Məhkəmə qərarları › İş №1(102)-714/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-714/2019

29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-714/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkumun müdafiəçisi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ə.Hüseynov) Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməklə, cəzasının əvvəlinin 23 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və E.E.Rəhimov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs, X3 aralarında yaranmış mübahisə ilə bağlı 15 yanvar 2018-ci il tarixdə X6 ilə təklikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində görüşü barədə qabaqcadan bilərək həmin tarixdə, saat 21:00 radələrində, tanışları X11, X8 və X9 ilə birlikdə Lökbatan qəsəbəsi, Bakı-Ələt yolunun 17-ci kilometrliyinə gəlib hadisə yerinin yaxınlığında gizlənmiş, saat 22:00 radələrində həmin yerə gələn X2 orada onu gözləyən X7 ilə qarşılıqlı olaraq odlu silahdan bir-birinə atəş açmalarının, X2 qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi odlu silahdan atəş açaraq xuliqanlıq niyyəti ilə X4 qəsdən öldürməyə cəhd etməsinin, eləcə də X3 qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi odlu silahdan atəş açaraq xuliqanlıq niyyəti ilə O6 qəsdən həyatdan məhrum etməsinin b irbaşa şahidi olduqdan sonra sonuncunun məsuliyyətdən yaxa qurtarmasını, eləcə də gizlənməsini təmin etmək məqsədilə hadisə barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə məlumat verməyərək Həsən Məşədiyev tərəfindən törədilmiş xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş edilir. Protest müəllifi hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmələr öz qərarlarını kifayət qədər əsaslandırmamış, təqsirkarın şəxsiyyəti, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəli lik dərəcəsi nəzərə alınmayaraq yüngül cəza təyin edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilməsi və məhkum Təqsirləndirilən şəxs əməlinin CM-nin 307.1-ci maddəsinə tövsif edilməklə cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona həbslə əlaqədar olmayan cəza təyin edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs haqqında olan hökmə düzgün hüquqi qiymət verməmiş, onun əməlinin CM-nin 307.1-ci maddəsinə tövsif edilməsini ümumiyyətlə müzakirə etməmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Şikayət müəllif i həmçinin qeyd edir ki, məhkum X10 tərəfindən törədilmiş cinayətin baş verməsini sonuncunun sözlərindən və həyəcanından bilmiş, yanacaqdoldurma məntəqəsində olarkən post-patrul xidmət maşınını gördükdə digər şəxslərlə yanaşı artıq hadisə barədə polisin məlumatı olması qənaətinə gəlmişdir. Ona görə də müdafiəçinin fikrincə, Təqsirləndirilən şəxs əməli həm ibtidai istintaq orqanı, həm də məhkəmələr tərəfindən düzgün tövsif edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi barədə Müdafiəçi, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 ç ıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ver ibverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir, hesab edilir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmələr öz qərarlarını kifayət qədər əsaslandırmamış, təqsirkarın şəxsiyyəti, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmayaraq yüngül cəza təyin edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin məzmunundan göründüyü kimi, orada məhkumun təqsirli bilindiyi əməlin tövsifi mübahisə edilir və onun əməlinin CM-nin 307.3-cü maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməklə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş olunur. Hər iki kassasiya müraciətində məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəza mübahisələndirildiyindən, məhkəmə kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə əlaqədar kassasiya şikayətinə münasibət bildirməyi, daha sonra isə cəza məsələsini müzakirə etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olun ub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Bundan əlavə kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək qeyd edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Ci nayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti o lan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, orada qeyd edilir ki, məhkumun CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətdiyi halda, əsassız olaraq CM-nin 307.3-cü maddəsi ilə məhkum edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhkum Təqsirləndirilən şəxs əməlini düzgün tövsif etməmişlər. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün iş materiallarına, cinayət qanununun normalarının tələblərin ə və mənasına müraciət etməyi zəruri hesab edir. CM-nin 307-ci maddəsi “Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə” yə görə məsuliyyəti nəzərdə tutur. CM-nin 307.1-ci maddəsinə əsasən “Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə”yə görə cinayət məsuliyyəti və təyin edilə biləcək cəza müəyyən edilmişdir. CM-nin 307.2-ci maddəsinə əsasən “Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti və təyin edilə biləcək cəza müəyyən edilmişdir. CM-nin 307.3-cü maddəsinə əsasən “Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə”yə görə cinayət məsuliyyəti və təyin edilə biləcək cəza müəyyən edilmişdir. Qanunun təsvir edilən dispozisiyalarından görünür ki, ağır və ya x üsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə dedikdə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına və ya həmin orqanların vəzifəli şəxslərinə bildirməməklə hərəkətsizlik etməsi CM-nin 307.1-ci maddəsinin məsuliyyətinə səbəb olur. Yalnız ağır və xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək xəbər verməmə cinayət məsuliyyətinə səbəb olur. Ağır və xüsusilə ağır cinayətin anlayışı CM-nin 15-ci maddəsində verilmişdir. Xəbər verməmədən fərqli olaraq, cinayəti gizlətmə təqsirləndirilən şəxsin hərəkətsizliyində deyil, fəal hərəkətlərində ifadə olunur, yəni şəxs qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törəd ildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə olunmuş predmetlərin gizlədilməsini bu və ya digər formada həyata keçirirsə, ağır cinayətlərə münasibətdə CM-nin 307.2-ci maddəsi ilə, xüsusilə ağır cinayətlərə münasibətdə isə CM-nin 307.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmiş hesab edilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş və işin hallarında təsvir edilən əməldən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs CM-nin 307.3-cü maddəsi ilə ona görə ittiham elan etmişdir ki, o, X2 X4 qəsdən, xuliqanlıq niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi və gəzdirdiyi odlu silahdan atəş açmaqla öldürməyə cəhd etməsinin və X3 qəsdən, xuliqanlıq niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi və gəzdirdiyi odlu silahdan atəş açmaqla öldürməs inin şahidi olduqdan sonra hakimiyyət orqanlarına və onların vəzifəli şəxslərinə məlumat verməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri də ibtidai araşdırma orqanının həmin ittihamı ilə razılaşaraq Təqsirləndirilən şəxs CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilərək məhkum etmişlər. İşin materiallarından, ibtidai araşdırma orqanının və məhkəmələrin qərarlarından açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X3 özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə olunmuş predmetlərin gizlədilməsi məqsədilə hər hansı fəal hərəkət etməmişdir. İttiham qərarında və məhkəmələrin hökm və qərarında da göstərilir ki, Təqsirləndirilən şəxs hər iki şəxs tərəfindən tö rədilmiş xüsusilə ağır cinayət barəsində hakimiyyət orqanlarına və onların vəzifəli şəxslərinə məlumat verməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 307.3-cü maddəsinin əlamətlərinin olmaması, CM-nin 307.1-ci maddəsinin əlamətlərinin olmasına dair müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri-cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxslərin ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 307.3-cü maddəsindən CM-in 307.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və y alnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işind ə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız CinayətProsessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayətmühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də o na bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi əməlin Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsinə tövsif edilməsi qanuni deyildir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilməklə, məhkum Təqsirləndirilən şəxs törətdiyi əməli CM-in 307.3-cü maddəsindən CM-in 307.1-ci maddəsinə tövsif olunmasını zəruri hesab edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngül olması mübahisələndirilir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs əməli CM-nin 307.3-cü maddəsindən CM-nin 307.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yenidən cəza təyin edilməli olduğundan kassasiya protestinin təmin edilməsi üçün əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsinə tövsif edilməklə, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini qeyri-mümkün hesab edir. Cinayət törətmiş şəxs barəsində cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin, o cümlədən şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun cəza növünə və yaxud şərti məhkum etmə institutuna həsr olunmuş normaları ilə yanaşı cinayət c əzasının (cinayət hüquqi xarakterli digər tədbirin) təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş, baxılan işə aid olan bütün uyğun normalarının tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası A zərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 03 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar