Məhkəmə qərarları › İş №1(102)-710/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-710/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-710/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Əl, müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu və məhkum 2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 1(103)-1951/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu, məhkum müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən ay rı ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) 29 may 2024-cü il tarixli, 1(101)-307/2024 nömrəli hökmü ilə xx xxxxxx 1995-ci ildə Naxçıvan MR, Şərur rayonu, Cəlili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Şərur rayonu, Cəlilkənd ərazi dairəsi, Cəlilkənd kəndində qeydiyyatda olmaqla, xxx yaşamış, hazırda cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. xx xxxx 1980-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, fərdi əməklə məşğul olan, xxx qeydiyyatda olmaqla, xxxx yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlığın məhdudl aşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının icra müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası onun yaşadığı ərazi üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunması qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Məmmədov Şəhriyar Asif oğlu, Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 1(103)-1951/2024 nömrəli hökmü ilə, (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və S.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, B akı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(101)-307/2024 saylı hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 1(103)-1951/2024 nömrəli hökmündən Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihama görə, o, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda psixotrop maddələrin satışı barədə razılığa gəldikdən sonra sonuncunun 09 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsə di ilə əldə etdiyi külli miqdarda 10,54 qram çəkidə ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 2,554 qram hissəsini satış məqsədi ilə götürərək, üzərində daşıyaraq saxlamış və həmin metamfetaminin 0,493 qram hissəsini satışını həyata keçirməsi məqsədi ilə Məhkum vermiş, xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Xəzər RPİ- nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, su kanalının yaxınlığında, həmin tarixdə saat 21 radələrində Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Binə qəsəbəsi Südçülük sovxozu ərazisində saxlanılaraq, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş və orada göstərilən şəxslərin üzərinə ayrı-ayrılıqda aparılmı ş şəxsi axtarış və götürmə zamanı X2 əynində olan qara rəngli gödəkçənin iç sol cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda 0,738 qram və 1,572 qram, ümumilikdə 2,310 qram çəkidə külli miqdarda, Məhkum əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 0,493 qram çəkidə olan, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 2,061 qram çəkidə külli miqdarda, Təqsirləndirilən şəxs3 əynindəki üzərində kəpənək şəkilləri olan qarışıq rəngli gödəkçənin sol cibindən 1 ədəd tərəzi, sağ cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümdə 5,676 qram çəkidə külli miqdarda, xarici kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ kristallik maddə kustar üsulla hazırlanm ış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Eyni ilə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihama görə, o, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda psixotrop maddələrin satışı barədə razılığa gəldikdən sonra sonuncunun 09 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi külli miqdarda 10,54 qram çəkidə ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs2 verilmiş 2,554 qram hissəsindən, 0,493 qram çəkidə olan 1 bükümünü satışını həyata keçirmək məqsədi ilə götürərək, üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, su kanalının yaxınlığında, həmin tarixdə saat 21 radələrində Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Binə qəsəbəsi Südçülük sovxozu ərazisində saxlanılaraq, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilmiş və orada göstərilən şəxslərin üzərinə ayrıayrılıqda aparılmış şəxsi axtarış və götürmə zamanı X2 əynində olan qara rəngli gödəkçənin iç sol cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda 0,738 qram və 1,572 qram, ümumilikdə 2,310 qram çəkidə külli miqdarda, Məhkum əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bü kümdə 0,493 qram çəkidə olan, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 2,061 qram çəkidə külli miqdarda, Təqsirləndirilən şəxs3 əynindəki üzərində kəpənək şəkilləri olan qarışıq rəngli gödəkçənin sol cibindən 1 ədəd tərəzi, sağ cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümdə 5,676 qram çəkidə külli miqdarda, xarici kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmadığı, onlardan əldə etdiyi, onun üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,493 qram olan psixotrop madd ə metamfetamini satış məqsədi olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, Cinayət-Prosessual Məcəllənin 405.1.2 və 405.1.4-cü maddələri belə hallarda birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini tələb etdiyi üçün bu normalara müvafiq surətdə qeyd olunan hissədə hökmü ləğv etmiş və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmiş və müvafiq olaraq təqsirləndirilən şəxsi həmin maddələrlə də daha ağır cəzaya məhkum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, Məhkum üzərində aşkar edilmiş narkotik maddənin çəkisi istintaq orqanı tərəfindən şişirdilmiş və qeyd edilmişdir ki, guya aşkar edilmiş narkotik vasitənin çəkisi 0,493 qram olmuşdur. Halbuki, Məhkum heç vaxt həmin çəkidə narkotik vasitə olmamışdır. Məhkum saxlanıldığı gün üzərində 0,1 qram narko tik vasitənin olduğunu etiraf etmişdir ki, həmin çəkidə olan narkotik vasitə şəxsi istehlak miqdarını aşmır və cinayət məsuliyyəti yaratmır. Bu əməlinə görə Məhkum AR İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilə bilərdi. Məhkum narkotik vasitəni şəxsi istehlak məqsədi ilə əldə etmişdir, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitənin Məhkum aidiyyəti olmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, nəticədə Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda, o əsassız və qanunsuz olaraq həmin maddələr ilə təqsirli bilinib cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstit usiyası, Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Müdafiəçi iddia edir ki, iş materiallarında Təqsirləndirilən şəxs2 psixotrop maddəni kimə satacağı və ya satmaq istəməsi barədə kimləsə əvvəlcədən razılığa gəlməsi barədə hər hansı sübut yoxdur, onun belə bir məqsədi də olmamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 almaq istədiyi 2,554 qram psixotrop maddə metamfetamini satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, həmin maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs2 bu cinayətin predmetini təşkil edən psixotrop vasitələri şəxsi istehlak miqdarında əldə etmək istəmişdir. Digər tərəfdən müdafiəçi kassasiya şikayətində Təqsirləndirilən şəxs2 ailəli olmaqla, himayəsində iki azyaşlı uşaqlarının və xəstə anasının olmasına, əməlindən səmimi peşmançılıq çəkməsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına və istintaqa və məhkəməyə səmimi ifadələri ilə köməklik göstərməsinə istinad edərək təyin edilmiş cəzanın onun ailəsi üçün maddi məhrumiyyətlər yaratdığını qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şə xs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlu ayrı ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum və Təqsirləndirilən şəxs2 törətmədikləri cinayətlərə görə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəl əri ilə təqsirli bilinib cəzalandırıldıqlarını iddia edərək, faktiki olaraq mübahisələndirilən məhkəmə aktlarının ləğv edilməsi, Məhkum və Təqsirləndirilən şəxs2 aid hissədə bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün o nların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçilərin kassasiya şikayətlərindən görünür ki, onlar, Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliklərinin lazımınca sübuta yetirilməməsi barədə iddialarla çıxış edərək Məhkum və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən maddələrlə bəraət verilməsi barədə tələb irəli sürmüşlə r. Məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs2 münasibətdə kassasiya şikayətində irıli sürülmüş dəlilləri qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, həmin əməllərə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Təqsirləndirilən şəxs2 özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi etirafedici ifadələri, Təqsirləndirilən şəxs3 sonuncunu ifşa edən ifadəsi (09 yanvar 2023-cü il tarixdə Xnin yenidən ondan metamfetamin istədiyini və İran vətəndaşının bank kartını Xyə verdiyini, bundan sonra Xnin həmin şəxsin kartına 115 manat pul atdığını, sonra özünün x ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək İranlının dediyi yerdən həmin psixotrop maddə metamfetamini götürdüyünü, Xnin ona X vasitəsilə elektron tərəzi göndərib metamfetamini 0,5 qram olmaqla ayrı-ayrı bağlamalara bölməyi tapşırdığını), şahid ifadələri, şəxsi axtarış və mad di sübutun götürülməsi haqqında 10 yanvar 2023-cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/162 saylı rəyi, maddi sübutlarla, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs2 barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiy ası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsinin yekun hökmündən görü nür ki, məhkəmənin Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri və təqsirləndirilən şəxslərin üzərində aşkar edilmiş psixotrop maddənin tərkibini eyniliyinə dair əlavə məhkəmə-bioloji ekspertizasının rəyi səbəb olmuşdur. Lakin, apellyasiya məhkəməsinin Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olması haqqında yekun qənaəti həmin məhkəmənin istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan olunmuş ittiham üz rə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, taksi kimi fəaliyyət göstərir və hadisə günü də x onu taksi kimi “x” ticarət mərkəzinin yanından maşın götürməyə çağırmışdır. Həmin vaxt onun maşını xarab olduğu üçün başqa tanışının avtomaşınını götürmüşdür. x dediyi yerə çatıb onunla görüşmüş, x həmin yerdən kimdənsə pul götürəcəyini deyib maşından düşəndə, o, x bir siqaret istəmiş, x də ona siqaret vermişdir. Həmin vaxt o, siqaretin içində “patı” olduğunu görmüş, bu vaxt polis işçiləri onlara yaxınlaşıb burada nə işi olduğunu soruşmuşlar. O, x ilə gəldiyini, pul götürüb maşın dalınca gedəcəklərini bildirmişdir. Bundan sonra onları x xanımın evinə aparmışlar. Orada onların üst-başını axtarmağa başlamışlar. Siqaretin içindəkinin nə olduğunu soruşduqda, o, demişdir ki, həmin maddə x. Sonra onu polis bölməsinə gətirmişlər, ondan nə vaxtsa narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar, o da, istifadə etdiyini demişdir. Orada həmin bir bükümü ona verib, narkotik vasitəni Xdən aldığını deməyi təklif etmişlər. X həmin bükümü siqaretin arxasına qoymuşdur. X ona Xgildə pul olduğunu, gedib onu götürmək lazım olduğunu demişdir. Polis bölməsində ona sənəd verib imzalamağı təklif etmişlər. O, həmin sənəddə nə yazıldığını soruşduqda, ondan başqa şey də ummuşlar. Lakin o, deyilən şeyə gücü çatmadığını bildirmişdir. Sonra ona vəkil təyin etmişlər. Videoçəkiliş olmuş, çəkilişdən qabaq x müəllim adlı polis işçisi bir bükümü gətirib ona vermiş və cibinə qoydurmuşdur. Həmin bükümdəki maddə Xnin siqaretinin içinə qoyduğundan bir az artıq olmuşdur. Ona deyilmişdir ki, çəkiliş gedər kən cibindən çıxarıb stolun üzərinə qoysun və özünə məxsus olduğunu desin. O da, təzyiqlər altında olduğundan və qorxduğundan həmin bükümdəki maddəni Xdən aldığını demişdir. İki gün onu müvəqqəti saxlama yerində saxlamışlar, sonra isə məhkəməyə çıxarmışlar. İstintaq təcridxanasına getməmiş, belə ki, məhkəmədən onu buraxmışlar. Müvəqqəti saxlama yerinə gedəndə onu yoxlamışlar, lakin üzərində heç bir xəsarəti olmamışdır. Sonra müstəntiq onun yanına gəlib sənədlərə imza etdirmiş, ona işinin narkotik istifadəçisi kimi məhkəməyə göndəriləcəyini demişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 heç biri öz ifadələrində narkotik və psixotrop maddələrin qa nunsuz dövriyyəsi ilə bağlı Məhkumla əvvəlcədən hər hansı danışıqlar aparmaları və ya sonuncunun həmin cinayət əməllərinin törədilməsində bu və ya digər şəkildə rolunun olması barədə heç nə bildirməmişlər. Əksinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Məhkumla ümumiyyətlə münasibətlərinin olmadığını qeyd etdilər. Eyni ilə məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Məhkumla bir həmyerli kimi münasibətləri olmuş, lazım olanda taksi sürücüsü kimi Xın xidmətlərindən istifadə etmişdir. Hadisə baş verən gün də Məhkum saxlanıldıqları ünvana Təqsirləndirilən şəxs2 dəvət etmiş, həmin vaxt ona şəxsi istifadəsi üçün bir bükümdə metamfetamini pay vermiş, Məhkum şəxsi axtarışı zamanı 0,493 qram çəkidə həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasın da təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarışlar keçirilməsi haqqında protokollar, həmçinin videogörüntülərin əks olunduğu disklər tədqiq olunarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istər ilkin sorğular zamanı, istərsə də sonradan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib satış məqsədilə qanunsuz olaraq psixotrop maddələrin əldə edilib saxlanılması və daşınmasında iştirakı barədə hər hansı ifadələr verməmişlər. Yalnız Təqsirləndirilən şəxs2 ilkin izahatında və sonradan verdiyi ifadələrində sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Xdən 30 manat müqabilində psixotrop maddə metamfetamin aldığını, həmin maddənin bir qismini isti fadə etdiyini, bir bükümünü isə istifadə etməsi üçün Xa pay verdiyini bildirmişdir. İşə mahiyyəti üzrə baxmış birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin ifadələrinin məzmunundan Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək saxlaması və daşımasının təkzib edilməsindən, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar da əldə edilməməsindən çıxış edərək, Məhkum satış məqsədi olmadan psixotrop maddəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin etməsi, nəticədə sonuncunun əməlinin CMnin 234.4.1 və 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini haqqında qanuni və əsaslı nəticəyə gəlmişdir. Digər tərəfdən Məhkum və digər təqsirləndirilən şəxslərin üzərində aşkar edilmiş psi xotrop maddənin tərkibinin eyniliyi məsələsinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şəxslərin bir-birini tanıması məhkəmə istintaqı zamanı müəyyən edildiyindən, onlarda olan psixotrop maddənin tərkib eyniliyi həmin psixotrop maddənin yalnız əvəzli verilməsi nəticəsində deyil, əvəzsiz mübadilə edilməsi və ya onların psixotrop maddəni eyni mənbədən əldə etmələri nəticəsində ola bilər. Belə olan halda apellyasiya məhkəməsinin hər təqsirli şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin tərkibinin eyniliyindən çıxış edərək Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair nəticəyə gəlməsi əsassız olmuşdur. Bundan başqa ape llyasiya məhkəməsi Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Plenumun hüquqi mövqeyinə görə, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması, müvafiq avadanlıqların olması, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları kimi hallar, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. Məhkəm ədə tədqiq olunmuş baxış protokollarından görünür ki, şəxsi axtarış zamanı Məhkum istifadəsində olmuş mobil telefonlar götürülmüş, həmin telefonlara baxış zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair hər hansı məlumatlar müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq zamanı iş üzrə dörd nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatət və təqdimatlar verilsə də, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin eyni ittihamlar üzrə təqsirləndirilən Məhkum barəsində məhkəmə həbs qətimkan tədbirinin seçilməsindən imtina etmişdir. İş üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum ona ittiham olunmuş miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində saxlayaraq daşımasını, habelə məhkum olunmuş şəxsin ümumiyyətlə psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. Təsvir olunanlardan, görünür ki, apellyasiya məhkəməsi Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etməklə və Məhkum həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə hökmünün kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Odur ki, (Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum 03 il müd dətə azadlığın məhdudlaşdırılması (birinci instansiya məhkəməsinin müəyyən etdiyi növdə və həddə) cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumun və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməməli, Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlunun kassasiya şikayəti isə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 1(103)-1951/2024 nömrəli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azər baycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Əliyev Ramil Məhəmmədəli oğlu kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 1(103)-1951/2024 nömrəli hökmü Məhkum münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və ona həmin maddə ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulub saxlanıld ığı - 02 (iki) gün, həmçinin 30 oktyabr 2024cü il tarixdən çəkdiyi azadlıqdan məhrum etmə cəzası - 05 (beş) ay 15 (on beş) gün, ümumilikdə isə 05 (beş) ay 17 (on yeddi) gün təşkil edən müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla - 11 (on bir) ay 04 (dörd) gün Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, onun üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzanın icrası müddətində Məhkum üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməm ək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası onun yaşadığı yer üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar