Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-710/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və bəraət almış şəxs müdafiəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə Balakən Rayon Məhkəm əsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.2-ci maddəsi ilə təqsirsiz bilinməsi və ona bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əhmədov Telman Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Balakən Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Tahirov Zamin Cəbrayıl oğlu) bəraət almış şəxs, 13 iyul 1980-ci ildə Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, Gürcüstan Respublikası, Laqodexi şəhəri, 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 206.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma mərhələsində “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 2-ci bəndlərinin və 6-cı maddəsinin pozuntuları müəyyən edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxs CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o 2019-cu ilin dekabr ayının 1-də Gürcüstan Respublikasının Laqodexi şəhərində istintaqa məlum olmayan mənbədən şəxsi istifadə məqsədi ilə əldə etdiyi 1,41 qram qurudulmuş mariuxana narkotik vasitəsini 1 ədəd kağız bükümdə qablaşdıraraq idarə etdiyi ** *** markalı ****** dövlət nömrə nişanlı minik avtomobilinin salonunda ön sağ qapı üzlüyünün əşyalar qoymaq üçün nəzərdə tutulan yerdə yerləşdirmiş və Gürcüstandan Azərbaycan Respublikasına gələrkən idarə etdiyi ****** markalı ******** dövlət nömrə nişanlı minik avtomilinin salonunda ön sağ qapı üzlüyünün əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdə 02 dekabr 2019-cu il tarixdə, saat 12 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Balakən Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmü ilə bəraət almış şəxsyə CM-nin 206.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və onun həmin maddə ilə təqsirləndirilməsinə da ir cinayət işi üzrə ibtidai araşdırma mərhələsində “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1 və 2-ci bəndlərinin və 6-cı maddəsinin pozuntuları müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı R.Əliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 30 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticə hissəsindən “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi nin 1 və 2-ci bəndlərinin və 6-cı maddəsinin pozuntularının müəyyən edilməsinə dair müddəalar xaric edilmiş, hökm baxılmış apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı T.A.Əhmədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı T.A.Əhmədov cinayət və cinayət-prosessual qanunvericiliklərinin bir sıra normalarına və iş üzrə məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin z iddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmələr tərəfindən iş üzrə şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş və əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmişdir. Nəticədə birinci instansiya məhkəməsi bəraət almış şəxs tərəfindən törədilmiş cinayətin kifayət qədər sübuta yetirilməsini nəzərə almadan əsassız olaraq onun təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək ona bəraət vermis, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə istintaqının düzgün aparılmaması barədə bir neçə əsas gətirərək, bildirir ki, bəraət almış şəxs birinci instansiya məhkəməsində ilkin olaraq verdiyi sərbəst ifadəsində nark otik vasitərin istifadəçisi olduğunu bildirmişdir. Həmin ifadələrində o, həmçinin qeyd etmişdir ki, yaşadığı Gürcüstanda narkotik vasitəni əldə edib saxlamağa və istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır, buna görə də o, özünü təqsirli bilməyərək eyni zamanda ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini, psixi və ya fiziki təsirə məruz qalmadığını, rus dilində sərbəst danışdığı üçün gömrük yoxlaması zamanı tərcüməçiyə ehtiyacı olmadığını göstərmişdir. Lakin sonradan o, cinayət məsuliyyətindən azad olunmaq üçün ifadəsini dəyişərək onun avtomaşınında aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, avtomobilinə kim tərəfindən qoyulmasını bilmədiyini göstərmişdir. Cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 yanvar 2020-c i il tarixli 67 nömrəli rəyində göstərilmişdir ki, bəraət almış şəxsdə çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə onu da nəzərə almamışdır ki, təqsirləndirilən şəxs bəraət almış şəxs ibtidai istintaq zamanı ana dili olan gürcü dilində istintaq sənədlərinin surətlərini almasına, bir neçə müdafiəçiyə və tərcüməçiyə malik olmasına baxmayaraq narkotik vasitənin ona məxsus olmaması, gömrük postunda ona qarşı hansısa qanunsuz təsir və təzyiq edilməsi barədə ibtidai istintaq, o cümlədən də ibtidai istintaqın sonunda iş materialları ilə müdafiəçi və tərcüməçinin iştirakı ilə birgə tanış olarkən və barəsində məhkəmədə qətimkan tədbiri seçilməsi zamanı heç bir vəsatət və ya şikayət verməmişdir. Cinayət işi üzrə məhkəmə-narkoloji ekspertizasının 15 yanvar 2020ci il tarixli 67 saylı rəyinin tədqiqi-əsaslandırıcı hissəsindəki məlumatlardan görünür ki, ekspert komissiyası bəraət almış şəxs ilə sorğu-sual apararkən sonuncu təxminən iki il olar ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini və ondan aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı özü istifadə etmək məqsədilə əldə edib saxladığını etiraf etmişdir. Məhkəmə həmin ekspertiza rəyini də mötəbər sübut kimi qəbul etməyərək öz hökmündə göstərmişdir ki, ekspertlər konkret olaraq hansı tədqiqat metodlarına, anamnez məlumatlara, qan və sidik məlumatlarına əsaslandığını rəydə qeyd etməmişlər. Təqsirləndirilən şəxsin avtomobil indən narkotik vasitənin aşkar olunmasını təsdiq etdiyi halda hal şahidlərinin ifadələrinin məhz başqa işlərdə hal şahidləri olduqları üçün məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi məhkəmələrin sübutları düzgün qiymətləndirmədiklərini göstərir. Bundan başqa məhkəmələr bəraət almış şəxsnin üzərində şəxsi yoxlama aparılması zamanı pozuntulara yol verildiyi üçün həmin istintaq hərəkətinə dair 02 dekabr 2019-cu il tarixli protokolu mötəbər sübut kimi qiymətləndirməmişdirlər. Təsvir edilənlər baxılan işdə sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmadığını göstərir. Beləliklə, məhkəmələr tərəfindən qərar q əbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq təqsirləndirilən şəxsə əsassız olaraq bəraət verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə qanuna müvafiq qaydada məlumatlandırılmış bəraət almış şəxs məhkəmə iclasına naməlum səbəblərdən gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyinə görə məhkəmə kol legiyası Azərbaycan Respublikası Cnayət-Prosessual Məcəlləsinin (bundan sonar mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə uyğun olaraq kassasiya protestinə onun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.A.Əhmədovun həmin protestinin əsas dəlilləri ondan ibarətdir ki, bəraət verilməsi haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş və araşdırılmış sübutlara düzgün qiymət verməmişlər. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə bəraət almış şəxs barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıda kıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhk əmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin sə lahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüd udlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış s übutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olması nı sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzər də tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni s übutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə l azımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etmə lidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməs idir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İbtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsnin təqsirləndirildiyi CM-nin 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gö mrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qaçaqmalçılığa dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə 02 iyun 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işlə ri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbay can Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin əməllərində CMnin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırıl mış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair ). Adı çəkilən Qərarın 10-cu bəndində qeyd olunmuşdur ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış giz li yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Qərarın 16-cı bəndnə görə, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cina yətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Kassasiya protestinin müəllifi qeyd edir ki, Məhkum ona ittiham olunmuş cinayətlin törədilməsində təqsirinin təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində çıxarılmış bəraət hökmünü qanunsuz və əsassız olaraq qüvvəsində saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, eyni dəlillər bi rinci instansya məhkəməsnin hökmündən verilmiş apellyasiya protestində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi kassasiya protestinin dəlillərinin əksinə olaraq bu dəlillərə cavab verilməsi üçün ittiham tərəfinin təqdim etdiyi sübutlar təkrarən araşdırmış və qəbul etdiyi qərarında həmin sübutlarla müəyyən edilmiş halları ətraflı olaraq öz qərarında təsvir etmiş, onların hər birisinə həm ayrı-ayrılıqda, həm də ayrı-ayrılıqda qiymət vermişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqindən imtina olunması qeyd edilsə də, bu dəlil tamamilə əsassızdır ona görə ki, əvvəla istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə baxışının predmeti ibtidai araşdırma zamanı toplanmış və məhz ittiham tərəfinin təqdim etdiyi sübutların araşdırılması olmuş, məhkəmələr bu sübutlardan hər hansı birini tədqiq etməkdən imtina etməmiş və məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorlar (apellyasiya və kassasiya protestinin müəllifləri) əlavə sübutların araşdırılması barədə təşəbbüslə çıxış etməmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün iş üzrə toplanmış və məhz məhkəmə iclaslarında araşdırılmış və məhkəmələrin tədqiq edərək qiymətləndirdikləri sübutların bir hissəsinə istinad etməyi zəruri bilir. Əvvəla, iş materiallarından görünür ki, bəraət almış şəxs avtomaşınında yoxlama və götürməni aparan gömrük əməkdaşı Şahid3 ifadələrinə görə həmin istintaq hərəkəti 02 dekabr 2019-cu il tarixdə saat 11:23-də, həmin tarixli protokola görə isə - 02 dekabr 2019cu il tarixdə saat 12:00-dan saat 12:40-dək aparılmış, bəraət almış şəxsnin şübhəli şəxs qismində tutulması isə 02 dekabr 2019-cu il tarixdə saat 15:00-də rəsmiləşdirilmiş, sonuncunun başqa dövlətin vətəndaşı və başqa millətin (gürcü) nümayəndəsi olmasına, azərbaycan dilini bilməməsinə baxmayaraq, göstərilən istintaq hərəkəti tərcüməçinin və müdafiəçinin iştirakları olmadan aparılmışdır. Məhkəmə iclaslarında o, da müəyyən edilmişdir ki, bəraət almış şəxsnin sərbəst bildiyi dil yalnız gürcü dilidir və o, yalnız bu dildə özünü hər hansı ittihamdan müdafiə etmək iqtidarında olmuşdur. Eyni zamanda, məhkəmə iclaslarında müəyyən edilmişdir ki, bəraət almış şəxsnin üstünə və avtomaşınına baxış k eçirilərkən həmçinin, qanunvericiliyin təlləb ediyi kimi, hal şahidləri də faktiki iştirak etməmiş və videoçəkiliş aparılmamış, adları 02 dekabr 2019-cu il tarixli protokolda hal şahidləri qismində göstərilmiş, sonradan isə hər birisi məhkəmə iclaslarında dindirilmiş Şahid2 və Şahid1, hər birisi ayrı-ayrılıqda göstərmişlər ki, gömrük əməkdaşı Şahid3 bəraət almış şəxsnin avtomaşınına özü baxış keçirdikdən sonra onları həmin avtomaşının yanına çağırıb avtomaşının salonundan narkotik vasitəyə oxşar maddə tapdığını bildirmiş və buna görə onlar bu haqda tərtib edilmiş protokolu imzalamışlar. Göründüyü kimi, Şahid2 və Şahid1 verdiyi ifadələrin ittihamın təsdiqi üçün mötəbər sübut sayılmaması əsası o halla da təsdiq olunur ki, həmin şəxslərin hal şahidləri qismində axtarış və götürmədə iştiraklar ı real olaraq həyata keçirilməmiş və onların qanunsuz olaraq tərtib edilmiş protokola imza etdirilmələri formal xarakter daşımışdır. Həmçinin təsdiq olunmuşdur ki, həmin şəxslər əvvəllər də bu xarakterli bir çox cinayət işləri üzrə prosessual hərəkətlərinin aparılmasında hal şahidləri qismində iştirak etmiş (müvafiq hökmlərin surətləri cinayət işinə əlavə edilmişdir), bu hal və onların bəraət almış şəxsnin ustünə və avtomaşınına axtarışın və götürmənin aparılmasında faktiki iştirak etməyərək bu haqda tətibib edilmiş protokola imza etmələri onların işin nəticələrində maraqlı olmamalarına şübhə ilə yanaşmağa kifayət qədər əsas verir. Halbuki, CPM-nin 94.1-ci maddəsnə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nə ticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Şahidlər Şahid2, Şahid1 və Şahid3 həmçinin onu da təsdiq etmişlər ki, bəraət almış şəxs azərbaycan dilini bilmədiyinə görə sonuncu onunla rus dilində ünsiyyət saxlamış və bu zaman azərbaycan-gürcü dillərini bilən tərcüməçi və ya müdafiəçi 02 dekabr 2019-cu il tarixdə axtarış və götürmə istintaq hərəkətinin aparılmasına cəlb edilməmişlər. bəraət almış şəxs ilkin araşdırma zamanı onun idarə etdiyi avtomaşında 02 dekabr 2019-cu il tarixdə aşkar edilmiş narkotik vasitənin özünün istifadəsi üçün yaşadığı Gürcüstan Respublikasının Laqodexi rayonunda tanımadığı şəxsdən əldə etdiyini bildirsə də, sonrada n tərcüməçinin və müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, həmin narkotik vasitə ona məxsus deyil və bu vasitənin kimin tərəfindən avtomaşınına qoyulmasını bilmir. İş materiallarının təhlili göstərir ki, istər ibtidai aradırma zamanı, istərsə də məhkəmə iclaslarında bəraət almış şəxsnin bu ifadələri arasında olan ziddiyyətləri aradan qaldırmaq mümkün olmamışıdır. İş üzrə mühüm əhəmiyyət kəsb edən ziddiyyətlərdən biri də odur ki, tərcüməçinin, müdafiəçinin, hal şahidlərinin iştirakları olmadan və ya videoçəkiliş aparılmadan keçirilən axtarış və götürmə zamanı Məhkum avtomaşınının salonundan 3,0 qram çəkidə qurudulmuş marixuananın aşkar edilməsi və götürülməsi bu haqda tərtib edilmiş protokolda göstərildiyi halda (protokola görə, həmin narkotik vasitə tərəzidə çəkilərə k onun miqdarı müəyyən edilmişdir), məhkəmə-bioloji ekspertizasının 02 dekabr 2019-cu il tarixli 622 №-li rəyinə əsasən, ekspertlərə təqdim olunmuş həmin narkotik vasitənin miqdarı 1,41 qram olmuşdur ki, onun da 0,2 qram hissəsi ekspertiza təhqiqatına sərf edilmişdir. Sonradan bəraət almış şəxsyə ekspertlərin müəyyən etdikləri məhz 1,41 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməsinə dair ittiham irəli sürülmüşdür ki, bu hal da bir daha 02 dekabr 2019-cu il tarixdə keçirilmiş istintaq hərəkətinin nəticələrinin həqiqətə uyğun olmamasına və bunun ibtidai araşdırma orqanının özünün də qəbul etməsinə dəlalət edir. Halbuki, ittiham tərəfinin mövqeyinə görə, bəraət almış şəxsnin ona ittiham olunmuş cinayəti törətməsi məhz həmin istintaq hər əkəttinin aparılmasının nəticələrinə görə əldə edilmiş digər sübutların – bu istintaq hərəkətini aparmış, onun aparılmasında iştirak etmiş şəxslərin ifadələri ilə və əldə edilmiş maddi sübutun məhkəmə-bioloji təhqiqatına dair rəylə sübuta yetirilir. Göründüyü kimi, axtarış və götürmə aparılması istintaq hərəkətinin bəraət almış şəxsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək və tərcüməçiyə malik olmaq hüqüqlarının pozulması ilə, habelə hal şahidlərinin iştirakı olmadan və videoçəkiliş aparılmadan keçirilməsi, bu istintaq hərəkətinin nəticələrinin aradan qaldırılması mümkün olmayan ziddiyyətli olması məhkəmələrə həmin istintaq hərəkətinə və onun aparılması barədə tərtib edilmiş protokola şübhə ilə yanaşmağa, nəticə etibarı ilə bu sübutun əhəmiyyətsiz hesab edilməsinə əsas vermişdir. Digər tərəfdən isə məhkəmələr iş üzrə nəticəyə gələrkən CPM-nin 21.2-ci maddəsinə əsaslanmaqla tam qanuni olaraq cinayət-prosessual qanununvericiliyinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri bəraət almış şəxsnin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd eldir ki, Konstitusiyanın 45-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 61-ci maddəsinin İ hissəsində təsbit edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul etdiyi 2200A (XX1) saylı “Vətəndaş və Siyasi Hüquqlar Haqqında Pakt”ın 14-cü maddəsinin 1-ci bən dinə əsasən, bütün şəxslər məhkəmə və tribunal qarşısında bərabərdir. Hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərkən işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir. Demokratik cəmiyyətdə mətbuat və ictimaiyyət əxlaq, ictimai asayiş, yaxud dövlət təhlükəsizliyi mülahizələrinə görə, yaxud tərəflərin şəxsi həyatlarının mənafeyi tələb etdikdə, yaxud məhkəmənin fikrincə ciddi zərurət olduqda açıq məhkəmənin ədalət məhkəməsini poza biləcəyi xüsusi hallarda - məhkəmə baxışına bütövlükdə, yaxud onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinliyə çatmamışların mənafeyinin tələb etdiyi, yaxud işin evlənməyə, yaxud uşaqlar üzərində qəyyumluq mübahisələrinə aid olduğu hallar istisna edilməklə, cinayət, yaxud mülki işlərə dair hər bir məhkəmə qərarı açıq olmalıdır. Həmin maddənin 3-cü bəndinin "b" və "d" yarımbəndlərinin tələblərinə görə, hər kəsin ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, tam bərabərlik əsasında özünü müdafiəyə hazırlamaq üçün kifayət qədər vaxta və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq imkanına, özünün iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, əgər müdafiəçisi yozdursa, bu hüququ haqqında xəbərdar edilmək və ədalət məhkəməsinin, mənafeyi tələb etdiyi bütün hallarda təyin olunmuş müdafiəçiyə və müdafiə haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadığı hallarda pulsuz müdafiəçiyə malik olm aq hüquqları vardır. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “a”, “c” və “e” yarımbəndlərinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək, məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək hüquqlarına malikdir. CPM-nin 19.1-ci maddəsinin müddəaları cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, p rokuror və ya məhkəmədən zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görmələrini tələb edir. CPM-nin 26.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: 26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək; 26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək; CPM-nin 92.3.4-cü maddəsinin tələbinə görə, şübhəli və ya təqsirləndirilə n şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı mütləq təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında (“Dialli İsveçə qarşı”, “Kamasinski Avstriyaya qarşı”, “Brozisek İtaliyaya qarşı”, “Tabai Fransaya qarşı”, “Ermi İtaliyaya qarşı”, “Protopapa Türkiyəyə qarşı” işlər üzrə qərarlar) qeyd etmişdir ki, istintaq mərhələsi cinayət işinin hazırlanması üçün mühüm əhəmiyyətə malikdir, çünki bu mərhələdə əldə edilmiş sübutlar ittiham olunan cinayətin baxılacağı çərçivəni müəyyənləşdirir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “e” yarımbəndində deyilir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin tərcüməçinin pulsuz yardımından istifadə hüququ vardır. Bu hüquq yalnız məhkəmə iclasında verilən şifahi ifadə lərə deyil, sənədli materiallara və məhkəməyə qədərki icraata da şamil olunur. Bu o deməkdir ki, məhkəmədə istifadə olunan dili başa düşməyən və ya danışa bilməyən təqsirləndirilən şəxsin anlamaq üçün ona lazım olan bütün sənədləri və ya ifadələri tərcümə etmək və ya şərh etmək üçün tərcüməçinin pulsuz yardımından istifadə etmək hüququ vardır. Bundan əlavə, pis rəftardan qorunmaq və məhkum üçün istifadə olunan bir vəkilin iştirakı olmadan polis dindirilməsində səsləndirilən ifadələrin qarşısını almaq üçün, bir qayda olaraq, şübhəli şəxsin ilk dindirilməsindən etibarən vəkilə giriş təmin edilməlidir. Təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və ya bunun güman edilməsi üçün əsas varsa, hakimiyyət orqanları onu tərcümə ilə təmin etməlidirlər. Aropa Məhk əməsi yuxarıda göstərilən Qərarlarında onu da vurğulamışdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “e” yarımbəndinin təmin etdiyi hüququn səmərəli və praktiki şəkildə həyata keçirilməsi üçün səlahiyyətli orqanlar təkcə tərcüməçinin təyin edilməsi ilə kifayətlənməməli, həmçinin müvafiq xəbərdarlıq halında tərcümənin keyfiyyətini yoxlamalıdırlar. Nəticədə təqdim edilmiş tərcüməçi köməyi təqsirləndirilən şəxsin ona qarşı açılmış iş barədə məlumatlı olmasına və məhkəmədə hadisələri öz versiyası ilə təqdim etmək imkanı qazanmaqla özünü müdafiə etməsinə şərait yaratmalıdır. Tərcümə xidməti təmin edilmədikdə sübutetmə yükü birinci instansiya məhkəməsinin hakimin üzərinə düşür, yəni o, sübut etməlidir ki, işə tərcüməçinin iştirakı olmadan baxılmasının ərizəçinin onun üçün mühüm ə həmiyyət daşıyan məsələləri tam anlaya bilməsinə mane olmayacağını müəyyənləşdirmək üçün yetərincə səy göstərilib. Məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq belə nəticəyə gəlmişlər ki, bəraət almış şəxs avtomaşınında yoxlama və götürmə (faktiki axtarış və götürmə) aparılarkən tərcüməçinin və müdafiəçinin iştirakının təmin edilməməsi onun aparılmış prosessual hərəkətin mənasını kifayət qədər anlamaq və buna qarşı müdafiə olunmaq imkanından məhrum etmişdir. Məhkəmələr həmçinin əsaslı olaraq hesab etmişlər ki, 02 dekabr 2019-cu il tarixdə saat 12:00-dan 12:40-dək bəraət almış şəxs avtomaşınında qanunun tələblərinə zidd olaraq axtar ış və götürmənin aparılması kobud pozuntu kimi qəbul edilməlidir ona görə ki, Gürcüstan Respublikasının vətəndaşı olan bəraət almış şəxs tərcüməçi və müdafiəçi olmadan avtomaşını yoxlanılmaqla onun öz davranışının nəticələrini ağlabatan çərçivədə əvvəlcədən müəyyən edə biləcəyi dərəcədə dərk etməməsi və özünü keyfiyyətli müdafiə etməsi nöqteyi-nəzərindən prosessual hərəkətlərin mənasını başa düşməməsi və bu xüsusda səmərəli müdafiə vasitələrinə malik olmaması kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə araşdırılmış sübutların təhlili göstərir ki, bəraət almış şəxsnin avtomaşınında faktiki axtarış və götürmə aparılarkən bu istintaq hərəkətlərinin aparılmasına dair CPM-nin bir sıra tələblərinə və Ali Məhkəmənin Plenumunun tövsiyələrinə də əməl olunmamışdır. Belə ki, CPM-nin 243.1-ci maddəsn ə əsasən axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. CPM-nin 243.3-cü maddəsinin tələblərinə görə, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlı qdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. CPM-nin 243.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. CPM-nin 245.3-cü madəsində nəzərdə tutulmuşdur ki, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. CPM-nin 246.1-ci maddəsinin tələblərindən göründüyü kimi, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Bundan istisna olaraq, yəni məhkəmənin qərarı olmadan şəxsi axtarışın aparılması mümkülüyü CPM-nin 246.2.1-246.2.3-cü maddələrində müəyyən edilmişdir. Həmin maddələrə görə şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq ed ildikdə, yaxud da axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış məhkəmənin qərarı alınmadan da aparıla bilər. CPM-nin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 28ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1 -ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPMnin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 1 25.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). İş materiallarından göründüyü kimi, bəraət almış şəxsyə məxsüs avtomaşında və onun üzərində axtarışın və götürmənin aparılması zamanı bu istintaq hərəkətlərinin aparılması qaydaları kobud şəkildə pozulmuş, həmin istintaq hərəkətləri onun şübhəli şəxs kimi prosessual statusu müəyyən edilmədən aparılmış, sonuncu şübhəli şəxs qismində tutulana qədər onun azadlıq hüququ təxminən üç saat ərzində məzhdudlaşdırılaraq o, ibtidai araşdırma orqanının və ya məhkəmənin qərarı olmadan bu müdd ət ərzində gömrük postunda saxlanılmış, qeyd edilən istintaq hərəkətlərinin aparılması zamanı azərbaycan dilini bilməyən bəraət almış şəxsnin hüquqlarının tam şəkildə təmin edilməsi üçün tərcüməçinin və müdafiəçinin iştirakları təmin edilməmiş, nəticədə də bəraət almış şəxsnin CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair əsas olmuş sübutlar bu sübutların mümkünlüyünə dair tələblərin pozulması ilə əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirmiş həm birinci, həm də apellyasiya instansyası məhkəməsi qanuni və əsaslı olaraq bəraət almış şəxsnin ona ittiham olunmuş cinayət əməlini törətməsi barədə nəticəyə gəlmək üçün araşdırılmış sübutların kifayət etməməsi ni müəyyən etmiş və onun bu cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gələrək ona bəraət verilməsini mümkün bilmişlər. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansyası məhkəməsinin Məhkum qarşı irəli sürülmüş ittihamın – CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarından göründüyü kimi, iş üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış bütün sübutları qanuna müvafiq qaydada nəzərdən keçirən və yolverilməz sübutlardan istifadə etməyən apellyasiya instansiyası məhkəməsi təkrarən sübutların hər birisini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin, yəni narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instasiyası məhkəmələrinin qanunda nəzərdə tutulmuş bu hərəkətlərindən çıxış edərək, hesab edir ki, bəraət almış şəxs bəraət verilməsi haqqında hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmuşdur. Qeyd olunanlar dövlət itti hamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə, yəni bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya protestinin dəlilləri əsassızdır və həmin protestin təmin edilməsi mümkünsüzd ür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı R.T.Məmmədlinin, həmin protestin təmin edilməməsi barədə bəraət almış şəxs Məhkum müdafiəçisi R.İ.Abdıyevin çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 206.2-ci maddəsi ilə təqsirsiz bilinməsi və ona bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2020-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-710/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-710/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver