Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-713/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Rüstəmov İlqar Sahib oğlunun iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) Məhkum - xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1-də qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlin törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq cinayətini törətmişdir. Belə ki, Məhkum digər şəxsin ona tanışı Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı mənzilində və üzərində daimi pul olması, yaşadığı evi tanıması b arədə məlumat verdikdən sonra Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2017-ci il tarixə keçən gecə digər şəxslə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanına gəlmiş, aralarında olan razılaşmaya əsasən digər şəxs evin giriş blokunu göstərdikdən sonra cinayət aşkar ediləcəyi halda digər iştirakçını sığortalamaq üçün avtomobildə qalmış, Məhkum isə Zərərçəkmiş şəxs1 yaşadığı binanın 5-ci blokuna girib dəhlizdə gözləmiş və xx xxxxxx 2017-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Əmiraslan qızı ilə bloka daxil olub liftə mindiklərini gördükdən sonra Məhkum onların arxası ilə liftə girib silah qismində istifadə edilən bıcağı tətbiq etməklə hücuma məruz qalmış Zər ərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı basqın edib qəsdən bıçaqla vuraraq Zərərçəkmiş şəxs2 qarının ön səthinin sol yarısının 1 ədəd, sol əlin İV barmağın əsas falanqasının sirkulyar 1 ədəd, sağ əlin İİİ barmağın dırnaq falanqasının ovuç səthinin 1 ədəd, sol budun arxa-bayır səthinin 1 ədəd, sol bazu oynağının arxa səthinin 1 ədəd, sol bazunun arxa səthinin 1 ədəd və sağ əlin İ barmağın dırnaq falanqasının iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşaiyət olunan, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarət yetirib içərisində 300 manat nəğd pulu olan 1 manat dəyərində pul kisəsini, Zərərçəkmiş şəxs1 isə sağ bazunun arxa-bayır səthinin 1 ədəd, sol əlin İ-İİ əl-daraq sümüklərarası nahiyənin ovuç səthinin 1 ədəd, sol əlin İİ əl-daraq nahiyəsinin arxa səthinin 1 ədəd, sol budun bayır səthinin 1 ədəd, sol budun iç səthinin 1 ədəd, sol sağrının yuxarı-yan kvadratının 1 ədəd, sol sağrının aşağı-iç kvadratının 2 ədəd, sağ sağrının iç kvadratının 1 ədəd və sol qasıq nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşaiyət olunan, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran və bel nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarət yetirib 270 manat nəğd pulu və 5 manat dəyərində açarını ələ keçirərək quldurluq etmişdir. Hökmdən veri lmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Rüstəmov İlqar Sahib oğlu kassasiya şikayəti verərmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Rüstəmov İlqar Sahib oğlu kassasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiya məhkəməsində araşdırmanın istintaqla aparılması barədə vəsatət verilmiş və təmin olunmuş, iş üzrə icraat zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri alınmışdır. Apelyasiya instansiyası məhkəməsinə araşdırma zamanı Zərərçəkmiş şəxs1 notarial ərizə ilə müraciət edərək Məhkum hadisə zamanı ondan pul tələb etmədiyini, ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadəni təkzib etdiyini göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 sərbəst ifadə və suallara cavab verərək həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələri təkzib etmiş, həyəcanlı və əsəbi olduğu üçün Məhkum qarşı qərəzli ifadə verməsini bildirmiş, hadisə zamanı üzərində olan pulu sonradan xəstəxanada itirdiyini bildirmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsində sərbəst ifadə və suallara cavab verən zərərçəkmiş Zərərçəkmiş şəxs2 göstərmi şdir ki, hadisə baş verən zaman Şəhriyarın ondan pul istəməmiş,o, x2 pul verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 hadisə şahidlərini tanımadığını, hadisə zamanı Şəhriyarın ona bıçaq zərbələri vurmasını, lakin əvəllər x2 qarşı qərəzli ifadə verdiyini, apelyasiya instansiyası məhkəməsində isə verdiyi ifadənin doğru olmasını göstərmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayaraq, işin həqiqi hallarının həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyini, ittiham orqanının təqdim etdiyi halların sübut kimi mötəbərliyinə əsaslanmış, apelyasiya instansiya məhkəməsində aparılmış istintaq zamanı zərərçəkmiş şəxslərin verdiy i ifadələrin isə hüquqi qüvvəsini şübhə altına alaraq qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma tam aparılmamış, məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktik hallar araşdırılmadığından hadisə şahidlərinə münasibətdə məhkəmə istintaqı aparılmamışdır. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2, hadisə şahidlərindən birini evində görən zaman ona xəsarət yetirən şəxs olduğunu göstərmiş, hadisənin baş vermə şəraiti barədə isə dəqiq məlumat verə bilməmiş, şahid qismində dindirilmiş şəxslərin isə dairəsi tam müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində isə yekun məhkəmə qərarın çıxarılması üçün əsas olmuş zərərçəkmiş şəxslərin ifadələrinə uyğun məhkəmə istintaqının təzələnməsi haqqında qərar çıxarılmışdır. B elə ki, həmin ifadələrdə Məhkum onlardan hadisə zamanı pul almadığı bildirilmiş, lakin ibtidai istintaqın və birinci isntansiya məhkəməsinin gəldiyi nəticələr apellyasiya instansiyası məhkəməsində aparılmış istintaqla ziddiyyətli olmuş, məhkəmə istintaqı isə qismən aparılmaqla iş üçün əhəmiyyət kəsb edən hallar tam müəyyən olunmamışdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslərin ifadələrindən sonra məhkəmə istintaqını hadisə şahidlərinə münasibətdə təzələməli, ibtidai istintaq, habelə birinci instansiya zamanı zərərçəkmiş şəxslərin hansı səbəbdən Məhkum qarşı qərəzli ifadə vermələrinin səbəbləri araşdırılmalı olmuşdur. Bundan başqa xx xxxxxx 2018-ci il tarixli qərarda məhkəmə zərərçəkmiş şəxslərin apellyasiya instansiyasında sərbəst verdikləri ifadələri hansı səbəbdə n mötəbər hesab etməməsinə izah verməmişdir. Belə ki, əgər məhkəmə apellyasiya instansiyasında qismən məhkəmə istintaqı aparmaq barədə vəsatəti təmin etmişdirsə, bu zaman zərərçəkmiş şəxlərin ifadələri arasında iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırılmadığı qənaətinə gəlmiş, lakin sonradan zərərçəkmiş şəxslərin apellyasiya instansiyasına qədər verdikləri ifadələrin əksini göstərən yeni ifadələrini isə mötəbər hesab etməmişdir. Hadisə barədə həm ibtidadi istintaq, həm də məhkəmə araşdırmaları zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş şəxslərin ifadələri arasında ziddiyyətlər olmasına baxmayaraq, onlar hətta ilkin ifadələri zamanı belə Məhkum hadisə baş verən zaman əvvəlcədən onlarda pul və ya hər hansı əşya tələb etmədiyini, onlara qarşı fiziki zor tətbiq etdikdən sonra zərərçə kmiş şəxslərin ona pul vermələrini göstərmişlər. Buradan göründüyü kimi həmin əməldə quldurluq cinayətinin tərkibi olmamışdır. Hüquqlarını müdafiə etdiyim Məhkum isə ümumiyyətlə hadisə baş verən zaman orada olmadığını, həmin cinayətlə heç bir əlaqəsinin olmadığını bildirmiş, zərərçəkmiş şəxslərin məhkəmə zalında yeni ifadə vermələri və həmin ifadələrinin doğru olmasını qeyd etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozularaq birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. Həmin iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 əməlinə hüquqi qiymət verilməmiş, onun hadisə baş verən zaman harada olması ziddiyyət təşkil etmişdir. Belə ki, sonuncu hadisə ilə bağlı Ağır Cinayətlər Məhkəməsinə gəlməmiş, yalnız ifadəsi elan o lunmuşdur. Halbuki, apelyasiya instansiya məhkəməsində iş üzrə icraat aparılan zaman zərərçəkmiş şəxslərin verdikləri ifadələrlə əhəmiyyətli ziddiyyətlər olmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarını ləğv edərək cinayət işi üzrə təkrar araşdırma aparılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış b irinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum müdafiəçisi-vəkil Rüstəmov İlqar Sahib oğlu kassasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiya məhkəməsində Zərərçəkmiş şəxs2 notarial ərizə ilə müraciət edərək, Məhkum hadisə zamanı ondan pul tələb etmədiyini, ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadəni təkzib etdiyini göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 sərbəst ifadə və suallara cavab verərək həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələri təkzib etmiş, həyəcanlı və əsəbi olduğu üçün Məhkum qarşı qərəzli ifadə verməsin i bildirmiş, hadisə zamanı üzərində olan pulu sonradan xəstəxanada itirdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qismən məhkəmə istintaqı aparmaq barədə vəsatəti təmin etmişdirsə, bu zaman zərərçəkmiş şəxlərin ifadələri arasında iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırılmadığı qənaətinə gəlmiş, lakin sonradan zərərçəkmiş şəxslərin apelyasiya instansiyasına qədər verdikəri ifadələrin əksini göstərən yeni ifadələrini isə mötəbər hesab etməmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iclasında hər iki zərərçəkmiş şəxslər Məhkum təqsirliliyinə dair ifadə verdikdən sonra, məhkəmə iclasının sonunda ərizə təqdim edərək göstərmişlər ki, Məhkum qarşı heç bir şikayət və tələbləri yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş etmi şlər. Hətta onların məhkəmə iclasındakı ifadələrindən müəyyən edilir ki, onların müalicəsi üçün təqsirləndirilən şəxsinin valideynləri pul vermişlər. Yəni bu ərizələr onu göstərir ki, hər iki zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum elan edilmiş ittihama və özlərinin ibtidai istintaqdakı ifadələrinə uyğun ifadələr versələr də, məhkəmə iclasının sonunda təqsirləndirilən şəxsin valideynləri ilə aralarında barışıq əldə edildiyinə görə ona yüngül cəza təyin edilməsini xahiş etmələri barədə ərizə təqdim etmişlər. Yəni artıq onlar təqsirləndirilən şəxsə qarşı mövqelərini dəyişmişlər. Bundan sonra onların təqsirləndirilən şəxsin təqsirsizliyinə dəlalət edən ifadə verəcəklərinin mümkünlüyü gözləniləndir. Eyni zamanda zərərçəkmiş şəxslərin ibtidai istintaqdakı və bi rinci instansiya məhkəməsi iclasındakı ifadələri cinayət işi üzrə toplanmış digər sübutlarla da uyğunluq təşkil edir və bir-birini tamamlayır. Ona görə də zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsin təqsirsizliyinə dair apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasındakı ifadələrinin əvvəlki ifadələrinə nisbətən mötəbərliyi və həqiqiliyi şübhə doğurur və apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxslərin ifadələrinə düzgün qanuna uyğun hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası CPM 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə to planmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nini 145.1-ci maddəsinə əsaəsən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticələr göstərilən qanunların tələbinə tam uyğundur, ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətproses sual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Rüstəmov İlqar Sahib oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-713/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-713/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver