Məhkəmə qərarları › İş №1(102)-710/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-710/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-710/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Leyli Cəfər qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi - XXX25nun vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı A ğır Cinayətər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1992-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan3ndə qeydiyyatda olmaqda, faktiki ünvan 1 ünvanında kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) i l müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 2 mart 2021-ci il tarixdən hesablanması, narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.A.İbrahimli, hakimlər Z.B.Babayev və İ.S.Şirinovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-arılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında tutulmamışdan təxminən 3 gün əvvəl şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «XXX35» adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində külli miqdarda - 44,448 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda - 47,280 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla kirayə götürdüyü ünvan 1 ünvanda və ünvan 2 2021-ci il tarixdə saat 15:35-də XXX45nin əməkdaşları tərəfindən Səbail Rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli qərarına əsasən keçirilm iş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanda saxlanılaraq, mənzilə keçirilmiş baxış zamanı orada girişdən sağda yerləşən otaqdakı şüşə dolabın rəfindən həmin narkotik vasitə - külli miqdarda ümumi təmiz çəkisi 2,580 qram olan heroindən 1 ədəd şəffaf sellofana bükülmüş halda, ümumi təmiz çəkisi 0,648 qram olan psixotrop maddə metamfetamindən isə 2 ədəd kağız parçasına bükülmüş halda aşkar edilərək götürülmüş, 2 mart 2021-ci il tarixdə saat 17:19-da əməliyyat-axtarış tədbirinin davamı olaraq Məhkum kirayə götürdüyü ünvan 3 ünvana keçirilmiş baxış zamanı isə mənzilin giriş qapısı ilə üzbəüz otaqda divanın üzərindəki örtüyün altından bir ədəd göy rəngli sellofan torbanın içərisində 1 ədəd bağlamada - külli miqdarda satış məqsədilə saxladığı ümumi təmiz çəkisi 43,80 qram olan psixotrop m addə metamfetamin və 2 ədəd bağlamalarda - külli miqdarda satış məqsədilə saxladığı ümumi təmiz çəkiləri 28,20 qram və 16,50 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, o cümlədən həmin otaqda olan masanın üzərindən iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum müstəsna olaraq özünün istehlakı üçün narkotik vasitəni əldə etdiyi halda, əsassız olaraq onun əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4. 3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə dəyişdirilməsi və ona bu maddədə nəzərdə tutulan ən yüngül cəzanın təyin edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətləri nin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu və onun əməlinə müvafiq olmayan cəzaya məruz qaldığını iddia edərək, Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarının) dəyişdirilməsinə və Məhkum CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsinə dair kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslardan biri kimi təsbit olunmuş halla əsaslandırmişdir. Odur ki, kollegiya Məhkum müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin ) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan t ərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutları n elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarına görə, həmin normalar (hazırki işin konteksitndə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Az ərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları po zmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”ya (İ Siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Həmin qanunla t əsdiq edilmiş İİ Siyahıya əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). B irinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkumun narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, müdafiəçinin Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələr ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Belə ki, Məhkum narkotik vasitə nin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törətmək üçün digər şəxslə qabaqcadan əlbir olub qrupda birləşmişdir. Onun əldə edib daşıdığı və saxladığı predmetlər müxtəlif olmaqla həm narkotik vasitə hesab edilən heroindən, həm də psixtrop maddələrə aid edilən metamfetamindən ibarət olmuşdur. Ayrı-ayrılıqda bu predmetlərin kütləsi külli miqdar (müvafiq olaraq, 47,280 qram və 44,448 qram) təşkil etməklə, istər heroin, istərsə də metamfetamin üçün yuxarıda qeyd edilən İ və İİ siyahılarla müəyyən edilmiş nəinki şəxsi istehlak, hətta külli miqdarın aşağı həddindən belə (2 qramdan) dəfələrlə çox olmuşdur. Həm narkotik vasitə, həm də psixotrop maddə bir neçə hissələrə ayrılmaqla müxtəlif ünvanlarda gizlədilərək saxlanılmışdır. Məhkum kirayəliyərək yaşadığı - ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində, eləcə də yeni kirayələdiyi – ünvan7 ünvanında yerləşən yaşayış sahəsində (onların hər birində) narkotik vasitənin və psixotrop maddənin hissələri ilə yanaşı üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi (ümumilikdə iki ədəd tərəzi) aşkarlanmışdır. Bu hallar, Məhkum narkomaniya xəstəliyinin əlamətlərinin aşkarlanmasına baxmayaraq, onun narkotik vasitəni və psixotrop maddəni satmaq niyyəti ilə əldə edib daşıdığını və saxladığını, məqsədinin məhz narkotik vasitənin satılmasına yönəldiyini göstərir. Məhkəmələrin həmin halların müəyyən edilmiş sayılmasına, yəni işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatın da sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayətmühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq əldə edilməklə məhkəmə istintaqının gedişində tədqiq edilmiş sübutlara əsaslanır (hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Müdafiəçi Məhkum təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində deyil, 234.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandırdığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsasların olmaması haqqında nəticəyə gələrkən onu da nəzərə alır ki, baxılan iş üzrə cəzanı yüngülləşdirən halların olmaması ilə yanaşı, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2ci maddələri ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və məhkumluq ödənilmədiyindən, CM-in 18.1-ci və 61.1.1-ci maddələrinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran və təqsirkara cəzanın CM-in 65.2-ci maddəsində göstərilən həddən (CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin - 12 ilin yarısından) az olmamaq şərti ilə təyin edilməsini tələb edən hal qismində müəyyən edilmişdir. Məhkum cəza təyin olunarkən qeyd olunan halın nəzərə alınması ilə yanaşı CM-in 58.3-cü maddəsinin tələbinə müvafiq olaraq həmin maddədə təsbit edilən digər məsələlər də, o cümlədən cinayətin x arakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və CM-in 41.2-ci maddəsində təsbit olunmuş cəzanın digər məqsədlərinin təmin olunmasına təsiri nəzərdən qaçırılmamış, Məhkum ədalət prinsipinin (CM, maddə 8) tələbinə cavab verən cəza təyin olunmuşdur. Qeyd olunanlar birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit olunmuş pozuntulara yol verilmədiyini, o cümlədən kassasiya şikayətində istinad olunan CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halın olmadığını, beləlikdə də kassasiya şikayətinə baxılmasının nəticələrinə görə apelyasiya ins tansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən edilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində ola n 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar