Məhkəmə qərarları › İş №1(102)-713/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-713/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-713/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X10 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli h ökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Layıc Aqil Tacir oğlu, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Əlizadə Əmirulla Əlibaxış oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi) Məmmədov Müşfiq Vaqif oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Təqsirlənd irilən şəxs1, xx xxxxxx 1957-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Masallı rayonunda yerləşən "xxxx" MMC-nin “Ozon” klinikasında həkim-rentgenoloq və baş həkim vəzifəsində işləmiş, Masallı rayonunun Ərkivan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, və Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1955-ci il tarixdə Masallı rayonunun Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Masallı rayonunda yerləşən "xxxx" MMC-in təsisçəsi və direktoru, həmin cəmiyyətin balansında olan “OzonNo klinikasının icraçı direktoru vəzifəsində işləyən, Masallı rayonunun Ərkivan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, hər birisi CM-nin 179.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş c inayət əməllərini törətməkdə təqsirli bilinərək, hər ikisinin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 3 (üç) il müddətə, Təqsirləndirilən şəxs2 isə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təyin edilmiş cəza müddəti ərzində məhkum olunmuş şəxslərin üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, AZ57CTRE******************** VÖEN ********** saylı depozit hesabında saxlanılan 30.822 (otuz min səkkiz yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun Təqsirləndirilən şəxs1 tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, AZ57CTRE******************** VÖEN ********** saylı depozit hesabında saxlanılan 15.000 (on beş min) manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, ümumilikdə isə 45.822 (qırx beş min səkkiz yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğdə pulun depozit hesablardan çıxarılaraq Zərərçəkmiş şəxs ödinilməsi, sonuncuya vurul cəmisi 61.644,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) məbləğində ziyandan qalıq qalmış 15.822 (on beş min səkkiz yüz i yirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaitinin isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 hüquqi ünvanı Masallı rayonu Ərkivan qəsəbəsi kimi göstərilmiş 09 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış Təqsirləndirilən şəxs2 təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMCin balansında olmaqla Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasında 25 aprel 2015-ci il tarixli 10 nöm rəli əmrlə həkim-rentgenoloq və 11 iyun 2015ci il tarixli 17 nömrəli əmrlə baş həkim vəzifəsinə təyin edilməklə 2017-ci ilədək həmin vəzifədə işləyərkən, bacısı oğlu Zərərçəkmiş şəxs tərəfindən həmin klinika 11 iyun 2015-ci il tarixli özü ilə Təqsirləndirilən şəxs2 arasında, habelə sonuncu ilə Zərərçəkmiş şəxs aralarında eyni tarixdə bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə icarəyə götürüldükdən sonra ümumi sahəsi 1047 kv.m olan 2 və 3cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə ona Zərərçəkmiş şəxs tərəfindən 07 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək olan müddət ərzində özünün yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və Masallı rayonunda yerləşən istinta qla müəyyən edilməyən müxtəlif ünvanlarda verilmiş 1500 (bir min beş yüz) manat və 146.000 (yüz qırx altı min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 153,030 (yüz əlli üç min otuz) manat məbləğində, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 42.460 (qırx iki min dörd yüz altmış) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 44.583 (qırx dörd min beş yüz səksən üç) manat, 07 sentyabr 2015-ci il tarixdən 28 sentyabr 2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 4000 (dörd min) manat və 75.000 (yetmiş beş min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 78750 manat, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda 30.000 (otuz min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddətdə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda isə 38.050 (otuz səkkiz min əlli) manat məbləğində, yəni 07 iyun 2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda ümumilikdə 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat, həmin dövrün məzənnəsi ilə 334.679,04 (üç yüz otuz dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 4 sent) ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs şəxsən aldıqdan sonra, həmin vəsaitin sonuncu ilə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş v ə qulluq mövqeyinə görə baş həkim işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla Masallı rayon sakini, "xxxx" MMC-in direktoru Təqsirləndirilən şəxs2 ilə vahid niyyətlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 129.447,5 (yüz iyirmi doqquz dörd yüz qırx yeddi əlli) manat, bundan başqa havalandırma işlərinin, yəni ventilyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 21.000 (iyirmi bir min) manat, bundan başqa Sicher Elevator Co.Ltd şirkətinə məxsus Machine Roomless Bed Elevator (yataq lifti) Machine Roomless Observation elevator (müşahidə çi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və qurlaşdırılması ilə bağlı 88.898 (səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat, daha sonra fotosel qapıların alınması ilə bağlı 18.923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30.000 (otuz min) ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manatı Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289.768,50 (iki yüz səksən doqquz min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat vəsaitdən 58.709 (əlli səkkiz min yeddi yüz doqquz ABŞ dolları 4 sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 61.6 44,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 hüquqi ünvanı Masallı rayonu Ərkivan qəsəbəsi kimi göstərilmiş və 09 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış təsisçisi və rəsmi direktoru olduğu "xxxx" MMC-in balansında olmaqla Masa llı şəhəri Heydər Əliyev prospektində yerləşən “Ozon” klinikasının icraçı direktoru vəzifəsində işləyərkən həmin Klinika özü ilə Masallı rayonu Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs arasında bağlanmış 11 iyun 2015-ci il tarixli və eyni tarixli özü ilə Ozon klinikasında həkim-rentgenoloq və baş həkimi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 arasında bağlanmış razılaşma müqaviləsi əsasında istifadə etmək, qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs tərəfindən icarəyə götürüldükdən sonra, ümumi sahəsi 1047 kv.m olan 2 və 3-cü mərtəbələrin əməliyyat bloku və digər tibbi təyinatlar üçün təmir edilməsi məqsədilə 07 iyun 2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən evinin həyətində və istint aqla müəyyən edilməyən müxtəlif ünvanlarda Zərərçəkmiş şəxs tərəfindən verilmiş ümumilikdə 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat, həmin dövrün məzənnəsi ilə 334.679,04 (üç yüz otuz dörd min altı yüz yetmiş doqquz ABŞ dolları 4 sent) ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs1 aldıqdan sonra, həmin vəsaitin Zərərçəkmiş şəxslə aralarında olan şifahi razılaşmaya əsasən ona etibar edilmiş və qulluq mövqeyinə görə icraçı direktoru işlədiyi klinikanın təmiri ilə bağlı sərf olunması səlahiyyətinə malik maddi məsul şəxs olmaqla klinikada həkim rentgenoloq və baş həkim işləyən Təqsirləndirilən şəxs1 ilə vahid niyyətlə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, həmin kinikada tikinti-təmir işlərinin aparılmasına o dövrdəki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 129.447,5 (yüz iyirmi dooquz dörd yüz qırx yeddi əlli) manat, bundan başqa havalandırma işlərinin, yəni ventelyator, hava kəməri, səs boğucu, hava sorucu, əsnək hava kanalı və digər avadanlıqların alınması və işlərin görülməsi üçün cəmi 21.000 (iyirmi bir min) manat, bundan başqa Sicher Elevator Co.Ltd şirkətinə məxsus Machine Roomless Bed Elevator (yataq lifti) Machine Roomless Observation elevator (müşahidəçi lifti) markalı, xəstə yataqları və ayaqüstü təyinat məqsədli, Çin istehsallı 02 ədəd liftin alınması və qurlaşdırılması ilə bağlı 88.898 (səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat, daha sonra fotosel qapıların alınması ilə bağlı 18.923 manat məbləğində vəsaiti klinikanın təmiri, bundan əlavə 30.000 (otuz min) ABŞ dollarını, yəni həmin dövrün məzənnəsi ilə 31.500 (otuz bir min beş yüz) manatı Medeks firması tərəfindən gətirilmiş rentgen aparatının alınmasına, yəni cəmi 289.768,50 (iki yüz səksən doqquz min yeddi yüz altmış səkkiz manat əlli qəpik) manat vəsaiti təyinatı üzrə sərf edərək ümumilikdə ona etibar edilmiş 351.413 (üç yüz əlli bir min dörd yüz on üç) manat vəsaitdən 58.709 (əlli səkkiz min yeddi yüz doqquz ABŞ dolları 4 sent) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 61.644,50 (altmış bir min altı yüz qırx dörd manat əlli qəpik) manat pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə edib ona və sonuncuya etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamışdır. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 müdafi əçisi E.M.Musazadə, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Ə.Ə.Əlizadə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 21 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Təqsirləndirilən şəxs1 müdafiəçiləri A.T.Layıc və Müdafiəçi2, məhkum Təqsirləndirilən şəxs2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədr lik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 13 avqust 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri A.T.Layıc və Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin olunmuşdur. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Zeynalov Zeynal Ağabala oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə) 19 sentyabr 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi E.M.Musazadənin və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Ə.Ə.Əlizadənin apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 179.3.2-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmununda əks olunmuş ümumi maddi ziyanın miqdarı dəqiqləşdirilməklə mənimsənilmiş pul vəsaitinin miqdarı 8460 (səkkiz min dörd yüz altmış) ABŞ dolları, yəni 11 avqust 2015-ci ildən 29 avqust 2015-ci ilədək dövrün məzənnəsi ilə 8883 (səkkiz min səkkiz yüz səksən üç) manat azaldılaraq həmin pulun məbləği 50249,4 (əlli min iki yüz qırx doqquz) ABŞ dolları 4 (dörd) sent, yəni həmin dövrün mə zənnəsi ilə 52761 (əlli iki min yeddi yüz altmış bir) manat 50 (əlli) qəpik müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirlmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli qərarından Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi A.T.Layıc, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Ə.Ə.Əlizadə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək müdafiəçilər hüquqlarını müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığından onların barəsində bəraət hökmünün çıxarılmasını, zərər çəkmiş isə apellyasiya instansiyası məhkəməsinin qərarını cəza və ittihamın məbləğinin azaldılması hissəsində ləğv edilməsini və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə ağır cəza təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını və bu halların arxasında duran sübutları, əsasən də iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini mübahisələndirilən müdafiəçi Ə.Ə.Əlizadə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrdə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, şahidlərin ziddiyət təşkil edən ifadələrinə, ekspertiza rəylərinə görə məhkumlara qarşı CM-nin 179.3.2-ci maddələsi ilə əsassız ittiham irəli sürülmüş və onlar, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşlar. Müdafiəçi öz kassasiya şikayətində bildirir ki, yeni apellyasiya baxışında kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmışış, onun və müdafiəçi E.M.Musazadə tərəfindən verilmiş vəsatət təmin edilərək iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və müh asibatlıq ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, həmin ekspertiza rəyinində göstərilən və istintaq orqanı tərəfindən təkrar hesablanmış 8460 ABŞ dolları ümumi maddi ziyanın məbləğindən çıxılsa da, lift şaxtasının, həmçinin binanın qarşısındakı şaxta çalasının inşa olunması ilə əlaqədar yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin görülməsinə 31.200,00 (otuz bir min iki yüz) manat məbləğində pul vəsaitinin xərclənməsi nəzərə alınmamış və məhkəmə bu hala heç bir qiymət verməmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, “Ozon” klinikasında oksigen sisteminin quraşdırılmasına da 17.500 manat məbləğində pul sərf olunmuş və bu halı da həmin sistemin quraşdırılmasını həyata keçirən şahid Cəlal Mahmudov təsdiq etmişdir.Lakin, apellyasiya in stansiyası məhkəməsi araşdırılmış sübutlarla təsdiq edilən bu halı da nəzərə almamış və yalnız məhkum olunmuş şəxslərə mənimsəmələri istinad olunan ümumi məbləği 8640 manat azaltmaqla kifayətlənmiş və əsassız olaraq ittiham hökmünü qalan hissədə dəyişdirmədən saxlamışdır. Müdafiəçinin qənaətinə görə, apellyasiya şikayətlərinə baxılması nəticəsində həmin hökm ləğv edilməli və Məhkum1un və Təqsirləndirilən şəxs1 barələrində bəraət hökmü çıxarılmalı idi ona görə, onlar Zərərçəkmiş şəxs məxsus pulun hamısını təyinatı üzrə xərcləyərək ona heç bir ziyan vurmamış və hər hansı məbləğdə pulu mənimsəməmişlər. Bu səbəbdən müdafiəçi Ə.Ə.Əlizadə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və məhkum olunmuş şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkum Təqsir ləndirilən şəxs1 müdafiəçi A.T.Layıc da öz məzmununa və əsaslandırılmasına görə müdafiəçi Ə.Ə.Əlizadənin kassasiya şikayəti ilə sözbə-söz eynilik təşkil edən kassasiya şikayətində sonuncunun tələbinə uyğun olan tələb irəli sürmüşdür. İşin müəyyən edilmiş faktiki hallarına, Məhkum1un və Təqsirləndirilən şəxs1 barələrindəki çıxarılmış yekun məhkəmə aktlarına və cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş cinayət qanunvericiliyinin bir sıra normalarına istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxslərin barəsində CM-nin 62-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onlar tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətin nəticəsini, törədilməsi halını, şəraitini, məqsədini və motivini, məhkumların şəxsiyyətlərinə aid olan halları, cinayətin törədilməsi zamanı davranışlarını düzgün qiymətləndirməmiş və onlara açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zaman cinayət cəzalarının təyin edilməsi prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, cəzanı yüngülləşdirən hallan düzgün müəyyən etməmiş, nəticədə məhkum edilmiş şəxslərə həddindən artıq yüngül cəza təyin edilmişdir. Halbuki, S.Q.Bəşirovun və Təqsirləndirilən şəxs1 mənimsədikləri pulu tam ödəməmələri, ümumiyyətlə özlərini təqsirli bilməmələri, zərər çəkmiş şəxslə barışmamaları onların islah olunmaları üçün uzun müddətə cəmiyyətdən təcrid edilmələrinin zəruri olmasını göstərir və məhkəmələrə bu xüsusatları kifayət qədər nəzərə almamışlar. Həmçinin kassator öz şikayətində bildirir ki, işə təkrarən apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertizanın rəyi də düzgün olmamış, rəydə göstərildiyi kimi, 8460 ABŞ dolları məbləğində pul ibtidai araşdırma orqanı tərəfindən məhkum olunmuş şəxslərə qarşı ittiham irəli sürülərkn artıq hesablanmamış, apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq həmin məbləği ittihamdan xaricə edərək mənimsənilmiş pulun miqdarını azaltmışdır. Bundan başqa araşdırma zamanı məlum olmuşdur ki, ondan 2-ci və 3-cü mərtəbələrin təmiri adı ilə pul alınarkən «Ozon» klinikasının binası Təqsirləndirilən şəxs2 27 noyabr 2014-cü il tarixl i kredit müqaviləsi ilə götürdüyü 200000 (iki yüz min) manat kredit öhdəliyinin təminatı kimi "xxxx" MMC-də ipoteka ilə yüklü edilmiş, sonradan Məhkum1 həmin Cəmiyyətə borcunun olmaması barədə arayış təqdim etsə də, qeyd olunan borcun ödənilməməsi və binanın girovda olması müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 binanın girovda olmasını ondan gizlətməklə həmin binanın təmiri ilə bağlı pullarını mənimsəmiş, sonradan da binanın girovda olmamasına dair görüntü yaratmağa çalışmışlar. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarını həm cəzanın təyin edilməsi, həm də ittihamın məbləğinin azaldılması hissələrində ləğv edilməsini və Təqsirləndirilən şəxs1 və Təqsirləndiril ən şəxs2 barələrində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Ə.Ə.Əlizadə və A.T.Layıc naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Ə.Ə.Əlizadənin və A.T.Layıcın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçilər Ə.Ə.Əlizadə və A.T.Layıcın kassasiya şikayətlərindən göründüyü kimi, həmin şikayətlərin əsas dəlilləri ondan ibarətdir ki, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərini törətmələri sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və sonuncular, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, əsassız və qanunsuz olaraq məhkum edilmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmununa görə isə, onun müəllifi öz müraciətində məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verməməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələb irəli sürmüşdür. Beləliklə müdafiəçilər öz tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində, zərərçəkmiş isə irəli sürdüyü tələbəi CPM-nin 416.1.2-ci maddəsi ilə yanaşı həmçinin CPM-nin 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11, 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər Ə.Ə.Əlizadənin və A.T.Layıcın və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilə n şəxs2 barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul ed ir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkə mə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dind irilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsa sən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına al ınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsini, o cümlədən belə qəsdlər nəticəsində onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini həyat a keçirən orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respub likasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üz rə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM -nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qi ymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə is tintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üz rə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiq ətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmi ş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti o lan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-n in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumların hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakını mənimsəmələri cinayətini törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə qismən razılaşaraq yalnız mənimsənilmiş pul vəsaitinin məbləğinin azaldılmasını mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, son olaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni ə sas yoxdur. Müdafiəçilərin və zərər çəkmiş şəxsin kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarında ətraflı şərh olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, müdafiəçilər Ə.Ə.Əlizadə və A.T.Layıcın kassasiya şikayətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Təqsirləndirilən şəxs 1 və Təqsirləndirilən şəxs2 bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını – apellyasiya instansiyası məhkəməsinin müəy yən etdiyi kimi, 52761 manat 50 qəpik məbləğində pulunu vahid niyyətlə mənimsəmə yolu ilə talamışlar. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməz liyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxslərin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibti dai aradırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onların bu maddə ilə təqsirli bilinərək cəzalandırmalarını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası qeyd edir ki, işə təkrarən baxmış apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun olaraq gəldiyi nəticə araşdırılmış sübubutlarla yanaşı özgə əmlakının mənimsənilməsi və ya israf edilməsinə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ilə də uzlaşır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuşdur. Bu əməllər külli miqdarda törədildikdə isə həmin cinayəti törətmiş şəxsin əməlləri müvaf iq olaraq CM-nin 179.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun mənasına görə, şəxsin CM-nin göstərilən maddəsi ilə məsuliyyət məsələsinin həlli zamanı əvvəla özgə əmlakının ona hər hansı qaydada etibar edilməsi və bundan sonra təqsirkarın bu əmlakı bütövlükdə, yaxud onun bir hissəsini mənimsəməklə öz mülkiyyətinə (istifadəsinə, sərəncamına) keçirməsi, ya da bu əmlakı israf etməsi müəyyən edilməlidir. Belə mövqedən həmçinin Ali Məhkəmənin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarın 21-ci bəndində Plenum dələduzluq cinayətinin mənimsəmə və ya israf etmə cinayətində fərqləndirilməsi əsasları barədə izah verərkən məhkəmələrin diqqətinə çatdırmışdır ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəm ə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulları n xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Məhkəmə kollegiyası CM-nin 179-cu maddəsinin tələbindən və mənasından çıxış edərək qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə təqsirkar tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israf etmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Təhlil olunan maddi hüquq normasına verilmiş təfsirə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətd ikləri talama cinayətinə qiymət verilməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə və bu sübutlar əsasında işin müəyyən edilmiş faktiki hallarına müraciət etməyi zəruri bilir. Əvvəla, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan olunmuş ittihamlar üzrə təqsirli bilməyərək Zərərçəkmiş şəxs məxsus pul vəsaitini mənimsəmədiklərini və həmin vəsaitin bütövlükdə “Ozon” klinikasının təmirinə sərf olunmasını bildirsələr də, onların bu haqda verdikləri ifadələri aşağıdakı sübutlarla təkzib olunmuşdur. Belə ki, birinci instansiyası məhkəməsinin məhkəmə iclasında zərərçəkmi ş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma dayısıdır, Təqsirləndirilən şəxs2 isə onun həmkəndlisidir. 2015-ci ilin may ayında dayısı Təqsirləndirilən şəxs1 işlədiyi “Ozon” klinikasının 2 və 3-cü mərtəbələrinin təmir etdirilməsini və sonra həmin klinikadan əldə etdiyi gəlirdən faydalanmağı ona təklif etmişdir. Dayısı ilk əvvəl bunun üçün təqribən 100-150 min ABŞ dolları məbləğində pul sərf ediləcəyini demiş, o, da sonuncunun klinikanın direktoru, Təqsirləndirilən şəxs2 isə həmin klinikanının sahibi olmasına görə deyilənlərə inanmış və 2015-ci ilin iyun ayının əvvəlində təmir işlərinin aparılması üçün Seyfəddinə ilkin olaraq 100.000 (yüz min) ABŞ dolları məbləğində pul vermişdir. 11 iyun 2015-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la müqavilə ba ğlamış, dayısının dediyinə görə o, 150.000 ABŞ dolları məbləğində pul sərf edərək klinikanın daxilini təmir etdirdikdən sonra oranı aylıq 7.000 manat məbləğində pula binanın sahibindən 10 illik müddətə icarəyə götürəcək, icarədar kimi dayısı Təqsirləndirilən şəxs1 iştirak edəcək, o, isə investor olacaq. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun 2015-ci ilin iyun ayında təmirə sərf edilməsi üçün onun verdiyi 100.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs2 vermiş, lakin bundan sonra da dayısı ondan hissə-hissə pullar istəmiş və onun deməsinə görə, həmin pulların hamısı klinikanın təmirinə və lazımi avadanlığın, tikinti materiallarının alınmasına sərf edilmişdir. Həmin dövrdə maddi imkanı yaxşı olduğu üçün dayısının istədiyi pulları dərhal vermiş, dayısının onu aldatdığını heç b ir zaman düşünməmişdir. Beləliklə, 2015-ci ilin oktyabr ayının sonunadək o, dayısı Məhkum2ə ümumilikdə 330.000 ABŞ dolları məbləğində pul vermiş, Məhkum2 isə bu pulun hamısını Təqsirləndirilən şəxs2la birlikdə təmirə sərf etdiyini bildirmişdir. 2015-ci ilin oktyabr ayının sonunda ilk dəfə olaraq klinikaya baş çəkməyə getmiş, ikinci dəfə həmin ayın sonunda klinikanın 2 və 3-cü mərtəbələrinə baxdıqda isə, orada təmir işlərinin aparılmasına verdiyi puldan qat-qat az pul sərf edildiyini aşkar etmişdir. Həmin vaxt dayısı və Məhkum1 onun narazı qaldığını görüb ona pulların aylıq xərcləndiyinə dair sənədlər vermişdir. Bütün arayışlar ona oktyabr ayında verilmişdir. Həmin arayışlara baxdıqda onların eyni formada, eyni gündə yazılmasını müəyyən etmiş, lakin bu sənədlər müxtəlif tarixlərə rəsmiləşdi rilmiş, dayısı ilə Məhkum1 həmin arayışları birlikdə tərtib etmişlər. Bu səbəbdən o, etirazını bildirmiş, Məhkum1 və Məhkum2ə mübahisələri olmuşdur. O, dərhal dayısı ilə Məhkum2in arasında bağlanmış müqavilənin ləğv edilməsini və onunla bina sahibi arasında bağlanmasını tələb etmişdir. Təqsirləndirilən şəxs2 isə ancaq onunla özü arasında 11 iyun 2015-ci il tarixə müqavilə bağlamışdır. Həmin vaxt onlar müqaviləni notarial təsdiq etmək üçün notariusa getdikdə notarius həmin əmlakın yüklü olduğunu demişdir. O, həmin vaxt binanın əsl sahibinin İlqar adlı şəxsin anası X5 olduğunu, Məhkum1ın ancaq icarədar olduğunu bilmişdir. O, artıq aldadıldığını anlamış, buna görə də Məhkum1dan işlərin tamamlanmamasının səbəbini soruşduqda, Məhkum1 əlavə olaraq 200.000 ABŞ dollarına ehtiyac olduğunu bildirm işdir. O, bunun absurd olduğunu və klinikanın təmirinə artıq 334.000 min ABŞ dolları məbləğində pul sərf etdiyini, bundan əlavə həmin nağd pulu əldə etmək üçün təcili olaraq Moskvadakı evini və digər əmlakını ucuz qiymətə satdığını və nəticədə ona əlavə olaraq 118.000 ABŞ dolları məbləğində ziyan dəydiyini bildirərək pulunu tələb etməyə başlamışdır. O, pulu nağd qaydada verdiyi üçün sənəd almağı fikirləşmiş, 28 oktyabr 2015-ci il tarixdə Məhkum1 müvafiq akt tərtib etmiş və tərəfindən klinikanın 2 və 3-cü mərtəbələrində təmir işlərinin aparılması, avadanlığın və tikuinti materiallarının alınması üçün 448.270 ABŞ dolları məbləğində pul vəsaitinin sərf edildiyini qeyd etmiş, aktı hər ikisi imzalamışlar. Həmin vaxt dayısı və İlqarın qardaşı Şahin də iştirak etmişlər. Salamat ona həmin pulu tez liklə qaytaracağını demişdir. 25 mart 2016-cıil tarixdə İlqar özü Masallı rayonuna gələrək onunla görüşmüş və həmin görüş zamanı 330.000 ABŞ dollarını 6 ay ərzində qaytaracağını demişdir. 03 aprel 2016-cıil tarixdə İlqar ona zəng edərək əcəb edib ona atdığını bildirmiş, xeyli vaxt keçməsinə baxmayaraq onun pulu qaytarılmamış, buna görə də aldadıldığını anlamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, X5 ilə icarədar Təqsirləndirilən şəxs2 arasında bağlanmış 20 iyul 2014-cü il tarixli müqavilədə müqavilə predmetinin – “Ozon” klinikasının binsının 2 və 3-cü mərtəbələr də daxil olmaqla, 5 il müddətinə icarəyə verilməsi göstərilsə də, 04 yanvar 2016-cı il tarixdə onlar arasında bağlanmış müqavilənin predmetini kimi isə yalnız binanın 1-ci mərtəbəsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət təqibinin bütün mərhələlərində zərərçəkmiş Zərərçəkmiş şəxs öz ifadələrində göstərdiyi halları inkar etsələr də, həmin hallar işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və ekspertiza rəyləri ilə də tam təsdiq edilir. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının 22 yanvar 2018-ci il tarixli rəyindən görünr ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC və "Ozon" klinikası ilə cavabdeh, 2-ci iddia tələbi üzrə iddiaçı Zərərçəkmiş şəxs arasında 11 iyun 2015-ci il tarixdə müqavilənin bağlanmasından sonra qeyri-yaşayış sahəsinin 2-ci və 3-cü mərtəbələrində yerinə yetirilmiş tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 160830,5 manat məbləğində müəyyən olunur. Ekspertizaya təqdim olunmuş STAR-İ company şirkətinin verdiyi sənədlərə əsasən, təklif olunmuş lift 2 ədəd olmaqla ümumi dəyəri 109900,0 manat məbləğində müəyyən olunur. Lakin həmin liftlər quraşdırılmadığı və başqa yerdə saxlandığı üçün, liftlərin son nəticədə dəyəri məhkəmə tərəfindən müəyyən oluna bilər. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi X17 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Əlizadə Əmirulla Əlibaxış oğlu tərəfindən verilmiş vəsatət təmin edilərək iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertzası təyin edilərək ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - məhkəmə-mühasibatlıq ekspertizası üzrə - cinayət işi üzrə maddi sübut kimi tanınmış hesabatlar üzrə 07 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015-ci il tarixədək olan müddətlər ərzində verilmiş pul vəsatilərinin dəqiq cəmi və xarici valyutada verilmiş pul vəsaitlərinin həmin dövrdə manata münasibətdə dəqiq miqdarı nə qədərdir? - sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək verilən pul vəsaitlərində 8460 ABŞ dolları pul vəsaiti işin istintaqını aparan orqan tərəfindən təkrar hesablanmışdırmı? - məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə - “Ozon” klinikasında quraşdırılmış liftlərin şaxtasının hazırlanmasına, liftlərin karkazlarının quraşdırılmasına və quraşdırılmış bir ədəd liftin üst örtüyünün çəkilməsinə ayrı-ayrılıqda çəkli miş material və usta haqqı xərcləri nə qədərdir? Liftin elektrik sabitləşdiricisinin dəyəri nə qədərdir? - “Ozon” klinkasının layihə sənədlərinin təsdiq edilməsinə nə qədər xərc çəkilmişdir? - “Ozon” klinikasının 2-3-cü mərtəbələrində divar xətləri boyunca mərkəzi oksigen sisteminin çəkilməsinə nə qədər vəsiat xərclənmişdir? Bu sullara cavab olaraq verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyun 2022-ci il tarixli 9/1104 saylı rəyinə görə, cinayət işi üzrə maddi sübut kimi tanınmış hesabat sənədlərinə əsasən (cild-2, səh-16-22) verilmiş pul vəsaitləri 07 iyun 2015-ci il tarixdən 04 avqust 2015-ci il tarixədək 146.000,00 ABŞ dolları və 1.500,00 manat, 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək 34.000,00 ABŞ dolları, 01 oktyabr 2015-ci il tarixdən 05 oktyabr 2015-ci il tarixədək 30.000,00 ABŞ dolları və 1.250.00 manat olmaqla ümumilikdə 210.000,00 ABŞ dolları (Mərkəzi bankın məzənnəsinə əsasən 220.245,52 manat) və 2.750,00 manat məbləğində müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında 11 avqust 2015-ci il tarixdən 29 avqust 2015-ci il tarixədək verilən pul vəsaitlərində 8460 ABŞ dolları pul vəsaiti işin istintaqını aparan orqan tərəfindən təkrar hesablanmışdır. Eyni zamanda məhkəmə-əmtəəşünaslıq ekspertizasının13 iyun 2022-ci il tarixli 10/1092 saylı rəyində müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınaraqa Masallı rayonu, H.Əliyev prospektində inşa edilmiş (“Ozon” klinikası) üzrə lift şaxtasının, həmçinin binanın qarşısındakı şaxta çalasının inşa olunması ilə əlaqədar yerinə yetirilmi ş tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 31.200,0 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunmuş qaimə sənədinə əsasən liftin elektrik sabitləşdiricisinin dəyəri 4500,0 manat məbləğində müəyyən olunmuşdur.Qeyd olunan məbləğ rəyə əlavə edilmiş smetada əks olunmuşdur. Tədqiq olunan binanın 2-ci və 3-cü mərtəbələrindəki otaqlara çəkilmiş mərkəzi oksigen sisteminin boruları gizli şəkildə, yəni suvaqaltı çəkildiyindən, eləcə də həmin boruların çəkilməsi sxemi təqdim edilmədiyindən, boruların hansı istiqamətdə aparıldığını və bununla əlaqədar görülmüş işlərin və sərf edilmiş materialın həcmini, eyni zamanda həmin işlərin görülməsinə nə qədər vəsait xərcləndiyini müəyyən etmək mümkün olmadı. Müdafiəçilər Ə.Ə.Əlizadə və A.T.Layıc kassaiya şikayətlərində məhkəməəmtəəşünaslın eksper tizasının rəyin əsaslanaraq 31.200 manat məbləğin Zərərçəkmiş şəxs vurulmuş zinaya hesablanmalı olmasını, yəni məhkumların təqsirli bilindikləri ittihamdan xaric edilməli olmasını iddia etsələr də, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən əsasən bu iddianın əsassız olması barədə qənaətə gəlir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahid X13 ifadələrindən görünür ki, “Ozon” klinikasında iki ədəd liftlərin quraşdırılması quraşdırılması üçün şaxta çalalarının inşa olunması ilə əlaqədar tikinti-quraşdırma işlərini o, yerinə yetirmiş və bunun üçün ona cəmisi 7000 manat pul vermişdir. Bu işləri başa çatdrdıqdan sonra liftlərdən yalnız biri quraşdırılmış, digər lift isə klinikanın qarşısında yerləşən başqa obyektə satılaraq həmin obyektdə quraşdırılmışdır. X4 məhkəmə iclasında göstərmişdir ki, “Ozon” klinikası ilə üzbəüz yerləşən obyekt ona məxsusdur və o, həmin obyektdə quraşdırılması üçün Təqsirləndirilən şəxs2 45.000 manata bir ədəd lift almış, pulu isə bilavasitə sonuncuya vermişdir. Şahidlər X13un və X4un ifadələrində göstərdikləri halları həmçinin məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təsdiq edərək liftin satılması barədə Zərərçəkmiş şəxs məlumatlandırmalarını bildirsələr də, sonuncu bunu inkar etmiş və eyni zamanda liftin satılması nəticəsində əldə olunmuş pulun ona qaytarılmamasını göstərmişdir. Liftin satılması nəticəsində əldə etdiyi pulu Zərərçəkmiş şəxs verməsini Təqsirləndirilən şəxs2 da bildirməmişdir. Göründüyü kimi, həm təhlil olunan, həm də digər sübutlarla mübahisəsiz olaraq təsdiq edilir ki, iki ə dəd liftin alınması üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 88.898 (səksən səkkiz min səkkiz yüz doxsan səkkiz) manat məbləğində pul sərf etmiş (bu məbləğ məhkum olunmuş həxslərə elan olunmuş itihama daxil edilməmişdir), sonradan həmin liftlərin quraşdırılması üçün nəzərdə tutulmuş şaxta çalalarının inşa edilməsi üçün X13a, ekspertiza rəyində göstərildiyi kimi, 31.200 manat deyil, cəmisi 7.000 manat məbləğində pul verilmiş və eyni zamanda liftlərdən birinin satılması nəticəsində əldə olunmuş 45.000 manat məbləğində pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmamışdır. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq müdafiəçilərin iddia etdikləri 31.200 manat məbləğində pulun “Ozon” klinikasında görülmüş təmir-q uraşdırma işlərinin görülməsinə və müxtəlif avadanlıqların və tikini materialların alınmasına sərf olunmuş pul vəsaitinə hesablamamış və həmin məbləği Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihama əsasən mənimsədikləri pul vəsaitindən çıxmamışlar. Daha sonra məhkəmə kolleiyası qeyd edir ki, kassasiya şikayətlərində əsasən yuxarıda təsvir edilən ekspertiza rəylərinin mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də, məhkəmə kollegiyasının qənaəinə görə, qeyd edilən rəylərin və ekspertlərin ifadələrinin şübhə altına alınması və onların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Həmçinin, yuxarıda istinad olunan ekspertiza rəylərini qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs bu rəylə bağlı kassasiya şikayətinin dəlillərinə cavab olaraq vurğula yır ki, həmin rəyə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənimsədikləri pul vəsaitinin məbləği hesablanarkən 8640 (səkkiz min altı yüz qırx) ABŞ dolları, yəni 8883 (səkkiz min səkkiz yüz səksən üç) manat məbləğin artıq olması müəyyən edildiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin məbləği məhkumların təqsirli bilindikləri ittihamdan xaric etmiş, mənimsənilmiş pul vəsaitinin miqldarını isə 50249,4 (əlli min iki yüz qırx doqquz) ABŞ dolları 4 (dörd) sent, yəni həmin dövrün məzənnəsi ilə 52761 (əlli iki min yeddi yüz altmış bir) manat 50 (əlli) qəpik həcmində müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs təhlil edilən məsələ ilə bağlı dəlillərini qəbul edilməz sayaraq və onun kassasiya şikayətinin bu h issədə təmin edilməsini mümkün bilmir. Göründüyü kimi, birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında onlara etibar edilmiş özgənin külli miqdarda əmlakını - 52761 (əlli iki min yeddi yüz altmış bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəmə yolu ilə talaması tamamilə sübuta yetirildiyindən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçilər A.T.Layıcın və Ə.Ə.Əlizadənin kassasiya şikayətlərində göstərdikləri dəlillər də heç bir sübutla təsdiq olunmur və həmin dəlillər məhkum olunmuş şəxslərin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş cəza tədbirinin onların törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə şəxsiyyətlərinə uyğun olmaması və onların haqqında əsasız olaraq CM-0nin 62-ci maddəsinin tətbiq edilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onların törətdikləri cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 179.3.2-ci maddəsin sa nksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalıdır. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun bir çox qərarlarında ifadə etdiyi hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun cəza təyini ilə bağlı məhkəmələrə ünvanlanmış izah və tövsiyələ ri tələb edir. Yalnız bu tələb və tövsiyələrə əməl olunmadan təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətsiz və qanunsuz hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayət in xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şə xsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahi yyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələri nin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlə rdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun is lah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlə r. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Qanunvericiliyin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun Qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası törədilmiş cinayətin halları ilə yanaşı məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza tədbirinin seçilməsi zamanı məhkəmələrinin (xüsusən də birinci instansiyası məhkəməsinin) əsaslandıqları hallara da müraciət etməyi zəruri bilir. Belə ki, hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkumlar Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, hər birisinin barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə onlara azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edən birinci instansiyası məhkəməsi hökmdə məhkum olunmuş şəxslərin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.1.14 və 59.2-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunması, dəymiş ziyanın çox hisəsini ödəməsini və ilk dəfə məhkum olunmasını, həmçinin Təqsirləndirilən şəxs2 da yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini, dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndiriərək həm bu halları, həm də CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyn edilməməsini nəzərə a lmış, məhkəmənin əsaslandığı hallar isə CPM-nin 139.05-ci maddəsinin tələblərinə uyğun olaraq toplanmış sübutlarla təsdiq edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan 03 noyabr 2020-ci il tarixli ödəniş tapşırığı qəbzindən görünür ki, 30.822 (otuz min səkkiz yüz iyirmi iki) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün AZ57CTRE******************** VÖEN ********** saylı depozit hesabına qoyulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş 06 noyabr 2020-ci il tarixli ödəniş tapşırığı qəbzinə əsasən, 15.000 (on beş min) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi üçün AZ57CTRE******************** VÖEN ********** saylı depozit hesabına qoyulmuşdur Məhkəmə kolle giyası hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandığı halların məcmusu, apellyasiya instansiyası məhkəməsinin isə həmin halların cəza təyini zamanı nəzərə alınması barədə həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşması yalnız özgə əmlakının mənimsənilməsi cinayətini törətməkdə təqsirli bilinərək ilk dəfə məhkum olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istər bu cinayəti törədənədək, istərsə də bundan sonra müsbət davranışlarından və eyni zamanda cinayət əməllərini törətməyə meylli şəxslər olmamalarından, digər tərəfdən isə onların barəsində tətbiq edilmiş cinyət-hüquqi xarakterli tədbirin məhkum olunmuş şəxslərin islah oluna bilmələrinə xidmət edəcəyindən xəbər verir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Şikayətin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxs öz şikayətində bu məsələlərlə bağlı heç bir əsaslı dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayətində istinad etdiyi halların ümumilikdə cəzanı ağ ırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmişdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud d eyil. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiqi barədə kassasiya şikayətinin əsas dəlilnə gəldikdə, məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlük əliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göst ərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəli lik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan a z olmamaqla təyin oluna bilər. Şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında azadlıqdan məhrum etmədən daha yüngül cəza növü olmadıqda və şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza vermək zərurəti yarandıqda belə cəza növü CM-nin 53-cü maddəsi xatırlanmadan birbaşa CM-nin 62-ci maddəsinə istinad edilməklə təyin oluna bilər. CM-nin 62-ci maddəsinin tələbləri, mənası və yuxarıda göstərilən qaydada təfsiri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş üzrə sübutlar əsasında müəyyən edilmiş halları, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələr indəki hökm qanuni qüvvəyə minənədək hər hansı başqa qeyri-qanuni əməllər törətməmələrini, törətdikləri cinayət əməli nəticəsində heç bir ağır, qarşısı alınmaz nəticənin baş verməməsini, eyni zamanda onların özlərinin də ictimai təhlükəli şəxslər olmamaların nəzərə alaraq məhkum olunmuş şəxslərin barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın (azadlığın məhdudlaşdırılması növündə) təyin edilməsi haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Beləliklə, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin təhlil edilən məsələ ilə bağlı da dəlilləri ilə razılaşmayaraq və onları qəbul edilməz sayaraq, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPMn in 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verilməməsini qeyd edərək bütövlükdə həmin şikayətin də təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının isə ləğv edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçilərinin və zərər çəkmiş şəxsin kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətlərin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, müdafiəçilər Ə.Ə.Əlizadənin və A.T.Layıcın kassasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin isə təmin edilməsi barədə isə sonuncunun və onun nümayəndəsi N.Q.İsmayılovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şə xs1 və Təqsirləndirilən şəxs2, hər birisinin CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Layıc Aqil Tacir oğlunun, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Əlizadə Əmirulla Əlibaxış oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Hamdulla oğlunun kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli qərarı həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar