Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-712/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Bakı şəhəri “Pro Bono” Vəkil Bü rosunun vəkili X3 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş XXX Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Quliyev Elçin İnşallah oğlu ilə birlikdə verdiyi kassasiya şikayətinə və digər nümayəndəsi X5 ilə birlikdə verdiyi kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Abbas Rzayev) xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, «CBC» televiziya kanalında sufülor vəzifəsində işləy ən, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 20-də yaşayan XXX Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə ona bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim K.H.Əkbərov, hakimlər R.M.Abdulov və F.A.Qasımovdan ibarət tərkibdə) 17 iyun 2020-ci il t arixli hökmü ilə müdafiəçi Hüseynov Əli Meybulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin XXX Məhkum dair 20 noyabr 2019-cu il tarixli hökmü XXX Məhkum CM-nin 264-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilmiş, XXX Məhkum CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək ona 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 66.2-ci maddəsinə əsasən ona CM-nin 264-cü maddəsi ilə təyin edilmiş cəza CM-nin 263.2-ci maddəsi ilə təyin edi lmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə, əlavə cəzalar isə qismən toplanılmaqla XXX Məhkuma qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs nümayəndəsi Quliyev Elçin İnşallah oğlu ilə birlikdə kassasiya şikayəti və digər nümayəndəsi X5 ilə birlikdə kassasiya şikayətinə əlavə vermişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, XXX Məhkum 17 noyabr 2018-ci il tarixdə saat 02.00 radələrində etibarnamə əsasında idarə etdiyi «Hummer» H3 markalı, **NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 ünvanında yerləşən asfalt yolla saatda 5-10 kilometr sürətlə hərəkət etdirərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndində və 37-ci maddəsinin, 4-cü bəndində göstərilən qaydalara yəni, yol hərəkəti iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və hadisə yerindən qaçmamalı olduğu halda, texniki imkanının olmasına baxmayaraq qanunun bu tələblərinə riayət etməyib, idarə etdiyi “«Hummer» H3” markalı avtomobillə yolun hərəkət hissəsində yerdə uzanmış vəziyyətdə olan piyada X1 bədəni üzərindən keçərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxsun ölümünə səbəb olmuş başın təpə-ənsə nahiyəsində şiş kinlikli sıyrıq, təpə-ənsə nahiyəsində başın yumşaq örtüyü altına qansızma, baş beyinin ənsə payında beyinin yumşaq qişası altına qansızma, başın alın nahiyəsində sıyrıq, sol qaşüstü və almacıq nahiyələrində əzilmiş yara və sıyrıq, burun nahiyəsində sağ çiyin qurşağında sıyrıqlar, sağ əlin üst səthində qançır və sıyrıqlar, sol dirsək oynağı nahiyəsində iki ədəd sıyrıq, sol əlin İİ və İV barmaqlarında sıyrılmış yaralar, sağ bel nahiyəsində sıyrıq, sağ və sol diz oynaqlarının önbayır səthlərində sıyrıqlar, döş qəfəsinin sağ İ-Vİİİ qabırğalarının iki anatomik xətt üzrə və sol İİ-İX qabırğalarının üç anatomik xətt üzrə yerdəyişmiş sınıqları, sağ və sol körpücük sümüklərinin, sol kürək sümüyünün akromion çıxıntısının, oma sümüyünün sağda qəlpəli yerdəyişmiş sınıqları, daxili qanaxma ilə müşay iət olunan hər iki ağciyərin cırılmış yaralanmaları kimi xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmaqla və zərərçəkmiş şəxsə köməklik göstərməli və hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına xəbər verməli olduğu halda bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin nümayəndəsi X5 ilə birlikdə vermiş olduğu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, XXX Məhkum barəsindəki apellyasiya məhkəməsinin hökmü ədalətsiz və qeyri-obyektivdir. Belə ki, XXX Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti haqqında qanunun tələblərini pozaraq atası - Zərərçəkmiş şəxsin üzərindən keçərək onun ölümünə səbəb olmuşdur. Bunda n başqa, o zərərçəkmiş şəxsə köməklik göstərməli və müvafiq orqana hadisə barədə xəbər verməli olduğu halda bunu etməyərək hadisə yerindən qaçmışdır. X6 yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişməsi onların ailəsinə çox böyük mənəvi zərbə vurmuşdur. Həmçinin, ailə üzvləri Almaniya Federativ Respublikasında yaşadığından yas mərasimlərində iştirakla bağlı onların xeyli maddi ziyanı əmələ gəlmişdir. Bu müddət ərzində məhkum bir dəfə də olsun onlarala barışmağa belə cəhd göstərməmişdir. İş üzrə mülki iddia versə də, mülki iddiası baxılmamış saxlanılmışdır. İşə baxan birinci instansiya məhkəməsi işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş, yalnız işdə olan yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, məhkumun şəxsiyyətini səciyyələndirən halların müsbət olmasını qeyd etməklə ədalətsiz cəza tətbiq etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmünü dəyişdirməklə, XXX Məhkum cəzasını ağırlaşdıran halları düzgün qiymətləndirərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını, məhkuma yuxarı həddə cəza təyin edilməsi barədə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş edir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin nümayəndəsi X5 ilə birlikdə verdiyi kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəmə kollegiyası ziddiyyətli faktları aşkar edib onlara hüquqi qiymət verməkdən əsassız olaraq imtina etmişdir. Həmçinin, təqsirli şəxsin şəxsiyyətini, onun cinayətkarcasına özünəgüvənərək hadisədən öncəki və sonrakı davranışını nəzərə almadan, şahid ifadələrinə və ekspert rəylərinə diqqət yetirərək ziddiyyətli halları müəyyən etmədən sübutların məcmusuna müfəssəl qiymət vermədən qanunazidd şəkildə ona həddən artıq yüngül cəza təyin etmişdir. İş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə məhkəmə aktları qanunililik, ədalətli mühakimə icraatı qaydalarına zidd və qərəzlidir. Sübutlar arasında ziddiyyətlər olmasına baxmayaraq, həqiqi və mötəbər sübutlar tam düzgün araşdırılmadığından onlara obyektiv hüquqi qiymət verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə, cinayət işinin araşdırılması üçün yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi va risinin nümayəndəsi Ə.A.Sultanov çıxış edərək, apellyasiya məhkəməsinin hökmünün XXX Məhkumun CM-nin 264-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ədalətli olduğunu, lakin məhkuma təyin edilmış cəzaya etiraz etdiyini, hadisə baş verərkən məhkumun alkoqol içkisi qəbul edibetmədiyini və ya narkotik vasitənin təsiri altında olub-olmadığının müəyyən edilmədiyini, həmçinin məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd belə göstərmədiyini, yas mərasimində iştirak etmədiyini bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Bundan başqa kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin nümayəndəsinin mövqeyi ilə razı olduğunu, XXX Məhkuma qarşı mülki qaydada iddia qaldırılmasına baxmayaraq onun heç bir kompensasiya ödəmədiyini, hansı əsasla məhkuma yüngül cəza təyin edilməsinin ona aydın olmadığını bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Daha sonra kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmünün ləğv edilməsinə və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsinə etiraz etmədiyini bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419 -cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əs aslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və şikayətə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi məsələsi mübahisələndirilməsə də işə baxan məhkəmələr tərəfindən məhkumun barəsində əsassız olaraq yüngül cəza təyin edilməsinə istinad edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilərək cinayət işinin apellyasiya məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qəbul edilməsi xahiş edilmişdir. Bununla da, ittiham tərəfi şikayətdə göstərdiyi halları məhkəmə h ökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və şikayətə əlavənin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və şikayətə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmü ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. İlkin olaraq işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi hökmündə ibtidai məhkum XXX Məhkum CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib həmin maddənin sanksiyası həddində cəzalandırılması qənaətinə gəlmiş, CM-nin 264-cü maddəsi ilə verilmiş ittihamın sübuta yetirilmədiyi və həmin maddə ilə ona bəraət verilməli olduğu nəticəsinə gəlmişdir. Məhkum tərəfindən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası öz hökmündə XXX Məhkum Azərbaycan Respublika sı CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli olmasının sübutlarla tam təsdiq olunduğu və ona bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulan əsasların olmadığı qənaətinə gələrək həmin maddələrlə təqsirli bilərək yuxarıda qeyd edilən cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsini və bu barədə kassasiya şikayətinin dəlillərini də müzakirə edərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik d ərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həya t şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşd ıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi XXX Məhkuma CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilərək cəza təyini zamanı onun gənc və qadın olmasını cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdırıcı halların olmamasını, həmçinin cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi öz növbəsində XXX Məhkuma CM-nin 264-cü maddəsi ilə cəza təyin edərkən həmin normalara istinad etməklə cavan olmasını məhz hansı hüquqi əsasla nəzərə aldığını qeyd etmədən azadlığın məhdudlaşdırılması cəzası təyin etmək qərarına gəlmişdir. Təsvir edilən cinayət-hüquqi normaların məz munundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsə dlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin kassasiya şikayətinin (kassasiya şikayətinin əlavəsinin) dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, kassasiya şikayətinin əsaslı olduğu müəyyən edilir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri ilə birlikdə verdiyi kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu və törədilmiş olan əməlin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmişdir. Həmin dəlillər zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi şikayəti qismən (XXX Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bi linməsi ilə bağlı hissədə) təmin etsə də, apellyasiya şikayətinin məhkuma cəza təyin edilməsi ilə dəlillərinə səthi yanaşmış, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə qərarlarından müəyyən olunur ki, məhkuma cəza təyin edilərkən CMnin 8, 41, 58-ci maddələri formal surətdə sadalamaqla cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, təqsirli şəxsin şəxsiyyətinə uyğun olması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alındığı qeyd edilmişdir. Əvvəla təyin olunmuş cəzanın törədilmiş cinayətin xarakterinə - yəni keyfiyyət göstəricisinə və ictimai təhlükəlilik dərəcəsinə - yəni kəmiyyət göstəricisi ilə məhkəmələrin nəkimi uyğunluq tapdıqlarını müəyyən etmək mü mkün deyil. Bundan əlavə məhkəmələr təyin olunan cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alındığı qeyd etsələr də, şəxsin ailəsinin həyat şəraitini, onun himayəsində kimin olub-olmamasını araşdırmamış, bu barədə hər hansı bir sübut əldə edilməmiş, bu baxımdan XXX Məhkumun ümumiyyətlə subay olduğunu nəzərə almamışlar. Belə ki, yuxarıda qeyd edildiyi kimi prosessual qanunvericiliyə əasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bundan əlavə otuz yaşlı şəxsin gəncliyini və qadın cinsinə mənsub olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasının əsaslarını məhkəmə qərara ilə müəyyən etmək mümkün deyil. Aydın məsələdir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəz a təyin edilərkən məcəllədə nəzərdə tutulmamış başqa hallarda cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə olduğu bütün hallarda məhkəmə həmin halların cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığını əsaslandırmalıdır. Qeyd edilən tövsiyyə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 4-cü bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd belə göstərməməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməməsinin, yas mərasimində iştirak etməməsinin cəza təyini zamanı nəzərə alınmaması barədə dəlillərini də əsaslı hesab edir. Mübahisəsizdir ki, cinayət qanunvericiliyi cəzanı ağırlaş dıran halların dairəsini dəqiq müəyyənləşdirərək onun genişəndirilməsini qadağan edir. Lakin, eyni zamanda həm qanunvericilik, həm də uzun müddət formalaşmış məhkəmə təcrübəsi məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməsinə, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinə cəhd göstərməsinə belə cəza təyini zamanı nəzərə alınmalı hallar kimi xüsusi önəm verir. (CM-nin 59.1.11, 59.1.12, 59.1.13, 59.1.14, 60.1-ci maddələri). Xüsusilə nəzərə alınsa ki, cinayət ehtiyatsızlıqla törədilsə belə, bu cinayət əməli nəticəsində şəxsin yaxın qohumunu itirməsi – bu diqqətəlayiq haldır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayət lərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Bu baxımdan məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8, 41, 58-ci maddələrinin, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli Qərarının və yol nəqliyyat hadisələri ilə əlaqədar cəza təyini zamanı uzun müddətdir formalaşmiş məhkəmə təcrübəsini nəzərə almamış, məhkuma törətmiş olduğu cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Qeyd olunan cinayət-hüquqi n ormaların pozulması ilə cəzanın təyin edilməsi məhkəmələrin məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.0.21ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərini göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü məhkum XXX Məhkuma cəza təyini hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Quliyev Elçin İnşallah oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti və digər nümayəndəsi X5 ilə birlikdə verdiyi kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş XXX Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli hökmü kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən, məhkuma cəza təyin edilməsi ilə bağlı hissədə ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-712/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-712/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver