Məhkəmə qərarları › İş №1(102)-715/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-715/2019

29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-715/2019 29.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 715/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "29" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlundan (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlundan və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun, Müdafiəçi - Bakı şəhəri 1 saylı Vəkil Bürosunun Aslanov Tofi q Hümmət oğlu, Mülki iddiaçı – Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət almış X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Samir Əlibala oğlu) xx xxxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan X5 Azə rbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham olunmuşdur ona görə ki, o, hüquqi ünvanı ünvan 1mi VN yanında Bakı Vergilər Departamentinə qeydiyyata alınmış “xxxx” MMC-nin (VÖEN: **********) direktoru vəzifəsində işləyərkən, cəmiyyətin Nizamnaməsinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi tutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərb aycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 104.1, 105.1, 130.1, 150.1.7, 1554, 157, 159, 161 və 166-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək, xeyli miqdar təşkil edən 30430,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır, Belə ki, X5 “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən 2011-ci il üzrə cəmiyyətin əldə etdiyi gəlirləri 732.755,41 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərcləri 610.629,51 manat, vergiyə cəlb olunan 122.125,90 manat mənfəətdən keçmiş illərin 24.481,61 manat zərəri çıxmaqla 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 19.528,86 manat olduğu halda, həmin il üzrə vergi orqanı na təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2011-ci il üzrə əldə etdiyi gəlirlərini 732.755,41 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərclərini 706.315,83 manat, vergiyə cəlb olunan 26.439,58 manat mənfəətdən keçmiş illərin 244.81,61 manat zərəri çıxmaqla 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 391,59 manat göstərərək 19.137,27 manat; 2012-ci il üzrə cəmiyyətin əldə etdiyi gəlirləri 83.103,34 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərcləri 69.252,76 manat, vergiyə cəlb olunan mənfəəti 13580,56 manat, 20 % dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 2.770,11 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin 2011-cä İS üzrə əldə etdiyi gəlirlərini 83.103,34 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərclərini 73.501,83 manat, vergiyə cəlb olunan mənfəətini 9.601,51 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 1.920,30 manat göstərərək 849,81 manat, cəmi 19.987,08 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini; 2011-ci ilin sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 103728,05 manat, ƏDV 18671,10 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 24844,05 manat, ƏDV-ni 4471,93 manat göstərərək 14199,17 manat; 2011ci ilin noyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 86.022,00 manat, ƏDV 15.483,96 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 6.1691,11 manat, ƏDV-ni 11.104,40 manat göstərərək 4.379,56 manat; 2011-ci ilin iyul ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyy əsi 14.774,66 manat, ƏDV 2.659,44 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 8.774,66 manat, ƏDV-ni 1.579,44 manat göstərərək 1.080,00 manat, cəmi 19.658,73 manat ƏDV-ni az; 2011-ci ilin oktyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 149.733,39 manat, ƏDV 26.952,01 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 162.470,78 manat, ƏDV-ni 29.244,74 manat göstərərək 2.292,73 manat; 2011-ci ilin dekabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 105.027,94 manat, ƏDV 18.905,03 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 195.505,66 manat, ƏDV-ni 35.191,02 manat göstərərək 16.285,99 manat; 2012-ci sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi olmadığı, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisi 36,72 manat olduğu halda, vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 5.796,00 manat, ƏDV-ni 1.043,28 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 0,00 manat göstərərək, 1.080,00 manat, cəmi 19.658,72 manat ƏDV-ni isə artıq hesablamaqla, 0,01 manat ƏDV-ni; 2011-ci ilin 3-4-cü və 2012-ci ilin 1-ci rübləri üzrə cəmiyyətə göstərilmiş tikinti xidmətlərinə görə vergi orqanlarında uçotda alınmayan və VÖEN təqdim etməyən fiziki şəxslərə ödədiyi 74.595,83 manat haqdan 14 % dərəcə ilə 10.443,42 manat məbləğində ödəmə mənbəyində tutulan vergi ödəməli olduğu halda, vergi orqanına bəyannamələr təqdim etməyərək, 2011-ci ilin 3-4-cü və 2012-ci ilin 1-ci rübləri üzrə 10.443,42 manat məbləğində öd əmə mənbəyində tutulan vergini, ümumilikdə 30.430,51 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmünə əsasən təqsirləndirilən X5 cinayət əməli törətməsi barədə təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Mirzəyev Sahibxan Arzuman oğlu, hakimlər Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 06 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya pro testi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2015-ci il tarixli, 17129 nömrəli rəyin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” MMCnin 01.01.2011 -ci il tarixdən 01,06.2014-cü il tarixədək olan dövrdə aparılmış-əməliyyatlara görə 19.987,09 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilir. İstintaq tərəfindən “Azərekspertiza” Birliyinin 29.03.2015-ci il tarixli mütəxəssis rəyində göstərilən, yəni vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən yerinə yetirilmiş elektrik avadanlıqlarının quraşdırılması və təmir işlərinin yerinə yetirilməsi üzrə nəzəri qaydada hesablanmış 30579,15 adam/saat-a görə hesablanmış cəmi 95.578,83 manat məbləğində əmək haqqının faktiki olaraq neçə nəfər işçiyə ödənildiyi və ümumiyyətlə həmin rəyin reallığı əks etdirildiyi və sübut növü kimi qəbul edildiyi, eləcə də hesablanmış əmək haqqının kimə ödənildiyi (şəxs) məlum olduğu halda, müəssisə tərəfindən hesablanmış 20.983,0 manat əmək haqqı nəzərə alınmaqla 10.443,41 manat (74.595,83 (95.578,83- 20.983,0) x 14%) məbləğində ödəmə mənbəyində tutulan verginin dövlət büdcəsinə az hesablanması təsdiq olunar, o cümlədən 2011-ci ilin 3-cü rübü üzrə 4677,69 manat, 2011 -ci ilin 4- cü rübü üzrə 5607,55 manat, 2012-ci ilin 1-ci rübü üzrə 158,17 manat. Qeyd edilir ki, müəssisənin şəxsi hesab vərəqindən göründüyü kimi, səyyar vergi yoxlamasının sonuna, yəni 08.05.2015-ci il tarixə dövlət büdcəsinə hesablanmış vergilər üzrə 7.279,17 manat məbləğində artıq ödəməli olmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsində mülki iddiaçı Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Bakı şəhəri Lokal Gərilər Departamentinin nümayəndəsi X4 mülki cavabdeh X5 30.430,51 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, vergi ödəyicisi olan X5 fəaliyyəti tam qanuni əsaslarla yoxlanılmış və bu barədə səyyar verg i yoxlama aktı tərtib edilmişdir. Lakin məhkəmə hökmündə, vergidən yayındırılan məbləğlə bağlı məhkəmə istintaqı dövründə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq, komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının 17.10.2016-cı il tarixli 18784 nömrəli və 24.04.2017-cı il tarixli 25200 nömrəli rəylərini digər sübutlarla müqayisəli surətdə təhlil etməmiş, həmin rəylərə nəyə əsasən istinad etməsini və nəyə görə həmin rəyləri mötəbər sübut kimi qiymətləndirməsini əsaslandırmamış, eyni zamanda ibtidai istintaq dövründə keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizasının 21.09.2015-cü il tarixli 17129 nömrəli rəyi ilə sübut növü kimi razılaşmamasmın səbəbini aydınlaşdırmamışdır və həmin rəyin işin bütün hallarına uyğun olması ilə razılışmamışdır. Həmçinin protestdə qeyd edilmişdir ki, birinci instansi ya məhkəməsi qərar qəbul edərkən yeganə sübut növü kimi yalnız AR Ədliyyə Nazirliyi MEM-in 24 aprel 2017-ci il tarixli 25200 saylı ekspert rəyinə istinad etmiş, lakin öz qərarında həmin rəyi sübut kimi yoxlamamışdır. Buna görə vergi orqanı həmin rəyi özü yoxlamaq məcburiyyətində qalmış və müəyyən etmişdir ki, rəy tam əsassız tərtib edildiyi üçün sübut kimi qiymətləndirilə bilməzdi. Belə ki, ekspertin gəldiyi nəticəyə əsasən iddiaçının bəyan etdiyi xərclərin əksər hissəsi onun məhkəməyə təqdim etdiyi sənədlər əsasında öz təsdiqini tapmışdır. Buna baxmayaraq ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsində aşağıdakı zəruri məsələlərin heç biri öz əksini tapmamışdır: xərci təsdiq edən sənədlərin konkret növü, sayı, tarixi və digər rekvizitləri; konkret sənədlər üzrə öz təsdiqini tapmış xərc m əbləğləri; iddiaçının əməliyyat apardığı hər bır konkret vergi ödəyicisi üzrə xərcin ayrılıqda məbləği; sənədlərlə müəyyən olunmuş xərclərin müəssisənin tətbiq etdiyi “hesablama metodunun tələblərinə uyğunluğu. Qeyd olunan məsələlər yoxlanılmadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün olmadığı üçün adıçəkilən rəy mötəbər sübut qismində qəbul edilə bilməz. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2011-ci ilə dair müəssisənin mühasibat sənədlərini, o cümlədən, qaimə-fakturaları, “alış aktlarını”, vergi hesab-fakturaları, forma 2 işlərin görülməsinə dair qəbul aktlarını, material və texniki hesabatlarının, əmək haqqı cədvəllərini, bank ödəniş cədvəllərinin, ezamiyyə və onun digər xərclərinin təsdiq edən ödənişləri ilə müqayisə etdikdə müəssi sənin 2011-ci il üzrə mənfəət vergisi bəyannamələrində olan göstəriciləri öz təsdiqini tapmaqla həmin il üzrə hər hansı bir kənarlaşma müəyyən olunmamışdır. İş materiallarına keçirilmiş baxış zamanı ekspertin mövcudluğunu iddia etdiyi aşağıdakı xərc sənədləri aşkar edilməmişdir: qaimə-fakturalar; vergi hesab-fakturalar; forma 2 №-li işlərin görülməsinə dair qəbul aktları; material və texniki hesabatlar; əmək haqqı cədvəlləri; “alış aktları”; bank ödəniş sənədləri; ezamiyyə xərcləri; kassa mədaxil və məxaric orderləri. Belə olan halda ekspertin “qeyri-müəyyən (naməlum və ya mövcud olmayan) sənədlər” əsasında tədqiqat aparması onun rəyinin mötəbərliyini şübhə altına almışdır. Bu hal eyni zamanda, həmin ekspert rəyinə əsaslanmış məhkəmənin qərarının əsassız və qanunsuz olmasına gətirib çıxarm ışdır. Ekspert rəy verərkən, məhkəmənin sualına əhəmiyyət verməmiş və sualda qoyulan şərtə riayət etməmişdir. Bütün bunlarla bərabər, məhkəmə də sualına düzgün və ətraflı cavab verilməyən rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Məhkəmələrin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyi ilə istintaq zamanı alınmış 21 sentyabr 2015-ci il tarixli 17129 nömrəli ekspert rəyi arasında ciddi fərqlərin olması, habelə iddiaçı tərəfindən xərc sənədlərinin tam olaraq təqdim edilmədiyi halda ekspert rəyində həmin sənədlərin tam olaraq təqdim edildiyinin göstərilməsi həmin rəyin mötəbərliyini bir daha şübhə altına alır. Belə ki, səyyar vergi yoxlaması zamanı iddiaçıya “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 08.08.2014-cü il tarixli **********791940 nö mrəli tələbnamə təqdim edilərək, yoxlama ilə əhatə olunan dövrə aid ilkin mühasibat sənədlərinin, baş kitabın, dövriyyə cədvəllərinin, müqavilələrinin, forma 2, VHF-nın, qaimə fakturalarının, yük gömrük bəyannamələrinin, satış sənədlərinin, bank və kassanın mədaxil və məxaric sənədlərinin*, habelə vergilərin hesablanması ilə əlaqədar digər sənədlərin yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Lakin yoxlamaya yoxlanılan dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri qismən təsdiq edən sənədlər təqdim edildiyindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə müvafiq olaraq 22.10.2014-cü il tarixli “Sənədlərin yoxlamaya qismən təqdim edilməsi haqqında akt” tərtib edilmişdir. Departament tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 22.10.2014-cü il tarixli ***** *****818495 nömrəli qərara əsasən 02.02.2015ci il tarixli protokolla işlərin yerinə yetirilməsinə dair tərtib olunmuş Forma 2-lər (35 vərəq) və yük gömrük bəyannamələri və invoyslar (29 vərəq) götürülmüş, lakin 01.01.2011-ci il tarixdən 01.07.2014-cü il tarixədək olan dövr üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən və “xxxx” ASC-dən başqa digər müəssisələrlə işlərin yerinə yetirilməsinə dair forma 2-lərin, müqavilələrin, bank əməliyyatlarına dair ilkin sənədlərin, malmaterialların alışına dair qaimə-fakturaların, kassa sənədlərinin, malların anbara mədaxil sənədlərinin, material hesabatlarının və texniki hesabatların surətinin yoxlamaya təqdim edilməməsi barədə Vergi Məcəlləsinin 43.10-cu maddəsinə müvafiq olaraq 02.02.2015-ci il tarixli “Sənədləri n və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt” tərtib edilmişdir. Göründüyü kimi, yoxlanılan dövr üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər tam olaraq deyil, natamam olaraq yoxlamaya təqdim edilmiş və buna görə də vergi ödəyicisinin gəlirindəki mənfəətinin həcmini birbaşa müəyyən etmək mümkün olmamışdır. Lakin yuxarıda adıçəkilən 24 aprel 2017-ci il tarixli 25200 saylı ekspert rəyində müəssisənin 2011 -ci ildə fəaliyyətinə dair mühasibat sənədlərini tam şəkildə təqdim etdiyini qeyd etməsini, işdə olan bütün digər sübutlarla, yəni “xxxx” MMC-nin direktoru X5 ifadəsində, AR Ədliyyə Nazirliyi MEM-in 21 sentyabr 2015-ci il tarixli 17129 nömrəli rəyində, yuxarıda sadalanan imtina aktlarında qeyd olunanlarla aşkar surətdə ziddiyyət təşkil edir. Belə liklə, məhkəmə öz hökmündə (qərarında) iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərməmiş, CPM- nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamını hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlməyərək ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamışdır. Ona görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni dən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiy a instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində X5 düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya protestində də göstərilmiş, apellyasiya məhkəməsi qərarında həmin dəlillərə münasibət bildirmiş, onlarla razılaş madığının səbəblərini göstərmiş, birinci instansiya məhkəməsi tərəfindən X5 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə düzgün olaraq bəraət verilməsinə dair mövqeyini qərarında ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin qərarda bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və onun müdafiəçisinin, həmçinin apellyasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları məhkəmə iclası nda tədqiq edərək təqsirləndirilən X5 ona ittiham olunan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət vermişdir. Məhkəmənin həmin hökmdən verilmiş apellyasiya protestinin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir və məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının (hakimlər: A.S.Hüseynov, N.İ.Rəsulobəyova və İ.K.Hüseynov) “xxxx” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Vergilər Departamentinə qarşı iddiasına dair iş üzrə 04 sentyabr 2018-ci il tarixli N° 2-1 (102)-1785/2018 saylı qərarında qeyd olunmuşdur ki, “xxxx” MMC tərəfindən ödəmə mənbəyindən tutulan ver gilərin ödənilməməsinə dair mübahisə predmetini yalnız 10.443,42 manat təşkil edir, həmin hissədə maliyyə sanksiyası tətbiq edilməklə vergidən yayınma halı araşdırılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qeyd olunan qərarından belə görünür ki, “xxxx” MMC-nin vergi aktı üzrə ümumilikdə 10.443,42 manat ödəmə mənbəyindən tutulan vergi (ÖMTV) mübahisələndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vergiləri ödəməkdən yayınmaya görə məsuliyyət nəzərdə tutan 213-cü maddəsinə əsasən “xeyli miqdar” vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Həmin maddənin qeyd hisssəində göstərilir ki, “xeyli” miqdar dedikdə 20.000 manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi inzibati-iqtisad kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə müəyyən edilmişdir ki, “xxxx” MMC-nin vergidən yayındığı məbləği 10.443,42 manat ÖMTV mübahisələndirilir. Bu məbləğ bütövlükdə cinayət məsuliyyəti yaratmadığından apellyasiya protestinin dəlilləri əsaslı hesab edilərək təmin edilə bilməz. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya protesti təmin edilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi X5 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni ittiham tərəfinin özünün təqdim etdiyi sübutlara, ittihamın sübut edilməsində yaranmış və aradan qaldırılması artıq mümkün olmayan şübhələrə, işin faktiki hallarına, qanunu n tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad kollegiyasının qərarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi, ittiham aktında istinad etdiyi sübutlar sadalanaraq onların məzmunu göstərilərək iddia olunur ki, ittiham təsdiq edilmişdir. Kassasiya protestinin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi həmin sübutları, o cümlədən ekspert rəyini qanunla nəzərdə tutulmuş qaydada tədqiq edərək yoxlamış, məhkəmə baxışı zamanı da ekspertiza təyin etmiş, məhkəmə sübutları və ekspert rəylərini qiymətləndirərək iş üzrə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası həmin sübutları protestin dəlili baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin X5 təqsirliliyi sübuta yetirilmədiyinə dair gəldikləri nəticə iş materiallarına uyğun olmaqla əsaslıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməs i üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar X5 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Kassasiya protestində məhkəmə-mühasibatlıq ekspertizasının 24 aprel 2017-ci il tarixli 25200 №-li rəyinin əsaslılığı şübhə altına alınsa da, belə bir dəlilə istinad edilməmişdir ki, həmin rəyin əsassız olduğu, kifayət qədər dolğun olmadığı qənaətinə gəlməyə əsas versin. Həmin rəydə qeyd edilənlərin işdə olan məlumatlarla birlikdə təhlili də göstərir ki, bu rəyin qanuniliyini şübhə altına almağa əsas yoxdur. Bu məsələ ilə əlaqədar qeyd olunmalıdır ki, həmin rəy digər sübutlarla yanaşı məhkəmə iclasında tədqiq edilərək yoxlanılmış, belə məsələləri tənzimləyən Azərbaycan Respublikası CPMnin 331-ci maddəsinin tələblərinə riayət olunmuş, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə uyğun olaraq qiymətləndirilmişdir. Yəni bu məsələdə də hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad kollegiyasının “xxxx” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə 04 sentyabr 2018-ci il tarixli qərarına istinad etmiş və kassasiya protestində məhkəmənin həmin qərara istinad etməklə gəldiyi nəticəni təkzib edən hər hansı bir sübut və dəlil göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad kollegiyasının həmin qərarında bir mənalı olaraq göstərilmişdir ki, “... yoxlama ilə ümumilikdə 95.578,83 manat əmək haqqının hesablandığı müəyyən edilmişdir. Hesablanmış 95.578,83 manat əmək haqqından iddiaçı MMC tərəfindən bəyan edilmiş 20.983,00 manat əmək haqqı nəzərə alınmaqla, Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2, 101 və 150.1,7-ci maddələrinə əsasən əlavə olaraq 10.443,42 manat ((95.578,83 20.983,00) x 14%) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin yayındırılmasına görə, yayındırılmış 10.443,42 manat ödəmə mənbəyində tutulan verginin məbləğinə 50% miqdarında, yəni 5.221,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir...”. Apellyasiya məhkəməsi qərarda əks etdirilmiş həmin fikrə əsaslanaraq belə qənaətə gəlmişdir ki, hazırk ı iş üzrə N.Əliyev tərəfindən məhz xeyli miqdarda (CM-nin 213-cü maddəsinin qeydinə görə 20.000 manatdan yuxarı) vergiləri ödəməkdən yayınması barədə fikir söylənilə bilməz (Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinin dispozisiyasına görə xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma həmin maddə ilə məsuliyyət yaradır). Apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinin tələbləri baxımından da qanunidir. Bu normada birmənalı olaraq təsbit edilmişdir ki, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndi rilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək, bu normaları və qərarların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə də heç bir ziddiyyət təşkil etmir. Bütün bunlar X5 verilmiş ittihamın təsdiq olunmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən normalarla yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 125.1, 145.3, 33.2 və 42.1.4-cü maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cin ayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs ə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə mövqeləri iş materiallarına uyğun olmaqla qanunidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət almış X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı də yişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar