Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-712/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktya br 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Səfərli (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Xamməd Nuriyev) 28 iyul 2022-ci il tarixli, 1(099)-460/2022 nömrəli hökmü ilə xx xxxx 1974-cü ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olan, faktiki olaraq Sabirabad şəhəri S.Ə.Şirvani küçəsi ev 20-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıq dan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsi ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin fevral ayının sonlarında Sabirabad rayonu Suqovuşan kəndində yaşadığı evin həyətyanı sahəsində, kustar üsulla hazırlanmış istixanada 1219 ədəd dibçəkdə əkmiş, həmin toxumlardan yetişmiş 1045 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, həmçinin yaşadığı evin anbar kimi istifadə etdiyi otağında satış məqsədi ilə əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 3111,89 qram narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd sellofan torbanın içərisində 132 ədəd kibrit qutusunda və 08 ədəd sellofan torbalarda qanunsuz saxlamış, 10 mart 2022-ci il tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətində kustar üsulla hazırlanmış istixanada 1219 ədəd dibçəkdə qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda – 1045 ədəd yaş vəziyyətdə, ü mumi çəkisi 260 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri və yaşadığı evin anbar kimi istifadə etdiyi otağında 01 ədəd karton qutuda 03 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi – 220 qram, 440 qram, 240 qram, ümumi çəkisi 900 qram, 01 ədəd göy rəngli polietilen torbada və onun içərisində olan şəffaf polietilen torbada ümumi təmiz çəkisi 730 qram, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 370 qram, 01 ədəd qara rəngli polietilen torbada və onun içərisində olan şəffaf polietilen torbada ümumi təmiz çəkisi 350 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd şəffaf polietilen torbada 132 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,06 qram, 6,26 qram, 5,21qram, 5,47qram, 5,98 qram, 7,29 qram, 5,57qram, 6,42qram, 6,50 qram, 4,99 qram, 6,15 qram, 6,02 qram, 5,65 qram, 6,10 qram, 5,38 qram, 6,09 qram, 5,65 qram, 6,22 qram, 6,10 qram, 5,58 qram, 4,98 qram, 6,09 qram, 6,04 qram, 5,59 qram, 5,53 qram, 5,25 qram, 5,19 qram, 5,34 qram, 6,33 qram, 5,68 qram, 6,44 qram, 5,95 qram, 5,23 qram, 5,85 qram, 6,22 qram, 6,31 qram, 6,44 qram, 6,34 qram, 5,35 qram, 5,60 qram, 5,42 qram, 6,14 qram, 5,96 qram, 5,72 qram, 6,88 qram, 5,57 qram, 5,65 qram, 6,49 qram, 5,55 qram, 6,77 qram, 5,73 qram, 4,67qram, 5,78 qram, 5,75 qram, 5,10 qram, 5,31 qram, 5,30 qram, 5,02 qram, 5,31 qram, 6,12 qram, 4,93 qram, 5,55 qram, 5,44 qram, 5,96 qram, 5,73 qram, 6,19 qram, 5,81qram, 5,52 qram, 5,67qram, 5,39 qram, 6,83 qram, 5,57 qram, 5,74 qram, 6,64 qram, 5,05 qram, 5,97 qram, 4,90 qram, 6,65 qram, 6,14 qram, 6,26 qram, 5,67 qram, 5,74 qram, 5,64 qram, 5,22 qram, 6 qram, 5,13 qram, 5,93 qram, 6,02qram, 5,60 qram, 5,50 qram, 5,89 qram, 6,28 qram, 5,56 qram, 5,48 qram, 5,65 qram, 5,46 qram, 5,39 qram, 5,41qram, 5,91qram, 5,95 qram, 5,37qram, 5,57qram, 6,45 qram, 5,52 qram, 6,56 qram, 5,56 qram, 5,24 qram, 5,13 qram, 6,50 qram, 5,53 qram, 6,38 qram, 4,55 qram, 5,55 qram, 6,45 qram, 5,41qram, 5,57 qram, 5,57 qram, 5,65 qram, 5,61qram, 6,84 qram, 4,87qram, 5,28 qram, 5,91qram, 6,56 qram, 6,46 qram, 6,10 qram, 6,07qram, 6,12 qram, 5,14 qram, 5,19 qram, 5,53 qram, 5,60 qram ümumi çəkisi 761,89 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “constant” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və İlkin Abdullayev) 06 oktyabr 2022-ci il tarixli, 1(106)-799/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 Bəhram oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum cəza təyin edərkən əsassız və qanunsuz qərar qəbul etmişlər. Belə ki, işin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun normaları, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə uyğun olmamasına baxmayaraq, məhkəmə ağır cinayətlər kateqoriyasına aid olan əməllərə görə ona təyin edilmiş 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən saxlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyi və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan halların olmasına baxmayaraq, məhkəmə bu halları cəza təyini za manı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası yekun qərarından göründüyü kimi, məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən, Məhkum himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə almışdır. Hər iki instansiya məhkəmələri CM-in 59.2-ci maddəsinə əsasən, Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını əsassız cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamışdır. Məhkəmə Məhkum müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun kimin tərəfindən, hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olun masını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən, Məhkum əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə almaqda haqlı olmamışdır. Məhkum CM-in 72.1-ci maddəsi ilə nəzərdə tutulan hərəkətlər müəyyən edilməmiş, əksinə ifadələri qeyri səmimi olmuşdur. Onun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə artıq açılmış cinayət əməlini etiraf etməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Lakin məhkəmə Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halı nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini qərarın təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Beləliklə də, məhkəmə Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlini etiraf etməsini, iş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını onun təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza müddətini müəyyən edərkən nəzərə almış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı dəyişdirmədən saxlamaqla cəzanın məqsədlərinə nail olmaq olar. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəx s, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum yüngüllüyünə görə açıq- aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Məhkəmə Məhkum cəzasını dəyişdirmədən saxlamaqla, onun tərəfindən törədilən CM-in 234.4.3 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, cinayətin ağır cinayətlər kateqoriyasına aid o lmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə qurudulmuş marixuana üçün müəyyən edilmiş külli miqdarından 6 dəfədən, şəxsi istehlak midarından 622 dəfədən çox, 3.111,89 qram çəkidə, 132 ədəd kibrit qutusunda olmasını, kustar üsulla hazırlanmış istixanada 1.219 ədəd dibçəkdə əkməsi, həmin toxumlardan yetişmiş 1.045 ədəd çətənə bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etməsi, bu halların öz-özlüyündə onun törədiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla, onun şəxsiyyətini xarakterizə etməsini, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Məhkum təqsirli bilindiyi CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə məhz layiqli yuxarıda həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq apelyasiya instansiya məhkəməsi əsassız və cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrinə zidd olaraq yüngül cəza təyin etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə ədalətli, əsaslı və qanuni deyil, təqsirləndirilən şəxsin mövqeyinə uyğun yekun qərar qəbul edilməsinə üstünlük verərək, yüngüllüyünə görə Məhkum təyin edilmiş cəzaya münasibətdə açıqaydın ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin o lunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona y üngül cəza təyin edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təh lükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayət in xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkə məsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası (5 ildən 12 iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-in 237.2.3-cü maddəsinin sanksiyası (3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən topl amaq yolu ilə isə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyasının fikrincə bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Ona görə də məhkəmə koll egiyası kassasiya protestinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallardan heç birini müəyyən etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-712/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-712/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver