəd 100 manat dəyərində samovarı, 01 ədəd 200 manat dəyərində kofe bişirən aparatı, 01 ədəd 150 manat dəyərində DVD aparatını, 01 ədəd 50 manat dəyərində suveniri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2019-cu il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, ünvan16ndə yerləşən 4393 nömrəli Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşaraq evin plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb pəncərəni açıb evin içərisinə qanunsuz daxil olub oradan 01 ədəd 200 ma nat dəyərində qaynaq aparatını, evin həyətində saxlanc yeri olan yardımçı otağın qapısının cəftəsini sındıraraq otağa qanunsuz daxil olub oradan 01 ədəd 45 manat dəyərində elektrik “dreli”ni və 01 ədəd 50 manat dəyərində elektrik “laqonda”nı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 445 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 22:00 radələrində ünvan15ndə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evinə yaxınlaşmış, Məhkum məlumat vermək məqsədi ilə evin hasarının yanında gözləmiş, X9 isə hasardan evin həyətinə aşaraq evin qapısının qıfılını sındırıb içəriyə qanunsuz daxil olaraq oradan 01 ə dəd 80 manat dəyərində 6 litr su tutumlu polad rəngli odun samovarını, 1 ədəd 20 manat dəyərində “Ferm” markalı göy rəngli gövdəsi olan elektrik “dreli”ni, 1 ədəd 208 manat dəyərində yaşıl rəngli gövdəsi olan elektrik “dreli”ni, bir ədəd 20 manat dəyərində “İskra” markalı elektrik “laqonda”nı, 1 ədəd 20 manat dəyərində “Candan” markalı plastik boruları qızdırma üsulu ilə isti birləşdirmək üçün nəzərdə tutulmuş qutu ilə birlikdə aparatı, 1 ədəd 2 manat dəyərində plastik boruları kəsmək üçün qırmızı rəngli qayçını, dəyəri 150 manat olan 2 qutuya yığılmış 1 ədəd servis dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizl i olaraq talamaq məqsədi ilə xx xxxx 2019cu il tarixdə saat 22:00 radələrində ünvan5ndə yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan 45 nömrəli bağ evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub, evin saxlanc yeri olan qarajın qapısının qıfılını sındıraraq içərisinə keçib oradan 01 ədəd 100 manat dəyərində üzərində iki çıxışlı 16 amperli transformatoru, 01 ədəd 100 manat dəyərində 7 litr su tutumlu gümüşü rəngli odun samovarını, 1 ədəd 36 manat dəyərində 12 metr uzunluğunda sarı rəngli güc kabelini, 1 ədəd 10 manat dəyərində 5 metr uzunluğunda ağ rəngli güc kabelini, 1 ədəd 20 manat dəyərində “Bosch” markalı elektriklə işləyən “laqonda”nı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 266 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
3. Cinayət işi xx xxxxxx 2019-cü il tarixdə B akı Şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur.
4. Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxxxx 2019-cü il tarixli qərarı ilə Məhkum, habelə X9 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə məhkəməyə verilmiş və məhkəmə baxışı xx xxxxxxxx 2019-cu il tarixə təyin olunmuşdur.
5. Cinayət işinə məhkəmə baxışı xx xxxxxxxx 2019-cu il tarixdə başlamış və xx xxxxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökümünün çıxarılması ilə nəticələnmişdir.
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.X.Əkbərov) Məhkum ona qarşı irəli sürülmüş, hazırki qəraarın 2-ci bəndində təsvir edilmiş ittihama tam uyğun ol araq (onun bütün bəndləri üzrə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətəazadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır.
7. Həmin hökmlə X11 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələriilə məhkum edilmişdir.
8. Hökmdən məhkum edilmiş şəxs Məhkum xx xxxxxxxx 2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, digər məhkum hökmü apellyasiya qaydasında mübahisələndirməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış iclasının qərarı ilə Məhkum apellyasiya şikayəti mümkün sayılmış və həmin şikayət üzrə cinayət işinə məhkəmə baxışı məhkəmə istintaqının aparılması və əlavə sübutların tələb edilməsi nəzərdə tutulmadan xx xxxxxx 2019-cu il tarixə təyin edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.H.Əkbərov, hakimlər Q.X.Babayev və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri və şikayətə qarşı etirazlar:
12. Məhku m kassasiya şikayətini onunla əsaslandrımışdır ki, o, müstəsna olaraq xx xxxx 2018-ci il tarixli oğurluq cinayətində iştirak etdiyi, digər dörd oğurluq epizodlarında onun iştirak etməsi isə sübut olunmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum fikrincə onun qeyd olunan (törətmədiyi oğurluq epizodlarına görə) məhkum edilməsinə məhkəmələrin cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinə əməl etməməsi səbəb olmuşdur. Belə ki, Məhkum görə birinci instansiya məhkəməsi ittihamın sübuta yetirilməsi haqqında nəticəyə gələrkən istinad etdiyi sübutları Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələb etməsinə baxmayaraq, tam, hərtərəfli və obyektiv yoxlamamış, 145-ci maddəsinin tələb etdiyi qaydada hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, o cümlədən CPM-in 145.3-cü maddəsinin ziddinə olaraq ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri onun xeyrinə təfsir etməmiş, eləcə də CPM-in 146.1-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozaraq baxılmış sübutların sübutetmə predmeti barədə yekun nəticəyə gəlmək üçün kifayət etməsi barədə yanlış nəticə çıxarmışdır.
13. Məhkum kassasiya şikayətində irəli sürdüyü digər dəlil isə odur ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58, 59-cu maddələrinin tələblərinin ziddinə olaraq onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən əməlini səmimi etiraf etməsi, oğurladığı əşyaların tapılıb qaytarılmasına kömək etməsi, c inayət nəticəsində vurulmuş maddi və mənəvi zərəri ödəməsi, zərərçəkmiş şəxslə barışığın əldə olunması, ailəsinin və xəstə anasının onun tutulması səbəbindən baxımsız qalması nəzərə alınmamış, nəticədə o, həqiqi əməlinə, şəxsiyyətinə müvafiq olmayan həddindən artıq ağır cəzaya məhkum edilmişdir.
14. Kassasiya şikayətinin müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun tərəfindən verilmiş apellyasiya şikayəti üzrə laızmınca araşdırma aparmadığından, yuxarıda göstərilən nöqsanları aradan qaldırmamışdır.
15. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyinedilməsini xahiş etmişdir.
16. Ka ssasiya şikayətinə qarşı etirazlar verilməmişdir. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları
17. Kassasiya şikayəti vermiş Məhkum şikayətə baxılmasında iştirak etmək hüququndan istifadə etməmiş və məhkəmə kollegiyası onun, eləcə də vaxtında lazımınca məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş zərərçəkmiş şəxslərin iştirakı olmadan kassasiya şikayətinə baxılmasını mümükün saymışdır.
18. Dövlət ittihamçısı çıxışında kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə aid qanunvericilik və məhkəmə təcrübəsi Kassasiya kollegiyasının baxmaq səlahiyyətində olduğu məsələlərin dairəsini əks etdirən və hazırki kassasiya müracətinin dəlillərinə görə kassasiya baxışının predmetini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsininnormaları. 19. “Maddə 419.1. Kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması 419.1. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.... 419.11. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fa ktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz”. 20. “Maddə
416. Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar 416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir:... 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə;... 416.1.11. məhkəmə cinayət təqibini baxmayaraq ittiham hökmü çıxardıqda; istisna edən halların mövcudluğuna... 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə;...” Kassasiya şikayətinin birinci dəlilinə (hazırki qərarın 12-ci bəndində göstərilənlə rə) aid maddi və prosessual normalar, onların tətbiqi üzrə mövcud məhkəmə təcrübəsi. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 21. “Maddə
3. Cinayət məsuliyyətinin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin btün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. 22. “Maddə
7. Təqsirə görə məsuliyyət prinsipi Yalnız törətdiyi ictimai təhülkəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 23. “Maddə
21. Təqsirsizlik prezumpsiyası 21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmə yibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” 24. “Mad də
33. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi... 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir....” 25. “Maddə
125. Sübutların mümkünlüyü 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər....” 26. “Maddə
144. Sübutların yoxlanılması Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.” 27. “Maddə
145. Sübutların qiymətləndirilməsi 145.1. Hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.” 28. “Maddə
146. Sübutların kifayət etməsi 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə p redmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. ….” 29. “Maddə
349. Məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblər … 349.3. Məhkəmənin hokmü qanuni və əsaslı olmalıdır. 349.4. Məhkəmənin hokmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. 349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi sübutlar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.”. 30. “Maddə
351. Məhkəmənin ittiham hökmü... 351.2. Məhkəm ənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 351.3. Məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək.” 31. “Maddə
353. Məhkəmə hökmünün məzmu nu... 353.2. Məhkəmənin açağıdakılar göstərilməlidir: ittiham hökümünün təsviri-əsaslandırıcı hissəsində... 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri;...”. 32. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli, 1 saylı Qərarı Kassasiya şikayətinin ikinci dəlilinə (hazırki qərarın 13-cü bəndində göstərilənlərə) aid maddi və prosessual normalar, onların tətbiqi üzrə mövcud məhkəmə təcrübəsi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 33. “Maddə
8. Ədalət prinsipi 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayət in xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır....”. 34. “Maddə
41. Cəzanın anlayışı və məqsədləri... 41.2. Cəza sosial dəalətin bərpa edilməsi, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.”. 35. “Maddə
58. Cəzanın təyin edilməsinin ümumi əsasları 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.... 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.”. 36. “Maddə
59. Cəzanı yüngülləşdirən hallar 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır:... 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;... 59.1.14 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.”. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilə r....”. 37. “Maddə
61. Cəzanı ağırlaşdıran hallar 61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;... 61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;... 61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. 61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağlrlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.”. 38. “Maddə
177. Oğurluq... 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;... bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi 39. “Maddə
139. Sübut edilməli hallar... 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar;...”. 40. “Maddə
353. Məhkəmə hökmünün məzmunu... 353.2. Məhkəmənin açağıdakılar göstərilməlidir: ittiham hökümünün təsviri-əsaslandırıcı hissəsində 353.2.3. təqsirli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar;...”. 41. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx x xxx 2003-cü il tarixli, 4 saylı Qərarı Məhkəmənin mövqeyi Kassasiya müraciətinin kassasiya instansiya məhkəməsində baxılmanın predmetini təşkil edən məsələlər kontekstində təhlili
42. Kassasiya instansiyası məhkəməsində aparılan icraatın təyinatı apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökm və qərarlarına baxmaq olduğundan, hüquqi müəyyənlik prinsipi isə belə qərarların ləğv edilməsinə, dəyişdirilməsinə ancaq fundamental pozuntuların aradan qaldırılması zərurəti ilə əlaqədar bəraət qazandırdığından, Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya instansiyası məhkəməsinin məhkəmə orqanları sistemində yerini hüquq məhkəməsi kimi müəyyən etməklə kassasiya qaydasında məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət-prosses sual qanunun normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması ilə məhdudlaşdırmış, CPM-in 419.11-ci maddəsi isə birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktların müəyyən edilməsini və ya onların sübuta yetirilmiş hesab edilməsini kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri sırasından istisna etməklə, bir tərəfdən kassasiya məhkəməsinin sübutları bilavasitə tədqiq etmək səlahiyyətinə malik olmadığını göstərmiş, digər tərəfdən isə onun hüquqi məsələr üzrə öz nəticələrini sübutları bilavasitə araşdırmaq və faktları müəyyən etmək səlahiyyətində olan birinci və apellyasiya instansiyası məhkəmələrininin müəyyən etdikləri faktiki halların üzərində qurmalı olduğunu nəzərdə tutmuşdur.
43. Eyni zamanda, kassasiya kolllegiyasının səlahiyyətlərin in hüdudları müəyyən edilərkən məhkəmə baxışının hədlərinə dair Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinin də tələbləri rəhbər tutulmalı, birinci instansiya məhkəmsində məhkəmə baxşının hədlərinin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş, məhkəməyə verilən ittihamla məhdudlaşmış olması nəzərdən qaçırılmamalıdır.
44. Odur ki, kassasiya instansiyası məhkəməsinə verilən kassasiya müraciətləri birinci instansiya məhkəməsində baxılmış ittihamı və məhkəməyə verilmiş şəxslərin dairəsini diqqətdə saxlamaqla yanaşı, kassasiya kollegiyasının səlahiyyətlərinin dairəsini də nəzərə almalı, bu müraciətlər maddi və prosessual normaların tətbiqi üzrə hüquqi məsələlər qaldırmalı, onlarda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş məhkəməyə verilən ittihamla, kassasiya baxışının predmeti ilə bir araya sığmayan dəlillərə yer verilməməli, müraciətlər məzmun baxımından CPM-in 419.1 və 419.11-ci maddələrilə ehtiva olunan tələblərlə uzlaşmalıdır.
45. Eyni zamanda kassasiya müraciətlərində o da nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq cinayət-prosessual qanunun 416.1.1-416.1.22-ci maddələrində göstərilən hallardan ən azından biri olduqda, məhkəmə hökmünü (qərarını) ləğv edə və yaxud dəyişdirə bilər.
46. Odur ki, kassasiya müraciətlərində apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi barədə tələb irəli sürüldükdə, bu tələb cinayət-prosessual qanunun 416.1.1 - 416.1.22-ci maddələrində göstərilən hallardan birinin (bir neçəsinin) mövcud olmasına dair gümanla əsaslandırılmalı, müraciət məhz bu gümanın əsas landırlmasına xidmət edən məzmunda olmalıdır.
47. Yuxarıdakı mülahizələrlə müqayisə etməklə Məhkum kassasiya şikayətini məzmun baxımından dəyərləndirdikdə, belə nəticəyə gəlmək olar ki, bu kassasiya şikayətinin dəlillərində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələri ilə ehtiva olunan maddi və prosessual hüquqi normaların pozulması haqqında məsələlər qaldırıldığından, şikayət cinayət-prosessual qanunun 419.1 və 419.11-ci maddələri ilə müəyyən edilmiş kassasiya instansiyası məhkəməsinin baxmaq səlahiyyətində olduğu predmetə aid olan və bu səbəbdən həmin normaların tələblərinə uyğun məzmunda tərtib olunmuş kassasiya müraciəti kimi nəzərdən keçirilməlidir. Kassasiya şikayətinin birinci (12-ci bəndində göstərilən) dəlili üzrə təhlil
48. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş prinsip və normalarını (33, 125, 144, 145, 146-cı maddələrini) birlikdə götürdükdə, sübutların tədqiq edilməsi üzrə fəaliyyət araşdırma predmetindən asılı olaraq sübutlar toplanılmaqla, təhlil edilməklə, bir-biri ilə müqayisə olunmaqla, mənbəyinin, əldə edilməsi üsullarının və digər şərtlərinin qanuniliyi müəyyənləşdirilməklə yoxlanılmasını, hər bir sübutun aidiyyatı, mümkünlüyü, mötəbərliyi üzrə ayrı-ayrılıqda dəyərləndirilməsini, onların məcmusunun isə kifayətedənlik (sübut etmə predmeti barədə nəticə çıxarmaq üçün kifayət edib-etməməsi) baxımından qiymətləndirilməsini ehtiva edən tədqiqat prosesi kimi səciyyələndirilməlidir.
49. Sübutun aidiyyatı dedikdə, onun tədqiq edilən məsələ (araşdırma pred meti) ilə əlaqəsi (araşdırılan məsələ haqqında məlumat yükü daşıması kimi keyfiyyətə malik olması) başa düşülür.
50. Sübutun mümkünlüyü – onun sübutetmə predmetinin (işin həqiqi halının) müəyyən edilməsində istifadə olunmasını mümkün edən qanuni tələblərə cavab verməsini ehtiva edən keyfiyyətidir. Belə ki, sübutun mümkün sayılması üçün cinayət-prosessual qanunda təsbit edilən sübutetməni həyata keçirən şəxs, sübutun əldə edilmə mənbəyi, üsulları və qaydaları, rəsmiləşdirilməsi və işə əlavə olunması barədə tələblərə əməl olunmalıdır.
51. Sübutun mötəbərliliyi dedikdə isə, onun sübutların qiymətləndirilmə prosesinin nəticəsi ilə əlaqəsi başa düşülür. Sübutun mötəbərliyi – bu sübutla araşdırılan hadisənin obyektiv faktiki halları arasında uzlaşmanın olması deməkdir.
52. Kassasiya şikayətində Məhkum dörd oğurluq hadisələrinə görə əsassız olaraq təqsirli bilinməsi barədə iddiasını təqsirliliyinin sübuta yetirilməməsi ilə izah edərək, bunu da məhkəmə tərəfindən sübutların yoxlanılması (CPM, maddə 144), qiymətləndirilməsi (CPM, maddə 145), kifayətedənliyi (CPM, maddə 146) barədə qaydalarının pozulması ilə əlaqələndirsə də, bu qaydaların pozulmasının konkret nədə ifadə olduğunu, nə kimi hallardan həmin qaydaların pozulması haqqında nəticə çıxardığını şikayətində göstərməmişdir.
53. Qeyd olunan halla yanaşı aşağıdakılar da kassasiya şikayətinin sözügedən dəlilinin işin həqiqi hallarından irəli gəlmədiyini göstərir.
54. Mübahisələndirilən dörd oğurluq epizodu üzrə təqsirli bilinməsinə dair nəticənin sübutlardan irəli gəlməməsinə dair Məhkum iddiasının əksinə olaraq, birinci instansiy a məhkəməsi Məhkum kassasiya şikayətində etiraf etdiyi xx xxxx 2019-cu il tarixli cinayət epizodunun (zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus saxlanc yerindən X31la birgə 266 manat dəyərində əmlakı oğurlamasının) sübuta yetirilməsi ilə yanaşı ittihamın digər hissəsinin, yəni Məhkum törədilməsində iştirakını inkar etdiyi (sübuta yetirilmədiyi halda təqsirli bilindiyini iddia etdiyi) xx xxxxxxx 2018-ci il tarixdə X31la qabaqcadan əlbir olub onunla birgə Zərərçəkmiş şəxs2 məxsus qaraja (saxlanc yerinə) qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 730 manat dəyərində əmlakını gizli talamaqla, xx xxxxx 2019-cu il tarixdə qabaqcadan əlbir olduğu X31la birgə Zərərçəkmiş şəxs3 məxsus evə (yaşayış sahəsinə) qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 500 manat dəyərində əmlakını gizli talamaqla, qabaqcadan ə lbir olduğu X31la birgə xx xxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 məxsus bağ evinə (yaşayış sahəsinə) və saxlanc yeri olan həyətdəki yardımçı otağa qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 445 manat dəyərində əmlakını gizli talamaqla, qabaqcadan əlbir olduğu X31la birgə xx xxxx 2019-cu il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus evə (yaşayış sahəsinə) qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 ümumlikdə 500 manat dəyərində əmlakını gizli talamaqla təkrarən oğurluq etməsinin sübuta yetirilməsi haqqında yekun qənaətini ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqının gedişində bilavasitə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, şahid X4, digər təqsirləndirilən şəxs X6 və Məhkum özünün ifadələri, şahid X4dan madd i sübutların götürülməsi haqqında xx xxxx 2019-cu il tarixli protokol, X4dan götürülmüş predmetlərin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıma üçün təqdim edilməsi haqqında protokollar, məhkəmə-əmttəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 16429 saylı rəyi ilə - bu materialların həqiqi məzmunlarına uyğun olaraq əsaslandırmışdır.
55. Belə ki, hər bir zərərəçəkmiş şəxs məhkəmədə dindirilərkən eynilə ibtidai istintaqda olduğu kimi məhkəmənin müəyyən edilmiş saydığı (ittihamda göstərilən) yerdə və vaxtda onlara məxsus yaşayış yerlərindən və yaxud saxlanc yerlərindən oğurluq edildiyini və cinayət təqibi orqanının ittihamda göstərdiyi, məhkəmənin müəyyən edilmiş saydığı miqdarda onlara ziyanın vurulduğunu ifadələrində təsdiq etmişlər.
56. Şahid X4 isə məhkəmədə onu təsdiq etmişdir ki, 2019-cu ilin aprel ayının və may ayının axırlarında, eləcə də xx xxxx 2019-cu ildə onun işlədiyi mağazaya gəlmiş X31 və Məhkum ona ilk dəfə samovar, daha sonra deşici-kəsici elektrik aparatı, soncu dəfə isə 2 ədəd samovar, 2 ədəd “laqonda”, 1 ədəd “drel”, 1 ədəd transformator, 12 metr sarı rəngli kabel, 5 metr ağ rəngli kabel, plastik boruları kəsmək üçün qayçı və qızdırma üsulu ilə birləşdirmək üçün aparat qutusu almağı təklif etmiş və o, predmetlərin oğurlanmış əmlak olduğunu bilmədiyi üçün onları satmaq məqsədi ilə müvafiq olaraq 25, 35 və 150 manat pulun müqabilində almış, lakin xx xxxx 2019-cu ildə mağazaya gəlmiş şəxs rəfdə olan predmetin özünə məxsus əmlak olduğunu tanıdıqdan sonra polis əməkdaşları da mağazaya gəlib X31dan və Məhkum aldığı predmetlər barədə onu sorğu-sual etmiş, bu zaman həmin predmetlərin oğurlanmış özgə əmlakı olmasını bilmiş və onları polis əməkdaşlarına təqdim etmişdir.
57. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmədə tədqiq edilmiş ibtidai istintaqda müstəntiq tərəfindən tərtib olunmuş tanıma üçün təqdim etmə barədə protokollara əsasən X4un mağazasından götürülmüş və onlara təqdim edilən predmetlər arasında Zərərçəkmiş şəxs1 plastik boruları qızdırma üsulu ilə birləşdirmək üçün aparatı qutusu ilə birlikdə, plastik boruları kəsmək üçün qayçını, samovarı, üzərində “iskra” sözü yazılmış “laqonda”nı, Zərərçəkmiş şəxs2 isə bir ədəd transformatoru, 12 metr uzunluğunda sarı rəngli kabeli, 5 metr uzunluğunda kabeli, üzərində “Bosch” sözü yazılmış “laqonda”nı, gümüşü rəngli samovarı özlərinə məxsus olan ə mlaklar kimi tanımışlar.
58. Aşakr edilmiş həmin əmlakın ümumi dəyərinin 408 manat olması ibtidai istintaq zamanı müstəntiq tərəfindən təyin olunmuş və məhkəmə istintaqının gedişində baxılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 16429 saylı rəyi ilə müəyyən olunmuşdur.
59. Məhkum isnad edilən oğurluq əməllərinin törədilməsində qabaqcadan əlbir olan birgə icraçı kimi iştirak etmiş digər təqsirləndirilən şəxs X9 da ibtidai istintaqda olduğu kimi, məhkəmə istintaqında da ardıcıllıqla Məhkum aid ittihamda göstərilən bütün oğurluq cinayətlərində, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs4a münasibətdə törədilmiş xx xxxxxxx 2018-ci il tarixli, zərərçəkmiş Zərərçəkmiş şəxs3 münasibətdə törədilmiş xx xxxxx 2019-cu il tarixli, zərərçəkmiş Zərərçəkmiş şəxs4 münasibətdə tö rədilmiş xx xxx 2019-cu il tarixli və zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə törədilmiş xx xxxx 2019-cu il tarixli oğurluq hadisələrində Məhkum bilavasitə iştirak etdiyini, əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən qanunsuz olaraq daxil olduqları evlərdən və digər saxlanc yerlərindən müxtəlif özgə əmlakını oğurladıqdan və müxtəlif şəratidə tanımadıqları şəxslərə, eləcə də ünvan55ndə işləyən X78a satdıqdan sonra əldə olunmuş pul məbləğlərini aralarında böldüklərini və yaxud birlikdə sərf etdiklərini təsdiq etmişdir.
60. Həmin məlumatları eynilə Məhkum özü də həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında dindirilərkən təsdiq edib, özünü ona isnad edilən bütün, o cümlədən hazıkı kassasiya şikayətində inkar etdiyi oğurluq epizodlarını törətməkdə təqsirli bilmişdir.
61. Hökmdə n verdiyi apellyasiya şikayətində də Məhkum birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini, sübutların tədqiqatını və qiymətləndirilməsini, ittihamın bütün bəndləri üzrə təqsirli bilinməsini, əməllərinin hüquqi tövsifini mübahisələndirməmiş, cəzasının həddindən artıq ağır olduğunu, məsuliyyətini yünügülləşdirən hallar nəzərə alınmadan təyin olunduğunu iddia edərək, müstəsna olaraq cəzasının yüngülləşdirilməsi barədə apellyasiya instansiyası məhkəməsi qarşısında tələb irəli sürmüşdür.
62. Məhkum və yaxud cinayət prosesinin başqa iştirakçısı, o cümlədən birinci instansiya məhkəməsində onun müdafiəsini həyata keçirmiş vəkil Müdafiəçi tərəfindən həmin sübutların yolverilməzliyinə görə sübutların siyahısından xaric edilməsi barədə tələb nə məhkəmənin hazırlıq iclasında, nə də ki, məhkəmə baxşında irəli sürülməmişdir.
63. Məhkəmə sübutların əldə edilməsinin mənbələrinə, üsul və qaydalarına görə onların yolverilməzliyinə dəlalət edəcək hər hansı bir pozuntu müəyyən etmədiyindən, öz təşəbbüsü ilə də heç bir sübutu qeyri-mümkün saymamış və sübutların siyahısından xaric etməmişdir.
64. Məhkum və yaxud onun müdafiəçisi ibtidai istintaqda olduğu kimi birinci instansiya məhkəməsində də yuxarıda təsvir edilən onun əleyhinə olan (ittihamedici) sübutların təkzib edilməsi üçün sübutlar təqdim etməmiş, belə sübutların əldə edilməsi barədə vəsatətlərlə çıxış etməmiş, hətta məhkəmə istintaqının baxılmış sübutlarla məhdudlaşdırlması barədə dövlət ittihamçısının təklifi ilə razılaşaraq, məhkəmə istintaqında əlavə sübutların tədqiq edilməsini məhkəməyə təklif e tməmiş, əksinə dövlət ittihamçısı kimi məhkəmə istintaqının yekunlaşdırlmasını, çıxışlara keçməyi məhkəmədən xahiş etmişlər.
65. Məhkəmənin hökmündə istinad edilən yuxarıda təsvir edilən və digər sübutların əldə edilmə mənbəyi, üsulları və qaydaları, rəsmiləşdirilməsi və işə əlavə olunması kimi məsələlər üzrə cinayət-prosessual normaların pozuntuları müəyyən edilmədiyi, sübutlar bir-biri ilə tamamilə uyğunluq təşkil etdiyi, o cümlədən Məhkum etirafedici ifdəsinin digər sübutların məcmusu ilə üst-üstə düşdüyü, ittiham sübutlarının heç biri başqa sübutla təkzib olunmadığı, ittihamın sübuta yetirilməsində aradan qaldırılmayan şübhə kimi dəyərləndirilə biləcək heç bir hal olmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin hökmdə həmin sübutları işə aid, mümkün və mötəbər sübutlar kimi qiymə tləndirib, onların məcmusunun Məhkum ittihamın bütün bəndləri üzrə təqsirli bilinməsi barədə yekun nəticəyə gəlmək üçün kifayət edən olması haqqında nəticə çıxarması cinayət mühakimə icraatının prinsiplərindən irəli gələn şəxsin təqsirliliyinin CPM-də nəzərdə tutulmuş prosedurlara uyğun olaraq tədqiq edilmiş sübutlara əsasən müəyyən edilməsi, sübutların yoxlanılması, qiymətləndirilməsi, kifayətedənliyi barədə tələblərə, Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində və digər normalarında nəzərdə tutulmuş sübutetmə qaydalarına cavab verməyən araşdırma nəticəsində hasil edilmiş, məhkəmə hökmünün qanuniliyinə və əsaslılığına, ittiham hökmünün məzmununa dair CPM-in 349.4, 349.5, 353.2-ci maddələrində təsbit olunmuş tələblərə cavab verməyən qənaət kimi qiymətləndirilə bilməz.
66. Əksinə, yuxarıda təsvir olunanlar onu göstərir ki, hazırki cinayət işi üzrə məhkəmə baxışı cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum irəli sürülmüş ittihamın bütün bəndləri üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutlar ın məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
67. Məhkum hökmdən verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları, ittihamın sübuta yetirilməsi, təqsirlilik, əməllərinin hüquqi tövsifi məsələlərini deyil, müstəsna olaraq ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin olunmuş cəzanı ağırlığına görə mübahisələndirdiyindən, eləcə də Cinayət-Prosessual Məcəllənin 392.3-cü maddəsində apellyasiya instansiyasında məhkəmə istintaqının keçirilməsini şərtləndirən əsas qismində təsbit edilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsas yaradan hallar olmadığından, apellyasiya məhkəməsi məhkəmə baxşını məhkəmə istinaqının keçirilməsini, əlavə sübutların tələb edilməsini nəzərdə tutmadan təyin edib keçirmiş və apellyasiya baxşının hədlərinə dair CPM-in 397.1-ci maddəsi işin faktiki hallarının müəyyən edilməsi mübahisələndirilmədikdə, faktiki halların araşdırılıb yenidən müəyyən edilməsinə yol vermədiyindən, Məhkum təqsirli bilindiyi cinayətləri təşkil edən işin faktiki hallarını yenidən araşdırmamışdır.
68. Belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə baxışı işin lazımınca (tam, hərətərəfli və obyektiv) araşdırılmaması kimi, onun şərh edilən məsələlər mövzusunda birinci instansiya məhkəməsi ilə razılşab hökmü qüvvədə saxlaması maddi və cinayət-prosessual normaların pozuntusu kimi şərh edilə bilməz.
69. Beləliklə, yuxarıda təsvir olunanlar, üm umiyyətlə cinayət işinin materialları baxılan işdə Məhkum münasibətdə onun kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərməklə məhkumun həmin pozuntuların möcvud olmasına dair iddiasını təkzib edir. Kassasiya şikayətinin ikinci (13-cü bəndində göstərilən) dəlili üzrə təhlil
70. Hazırki qərarın 34-38-ci bəndlərində təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir g östərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
71. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi kassasiya şikayətində iddia olunanlarının əksinə olaraq Mə hkum himayəsində iki azyaşlı uşağın olmasını, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ziyanı ödəyərək onlarla barışıq əldə etməsini, onların şikayət və tələblərinin olmamasını nəzərindən qaçırmamış, həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymtləndirib cəzanın həddinin müəyyən edilməsində nəzərə almaqla Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinin tələblərinə əməl etmişdir. Eyni zamanda, məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin ona verdiyi mülahizə sərbəstliyindən istifadə edərək Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən (kassasiya şikayətində nəzərə alınmadığı iddia edilən) bir sıra başqa halları, o cümlədənMəhkum əməllərindən səmimi peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olduğunu da cəzanı n müəyyən edilməsinə təsiri olan cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir.
72. Məhkəmə hökmündə kassasiya şikayətində məsuliyyəti yünüglləşdiriən hallar kimi nəzərə alınması tələb edilənlərdən Məhkum oğurladığı əşyaların tapılıb qaytarılmasına kömək etməsi kimi xüsusat cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməmişdir. Lakin, hazırki iş üzrə müəyyən edilmiş hallardan və həmin halların əsasına qoyulmuş sübutlardan görünür ki, məhkəməyədək icraatın gedişində müstəsna olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 məxsus müəyyən predmetlərdən başqa onlara aid hadisələrdə və digər cinayət epizodlarında oğurlanmış digər əşyaların yerinin müəyyən edilməsi və zərərçəkmiş şəxslərə qaytarılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi və onunla razılaşmış apel lyasiya instansiyası məhkəməsi oğurlanmış özgə əmlaklarının bir hissəsinin aşkar edilməsinin sübuta yetirilməsi barədə nəticəyə gəldikləri, CPM-in 419.11-ci maddəsi isə kassasiya instansiyası məhkəməsinə birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən etmək, onları sübuta yetirilmiş hesab etmək səlahiyyəti vermədiyi vəziyyətdə məhkəmə kollegiyası sözügedən halın cəzanı yüngülləşdirən hal olaraq müəyyən edilməməsinində pozuntunun müəyyən edilməsi üçün ağlabatan əsas görmür.
73. Cəzanı ağırlaşdıran hallara gəldikdə, birinci instansiya məhkəməsi bu cür halları müəyyən etməmiş, o cümlədən Məhkum əvvəllər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilməsini, hazırki iş üzrə cinayət əməlinin həmin hökm üzrə məhkumluğun ödənilmədiyi dövrdə törədilməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi cinayətlərin residivinin müəyyən edilməsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmə hallarının nəzərə alınmasına yol vermədiyindən, cinayətlərin residivi kimi qiymətləndirməkdən və cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqdan imtina etmişdir (apellyasiya instansiyası məhkəməsi yanlış olaraq yekun qərarının təsviriəsaslandırıcı hissəsində hökmdə cinayətlərin residivinin cəzanı ağırlaşdıran hal kimi nəzərə alındığını qeyd etmişdir).
74. Cəzanı yüngülləşdirən halların müəyyən edilməsinə, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzalarından məhz daha ağır növ cəzanı təyin etməsi lazmınca əsaslandırıldığından, qeyd olunan hal Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin pozuntusunu və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində verilmiş tövsiyə ilə uyğunsuzluq yaratmır. Çünki, məhkəmə Məhkum məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməli olduğunu əsaslandırarkən digər hlalarla yanaşı onun əvvəllər eyni (oğurluq) cinayətini törətməsinə görə azadlıqdan məhrum etmə il ə bağlı olmayan cəzaya məhkum edilməsindən nəticə çıxarmamasından, məhkumluğu ödənilmədən və götürülmədən yenidən, həm də əvvəlki cinayət işində olduğundan daha artıq sayda zərərçəkmiş şəxslərə qarşı oğurluq cinayətlərini törətməsindən çıxış etmişdir.
75. Birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sansksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etsə də, bu cəzanı həmin cəzanın ən aşağı həddinə yaxın (iki il altı ay müddətə) müəyyən etməklə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir.
76. Məhkum cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır.
77. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhk um cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri hazırki qərarın 34-41-ci bəndlərində təsvir olunmuş istər Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini, istərsə də cinayət-prosessual qanunun bununla bağlı olan prosedur məsələləri tənzimləyən normalarının pozuntularına yol verməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarında verilən izahlara əməl etmişlər.
78. Qeyd olunanlar kassasiya şikayətinə baxılması nəticəsində şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olu nmuş halların da müəyyən edilmədiyini göstərir. Məhkəmə kollegiyasının yekun qənaəti
79. Apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsinə yalnız Azərbyacan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən hallara görə yol verildiyindən, kassasiya müraciətlərinə baxılması nəticəsində həmin hallardan heç birinin müəyyən edilməməsi mübahisələndirilən məhkəmə hökmünün və yaxud digər qərərının ləğv edilməsini və yaxud dəyişdirilməsini istisna etməklə bu cür tələblərinin irəli sürüldüyü kassasiya müraciətlərinin təmin edilməsi üçün də əsasların olmadığını göstərir.
80. Odur ki, Məhkum kassasiya şikayətinə baxılması nəticəsində onun kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 416.0.2, 416.0.11, 416.0.21-ci və yaxud 416.1-ci maddəsinin digər müddəalarında göstərilən hallardan heç biri müəyyən edilmədiyindən, həmin kassasiya şikayəti əsaslı müraciət kimi qiymətləndirilib təmin edilə, onunla mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilə və yaxud dəyişdirilə bilməz.
81. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Hazırki qərar elan olunduğu andan qanuni qüvvəyə minir.