Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-711/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkumun müdafiəçisi X5 iştirakları ilə, Qax Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-c i maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qax Rayon Məhkəməsinin (hakim: X6) 06 avqust 2020-ci il tarixli hökmü ilə 25 avqust 1970-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 29 mart 2020-ci il tarixdən 30 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün m üddətin bir günü Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 4 (dörd) gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum qəsdən satış məqs ədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş maruxiananı 2019-cu ilin avqust-sentyabr aylarında yaşadığı Qax şəhəri evinin arxasında yerləşən qəbirstanlıqdan yığıb özündə saxlayaraq daşımış, 28.03.2020-ci il tarixdə saat 23 radələrində Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində o, Qax şəhəri "Beynəlmiləl” dairəsi yaxınlığında saxlanılaraq Qax RPŞ-nə gətirilmiş, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin iç sol cibindən üç ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 3,16 qram, 3,04 qram və 2,67 qram, yəni, ümumi təmiz çəkisi 8,87 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və daha sonra Məhkum könüllü razılığı və iştirakı ilə yaşadığı Qa x şəhəri ünvanına baxış keçirilərkən onun yaşadığı evin yataq otağında çarpayının üzərində olan döşəyin altından sellofon torbada saxladığı satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 385 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmələr Məhkumə cəza təyin edərkən gətirdiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini il ə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Məhkumin törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli sellofan torbaya bükülmüş narkotik vasitə olan ümumi təmiz çəkisi 393.87 qram qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla və daşıyaraq saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətm işdir. Bu cinayət əməlləri eyni zamanda digər ictimai münasibətlərə də qəsd edib ziyan vurduqları üçün ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret fərdin sağlamlığı Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin əlavə obyektləri hesab olunur. Məhz ictimai təhlükəliliyinin xarakteri baxımından bu qəbildən olan cinayətlər Cinayət Məcəlləsində ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər bölməsinə (X bölmə) aid edilmişdir. Lakin, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam müəyyən etməmiş, təqsirləndirilən şəxsin qanunsuz əldə edib saxladığı 393,87 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından təxminən 80 dəfədən artıq çəkidə olmasını cəzanın növünü müəyyən edərkən kifayət qədər nəzər ə almamış və əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Araşdırma necə səmərəli olursa-olsun, törədilmiş cinayətə görə təyin edilən cəza adekvat olmadıqda onun əhəmiyyəti az olacaq. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Əlbəttə, məhkəmələr müstəqildir və deməli, hər hansı konkret işdə cəzanı qanunda nəzərdə tutulmuş parametrlər çərçivəsində müəyyən etməkdə azaddır. Ancaq hər halda həmin paramet rlərin vasitəsilə qanunvericinin məqsədi aydın bilinməlidir: məhkəmələr xüsusilə tövsifedici hallarda törədilmiş cinayətlərə görə cəza təyin edərkən qətiyyətli yanaşma qəbul etməlidir. Hazırkı cinayət işi üzrə Məhkum təyin edilmiş cəza CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan sosial ədalətin bərpası, məhkumun islah edilməsi, ümumi və xüsusi xəbərdaredici məqsədləri təmin etməməklə yanaşı qanunun məqsədlərinə xidmət etmir. Belə ki, törədilmiş cinayətə görə təyin edilən cəza adekvat olmadıqda onun əhəmiyyəti azalır. Cinayətin törədilməsinin sübuta yetirilməsinin ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir ki, güclü çəkindirici təsirə malik olan cəza öz ümumi və xüsusi xəbərdaredici məqsədlərini təmin edə bilsin Dövlət ittihamçısı kassasiya protestinin təmin olunmasını, Məhkum Azə rbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarının cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının və kassasiya protestinin təmin olunmaması barədə məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, be lə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestində mə hkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictima i təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, Qax Rayon Məhkəməsi 06 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləş dirən halları nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini tə min edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-711/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-711/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver