Məhkəmə qərarları › İş №1(102)-713/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-713/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-713/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2, bəraət almış şəxs X11 və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 1(103)-1687/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Aynurə Sadıqova) 31 may 2024cü il tarixli 1(001)-30/2024 nömrəli hökmü ilə 06 noyabr 1992-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə bəraət verilmişdir. İşin halları: İstintaq orqanın mövqeyinə görə X18 12 fevral 2023-cü ildə saat 18:20 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində İdarə etdiyi QAZ-33021 yük markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə iki zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X21» Azərbaycan Respublikası Qanununun 50-cİ maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun Bakı şəhəri istiqamətinə olan his səsinin sağ kənarındakı səki ilə əvvəlcədən ləngərləyərək addımlayan, bir an dayanan, ardından ləngərləyərək yolun hərəkət hissəsinə addım atıb yıxılaraq uzanıqlı vəziyyətdə qalmış, ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra isə orta dərəcəli alkoqol sərxoşluğu və uzanıqlı vəziyyətdə olan 1971-ci il təvəllüdlü X3 üzərindən idarə etdiyi avtomobillə keçmiş, nəticədə ehtiyyatsızlıqdan X5 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərə qansızma ilə müşayiət olunan ənsə sümüyünün kəllə əsasına keçən çox qəlpəli sınığı, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağdan İİ-V qabırğaların sınığı, ənsə və ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralan, alın nahiyəsinin, burun belinin, sağ və sol yanaq nahiyələrinin, sağ dir sək oynağı nahiyəsinin, sol said nahiyəsinin sıyrıqları və üst dodağın səthi əzilmiş yarası xəsarətlərim yetirməklə ölümünə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynov) 14 oktyabr 2024-cü il tarixli 1(103)-1687/2024 tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 1(001)-30/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı3 Ağakərim oğlu kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 1(103)-1687/2024 tari xli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 etibranamə üzrə nümayəndəsi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli 1(103)-1687/2024 nömrəli qərarının ləğv edilməsini, iş üzrə X9 Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi üzrə məhkum olunmasını, X12 qarşı verilmiş mülki iddianın təmin edilməsini, əlavə olaraq vəkilin xidmətləri üçün ödənilmiş 700 manat və apellyasiya və kassasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat məbləğində vəsaitin mülki cavabdeh X8 tutularaq mülki iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin d əlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 16 mart 2023-ci il tarixli rəyində göstərilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində QAZ- 33021 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən 23 iyun 2023-cü il tarixdə təyin edilmiş təkrar kompleks məhkəmə-yol nəqliyyat hadisələri və video texniki ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 4/1291 saylı rəyindən görünür ki, 01 ədəd DVD-R diskdə qeydə alınmış videoyazıdakı görüntülərə görə X1 sərxoş halda səndələyərək avtomobil yoluna daxil olmasından neçə saniyə sonra X9 idarə etdiyi “Qaz33021” markalı yük avtomobili tərəfindən vurulmasını və digər hərəkət parametrlərini müəyyən etmək mümkün olmamış, məhkəmə tərəfindən tədqiq olunmuş məlumatlara əsasən QAZ-33021 markalı avtomobilin sürücüsü X9 “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Habelə, birinci instansiya məhkəməsi tərəfindən 29 noyabr 2023-cü il tarixdə təyin edilmiş təkrar məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 16 yanvar 2024-cü il tarixli 8/3753 saylı ekspert rəyində göstərilmişdir ki, hərəkət üçün təhlükənin 1,5 saniyə davam etməsi hadisə mexanizminə uyğun deyildir, reallıqda həmin vaxt 1,5 saniyədən böyük olmuşdur, istintaq tərəfindən müəyyən edilmiş hərəkət üçün təhlükə yaranan andan QAZ33021 markalı avtomobillə piyadanın vurulmasına kimi 3 saniyə vaxtın keçməsinə uyğun tədqiqat aparılaraq nəticəyə gəlinmişdir ki, QAZ-33021 markalı avtomobilin sürücüsü X9 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən 12 fevral 2024-cü il tarixdə yenidən təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 mart 2024-cü il tarixli 8/625 saylı ekspert rəyində göstərilmişdir k i, 1,5 saniyə müddətində göstərilən şəraitdə QAZ- 33021 markalı avtomobilin sürücüsü X9 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Həmçinin, həmin rəydə iş üçün əhəmiyyətli hal olması nəzərə alınmaqla CPM-in 97.6.4-cü maddəsinin tələblərini rəhbər tutmaqla ekspertin təşəbbüsü ilə göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükə yaranan andan yəni, piyadanın yolun hərəkət hissəsinə daxil olduğu andan QAZ- 33021 markalı avtomobil ilə piyadanın vurulmasına kimi 1,5 saniyə vaxtın keçməsi məhkəmə tərəfindən müəyyən edilmiş məlumata və real hadisə mexanizminə uyğun deyildir və reallıqda təhlükə yaranan andan QAZ-33021 markalı avtomobil ilə piyadanın vurulmasına k imi 1,5 saniyədən daha böyük vaxt keçmişdir. İstintaq tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan andan QAZ-33021 markalı avtomobillə piyadanın vurulmasına kimi 3 saniyə vaxtın keçməsinə şəraitində QAZ-33021 markalı avtomobilin sürücüsü X9 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi, iş üzrə yol-nəqliyyat hadisələrinə dair 4 dəfə məhkəmə ekspertizası təyin edilmiş və hər dəfəsində ekspert X9 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması qənaətinə gəlmişdir. Bundan başqa, cinayət işinin ibtidai istintaqını aparan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X19 birinci instansiya məhkəməsində aparılan icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, təhlükənin yaranma anı piyadanın ləngərləməyə başladığı andan yaranır, çünki qanunun tələbinə görə sürücü dəyişən yol şəraitindən daim diqqətini yayındırmamalı, təhlükəni gördüyü təqdirdə əyləcə basmalı, nəqliyyat vasitəsini tam dayandırmasa belə, hadisənin qarşısını bir qədər almaq məqsədilə sürəti azaltmalıdır. Odur ki, videogörüntünü təhlil edərkən sürücü Kamran Nəsibov üçün təhlükənin yaranma anını piyada X3 ləngərləyərək yıxılmağa başladığı andan 3 saniyə sonra onun vurulması qənaətinə gəlmişdir. Lakin, məhkəmələr heç bir hüquqi əsas olmadan əsassız olaraq ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi qəbul edilmiş yuxarıda qeyd olunan xüsusatlara ümumiyyətlə əhəmiyyət verməmiş, həqiqiliyi şübhə doğurmayan və əldə edilmə qaydası cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olan həmin sübutlara lazımi qiymət verməmişdir. Göründüyü kimi, cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlü k verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışlar. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırkı yekun qərarı qəbul edərkən cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən işdəki sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş işdə Kamran Nəsibovun təqsirliliyinə dair mötəbər dəlillər və kifayət qədər sübutların olmasına baxmayaraq, həm birinci instansiya məhkəməsi, həm də apel lyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmiş, əsassız olaraq bəraət hökmü çıxarılmışdır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən 16 mart 2023-ci il, 27 sentyabr 2023-cü il, 16 yanvar 2024-cü il və 28 mart 2024-cü il tarixli 4 ekspertiza rəyində “QAZ 33021” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması, müdafiə tərəfinin iddiasının əksinə olaraq, hərəkət üçün təhlükənin 1,5 saniyə davam etməsinin real hadisə mexanizminə uyğun olmadığı, reallıqda həmin vaxtın 1,5 saniyədən böyük olduğu qənaəti öz əksini ta pmışdır. Həmçinin birinci instansiya məhkəməsinin ayrı-ayrı iclaslarında ekspertiza rəyləri üzrə dindirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin ekspertləri - X13 və X14 ekspertiza rəylərinə uyğun ifadələr vermiş, təqsirləndirilən şəxsin nəqliyyat vasitəsini piyadaya çatmağa 8,1 metr qalmış saxlamaq imkanının olduğunu bildirmişlər. Vüsal Həbibli birinci instansiya məhkəməsində aparılan icraat zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücü nəqliyyat vasitəsini idarə edən zaman təhlükəli vəziyyətə hər an hazır olmalı, eyni zamanda səkidə sərnişin olarsa, hər hansı bir təhlükənin yaranma ehtimalını fikirləşməlidir. Cinayət işinin ibtidai istintaqını aparan Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat ha disələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X19 birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadədə bildirmişdir ki, təhlükənin yaranma anı piyadanın ləngərləməyə başladığı andan başlayır, çünki qanunun tələbinə görə sürücü dəyişən yol şəraitində daim diqqətini yayındırmamalı, təhlükəni gördüyü təqdirdə əyləcə basmalı, nəqliyyat vasitəsini tam dayandırmasa belə, hadisənin qarşısını almaq məqsədilə sürəti bir qədər azaltmalıdır. Odur ki, videogörüntünü təhlil edərkən sürücü Kamran Nəsibov üçün təhlükənin yaranmasını piyada X3 ləngərləyərək yıxılmağa başladığı andan hesablamış və 3 saniyə sonra onun vurulması qənaətinə gəlmişdir. Lakin hər iki instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan ibtidai istintaq orqanı tərəfindən sübut növü kimi q əbul olunan və həqiqiliyi şübhə doğurmayan yuxarıda qeyd olunan xüsusatlara, ümumiyyətlə, əhəmiyyət verməmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən əldə edilən və əldə edilmə qaydası cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olan həmin sübutlara lazımi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həm cinayət işi üzrə ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə edilmiş ekspert rəylərini sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində videomateriallara baxış keçirilən zaman aydın olunmuşdur ki, X7 yolu keçmək üçün piyada səkisində, bardürün qarşısında 3 saniyə yox, xeyli müddət dayanmışdır. Onun yolu keçmək üçün dayanması isə artıq təhlükənin yaranma anı kimi tövs if edilməlidir. Daha sonra X7 yolun hərəkət hissəsinə bir neçə addım ataraq yıxılmış və Nəsibov Kamran yük avtomobili ilə onun üzərindən keçmişdir. Lakin məhkəmə videomateriallarda əks olunan təhlükənin yaranma anını müəyyən etməyə imkan verən bu mühüm faktı nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. "Hadisənin baş verməsini əks etdirən” görüntüdən təhlükə anının piyadanın ləngərləyərək, səkinin bardürünə yaxınlaşdığı və orada bir neçə saniyə dayandığı vaxtdan başlandığı aydın görünür. Həm görüntüdən, həm də məhkəmənin sübut kimi qəbul etdiyi təqsirləndirilən şəxsin əlavə dindirilməsi zamanı, eyni zamanda məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən aydın olur ki, yolun sol zolağında ötmə əməliyyatı edən nəqliyyat vasitəsinə yol verərkən avtomobilin sol güzgüsünə baxan Kamran Nəsibov diqqətini daxil olacağı zolaqdan, həmin zolaqdakı dəyişən yol şəraitindən yayındırmış, bu səbəbdən təhlükə anını qabaqcadan görmək imkanı olduğu halda bunu etməmiş, nəticədə ağır yol- nəqliyyat hadisəsi törətmi şdir. Avtomobili saxlamaq üçün əyləcdən istifadə etməməsi də onun diqqətinin yolda olmadığına sübutdur. Bununla da X18 "X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Həmin hadisə üzrə 4 dəfə təyin edilmiş məhkəmə yolnəqliyyat hadisələrinə dair ekspertiza rəyləri də bunu təsdiq edir. Buna görə də təqsirləndirilən şəxs X9 verdiyi ifadələr təqsirsizliyi üçün deyil, digər sübutlarla birlikdə onun cinayət əməlinin ifşası üçün sübut kimi qəbul edilməlidir. Lakin hər iki instansiya məhkəməsi toplanmış sübutlara və təqsirləndirilən şəxsin ifadələrinə düzgün qiymət verməmiş, bu sübutlar əsasında ittihamedici deyil, bəraət hökmü çıxarmışdır. Beləliklə, bütün bu hallar, eyni zamanda bütün ekspert rəyləri sübut edir ki, hadisənin qarşısını almaq üçün Ka mran Nəsibovun texniki imkanının olmaması ondan asılı olmayan səbəbdən deyil, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməsindən qaynaqlanımış və bu əməl (hərəkət və ya hərəkətsizlik) Kamran Nəsibovun cinayətkarcasına etinasızlığı nəticəsində baş vermişdir. Bütün bunlara baxmayaraq, o cümlədən cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin əsassız olduğunu sübut edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamam toplanmış sübutları qeyri-obyekt iv qiymətləndirməklə, müdafiə tərəfinin təqdim etdiyi əsassız iddialara üstünlük verməklə, işə obyektiv baxılmasını təmin etməyərək, ədalət mühakiməsi funksiyasından kənara çıxaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 1(001)-30/2024 saylı hökmünü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə c inayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə istintaqı nəticəsində X12 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində və kassasiya şikayətində qeyd olunmuşdur ki, X9 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə sübutlarla tam təsdiq olunmuş, lakin məhkəmələr həmin sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdid i altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. İstintaq orqanı tərəfindən K.N.Nəsibova qarşı Azərbaycan Respublikası CM-in 263.2ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin dispozisiyasından aydın olur ki, avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göründüyü kimi CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət maddi tərkiblidir. Onun obyektiv tərəfi ictimai təhlükəli hərəkətlərdən və ictimai təhlükəli nəticələrdən ibarətdir. Cinayət tərkibinin yaranması üçün ictimai təhlükəli hərəkətlər və baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X21” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X21” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanı lmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riay ət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Yuxarıda göstərilən qanun normalarından belə nəticə çıxır ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmü yalnız məhkəmə iclasında tədqiq edilmiş, mötəbər və şübhə doğurmayan sübutlarla onun avtomobili və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını təqsirli surətdə pozması və bu pozuntunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halları müəyyən edildikdə çıxarıla bilər. İstintaq orqanı tərəfindən nəticəyə gəlmişdir ki, K.N.Nəsibov QAZ-33021 markalı avtomobili idarə edərkən “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini təqsirli olaraq pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş və bunun nəticəsində səkidən yolun hərəkət hissəsinə yıxılmış piyada zərərçəkmiş şəxs M.Z.Ramazanovun üzərindən idarə etdiyi avtomobil ilə keçərək sonuncuya ölümlə nəticələnən bədən xəsarətləri yetirmişdir. Belə ki, “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İstintaq orqanı K.N.Nəsibovun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə yol nəqliyyat hadisələrinin və məhkəmə tibbi ekspertizalarının rəyləri, hadisə yerinə baxış keçirilməsi və digər istintaq hərəkətlərinin protokolları, SD diskə köçürülmüş videogörüntü, habelə digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, istintaq orqanı tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsinin mexanizmi, yəni K.N.Nəsibovun idarə etdiyi avtomaşının yol boyu səki ilə hərəkət etmiş və yolun hərəkət hissəsinə yıxılmış zərərçəkmiş şəxsin üzərindən keçməsi, habelə zərərçəkmiş şəxsin bunun nəticəsində alınmış bədən xəsarətlər indən ölməsi sübutlarla təsdiq olunmuş və şübhə doğurmur. Bununla yanaşı məhkəmə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxsin yolun hərəkət hissəsinə yıxılmasından sonra K.N.Nəsibovun avtomobili saxlamaq imkanının olması mötəbər sübutlarla təsdiq olunmur. İşin bu halı K.N.Nəsibov tərəfindən “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Ona görə də məhkəmə hesab etmişdir ki, K.N.Nəsibovun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsiri sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə əsasən baxın birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuna uyğun hesa b etmiş, kassasiya protestini və kassasiya şikayətini təmin etməmişdir. Kassasiya protestində və kassasiya şikayətində qeyd edilmişdir ki, K.N.Nəsibov tərəfindən “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması sübutlarla təsdiq olunur. Məhkəmələr əsassız olaraq nəticəyə gəlmişlər ki, K.N.Nəsibovun zərərçəkmiş şəxs səkidən yolun hərəkət hissəsinə yıxılandan, yəni təhlükə yaranandan sonra idarə etdiyi avtomobili saxlamaq imkanının olması mötəbər sübutlarla müəyyən olunmamışdır. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizalarının rəyləri ilə müəyyən edilmişdir ki, K.N.Nəsibovun vaxtında tormozlama tətbiq edərək zərərçəkmiş şəxsin üzərindən keçməsinin qarşısını alm ağa texniki imkanı olmuşdur. Lakin məhkəmələr heç bir əsas olmadan həmin ekspert rəyini şübhə altına alaraq mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır və məhkəmələrin ekspert rəylərinin qiymətləndirməsinə dair mövqeyini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinin tələblərinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 16 mart 2023-cü il tarixli 8/537 №-li rəyini tədqiq edib qiymətləndi rərək müəyyən etmişdir ki, rəy istintaq orqanı tərəfindən həmin ekspertiza təyin edilməsi barədə qərarda verilmiş məlumatlara əsasən keçirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin səkidən yolun hərəkət hissəsinə addımlayaraq yıxılmağa başladığı andan 3 saniyədən sonra onun üzərindən K.N.Nəsibovun idarə etdiyi avtomobil keçmişdir. Cinayət işinin materiallarından görünür ki, sürücü K.N.Nəsibov üçün təhlükənin yaranması anı ilə hadisənin baş verməsi arasında 3 saniyənin keçməsi barədə istintaq orqanı tərəfindən ekspertə təqdim edilmiş məlumatın yeganə mənbəyi (sübutu) təhqiqatçı tərəfindən müstəntiqin mobil telefonuna “WhatsApp” proqramı ilə göndərilmiş hadisənin baş vermə mexanizmi əks etdirən görüntüyə baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldur. Belə ki, həmin baxış protokolunda müstəntiq qeyd etmişdir ki, görüntüyə baxış keçirməsi zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin səkidən yolun hərəkət hissəsinə addımlayaraq yıxılmağa başladığı andan 3 saniyədən sonra onun üzərindən K.N.Nəsibovun idarə etdiyi avtomobil keçmişdir. Lakin birinci instansiya məhkəməsi həmin görüntüyə bilavasitə baxış keçirərək müəyyən etmişdir ki, zərərçəkmiş şəxsin yolun hərəkət hissəsinə yıxılması ilə onun üzərindən QAZ-el markalı avtomobilin keçməsi arasında vaxt fərqi 3 saniyə deyil, 1,5 saniyə təşkil etmişdir. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessu al qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Birinci instansiya məhkəməsi CPM-in 267.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ekspertin rəyini əsaslandığı sübutlar qeyri-mötəbər olduğundan cinayət işi üzrə təkrar kompleks məhkəmə yol nəqliyyat hadisələri və videogörüntünün ekspertizasını təyin etmişdir. Kompleks məhkəmə yol nəqliyyat hadisələri və video texniki ekspertizasının 27 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş videogörüntünün fokusu dəyişdirilən və tərpənən yazı qurğusu vasitəsi ilə ilkin videoyazısının redaktor proqramı vasitəsi ilə oxutmaqla ekranın çəkilməsi üsulu ilə əldə olunduğundan həmin videogörüntü üzrə zərərçəkmiş şəxsin avtomobil yoluna daxil olmasından neçə saniyə sonra K.N.Nəsibovun idarə etdiyi avtomobil tərəfində n vurulması müəyyən etmək mümkün olmamış, təhlükə yaranan andan nəqliyyat vasitə ilə vurduğu ana qədər 3 saniyə keçdiyi halda K.N.Nəsibovun “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Birinci instansiya məhkəməsi 27 sentyabr 2023-cü il tarixli ekspertizanın yol nəqliyyat hadisələrinə aid hissəsi məhkəmə tərəfindən mötəbər olmayan hesab edilmiş məlumatlara əsaslandığı üçün CPM-in 267.2-ci maddəsinin tələblərinə uyğun olaraq təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin etmiş, ekspertlərin qarşısında sürücü K.N.Nəsibov üçün təhlükə yaranan andan nəqliyyat vasitə ilə zərərçəkmişi vurduğu ana qədər 1,5 saniyə keçdiyi halda onun “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması məsələsinin müəyyən edilməsini xahiş olunmuşdur. Lakin ekspert məhkəmə tərəfindən təqdim edilmiş məlumatların (1,5 saniyə) real hadisə mexanizminə uyğun olmadığını qeyd edərək həmin sual üzrə tədqiqat aparmamış və yenidən, sürücü K.N.Nəsibov üçün təhlükə yaranan andan nəqliyyat vasitəsi ilə zərərçəkmiş şəxsi vurduğu ana qədər 3 saniyənin keçdiyini əsas götürərək, onun hadisənin qarşısını almaq üçün texniki imkanının olub-olmamasına dair 16 yanvar 2024-cü il tarixli, 8/3753 nömrəli rəy vermişdir. Qeyd olunmalıdır ki, rəydə ekspertin məhkəmə tərəfindən təqdim edilmiş məlumatların (1,5 saniyə) hadisənin real gedişatına uyğun olmaması barədə gəldiyi nəticəni əsaslandıra biləcək hər hansı bir sübuta və ya texniki hesabatlara istinad edilməmişdir. Birinci instansiya məhkəməsi ekspertizanın 16 yanvar 2024-cü il tarixli rəyi yuxarıda qeyd edilmiş səbəblərə görə mötəbər olmayan məlumatlara əsaslandığı üçün CPM-in 267.2-ci maddəsinin tələblərinə uyğun olaraq təkrar məhkəmə yol nəqliyyat hadisələrinin ekspertizası təyin etmişdir. Ekspertiza təyin edilməsi barədə qərarda ekspertin qarşısında sürücü K.N.Nəsibov üçün təhlükə yaranan andan nəqliyyat vasitə ilə zərərçəkmişi vurduğu ana qədər 1,5 saniyə keçdiyi halda onun “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması məsələsinin müəyyən edilməsini xahiş olunmuşdur. Məhkəmə yol nəqliyyat hadisələrinin ekspertizasının 2 8 mart 2024-cü il tarixli rəyinə əsasən sürücü K.N.Nəsibov üçün təhlükə yaranan andan nəqliyyat vasitəsi ilə zərərçəkmişi vurduğu ana qədər 1,5 saniyə keçdiyi halda onun “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, sürücü K.N.Nəsibovun “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin birinci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almaq üçün texniki imkanının olub-olmamasını müəyyən edən sübutlar – cinayət işi üzrə aparılmış məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləridir. Cinayət işi üzrə toplanmış digər sübutlar hadisənin faktı, vaxtı, mexanizmi və nəticələrini müəyyən etsə də, sürücünün konkret olaraq yol-nəqliyyat hadisəsinin qarşısını almaq imkanına dair bilavasitə sübut kimi qəbul edilə bilməz. Keçirilmiş ekspertizaların hamısı cinayət işinə əlavə edilmiş və hadisə mexnizmi əks etdirən videogörüntüyə müvafiq olaraq, həm müstəntiq, həm də məhkəmə tərəfindən aparılmış baxış nəticəsində müəyyən edilmiş məlumatlara – yəni, piyada zərərçəkmiş şəxsin səkidən yolun hərəkət hissəsinə düşməsi anından, K.N.Nəsibovun idarə etdiyi “QAZ-el” markalı yük avtomobilinin onun üzərindən keçməsi anadək keçən vaxt intervalına əsaslanır. Müstəntiq bu vaxt intervalını 3 saniyə, məhkəmə isə həmin intervalı 1,5 saniyə olaraq müəyyən etmişdir. Ekspertiza nəticələrinə əsasən, müstəntiq tərəfindən müəyyən edilmiş 3 saniyəlik vaxt intervalı şəraitində sürücünün "X21" Qanunun 50.1-ci madd əsinin tələblərinə əməl etməklə hadisənin qarşısını almaq üçün texniki imkanı olmuşdur. Lakin məhkəmə tərəfindən müəyyən edilmiş 1,5 saniyəlik vaxt intervalı şəraitində belə bir texniki imkanın mövcud olmadığı nəticəsinə gəlinmişdir. Kompleks məhkəmə yol-nəqliyyat hadisələrinin və video texniki ekspertizasının 27 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş videogörüntünün ilkin deyil, fokuslanması dəyişdirilən və tərpədilən yazı qurğusu vasitəsilə, redaktə proqramı üzərindən oxudulmuş videonun ekran çəkilişi yolu ilə əldə edildiyini müəyyən etmişdir. Bu səbəbdən, təqdim edilən videogörüntü əsasında zərərçəkmiş şəxsin avtomobil yoluna daxil olduğu andan K.N.Nəsibovun idarə etdiyi avtomobil tərəfindən vurulduğu ana qədər keçən dəqiq vaxt intervalını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, istintaq orqanı və məhkəmə tərəfindən videogörüntü əsasında təyin edilmiş bütün məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsi üçün əsas götürülən və K.N.Nəsibovun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsində həlledici əhəmiyyət daşıyan məlumatın mənbəyi ekspert rəyinə əsasən texniki baxımından etibarlı və mötəbər hesab edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş müstəntiq F.M.Mehmanov ifadəsində göstərmişdir ki, hadisəni əks etdirilən videogörüntü təhqiqatçı tərəfindən onun mobil telefonuna “WhatsApp” proqramı ilə göndərilmişdir. Hadisədən bir gün sonra o, həmin videogörüntü barədə kamera quraşdırılımış mağazaya müraciət etmişdir. Ona videogörüntünün silindiyi barədə şifahi məlumat verilmişdir. Cinayət işinin materiallarında da ittihamın əsasında dayanan məlumatların mənbəyi olan videogörüntünün əldə edilərək cinayət işinin materiallarına əlavə edilməsinə dair hər hansı bir sorğunun verilməsi aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin videogörüntünün əldə edilməsi mənbəyi və üsulu göstərən heç bir sənəd cinayət işinə əlavə edilməmişdir. Beləliklə, cinayət işinin materiallarından aydın olur ki, sürücü K.N.Nəsibovun təqsirli olub-olmaması məsələsinin həlli bilavasitə zərərçəkmiş şəxsin səkidən yolun hərəkət hissəsinə daxil olduğu andan K.N.Nəsibovun idarə etdiyi QAZ-el markalı yük avtomobilinin onun üzərindən keçdiyi ana qədər keçən vaxt kəsiyinin dəqiq müəyyən edilməsindən asılıdır. Lakin bu vaxt göstəricisi istintaq orqanı tərəfindən təhqiqatçının təqdim etdiyi və ekspert rəyinə əsas ən hadisənin vaxt ölçüləri baxımından etibarsız hesab edilən videogörüntüyə əsaslanaraq müəyyən edilmişdir. Sözügedən vaxt intervalı cinayət işi üzrə hər hansı digər sübutla təsdiqlənməmiş, istintaq və məhkəmə tərəfindən müəyyən edilmiş vaxt göstəriciləri arasında yaranmış ziddiyyətlər isə aradan qaldırıla bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən müstəntiq F.M. Mehmanov bildirmişdir ki, hadisəni əks etdirən videogörüntü ona təhqiqatçı tərəfindən “WhatsApp” proqramı vasitəsilə mobil telefonuna göndərilmişdir. Hadisədən bir gün sonra müstəntiq həmin videogörüntü ilə bağlı kamera quraşdırılmış mağazaya müraciət etmiş, lakin ona videogörüntünün artıq silindiyi barədə şifahi məlumat verilmişdir. Cinayət işinin materiallarında ittihamın əsasını təşkil edən və sübut kimi qəbul ed ilən videogörüntünün qanuni qaydada əldə edilərək iş materiallarına əlavə olunmasına dair hər hansı sorğunun verilməsinə, yaxud həmin görüntünün mənbə və əldə edilmə üsulunu göstərən sənədin olmasına dair heç bir məlumat aşkar edilməmişdir. Bununla əlaqədar, cinayət işinin materiallarından aydın şəkildə görünür ki, sürücü K.N. Nəsibovun təqsirinin olub-olmaması məsələsinin həlli birbaşa zərərçəkmiş şəxsin səkidən yolun hərəkət hissəsinə daxil olması ilə K.N. Nəsibovun idarə etdiyi QAZ-el markalı yük avtomobilinin onun üzərindən keçməsi anı arasında keçən vaxt intervalının düzgün müəyyən edilməsindən asılıdır. Lakin istintaq orqanı tərəfindən bu vaxt intervalı təhqiqatçı tərəfindən təqdim edilmiş, ekspertiza tərəfindən isə texniki baxımdan vaxt ölçümü üçün yararsız hesab edilən videogörüntü yə əsasən müəyyən edilmişdir. Sürücünün irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olmasını müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan bu vaxt ölçüsü cinayət işi üzrə digər heç bir sübutla təsdiqlənməmişdir. Bundan əlavə, istintaq orqanı və məhkəmə tərəfindən müəyyən edilən vaxt intervalı arasında əhəmiyyətli fərqlər mövcuddur və bu ziddiyyətlərin aradan qaldırılması da mümkün olmamışdır. Bu hal isə ittihamın sübuta yetirilməsi baxımından ciddi şübhələr doğurur və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, sübut olunmamış şübhələrin təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməli olduğu prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinm əsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göründüyü kimi X12 elan edilmiş ittihamda onun “X21” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərin i pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən bu nəticəyə qeyri-mötəbər və şübhə doğuran sübutlar əsasında gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, piyadanın səkidən sərxoş halda səndələyərək avtomobil yoluna daxil olduğu andan QAZ-33021 markalı avtomobillə vurulduğu ana kimi keçən vaxt intervalını hətta ekspert tədqiqatlarının aparılması yolu ilə müəyyən etmək mümkün olmadığına dair ekspert tərəfindən rəy verilsə də, ittihamın əsasını təşkil edən bütün ekspertiza rəylərində müstəntiq tərəfindən həmin görüntüyə baxış keçirilməsi haqq ında protokolda müəyyən edilmiş vaxt (3 saniyə) əsas götürməklə ekspertiza tədqiqatı aparmış və X9 hadisənin baş verməsinin qarşısını almağa texniki imkanının olması barədə nəticəyə gəlmişlər. Bu səbəbdən, məhkəmə həm cinayət işi üzrə ibtidai istintaq mərhələsində, həm də məhkəmə baxışı zamanı əldə olunmuş ekspert rəylərinin obyektiv və etibarlı sübut hesab olunması üçün zəruri olan meyarlara cavab vermədiyi qənaətinə gələrək, həmin rəyləri sübut kimi qəbul etməmişdir. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları hərtərəfli tədqiq etmiş, onlara obyektiv hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişlər. Belə ki, sürücü X9 “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməkl ə hadisənin qarşısını almağa texniki imkanının olması barədə cinayət işi üzrə keçirilmiş yol-nəqliyyat hadisələrinin ekspertizalarının rəyləri onun elan olunmuş ittiham üzrə təqsirinin müəyyən edilməsində hüquqi baxımdan mötəbər sübut hesab edilə bilməz. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verdiyi şəraitdə sürücü X18 tərəfindən “X21” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin birinci hissəsinin tələblərinin pozulması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv tərəfini təşkil edən hərəkətin onun tərəfindən təqsirli şəkildə törədilməsi iş üzrə mövcud olan mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmələrin gəldiyi nəticələri ilə razılaşır və hesab edir k i, cinayət işi üzrə X9 ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldır maq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan qanun normalarının tələbləri və apellyasiya məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən olunmuş faktiki hallar baxımından baş vermiş yol-nəqliyyat hadisəsində X9 təqsirliliyi təsdiq olunmur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X9 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, X9 barəsində bəraət hökmünün qüvvədə saxlanılması barədə apellyasiya məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindək i hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində və kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 14 oktyabr 2024-ü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X18 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 oktyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar