Məhkəmə qərarları › İş №1(102)-714/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-714/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-714/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234. 4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli, 1(103)-287/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X15 25 iyun 1978-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşayır.

2. İbtidai istintaq orqanıı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X15 məlum olmayan vaxtda və naməlu m mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrıayrı bağlamalarda və kibrit qutularında miqdarları 5,349 qram, 5,235 qram, 5,327 qram və 3100 qram olmaqla külli miqdarda - cəmi 3115,911 qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və bir ədəd bağlamada 1070 qram çəkidə narkotik vasitə hesab olunan kustar üsula hazırlanmış heroini əldə etdikdən sonra, 1 ədəd kibrit qutusuna qablaşdırılmış 5,349 qram qurudulmuş marixuananı cibində, iki ədəd kibrit qutularında olan 5,235 qram və 5,327 qram qurudulmuş marixuananı özünə məxsus “Mercedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerində, sintetik torbaya qablaşdırılmış 3100 qram qurudulmuş marixuananı və polietilen bağlamada olan 1 070 qram heroini isə avtomobilin yük yerində saxlamaqla Nardaran qəsəbəsi, Bağlar massivinə daşımış, 15 yanvar 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq 42-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə və avtomobilinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusundə 5,349 qram çəkidə, avtomobilin salonundakı dirsəkaltında olan saxlanc yerindən 2 ədəd kibrit qutularında çəkisi 5,235 və 5,327 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin arxa yük saxlanc yerindən isə 3100 qram çəkidə selofan torbada qurudulmuş marixuana və 1070 qram çəkidə yapışqan lentə bükülmüş bağlamada narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X6 və X1 ibarət məhkəmə tərkibində) 24 iyun 2021-ci il tarixli, 1(101)-247/2021 nömrəli hökmü ilə X10 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə X11 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 15 yanvar 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdiri lməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, X15 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum edilmiş şəxs X10 müdafiəçisi X7 apellyasiya şikayəti, X10 müdafiəçisi Müdafiəçi4 isə apellyasiya şikayətinə əlavə vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət məhkəmə tərkibində) 11 yanvar 2022-ci il tarixli, 1(103)54/2022 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 20 21-ci il tarixli, 1(101)-247/2021 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 1(103)-54/2022 nömrəli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 1(102)-1512/2022 nömrəli qərar ilə kassasiya şikayətinin qismən təmin edilməsi, X15 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkə mə baxışına təyin edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət məhkəmə tərkibində) 24 iyul 2023-cü il tarixli, 1(103)-287/2023 nömrəli hökmü ilə məhkum X10 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin X10 Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 24 iyun 2021-ci il tarixli, 1(101)-247/2021 nömrəli hökmünün ləğv edilməsi, X11 Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün ona bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının X11 izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli, 1(103)287/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən kassasiya pr otesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

10. Hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları yekun məhkəmə aktlarına, Z.H.Ağayevə elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) bir sıra normalarına istinad edən və məhkəmələrin müəyyən etdikləri faktiki hallarını ittiham tərəfinin təqdim etdiyi sübutlara münasibətdə mübahisələndirən Dövlət ittihamçısı4 kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə sübutları, işin bütün hallarını tam və obyektiv araşdırmamış, araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verməmiş və nəticədə qanunsuz hökm çıxarmışdır.

11. Belə ki, Z.H.Ağayev barəsində bəraət hökmü çıxarılarkən məhkəmənin istinad etdiyi əsas meyar ondan ibarət olmuşdur ki, ona qarşı ibtidai istintaq dövründə fiziki zorakılıq tətbiq edilmiş, bunun əsasında da ondan etirafedici izahat və ifadə alınmış, müdafiə hüququnun pozulması ilə ona keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Bununla da, apellyasiya instansiya məhkəməsi hazırkı cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş və qiymətləndirməmiş, nəticədə də Z.H.Ağayevə əsassız olaraq bəraət verilmişdir.

12. Kassasiya protestinin müəllifi protestində göstərilənləri Azərbaycan Respublikası CPMin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından X11 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli, 1(103)-287/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

13. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

14. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etd i. İV. Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416- cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Kassasiya protestində əsassız olaraq X11 CM-in 234.4.3-cü maddəsi ilə baəraət verilməsi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar qismində Azərbaycan Respublikası CPM-in 416.1.2 ( məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələblər i baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli, 1(103)-287/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə: Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsir ləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.

22. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 23. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə t əqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun.

24. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir.

26. CPM-in 21.2-ci maddəsinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.

27. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

28. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.

29. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

30. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

31. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəll ənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri).

32. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamə tlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

33. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

34. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.

35. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, p rokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

36. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

37. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.

38. Göründüyü ki mi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.

39. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona is tinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər.

40. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə təqsirləndirilən şəxsə təqsirliliyi sübuta yetirilmədiyinə və cinayətin törədilməsinə aidiyyatının olmadığına görə bəraət verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin hökmü qəbul edilərkən həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına cavab vermədiyi müəyyən olunur.

41. Məhkəmə kollegiyası iş üzrə aşağı instansiyası məhkəməsinin gəldiyi bu nəticənin düzgün və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün kifayət qədər yetərli olub-olmaması ilə bağlı iş üzrə toplanmış sübutlar və qanunvericiliyin normaları üzrə aşağıdakı təhlilin aparılmasını məqsədə uyğun hesab edir.

42. Belə ki, cinayət işinin materiallarına əsasən, 15 yanvar 2020-ci il tarixdə Sabunçu RPİnin CAŞ-ın rəisi polis polkovnik-leytenantı Rəşad Rəcəbov həmin İdarənin rəisinə raportla müraciət edib Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yaşayan “Ziya” adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və qeyri-qanuni dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirərək sonuncunun ifşa edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmiş və eyni zamanda İdarənin rəisi tərəfindən təsdiq olunmuş əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair eyni tarixli qərar qəbul edilmişdir.

43. Həmin sənəddə təqsirləndirilən şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Nardaran bağlarına gəlməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, təqsirləndirilən şəxs ifşa olunması məqsədilə əməliyyat qrupunun yaradılması, qrupun tərkibinə baş əməliyyat müvəkkilləri Şahid4, Şahid5, kiçik inspektorlar Şahid3 və Şahid2 daxil edilməsi qərara alınmışdır. Qərarın surəti 15.1.2020-ci il tarixli məktubla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu Rayon Prokuroruna və məhkəmə nəzarətini həyata keçirən Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, Sabunçu Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qərarı ilə 15.1.2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qanuni hesab edilmişdir.

44. Bəraət almış Z.H.Ağayev ibtidai araşdırma zamanı ilkin araşdırma və ibtidai araşdırmanın birinci mərhələsində, 25 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə ay olar ki, narkotik maddə olan qurudulmuş marixuana qəbul edir və sonuncu dəfə 15 yanvar 2020-ci il tarixdə qəbul etmək üçün yaşadığı evdə narkotik maddə qurudulmuş marixuana saxlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində özünə məxsus olan “Mersedes” markalı **-OL-*** dövlət nömrə nişanlı avtomobil ilə Sabunç u rayonu, Bakıxanov qəsəbəsində “Akkord”un binalarının qarşısından keçərkən izlənildiyini başa düşmüş və düşmənlərinin olmasından ehtiyat etdiyindən avtomobilini bir qədər sürətlə idarə edərək oradan uzaqlaşmaq istədikdə, avtomobilinin qarşısına “Toyota-pikap” markalı dövlət nömrəsinin sonu “777” olan avtomobil çıxıb onun avtomobilini sıxaraq dayandıqda, o, tutulmamaq üçün avtomobili idarə edib həmin “Toyota” markalı avtomobili arxadan və sol yan hissədən vurub sürətlə Nardaran qəsəbəsi istiqamətində idarə etməyə başlamışdır. Lakin həmin “Toyota” markalı avtomobil də onu təqib etməyə davam etmişdir. O, yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yaşadığı məhləyə gəlmişdir. Saat təxminən 21-00 radələrində evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gəlib ona qarşı zor tətbiq etməklə evdən Sabunçu RPİ-nin 42-ci PB-nə aparmışlar. Həmin vaxt evdə dayısı Şahid8 də olmuşdur və o, onu evin içərisindən aparılmasını görmüş, onu polis əməkdaşları evə buraxmamışlar. Polis əməkdaşları onun evində axtarış aparmışlar, axtarış aparan polis əməkdaşları evdə qab-qacaq şkafının gözündən tanımadığı şəxsdən aldığı kibrit qutusunda olan marixuana aşkar etmişlər. Bundan sonra polis əməkdaşları göy rəngdə olan dolu və izolentə bükülmüş selofan torbanı ona təqdim edib bildirmişlər ki, baxış zamanı bunu ondan aşkar etmələrini qeyd edəcəklər. Bundan sonra onu 42-ci Polis Bölməsinə gətirib, təzyiq göstərərək qeyd edilən selofan torbanın onun özünə məxsus olmasını və maşında gəzdirərək saxlamasını təzyiq altında bildirmiş, bununla bağlı təqdim olunmuş sənədlərə imza etmiş və polis əməkdaşları tərəfindən videoçəkiliş zamanı üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını təzyiq altında bildirmişdir. Polis əməkdaşları yalnız onun evindən şkafın gözündən içərisində qurudulmuş marixuana olan kibrit qutusu tapmışlar, digər ondan və avtomaşından aşkar olunmuş narkotik vasitələr ona məxsus deyildir və həmin narkotik vasitələr ona məxsus olmadığından onun əl-barmaq izləri onların üzərində ola bilməz. Onun avtomaşınında aşkar edilmiş narkotik vasitələrdən məlumatı yoxdur və ona aidiyyəti olmamışdır. O, polis əməkdaşlarının təzyiqi altında sənədlərə və videoçəkiliş zamanı onların diqtəsi ilə ifadə vermişdir. Onda yalnız bir kibrit qutusunda qurudulmuş marixuana olmuşdur, yerdə qalan narkotiklər ona məxsus olmamışdır.

45. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X15 elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və çəkmək yolu ilə qurudulmuş marixuana qəbul edir. Hadisə baş verən gün o, Bakıxanov qəsəbəsində “Akkord”-un binaları kimi tanınan ərazidə idarə etdiyi “Mersedes” markalı avtomaşında olmuş, dayanacaqda durduğu zaman avtomobilinin izlənildiyini başa düşmüşdür. Sonra onun maşınına mülki geyimli şəxslərin yaxınlaşdığını görmüş, onların düşmənləri olmasından ehtiyat etdiyindən avtomobilini idarə edib uzaqlaşmaq istəmişdir. Bu zaman avtomaşının qarşısına «Pikap» tipli nömrəsinin sonu “777” ilə bitən maşın çıxaraq onun qarşısını kəsməyə cəhd etmişdir. O, çətinliklə maş ınını idarə edib sürərkən onu saxlamağa çalışan «Pikap» tipli maşını vurmuş, sürətlə avtomobili idarə edib sürərək Nardaran qəsəbəsi istiqamətində hərəkət etmişdir. Lakin həmin «Pikap» tipli avtomobil də onu təqib etmiş, oradakı dəmir yolunu keçəndən sonra həmin avtomobilin gözdən itdiyini və onu təqib etmədiyini görmüşdür. Həmin vaxt onu tutmaq istəyən şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüşdür. Daha sonra aeroport yoluna çıxaraq maşınını idarə edib yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evə getmişdir. Həmin vaxt onun üzərində istifadəsi üçün saxladığı bir kibrit qutusu marixuana olmuş, lakin idarə etdiyi maşının salonunda və baqajında heç bir narkotik vasitə olmamışdır.

46. Qismən məhkəmə istintaqı aparılmaqla keçirilən apellyasiya icraatı zamanı məhkəmə iclas ında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və çəkmək yolu ilə qurudulmuş marixuana qəbul edir, hadisə baş verən gün o, Bakıxanov qəsəbəsində "Akkord”un binaları kimi tanınan ərazidə idarə etdiyi "Mercedes” markalı avtomaşında olmuş, dayanacaqda durduğu zaman avtomobilinin izlənildiyini başa düşmüşdür, sonra onun maşınına mülki geyimli şəxslərin yaxınlaşdığını görmüş, onların düşmənləri olmasından ehtiyat etdiyindən avtomobilini idarə edib uzaqlaşmaq istəmişdir, bu zaman avtomaşının qarşısına «Pikap» tipli nömrəsinin sonu "777” ilə bitən maşın çıxaraq onun qarşısını kəsməyə cəhd etmişdir, o, çətinliklə maşının ı idarə edib sürərkən onu saxlamağa çalışan «Pikap» tipli maşını vurmuş, sürətlə avtomobili idarə edib sürərək Nardaran qəsəbəsi istiqamətində hərəkət etmişdir, lakin həmin «Pikap» tipli avtomobil də onu təqib etmiş, oradakı dəmir yolunu keçəndən sonra həmin avtomobilin gözdən itdiyini və onu təqib etmədiyini görmüşdür, həmin vaxt onu tutmaq istəyən şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüşdür, daha sonra aeroport yoluna çıxaraq maşınını idarə edib yaşadığı Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən evə getmişdir. Həmin vaxt onun üzərində istifadəsi üçün saxladığı bir kibrit qutusu marixuana olmuş, lakin idarə etdiyi maşının salonunda və baqajında heç bir narkotik vasitə olmamışdır.

47. Bu ifadələri əsas götürən apellyasiya instansiya məhkəməsi Z.H.Ağayevin ifadələrinin başq a sübutlarla – şahidlərin ifadələri, məhkəmə eskpertizalarının rəyləri ilə və digər sübutlarla, o cümlədən 05 noyabr 2019-cu il tarixli qərarından asılı olmayaraq əldə edilmiş sübütlarla təsdiq olunmasına, onların biri-birini tamamlanmasını nəzərə almamış, araşdırılmış sübutlara qiymət verməmiş və bəraətin verilməsi üçün istinad etdiyi sübutların digər sübutlara münasibətdə üstünlük təşkil etməsini əsaslandırmamışdır.

48. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasına dair nəticəyə gələn apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə təqsirləndirilən şəxsin ifadəsini alsa da, həmin ifadəni hazırki mərhələyə kimi verilmiş ifadələrlə, xüsusi ilə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi hissəsində cinayət işi materialları i lə əlaqəli şəkildə təhlil edib araşdırmamış və nəzərindən qaçırmışdır ki, cinayət işi materiallarına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat tədbiri əsasında əməliyyat müvəkkilləri tərəfindən saxlanılmasına cəhd edilsə də, Z.Ağayev idarə etdiyi maşını ilə əməliyyat müvəkkillərinin idarə etdiyi nəqliyyat vasitəsini vuraraq oradan qaçmışdır. İstər ibtidai araşdrıma dövründə, istərsə də məhkəmə istintaqı zamanı Z.Ağayev izlənildiyindən şübhələndiyi həmin şəxsləri “düşmənləri” adlandırmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmənin mümkünsüz sübut kimi qiymətləndirdiyi “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 15.1.2020-ci il tarixli qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17.1. 2020-ci il tarixli qərarı müdafiə tərəfindən ibtidai araşdırma dövründə mübahisələndirilməmişdir. Qeyd edilir ki, Z.Ağayevin ibtidai araşdırma dövründə dövlət hesabına təyin edilmiş müdafiəçidən müqavilə əsasında olan müdafiəçisinin onun hüquqlarının müdafiə edilməsi əsası ilə imtina etməsini nəzərə alaraq, həmin hüququndan könüllü olaraq istifadə etməmişdir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Z.H.Ağayev ifadələrində nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş narkotik vasitələrə dair etirafedici ifadələrini təsir və təzyiq altında verməsini, tutularkən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsini göstərsə də, bu ifadələrin yoxlanılması istiqamətində müvafiq araşdırma aparan apellyasiya instansiya məhkəməsi Z.H.Ağayevin qeyd edilən epizod üzrə vermiş olduğu ifadəni, narkotik vasitənin onun üzərindən aşkar edilərək götürülmüş hissəsi ilə fərqləndirməmiş və qeyd edilən hissəyə münasibətdə heç bir hüquqi əsaslandırma etməmişdir. Verilmiş ifadəni epizodlar üzrə fərqləndirməyən apellyasiya instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, Z.H.Ağayev üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin deyil, avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmasını təkzib etmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmasının predmeti iki fakt üzrə həyata keçirilməlidir: - Mercedes markalı, **-OL-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələr üzrə; - Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr üzrə.

51. Mercedes markalı, **-OL-*** dövlət nömrə nişanlı avtomo bildən aşkar edilərək götürülmüş narkotik vasitələrlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi istintaqı üzrə müəyyən edilən işin faktiki hallarına görə, Z.H.Ağayev saxlanıldıqdan sonra avtomobilin polis bölməsinə gətirilməsi polis əməkdaşları tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, bu müddət ərzində avtomobil polis əməkdaşlarının tam nəzarətində olmuş, onlar tərəfindən idarə edilərək polis bölməsinə gətirilmiş və yalnız bundan sonra avtomobilə baxış keçirilmişdir.

52. Avropa Məhkəməsinin Zakit Zayidov Azərbaycana qarşı olan iş üzrə gəldiyi nəticədə qeyd edirlir ki, 20 dəqiqəyə yaxın bir müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkü nsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar.

53. Avropa Məhkəməsi daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulunun və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir.

54. Ona görə də, Mercedes markalı, **-OL-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələr üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə kollegiya razılaşır və bu hissədə hökmün qanuni və əsaslı olması qənaətinə gəlir.

55. Z.H.Ağayevin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr üzrə gəldiyi nəticə üzrə kollegiya aşağıdakıları qeyd edir.

56. İttiham aktına və birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, Z.H.Ağayev saxlanılıb polis bölməsinə gətirilib, üzərinə baxış keçirilən zaman bir kibrit qutusunda mariuxana aşkar edilərək götürülmüşdür.

57. Z.H.Ağayev bütün ifadələrində qeyd edir ki, hadisədən sonra aeroport yoluna çıxaraq maşınını idarə edib yaşadığı Nardaran qəsə bəsi, Bağlar massivində yerləşən evə getmişdir. Həmin vaxt onun üzərində istifadəsi üçün saxladığı bir kibrit qutusu marixuana olmuş, lakin idarə etdiyi maşının salonunda və baqajında heç bir narkotik vasitə olmamışdır.

58. Cinayət işi materiallarına əlavə edilmiş 15 yanvar 2020-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokola əsasən, həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli olduğuna görə saxlanılmış X10 üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı Ziya Ağayevin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində kütləsi 5,349 qram narkotik maddə qurulumuş marixuana olan bir ədəd kibrit qutusu aşkar olunuraq g ötürülmüşdür.

59. Məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2020-ci il tarixli 981 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. X10 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd...” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,349 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkitsindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurulumuş marixuanadır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, X10 üzərindən aşkar olunaraq götürülmüş, kütləsi 5,349 qram marixuana cinayət işi üzrə yeganə sübutla təsdiqini tapmır. Z.Ağayevin ifadəsi, baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol və ekspert rəyi biri-biriləri ilə ziddiyyət təşkil etmir. Hətta Z.Ağayev bütün cinayət təqibi prosesində bu sübutu qəbul edir və mübahisələndirmir. Heç bir ifadəsində qeyd etmir ki, üzərində aşkar edilib götürülmüş sübut ona məxsus olmamışdır.

61. Məhkəmə kollegiyası, prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hökmü, yəni onun iş üzrə gəldiyi hər hansı nəticə araşdırılmış sübutlara istinad edilməklə əsaslandırılmalı, sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edilməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməlidir. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm (qəbul edilmiş digər yekun məhkəmə aktı) qanuni və əsaslı hesab edilə bilər.

62. Məhkəmə kollegiyası hər hansı məhkəmə hökmünün və ya qərarının əsaslı olması tələbinə dair Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da müraciət etməyi zəruri sayır.

63. Avropa Məhkəməsinin bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (“Moreyra Ferreyra v. Portugaliyaya qarşı” iş üzrə 11 iyul 2017-ci il tarixli Qərar). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir. (“Budak Türkiyəyə qarşı” iş üzrə 16 fevral 2021-ci il tarixli Qərar). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (“Aslan İsmayılov Azərbaycana qarşı” iş üzrə 12 mart 2020-ci il tarixli Qərar).

64. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələrin sübutlar üzrə bu qaydada təftiş aparılmasından görünmür və həmin aktlarda əsasən X11 bəraət verilməli olmasını təsdiq edən sübutlara yox, əksinə, onun narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməkdə təqsirini təsdiq edən sübutlara istinad olunmuşdur, baxmayaraq ki, CPM-in 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda göstərilənlər ümumilikdə götürüldükdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsinə və buna görə də 24 iyul 2023-cü il tarixli hökmdən verilmiş kassasiya protestinin əsaslı olmasına dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəir ki, həmin pozuntularla çıxarılmış hökm qüvvəsində saxlanıla bilməz və belə hökm ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır.

66. Məhkəmə kollegyiası bu qənaətə gələrkən CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcdan həll edilməsini mümkün bilmir.

67. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçı sının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X10 barəsində olan 24 iyul 2023-cü il tarixli, 1(103)-287/2023 nömrəli hökmü ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

68. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2023-cü il tarixli, 1(103)-287/2023 nömrəli hökmü ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar