Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-713/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X58nun və onun nümayəndəsi Mehdiyev Dərgah Hüseyn oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Salmanova Gülşən Arif qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü ilə (hakimlər Mirzəyev Nahid Namiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, xxxxxxxxx il tarixdə Qəbələ rayonunun Corlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ev li, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, İlham Kərimov adına Qəbələ rayonunun Mirzəbəyli kənd tam orta məktəbində ingilis dili müəllimi işləmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Qəbələ rayonunun Mirzəbəyli kəndində 06 yanvar 2006-cı ildən rəsmi nikah münasibətində olduğu arvadı 06.05.1986-cı il təvəllüdlü X2, qonşusu xx xxxxxx 1987- ci il təvəllüdlü Şahid7 ilə 2019-cu ilin fevral ayının əvvəllərindən gizli intim münasibətdə olmaqla, ona xəyanət etməsindən şübhələnərək onları izləyib, 20 may 2019-cu il tarixdə, saat 09:30 r adələrində Qəbələ rayonunun Mirzəbəyli kəndində yaşadıqları evin həyətində yarımçıq tikilinin zirzəmisində x55 x56 cinsi əlaqədə olmasını görüb zirzəmiyə daxil olarkən Şahid7 qaçmış, X55ni tutaraq üzünə bir dəfə sillə ilə vurduqda, sonuncu qaçıb yaşadıqları evin mətbəxinə girdiyindən, arxasınca gedib X55ni tutub nə üçün ona xəyanət etməsini soruşduqda, sonuncu “yaxşı etmişəm, sən kişi olsaydın eləməzdim” deməsindən sonra onu qısqanclıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə mətbəxdən götürdüyü təsərrüfat təyinatlı bıçaqla ardıcıl olaraq boğaz nahiyəsindən iki zərbə vuraraq, X55 boyunun sağ yuxarı hissəsində dəri və dərialtı yumşaq toxumaların kəsilməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran və boyunun sağ orta hissəsində döş kör pücük-məməyəbənzər əzələnin və yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan kəskin xarici qanaxma, ondan sonra əmələ gələn şok kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran iki ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət xəsarətlər yetirərək X4 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Hökmdən məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 22 may 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilədək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi G.A.Salmanova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, cinayət işini yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi G.A.Salmanova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə kollegiyaları hazırki işin konkret hallarını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyətini, ailə vəziyyətini və cəzasını yüngülləşdirən halları kifayət qəd ər nəzərə almamışlar. Müdafiəçi bildirir ki, Məhkum ona ittiham olunmuş cinayəti törədərkən affekt vəziyyətində olmuşdur, bu vəziyyətdə isə insan düşünə bilmir, törətdiyi bütün hərəkətlər onun iradəsindən xaric olur. Buna görə, məhkəmələr müvafiq ekspertiza təyin edib keçirməli olsalar da, bunu etməmiş və nəticədə Məhkum əməlləinə düzgün hüquqi qiymət verməmişlər. Həmçinin məhkəmələr Məhkum cəza təyini zamanı ədalətlilik prinsipini pozaraq, heç bir əsas olmadan təqsirləndirilən şəxsə məhz maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhru metmə cəzasının təyin edilməli olması barədə nəticəyə gəlmişlər. Halbuki, hüquqlarını müdafiə etdiyi şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilinsə belə, onun barəsində cəza tədbiri seçilərkən CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün kifayət qədər əsaslar olmuşdur. Belə ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, ali təhsilli müəllim olmaqla, uzun müddət orta məktəbdə müəllim işləmiş, hadisədən sonra yaranmış ağır psixoloji depressiyadan əziyyət çəkir, onun təcridxana şəraitində saxlanılması həyatı üçün təhlükəlidir, iş və yaşayış yerləri üzrə müsbət xarakterizə olunur, azyaşlı uşaqları hal-hazırda onun himayəsindədir, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi G.A.Salmanova kassasiya şikayətinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarını ləğv edilməsi və cinayət işini yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X58 kassasiya şikayətinə etiraz verərək həmin şikayətin təmin edilməməsini, Məhkumin barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi G.A.Salmanova məhkəməyə naməlum səbəblərdən gəlməmiş və belə səbəblər haqqında məhkəmə kollegiyasına xəbər verməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəm ə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi G.A.Salmanovanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. İşə kassasiya in stansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından müdafiəçisi G.A.Salmanova tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi Şəki Penitensiar Müəssisəsinin rəisi tərəfindən imzalanmış 27 oktyabr 2021-ci il tarixli 17/33-4766 saylı məktubla müşaiyət edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsi çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 120.1-ci maddəsi ilə tə qsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salmanova Gülşən Arif qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə
Məhkəmə qərarları › İş №1(102)-713/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-713/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver