Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-711/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Müdafiəçi3, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-378/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 06 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 aprel 2021-ci il tarixdə Bakı ş əhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə atası Şahid6 məxsus ünvan 2 ünvanında yerləşən 20 saylı mənzili Zərərçəkmiş şəxs 40.000 manata satacağına dair yalandan vəd verib inandırıb, aldadaraq Zərərçəkmiş şəxs 18 mart 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Atropat” otelinin birinci mərtəbəsində 7.000 manat, daha sonra eyni məqsədlə 2020-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Qoşa Qala qapısının qarşısında milli manat məzənnəsi ilə 3.400 manat təşkil edən 2.000 ABŞ dolları, 12 iyun 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən İran İslam Respublikasının səfirliyinin yaxınlığında olan mağazasında 4.000 manat pul vəsaitini almış, daha sonra Zərərçəkmiş şəxs məxsus mağazada olan qadın və kişi geyimlərinin, mağazaya aid vitrin və aksesuarların onlayn satışını təşkil edəcəyinə və həmin malların əvəzinə ödəniləcək pul vəsaitini Zərərçəkmiş şəxsla evin alqı-satqısı ilə bağlı aralarında qalmış ödənişdən çıxacağına dair yalandan vəd verib inandırıb, aldadaraq bu adla 2020-ci ilin mart ayının sonlarında ünvan 5 ünvanda yerləşən mağazasında ümumi dəyəri 23.000 manat təşkil edən qadın və kişi geyimlərini, mağazaya aid vitrin və aksesuarları ələ keçirib verdiyi vədə əməl etməyərək atası Şahid6 m əxsus ünvan 2-də yerləşən 20 saylı mənzili Şahid1 satmaqla Zərərçəkmiş şəxs məxsus 14.400 manat pul vəsaitini və 23.000 manat təşkil edən qadın və kişi geyimlərini, mağazaya aid vitrin və aksesuarları vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 37.400 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətinin təyin edilmiş əs as cəza müddətindən çıxılması və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən 01 dekabr 2018-ci il təvəllüdlü uşağının on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını və iş üzrə verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Məhkum verilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü madd əsi ilə ittiham öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən, sonuncu barəsində bəraət hökmünün çıxarılmasını, iş üzrə verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Hökmdən həmçinin zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının real təyin edilməsi, verdiyi mülki iddianın mənəvi ziyan hissəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-378/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, zə rərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-125/2021 nömrəli, 02 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi üzrə cinayət hadisəsi və əməlində cinayət tərkibi olmadığından, ona bəraət verilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya protesti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkə n sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Kassasiya protestində göstərilənlər Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-378/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
12. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 kassasiya şikayətini belə əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cinayət əm əlini törətməsini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan ibtidai istintaq və məhkəmə istintaqında araşdırılmış sübutlara əhəmiyyət verməmiş, heç bir əsas olmadan sonuncunun ifadəsini təhrif edərək onun törətmiş olduğu cinayət əməlində cinayət tərkibi olmaması və cinayət hadisəsi olmaması əsası ilə bəraət vermişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyul 2022ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, mülki iddianın tam təmin edilməsi xahiş edilmişdir.
13. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kolleg iyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbind ən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi3 Məhkum əsassız bəraət verildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-378/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
22. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Müdafiəçi4baycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Müdafiəçi4baycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələ blərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
25. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
26. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
27. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
28. Kassasiya protestində və kassasiya şikayətində məhkəmə tərəfin dən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddiaların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
29. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
30. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məh kəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
31. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020- ci il).
32. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hər iki kassasiya müraciətində apellyasiya instansiya məhkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad edilmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırılmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya müraciətlərində istinad edilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu məsələlər üzrə gəldiyi nəticə obyektiv araşdırılmaya, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə, formalaşmış məhkəmə təcrübəsinə əsaslandığ ından, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
33. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsasl ara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-378/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Bəraət almış şəxs Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-378/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.