Məhkəmə qərarları › İş №1(102)-714/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-714/2020

02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-714/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 və xüsusi ittihamçı X3 nümayəndəsi – Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından xüsusi ittihamçı X3 və onun nümayəndəsi – Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYY ƏN E T D İ: Ağdam Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim E.A.Bayramov) X3 X5 qarşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər Ə.G.Abdullayev və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) xüsusi ittiham qaydasında şikayət vermiş X3 apelyasiya şikayəti təmin edilməmiş, X3 X2rşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair Ağdam Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından xüsusi ittihamçı X9 və onun nümayəndəsi Müdafiəçi birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: X9 və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.2.3-cü maddəsində göstərilən hallar müəyyən edilmədən, yəni əsassız olaraq X3un xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməkdən imtina etmiş, lakin apellyasiya instansiyası məhkə məsi həmin qərardan onun verdiyi apellyasiya şikayətini təmin etməyərək, mübahisələndirilən qərarı dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin ilkin baxış qərarının əsassız olduğunu göstərən hal kimi kassasiya şikayətinin müəllifləri ona istinad etmişlər ki, apellyasiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılımasının yolverilməzliyi haqqında nəticəyə gələrkən xüsusilə ona əsaslanmışdır ki, X3 xüsusi ittiham qaydasında şikayətində X6 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə, yəni ağır və ya xüsusilə ağır cinayətləri törətməsi barədə ona böhtan atmaqda ittiham edərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, lakin xüsusi ittiham qaydasında şikayətində X11 X3u həmin növ cinayətləri deyil, Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş saxta sənəd hazırlama və saxta sənəddən istifadə etmə kimi böyük ictimai təhlükə törətməyən cinayətləri törətməkdə ittiham etməsini qeyd etmişdir. Halbuki, X3 xüsusi ittiham qaydasında şikayətində Ağdam Rayon Məhkəməsindən X5nın Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, xx xxxxxx 2019-cu il tarixdə rayon məhkəməsinə təqdim etdiyi ərizəsində ittihamı dəqiqləşdirərək onun Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə dəyişdirdiyini bildirmiş və birinci instansiya məhkəməsi xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarı ilə X5nın məhz Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqisirləndirilməsinə dair xüsusi ittiahm qaydasında şikayəti məhkəmənin icraatına qəbul etməkdən imtina etmişdir. Müəlliflər kassasiya şikayətində g östərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1, 416.1.5, 416.1.13, 416.1.14, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə materialın apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittihamçı X 9 və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayətində məhkəmələrin xüsusi ittiham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiklərindən, məhkəmə kollegiyası onların kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq i clasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə X3 xüsusi ittiham qaydasında şikayətini məhkəmənin icraatına qəbul etməkdən imtina edərkən Azərbaycan Respublikası CPM-in 302.1.6 və 302.1.7-ci maddələrində göstərilən hallara əsaslanmışdır. Məhkəmənin əsaslandığı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini şərtləndirən həmin hallar müvafiq olaraq cinayət-prosessual qanunun 302.1.6 və 302.1.7-ci maddələrində aşağıdakı kimi təsbit edilmişdir: _ cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qayd asında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); _şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7). Birinci instansiya məhkəməsinin qənaətinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti sübyektiv cəhətdən birbaşa qəsdlə törədilən cinayətdir (birbaşa qəsd cinayət tərkibinin subyektiv cəhətinin zəruri əlamətidir), X3 isə bunu (X4 əməllərində birbaşa qəsdin mövcudluğunu) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə kolegiyası aşağıdakıları qeyd edir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş maddələrinə baxdıqda və bu maddələri cinayət-prosessual qanunun ümumi hissəsinin normalar ı, o cümlədən CPM-in 8-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifələri, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi (CPM, maddə 33) kimi cinayət mühakimə icraatının prinsipləri ilə müqayisə etdikdə, aydın olur ki, birinci instansiya məhkəməsində icraatın hazırlıq iclası (ilkin dinləmə) və məhkəmə baxışı mərhələləri araşdırılan məsələlərə (araşdırma predmetinə), araşdırmanın həcminə, araşdırmanın məqsədlərinə görə bir-birindən fərqlənən mərhələlərdir və onların eyniləşdirilməsi, məsələn yalnız məhkəmə baxışında həll edilməli məsələnin hazırlıq iclasının nəticələrinə görə həll olunması yolverilməzdir. Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin hazırliq iclasının nəticələrinə görə “əməldə cinayətin əlamətləri olmadıqda”, habelə “şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdrmədikdə” xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən (şikayətin icraata qəbul edilməsindən) imtina etmək səlahiyyətinə də həmin müddəaların və onlardan irəli gələn CPM-in digər normalarının işığında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində “...cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq”, 8.0.5-ci maddəsində isə “cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalan dırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (CPM, maddə 28.1). Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını (maddə 32.2.1) və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını (maddə 32.2.2) ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir (maddə 32.2.3), müdafiə tərəfi isə əksinə - cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və CPM-in 32.2.4-cü maddəsində təsbit olunmuş digər funksiyaları yerinə yetirir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə ci nayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Cinayət Məcəlləsinin 138.1-ci maddəsinə əsassən “sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir”. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərt ərəfli və obyektiv yoxlanılmalıdır”. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsində təsbit olunmuş qaydaya görə “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir”. “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (maddə 145.2). Cinayət-Prosessual Məcəllənin 346.1, 346.1.1 və 346.1.2-ci maddələrinə əsasən cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi – bunlar məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həl edilməli olan məsələlərdir. Yuxarıda təsvir edilmiş cinayət-prosessual normalardan göründüyü kimi məhkəmə tərəfindən ittihamın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi müvafiq tədqiqata (sübutlara baxılmasına) əsaslanmalı, belə tədqiqat isə çəkişməli xarakterli cinayət prosesində müvafiq prosedur daxilində həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəllənin birinci instansiya məhkəməsində icraata həsr olunmuş normalarından isə aydın görünür ki, qanunverici bu instansiyada ittihamın həlli ilə əlaqədar sübutlara baxılması, yəni həm də onların yoxlanılması, təhlil edilməsi, bir-biri ilə müqayisə edilməsi, yeni sübutlar barədə təkliflərin irəli sürülməsi, bir sözlə sübutların tədqiqi mövzusunda cinayət prosesi tərəflərinin çəkişməsi üçün uyğun prosedur kimi müstəsna olaraq CPM-in XLİİİ fəslində təsbit edilmiş məhkəmə baxışının məhkəmə istintaqı mərhələsini nəzərdə tutmuşdur. Məhkəmə tərəfindən ittih amın həlli ilə əlaqədar sübutların qiymətləndirilməsi isə CPM-in 338.1.2-ci maddəsinə və XLV fəslinin qaydalarına görə məhkəmə istintaqında baxılmış sübutlarla məhdudlaşmaqla yalnız yekun qərarın çıxarılması üçün müşavirənin gedişində həyata keçirilməlidir. Məhkəmə baxışından və məhkəmə baxışının qeyd olunan (məhkəmə istintaqı, yekun müşavirə) mərhələlərindən fərqli olaraq, məhkəmənin hazırlıq iclası ittihamın həlli nöqteyi-nəzərindən sübutlara baxılmasını, yəni sübutların ittihamı təsdiq etməsi və yaxud təkzib etməsi baxımından tədqiq edilməsini, o cümlədən yoxlanılmasını və qiymətləndirilməsini ehtiva etmir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 299.1-ci maddəsinə görə “məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiha m qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir”. CPM-in 299.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı sübutların qiymətləndirilməsi məsələsi deyil, cinayət prosesi tərəflərinin “məhkəmə baxışında” tədqiq edilmək üçün təqdim etdikləri “sübutlar siyahısı”, “məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi” barədə məsələlər həll edilir. Yalnız cinayət işlərinə və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına deyil, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmənin hazırlıq iclasında baxılarkən də cinayət-prosessual qanunun qeyd olunan normaları nəzərdən qaçırılmamlı və CPM-in 302.1.6 və 302.1. 7-ci maddələrində nəzərdə tutulmuş müddəalar sübutların xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamı, o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olmasını kifayət qədər təsdiq edib-etməməsi (sübutların kifayətedənliyi) baxımından qiymətləndirilməsini ehtiva edən normalar kimi təfsir edilməməlidir. Məhkəmə kollegiyasının fikrincə, CPM-in 302.1.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında “şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini əks etdirən sübutları əks etdirmədikdə” müddəası xüsusi ittihamçının gətirdiyi sübutlarının tədqiq edilməsi və yaxud birbaşa qiymətləndirilməsi yolu ilə şikayətin əsassız olması barədə nəticənin çıxarılmasını ehtiva etmir. Sözügedən müddəa şikayətdə faktik əsaslar gətirilmədən ittihamın irəli sürülməsini və yax ud müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktik hallara istinad edilərək (açıq-aşkar əsassız) ittihamın irəli sürülməsini, şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutların gətirilməməsini və təqdim edilməməsini nəzərdə tutur. Lakin, hazırki işin materiallarına yuxarıda gətirilən normalarla və məhkəmə kollegiyasının hüquqi mövqeyi ilə müqayisə etməklə baxdıqda, müəyyən olunur ki, X3 xüsusi ittiham qaydasında şikayətində X5ya qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə irəli sürdüyü ittihamı öz mülahizələrinə uyğun olaraq konkret faktik hallarla – X5nın internet şəbəkəsində onun saxta sənədlər hazırlamaqla və saxta sənədlərdən istifadə etməklə ona (X5ya) məxsus pul vəsaitini bank hesabından çıxarması barədə məlumatlar yayması ilə əsaslandırmış və i ddiasını təsdiq edən sübutlar kimi müvafiq internet səhifələrinin çap olunmuş əkslərini, məhkəmə ekspertizasının rəyini, digər sənədləri xüsusi ittiham qaydasında şikayəti ilə birlikdə məhkəməyə təqdim etmişdir. Lakin, birinci instansiya məhkəməsi yalnız X3un və X5nın qısa dinlənildikləri (birbirini inkar edən fikirlər səsləndirdikləri), başqa heç bir sübutun tədqiq olunmadığı, əslində sübutların tədqiq edilməsi üçün nəzərdə tutulmayan hazırlıq iclasında X5nın əməlində birbaşa qəsdin olmasını təsdiq edən sübutların şikayətə əlavə olunmaması kimi mühakimə yürütməklə, faktiki olaraq şikayətə əlavə olunmuş materialları müvafiq prosedurda tədqiq etmədən ittihamı təsdiq etməyən sübutlar kimi qiymətləndirmiş və X5nın əməlində Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tə rkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olmaması haqqında nəticəyə gəlmişdir. Təsvir edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında X3un təqdim etdiyi dəlil və sübutları faktiki olaraq xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət edib-etməməsi nöqteyi-nəzərindən qiymətləndirməklə yuxarıda təsvir edilən cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, Cinayət-Prosessual Məcəllənin ümimi hissəsinin digər normalarının, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrinin tələblərini pozmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin pozuntulara baxmayaraq, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamaqla məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edə n CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Apellyasiya instansiyası məhkəməsinin yol verdiyi pozuntu həm də ondan ibarət olmuşdur ki, məhkəmə xüsusi ittihamçı X3un apellyasiya şikayətinin əsassız olması barədə nəticəyə gələrkən, qənətini işin həqiqi halları ilə uzlaşmayan faktik məlumatlar üzərində qurmuşdır. Belə ki, apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, X3 xüsusi ittiham qaydasında şikayətində X5nın ona Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində göstərilən böyük ictimai təhlükə törətməyən cinayətləri törətməsi barədə böhtan atdığını iddia etdiyi halda, X5nı Cinayət Məcəlləsinin 147.2-ci maddəsində gösətrilən cinayəti törətməkdə, yəni ağır və xüsusilə ağır cinayətlər törətməklə bağlı ona böhtan atmaqda ittiham etmiş və məhz CM-in 147.2-ci maddəsi ilə X5nın cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Halbuki, X3 xx xxxxxx 2019-cu il tarixli (Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixdə qəbul etdiyi) 77-ci vərəqdə işə əlavə olunmuş ərizəsində xüsusi ittiham qaydasında şikayətinə dəyişiklik edərək X5nın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, Ağdam Rayon Məhkəməsi də məhz bundan çıxış edərək hazırlıq iclasında X5nın xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə deyil, 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məsələyə baxmışdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin X3un apellyasiya şikayətini rədd edərkən əsaslandığı ikinci dəlili də əsassız olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, bundan əvvəl də X3 eyni (X5nın Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsində dair) xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş və Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş və bu qərar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi hazırki işdə X3 artıq Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə X5ya qarşı xüsusi ittiham qaydasında ittiham irəli sürmüş və bu səbəbdən Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi üçün gətirilən dəlillər hazırki icraatda b axılan xüsusi ittiham qaydasında şikayətin mümkünlüyü məsələsinin həllində eynilə istifadə oluna, müvafiq olaraq da xx xxxxxx 2019-cu il tarixli qərar (onunla bağlı qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin qərarları) X3un xüsusi ittiham qaydasında verdiyi yeni şikayətin icraata qəbul edilməsinin qarşısını alan aktlar kimi qiymətləndirilə bilməzdi. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair xüsusi ittihamçı X3un nümayəndəsi Müdafiəçi çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, xüsusi ittihamçı X3un və onun nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti qismən əsaslı hesab edilməli, X3X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xüsusi ittiham qaydasınd a şikayətinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi haqqında Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarının dəyişdirilmədən saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı CPM-in 416.1.1, 416.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilməli, iş apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxılmağa təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X3 və onun nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. X3X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuli yyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması haqqında Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hazırlıq iclasının qərarının dəyişdirilmədən saxlanılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı ləğv edilsin, iş yenidən apellyasiya instansiyası məhkəməsində ilkin baxışa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar