Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-714/2021 12.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi və analitik təhsil şöbəsinin bpyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs-mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 azyaçlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Yaqub oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.1-ci maddəsi ilə təsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarından mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bərdə Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Allahverdiyev) Məhkum Yaqub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məhsul vəzifə tutma hüququndan məhrum edilməklə, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2(iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzanı iş yeri üzrə çəkməsi, cəzanın əvvəlini qazancından döğvlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən mülki iddiaçı tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarı (hakimlər T.A.Muxtarov S.B.(sədrlik edən) E.İ.Xasməmmədov və Ə.G.Abdullayev ) mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bərdə rayon Məhkəməsinin «04» iyun 2018-ci il tarixli, 1 (021 )-03/2018 nömrəli hökmü ləğv edilmiş, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə olan cinayət işinə (cinayət təqibinə) əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar xitam verilmiş və Məhkum cinayət məsuliyyətindən azad olunmuş, iş üzrə mülki iddia qismən təmin olunmuş, Məhkum 9,13 (altmış səkkiz min dörd yüz altmış doqquz manat on üç qəpik) manat tutulub dövlət büdcəsinə ödənilməsi, X9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut olan cinayət işinə əlavə olunmuş X9 (YÖEN:**********) və X6 (VÖEN:**********) mühasibat, hesabat, gömrük və bank sənədlərinin cinayət işi materiallarında sanlanılmasının nəzərə alınması, məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 500 (beş yüz) manat məbləğində məhkəmə xərci Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama görə o, 11 nömrəli Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeyiyyata alınmış, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 36-da yaşayan qardaşı-fərdi sahbkar X4 (VÖEN:**********), həmçinin həmin idarədə vergi ödəyicisi kimi qeydiyyata alınmış, Tərtər şəhəri, Sabir küçəsi, ev 7-də yaşayan xal asının əri-fərdi sahibkar X6 (VÖEN:**********) nizamnamələrində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, həmin şəxslərin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, fiziki şəxslərin qeydiyyatda olduqları vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, Yaqub Hidayətovun adından 650515,13 manat, Mətləb Quliyevin adından 196589,41 manat olmaqla, ümumilikdə külli miqdar təşkil edən 847104,54 manat məbləğində vergiləri dövlət İçəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum Vergilər Nazirliyinin 11 nömrəli Ərazi Vegilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 36-da yaşayan qardaşı- fərdi sahibkar X4 (VÖEN:**********) vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə edib sahibkarlıq fəaliyyətini həyata keçirərək, onun adından Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsullarının alışını təşkil etmiş və həmin məhsulları Rusiya Federasiyasında ixrac edib sataraq, 2011-ci il ərzində 9982902,11 manat dövriyyədən, həmin il üzrə 399316,08 manat məbləğin də fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, təqdim etdiyi bəyannamədə 9982898,72 manat dövriyyədən 0,00 manat gəlir vergisi hesablamaqla, 399316,08 manat; 2012-ci il ərzində 5783890,87 manat dövriyyədən, həmin il üzrə 231355,63 manat məbləğində fiziki şəxsin gəlir vergişini hesablayıb ödəməli olduğu halda, təqdim etdiyi bəyannamədə 5493630,41 manat dövriyyədən 0,00 manat gəlir vergisi hesablamaqla, 231355,63 manat; 2013-cü il ərzində 595302,86 manat dövriyyədən, həmin il üzrə 19843,43 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda təqdim etdiyi bəyənnamədə 595302,86 manat dövriyyədən 0,00 manat gəlir vergisi hesablamaqla, 19843,43 manat cəmi 650515,14 manat fiziki şəxsin gəlir vergisini az, 2013-cü ilin sentyabr ayı üzrə 0,01 manat əl avə dəyər vergisini artıq hesablamaqla, ümumilikdə 650515,13 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa o, Vergilər Nazirliyinin 11 nömrəli Ərazi Vegilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Tərtər şəhəri, Sabir küçəsi, ev 7-də yaşayan xalasının əri-fərdi sahibkar X6 (VÖEN:**********) vergi ödəyicisinin eyniləşmə nömrəsindən istifadə edib sahibkarlıq fəaliyyətini həyata keçirərək,onun adından Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatı məhsullarının alışını təşkil etmiş və həmin məhsulları Rusiya Federasiyasında ixrac edib sataraq, 2013-cü il ərzində 3164379,51 manat dövriyyədən, həmin il üzrə 105479,32 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, bəyannamə təqdim etməməklə, 105479,32 manat; 2014-cü il ərzində 4555504,74 manat dövriyyədən, həmin il üzrə 91110,09 manat məbləğində fiziki şəxsin gəlir vergisini hesablayıb ödəməli olduğu halda, bəyannamə təqdim etməməklə, 91110,09 manat, ümumilikdə 196589,41 manat məbləğində fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarından mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv, mülki iddia məbləğinin tam təmin edilməsini, Məhkum adından göstərilmiş fəaliyyətə görə 650.515,13 manat və X6 adından göstərilmiş fəaliyyətə görə 196.589,41 manat olmaqla, Məhkum tərəfindən ümumilikdə 847,104,54 manatın dövlət büdcəsinə ödənilməkdən y ayındırılması nəticəsində vurulan həmin məbləğdə ziyanın(verginin) Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və mülki iddia məbləğinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş idarəsində vergi ödəyicisi kimi uçotda olan X5 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə əlaqədar səyyar vergi oxlamaları keçirilmiş, yoxlamaların nəticəsi müvafiq aktla rəsmiləşdirilərək müva fiq qərarlar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə əsasən idxal-ixrac əməliyyatları barədə dövlət Gömrük Komitəsindən daxil olmuş məlumata əsasən 2011-ci il üzrə meyvə-tərəvəz ixracından gəlir 9.982.902,11 manat, 2012-ci il üzrə 5.783.890,87 manat, 2013-cü il üzrə 95.302,86 manat olmuşdur. 2011-2012-ci illər üzrə analoji fəaliyyətlə məşğul olan X2 təqdim etdiyi bəyannamələrdə gəlir vergisinin xüsusi çəkisi 0,04 əsas götürülmüş, 2013cü il üzrə şərti rentabellik norması tətbiq edilmişdir. Buna görə 2011-ci il üzrə 399.316,08 manat (9.982.902,11x0,04), 2012-ci il üzrə 231.355,63 manat (5.783.890,87x0,04), 2013cü il üzrə 19.843,43 manat (595.302,86 /6 x 20%) vergi hesablanmışdır İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə əyyar vergi yoxlamasının nəticələri öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən isə qərar qəbul edilərkən məhkəmə istintaqı zamanı keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri əsas götürülərək qərarda göstərilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2017-ci il tarixli 17675 nömrəli, 16 ıprel 2018-ci il tarixli 6297 nömrəli və 04.06.2019-cu il tarixli 25520 nömrəli rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, vergi ödəyicisi X5 adından 2011-ci il ərzində ixrac edilmiş nar məhsulunun ümumi miqdarı yük gömrük bəyannaməsində 402601,0 kq olsada, arayışa əsasən 615000,0 kq olduğu, 2012-ci il ərzində ixrac edilmiş nar məhsulunun ümumi miqdarı yük gömrük bəyannaməsində 60920,0 kq olsada, arayışa əsasən 1460000,0 kq olduğu, 2013cü il ərzində xurm a məhsulunun ümumi miqdarı yük gömrük bəyannaməsində 376609,0 kq olsada, arayışa əsasən 662000,0 kq olduğu müəyyən edilir. Qeyd olunan arayışların məqsədə nail olmaq üçün hazırlanmasının aşkar sübutu X5 adından 2011 və 2013-cü illərdə soğan məhsulu ixrac edilməməsinə baxmayaraq 2011-ci il üçün 1157000,0 kq, 2013-cü il üçün güya 836000.0 kq miqdarında soğan alınmasına dair arayışın verilməsidir. (cinayət işi materiallarında 323-cü ə 327-ci səhifədə olan arayış) Belə ki, ekspertin gəldiyi nəticə o halda düzgün olmuş olardı ki, həmin maddədə “və” alardı və hər iki meyar nəzərə alınaraq analoji vergi ödəyicisi seçilməli idi. Ancaq indiki halda eyni xüsusiyyətli mallar (yaş meyvə məhsulları) olduğuna görə ekspertin gəldiyi nəticə yanlışdır. Həmçinin nəzərə alınmalıdır ki, X5 və X16 eğlunun 2013 -cü il üzrə fəaliyyəti analoji vergi ödəyici ilə deyil, Azərbaycan Respublikasının Mazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı, 04.04.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə hesablama aparılmışdır. Göründüyü kimi məhkəmə qərarının əsasını məhkəmə istintaqı zamanı keçirilmiş ekspert rəyləri təşkil etmişdir ki, məhkəmənin belə qənaətinə gəlməsi ziddiyyətli ekspert rəyindən başqa iş materiallarında olan hər hansı digər bir sübutla öz təsdiqini tapmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419-cu ma ddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini CPM-nin 419.1-ci maddəsi belə müəyyən edir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Buna görə, məhkəmə kollegiyası nümayəndənin kassasiya şikayətini CPM-nin 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2020-ci il tarixli taririxli qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərinin hüdudlarında yoxlayıb, araşdırmanın nəticələri ola raq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CM-nin 213-cü madəsinin dispozisiyasına görə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, təqsirkar şəxs xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi d övlət sığorta haqlarını ödəməkdən yayınmış olsun. Cinayət qanununun maddi tərkibli bu normasının təhlili göstəir ki, qanunverici vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma əməlinin cinayət tərkibli əməl hesab edilib-edilməməsini ödənilməyən vergilərin (sığorta haqlarının) miqdarı ilə şərtləndirmiş və 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş CM-nin 213.1-ci maddəsinin “Qeyd” hissəsinin yeni redaksiyasına görə, həmin maddədə nəzərdə tutulmuş “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. CM-nin 213.2 və 213.3-cü maddələrinə əsasən, həmin maddələrdə də nəzərdə tutulmuş cinayət məsuliyyəti CM-nin 213.1-ci maddəsində göstərilən əməllərin müvafiq olaraq külli miqdarda (iki yüz manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) və xüsusilə külli miqdarda (be yüz min manatdan yuxarı məbləğdə) törədilməsi ilə əlaqələndirilir. Bu isə o deməkdir, həm CM-nin 213.1, həm də CM-nin 213.2 və 213.3cü maddələrində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində dövlətə müvafiq olaraq xeyli, külli və ya xüsusilə külli miqdarda zərər vurulur və bu zərərin ödənilməsinin təmin edilməsi üçün cinayət işi üzrə dövləti təmsil edən orqanın mülki iddia qaldırmaq hüququ yaranır. Digər tərəfdən, istər vergi və cinayət qanunvericiliklərində, istərsə də digər normativhüquqi aktlarda vergilərin ödənilməsindən yayınma ilə bağlı dövlətə, hər hansı fiziki və ya hüquqi şəxsə başqa zərərin vurulması nəzərdə tutulmamış və bu da belə nəticəyə gəlmək üçün əsas verir ki, CM-nin 213-cü maddəsi ilə aparılan cinayət təqibi zamanı vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma faktı müəyyən edildikdən sonra bunun hansı miqdarda edilməsi (cinayət tərkibinin obyektiv cəhətinə aid olan mütləq halın olubolmaması) aydınlaşdırılmalı və bundan sonra müvafiq icra hakimiyyəti orqanının, o cümlədən vergi orqanının nümayəndəsinə cinayət mühakimə icraatı qaydasında yalnız cinayətin törədilməsi nəticəsində vurulmuş zərər miqdarında mülki iddia vermək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əs aslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2020-ci il tarixli Məhkum Yaqub oğlu haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-714/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-714/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver