Məhkəmə qərarları › İş №1(102)-712/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-712/2019

16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-712/2019 16.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)712-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 16 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdanibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Məhkum və müdafiəçisi X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X8) Məhkum – xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 306.1-ci ma ddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 12.900 (on iki min doqquz yüz) manat məbləğində əsas borcu və 3.600 (üç min altı yüz) manat əldən çıxmış faydanı, cəmi 16.500 (on altı min beş yüz) manat məbləğində pulu X11 ödənilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(001)-4894/ 2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 mart 2017-ci il tarixli, 3(001)-226/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutul muş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə cəza növü təyin edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə) 25 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, cəzaçəkmə müddətinin əvvəli Məhkum həbsə alındığı gündən, yəni 25 iyun 2018-ci il tarixdən hesablanmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti verərək məhkuma təyin edilmiş cəzanın yüngüllüyünə görə həmin qərarın ləğv edilərək, cinayət işini yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Zə rərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, təyin edilmiş cəza məhkumun şəxsiyyətinə uyğun deyildir, ona həddindən artıq yüngül cəza təyin edilmişdir. Məhkum ona təyin edilmiş cəzadan nəticə çıxarmamış, icra sənədi üzrə borclu olduğu 14550 manatdan bu günə kimi bir manatını belə ödəməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum Binəqədi Rayon Məhkəməsinin 17.11.2015-ci il tarixli qərarı ilə 3 gün müddətinə həbs edilmiş, yenə borcu ödəməmişdir. Həmin Məhkəmənin 30.03.2017-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə olunmasına baxmayaraq yenə də icra sənədi üzrə borcunu ödəməyə təşəbbüs göstərməmişdir. Nəhayət 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenə də, borcunu ödəməkdən qərəzlə boyun qaçı rır. Bu hal göstərir ki, ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası onun islah olunması üçün kifayət deyildir, ona daha sərt cəza tətbiq edilməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenə də, borcunu ödəməkdən qərəzlə boyun qaçırır. Bu hal göstərir ki, ona təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası onun islah olunması üçün kifayət deyildir, ona daha sərt cəza tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, məhkəmə qətnaməsindən sonra Məhkum ona borclu olduğu məbləğdən 2050 (iki min əlli) manat məbləğində ödəniş etmiş və hazırda ona 14.450 (on dörd min dörd yüz əlli) manat məbləğində pul borcu olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı isə 760 manat məbləğində pulun hesaba ödənildiyini eşitmişdir Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hisləri keçirməsini, məhkəmə istintaqı zamanı da tələbkara pul ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Məhkum cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hesab etmişdir ki, 16500 manat zərərdən hal-hazıra kimi 14550 manat hissəsi ödənilməmişdir və Məhkum icra məmurunun qanuni tələblərinə riayət etməmişdir, ona görə də zərər çə kmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü “Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi” hissəsində dəyişdirilməli, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş və məhkuma azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilən qanunların mənasına görə cəzanın məqsədlərinə çatılması cəza təyin edilən kimi deyil, cəzanın çəkilməsi müddətində baş verməsi nəzərdə tutulur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ilə məhkumun cəzasının ağırlaşdırılmasından dərhal sonra borcun qaytarılması barədə qətnamənin icra edilməməsi məhkumun cəzasının daha da ağırlaşdırılmasına əsas verən hal kimi qiymətləndirilməməlidir. Digər tərəfdən cinayət işinin materiallarından müəyyən edilir ki, məhkum birinci instansiya məhkəməsində işə baxılanadək və məhkəmə iclasının gedişində borcun hesabına ödəmələr etmişdir. Göstərilənlərə əsasən məhkəm ə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cəzanın ağırlaşdırılması istiqamətində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı Zərə rçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar