Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-715/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Məhkum1 və onun müdafiəçiləri Cəbrayılova Nüşabə Sərdar qı zının və Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə, Məhkum1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçiləri N.S.Cəbrayılova və V.Ə.Orucov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə (hakimlər Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1979-cu il tarixdə Şəmkir rayonunun Tatarlı kəndində anadan olmuş, Rusiya F ederasiyasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, bacısı qızı X3 02 iyun 2018-ci il tarixdə Daşkəsən rayonunun, Almalı kənd sakini X32 tərəfindən qaçırılıb sonuncunun X11 ilə cinsi əlaqədə olaraq qızlıq bəkarətinin pozmasına baxmayaraq onunla evlənməməsini özünün və nəslinin adının, namusunun ləkələnməsi k imi qiymətləndirib, X22dən qisas alıb onu qəsdən öldürmək qərarına gəlmişdir. Məhkum1 öz cinayətkar niyyətini həyata keçirtmək məqsədilə əvvəlcədən hazırlamış olduğu plana uyğun olaraq hadisədən 3 gün əvvəl özünə məxsus "******" markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Daşkəsən rayonuna gedib, ilk öncə özünü X11nın dayısı kimi deyil, üzüm alverçisi kimi təqdim edərək X22lə tanış olmuş, onunla guya ucuz qiymətə üzüm alıb baha qiymətə satacaqları barədə söhbət aparıb bu yolla onu aldadaraq Gəncə şəhərinə dəvət etmişdir. Daha sonra, Məhkum1 15 sentyabr 2018-ci il tarixdə saat 11:00 radələrində X22i Gəncə şəhərində qarşılayaraq idarə etdiyi avtomaşına mindirib özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq ona X11nın dayısı olduğunu bildirdikdən sonra orada X22i qəsdən öldürmək məqsədilə əvvəl evin həyətindən götürdüyü taxta parçası ilə X22in bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr vuraraq ona həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən baş beynin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma ilə müşayiət edilən alın, sağ təpə-gicgah, sol gicgah və ənsə nahiyələrinin hematomaları xəsarətləri, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən üst dodağın selikli qişasına qansızma, sağ bazu, sağ said, sağ qalça, sağ kürəküstü, sol bud, sağ baldır, sol qulaq nahiyələrinin, döş qəfəsinin arxa səthlərinin, sağ kürək nahiyəsinin qançırları, sol gicgah, sağ almacıq, hər iki said, sol sarğı nahiyələrinin sıyrıqları xəsarətlərini yetirdikdən sonra zərbələrin təsirindən üzü üstə uzanmı ş vəziyyətdə olan X22in saçından sol əli ilə tutub özünə doğru qaldıraraq evin həyətindən götürmüş olduğu ümumi uzunluğu 291 mm, tiyəsinin uzunluğu 62 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağı ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirərək davamlı olaraq X22in boyun nahiyəsini kəsməklə ona həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən boyun nahiyəsinin yuxarı 1/3 hissəsində yuxu arteriyalarının, qırtlağın, yemək borusunun, onurğa beyninin tam kəsilməsi ilə müşayiət edilən xəsarətləri, habelə müqavimət göstərməsi səbəbindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və yüngül zərər vurmaya aid edilən sağ əlin İİİ-İV və sol əlin İİİ barmaqlarının ovuc səthlərinin k əsilməsi kimi olan xəsarətləri yetirməklə X22i xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən narazı qalan Məhkum1 müdafiəçisi X.S.Cəbrayılova və zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə) 09 dekabr 2019-cu il tarixli qərarı ilə məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti isə qismən təmin edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmiş və Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cə zasının müddəti 19 (on doqquz) ilədək artırılaraq həmin həmin cəzanın ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş kassasiya şikayətinə (həmin şikayətdə məhkum məhkuma təyin edilmiş cəzanın yüngül olması iddia edilirdi) əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə) 24 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilməd ən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçiləri N.S.Cəbrayılova və V.Ə.Orucov kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini, müdafiəçi N.S.Cəbrayılova məhkumun əməlinin CM-nin 120.2.4-cü maddəsindən CM-nin 126.3-cü maddəsinə, müdafiəçi V.Ə.Orucov isə həmin əməlin CM-nin 120.2.4-cü maddəsindən CM-nin 124-cü maddəsinə tövsif edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.S.Cəbrayılova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbayca n Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, Məhkum1 əməli düzgün tövsif edilməmiş, nəticədə isə Məhkum1 əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib ağır cəzaya məruz qalmışdır. Müdafiəçi öz şikayətində məhkəmə-tibbi və digər ekspertizaların rəylərinə istinad edərək bildirir ki, Məhkum1 fərdi psixolojı xüsusiyyətləri sırasında onun cinayəti “xüsusi amasızlıqla” törətməsinə işarə edən hər hansı hal (məsələn, qəddarlığa, sadizmə, amansızlığa, özgəsinə mənasız əzab verməkdən həzz almağa meylli olması və s.) yoxdur. Rəydə qeyd edilmiş fərdi xüsusiyyətlərdən biri Məhkum1 "hadisə haqqında məntiqi fik ir yürütmə" qabiliyyətinə malik olmasıdır. Adam öldürmə cinayətinin “xüsui amansızlıq"la törədilməsi zamanı cinayətin subyekti ölümə səbəb olan xəsarətlə (və ya xəsarətlərlə) kifayətlənmir, belə xəsarətlər yetirməyi onların artıq heç bir məna daşımadıqlarını dərk etdiyini bilərək davam edir. Bu barədə hüquq ədəbiyyatında kifayət qədər yazılara rast gəlmək mümkündür". Hazırki işdə ölümə bilavasitə səbəb cəmi bir xəsarət olmuşdur və ondan sonra Məhkum1 dərhal hadisə yerini tərk etmişdir. Bu, Məhkum1 öz əməlini "xüsusi amansızlıqla" törətməsini istisna edir. Şərh olunanlar göstərir ki, Məhkum1 əməlində CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Həmçinin müdafiəçi iş üzrə məhkumun ifadələrində ziddiyyətlərin olmasını qeyd edərək bildirir ki, apellyasiya məhkəməsi hə min ifadələrdən hansının işin hallarına uyğun olduğunu müəyyənləşdirmək üçün heç bir hərəkət etməmiş, araşdırma aparmamışdır. Cinayət barədə Məhkum1 dərhal yaxınlarına, hüquq mühafizə orqanlarına məlumat vermiş, onlarla əməkdaşlıq etmişdir. Bütün bu faktların məhkumun təqsirinin məzmununa və formasına təsiri, ümumiyyətlə, əlaqəsinin olub-olmaması barədə hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında heç nə göstərilməmişdir. Faktlar isə təsdiqləyir ki, Məhkum1 qəsdi zərərçəkmişi xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlməmiş və o, cinayəti qəflətən baş vermiş əsəbi psixi-emosional vəziyyətdə (ambulator məhkəməpsixolojı ekspertizasının 27 noyabr 2018-ci il tarixli 230 saylı rəyi) törətmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiəçi X.S.Cəbrayılova kassasiya şikayətinin təmi n edilməsini xahiş edir. Müdafiəçi V.Ə.Orucov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə çox saylı ziddiyətlərin olmasına baxmayaraq həmin ziddiyyətlərin aradan qaldırması üçün müdafiəçilər tərəfindən verilmiş vəsatətlər təmin edilməmişdir. Müdafiəçinin qənaətinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin əməli ölümə münasibətdə yalnız ehtiyatsızlıqda ifadə oluna bilər ki, Məhkum1 dava zamanı bıçağı zərər çəkmiş şəxsin əlindən aldığı zaman sonuncunu zərərsizləşdirmək istəyərkən ehtiyasızlıdan ona həyatı üçün təhlükəli olan xəsarət yetirmişdir. Ekspert rəyindən də göründüyü kimi, şəxsdə ölümə səbəb olan yalnız bir bıçaq xəsarəti olmuşdur, hansı ki, bu da dava zamanı təsadüfən yetirilmiş, qalan xəsarətlər isə bıçaqla yetirilməmiş, qarşılıqlı dava zamanı alınmışdır ki, bunu təsdi q etmək üçün heç Məhkum1 özünün məhkəmə-tibbi müayinəsi aparılmamışdır. Məhkəmə-psixioloji ekspertizasının rəyindən də görünür ki, Məhkum1 əməli törədərkən əsəbi psixi-emosional halda olmuş və bunun yaranma səbəbi zərər çəkmişlə aralarında yaranmış mübahisə ola bilər. Bu hal da hadisənin baş vermə şəraitinin həqiqətdə necə olmasının göstəricisidir. Bununla belə, məhkəmələr bu halı qiymətləndirmək, şəxsdə affekt vəziyyətinin olmasını daha diqqətlə araşdırmaq üçün təkrar məhkəmə-psixioloji ekspertizanın keçirilməsində maraqlı olmamış və bu barədə də müdafiə tərəfinin vəsatətləri təmin olunmamışdır. Bu cür hala qiymət verməkdən yan qaçan apellyasiya intansiyası məhkəməsi nəticədə işin halları ilə ziddiyyət təşkil edən hökmün məhkum olunmuş şəxsin təqsirliliyi və onun əməlinin hüquqi tövsifi h issələrində qüvvədə saxlanılması haqqında qərar qəbul etməklə araşdırılmış sübutları düzgün qiymətləndirməkdən imtina etmişdir. Hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının ədalətsizliyi həm də onda özünü büruzə vermişdir ki, məhkəmələr Məhkum1 himayəsində 4 azyaşlı uşağının olmasını, hadisədən dərhal sonra könüllü olaraq gələrək təslim olmasını, səmimi peşmanlığını nəinki nəzərə alınmamış, əksinə, bu halların müəyyən edilməsinə baxmayaraq Məhkum1 cəzası daha da ağırlaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq müdafiəçi V.Ə.Orucov kassasiya şikayətinin təmin edilməsini və məhkumun əməlini CM-nin 120.2.4-cü maddəsindən CMnin 124-cü maddəsinə tövsif olunması barədə qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçilərin kassasiya şikayətlərinin əsa s dəlili ondan ibarətdir ki, Məhkum1 qəsdən adam öldürmə cinayətini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkumun əməli CM-nin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmiş və hüquqlarını müdafiə etdiyi şəxs təqsiri sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçilər müxtəlif mövqedən çıxış edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunması və birinci şikayətdə məhkumun əməlinini CM-nin 124-cü maddəsi, ikinci şikayətdə isə həmin əməlin CM-n in 126.3-cü maddəsinə tövsif edilməsi haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsi n təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər X.S.Cəbrayılovun və V.Ə.Orucovun şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiy a instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam veri lməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cin ayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır k i, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu, digər tərəfdən isə insanları cinayətkar qəsdlərdən müdafiə etməyi, hər bir şəxsin yaşamaq hüququnun təmin edilməsi üçün qanunverici və institusional tə dbirlərin görülməsini ehtiva edir. Təsadüfi deyil ki, hər kəsin yaşamaq hüquqi Konstitusiya ilə yanaşı beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında əsas hüquqlardan biri kimi təsbit edilmişdir. Belə ki, Konstitusiyanın 27-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Beynəlxaq Millətlər Təşkilatının Baş Məclisinin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və Siyası Hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, yaşamaq hüququ hər b ir insanın alınmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kim özbaşınalıqla həyatdan məhrum edilə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndinə görə, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü m addələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallar dan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 senty abr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mö vqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 müdafiəçilərinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və işin yenidən apellyasiya istansiyası məhkəməsinə göndərilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, Məhkum1 X22dən qisas almaq üçün X22i özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq ona X11nın dayısı olduğunu bildirib orada X22i qəsdən öldürmək məqsədilə əvvəl evin həyətindən götürdü yü taxta parçası ilə X22in bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr vuraraq ona həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra X22in qəsdən öldürülməsinə yönəlmiş hərəkətlərini davam etdirmiş və zərbələrin təsirindən üzü üstə uzanmış vəziyyətdə olan zərərçəkmişin saçından sol əli ilə tutub özünə doğru qaldıraraq evin həyətindən götürdüyü bıçaqla müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirərək davamlı olaraq X22in boyun nahiyəsini kəsməklə ona həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən boyun nahiyəsinin yuxarı 1/3 hissəsində yuxu arteriyalarının, qırtlağın, yemək borusunun, onurğa beyninin tam kəsilməsi ilə müşayiət edilən xəsarətlər yetirməklə X22i xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslıranda isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum1, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifa dələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudla şdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-ni n 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ona hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. İş materialları ilə müəyyən edilir ki, müdafiəçilər kassasiya şikayətlərində işin faktiki hallarını mübahisələndirərək həmin halları Məhkum1 cinayət təqibinin sonrakı mərhələsində verdiyi ifadələrə uyğun olaraq başqa cür təsvir etsələr də sonuncu ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə, heç bir təsir və ya təzyiq göstərilmədən hazı rki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsini etiraf etmiş və həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən müəyyən edilmiş, ona elan olunmuş ittihama uyğun ifadələr vermişdir. Belə ki, Məhkum1 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və onun ifadələri hadisə yerində yoxlanılarkən göstərmişdir ki, X22 tərəfindən X6 qarşı qeyri qanuni hərəkətlər edilməsi barədə bacısı Yeganə ona danışdıqdan sonra onda X22 barəsində pis fikirlər formalaşmağa başlamış və ondan etdiyi hərəkət üçün cavab verməli olduğu və bunun üçün onu öldürmək qərarına gəlmişdir. Bu məqsədlə o, 15 sentyabr 2018-ci il tarixdə saat 11:00 radələrində X22i Gəncə şəhərində qarşılayaraq idarə etdiyi avtomaşına mindirib özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaş ayış evinə apararaq həmin evin həyətində X15 dayısı olduğunu bildirdikdə sonuncu bir qədər dayanıb üzünə baxmışdır və “X11 dayısısan lap yaxşı, sözünü de” sözlərini işlətmişdir. O, X22dən etdiyi hərəkətlərin səbəbini və son fikrinin nə olduğunu soruşduqda, X22 ona “bu vaxta qədər biz sizə yalvarmışıq, indi isə siz bizə yalvarın” sözlərini demişdir. Onun bu sözündən sonra o, özündən çıxmış və həyətdə olan taxtalardan birini yerdən götürərək X22 zərbələr endirməyə başlamışdır. O, X22 zərbələr endirərkən X22 anasına, var-yoxuna, nəslinə pis söyüşlər söymüş, o, isə davamlı olaraq taxta ilə X22in başından və bədəninin müxtəlif nahiyələrindən zərbələr endirməkdə davam etmişdir. Bu zərbələrin təsiri nəticəsində X22 yerə yıxılmış və bu vaxt o, yəni Məhkum1 yerdə olan qab-qacağın içərisində olan bı çağı götürərək yenidən X22in üstünə hücum etmişdir. X22 əlləri ilə başını tutaraq üzü yerə istiqamətdə uzanmış vəziyyətdə olarkən, o X22in saçından tutub başını yuxarı qaldırmış və sağ əlində olan bıçaqla başını kəsməyə başlamışdır. Təxminən 3-4 dəfə bıçağı hərəkət etdirdikdən sonra çoxlu qan axdığını görüb o, X22ini öldüyünü başa düşmüş və hərəkətlərini dayandırıb hadisə yerini tərk etmiş, sonradan isə qohumlarına X22dən qisas almasını və onu öldürməsini bildirmişdir. Məhkum1 həmçinin qeyd etmişdir ki, o, əsəbi olduğundan X22in başına və bədəninə neçə zərbə vurduğunu xatırlamır, lakin bu zərbələrin təsiri nəticəsində sonuncunun ölmədiyini görüb, onun uzanmış vəziyyətdə olmasından istifadə edərək bıçaqla başını kəsmişdir. Eyni zamanda Məhkum1 qeyd etmişdir ki, hadisə zamanı X22 onun ünva nına nalayiq söyşlər işlətsə də, ona hər hansı xəsarət yetirməmiş, buna görə onun tibbi müayinədən keçirilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir k, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 elan olunmuş ittiham da digər sübutlarla birgə məhz onun verdiyi həmin ifadələr üzərində qurulmuşdur ona görə ki, onun ittiham olunluğu əməlləri törtəməsinin bilavasitə müşahidə edən və ya edə bilən hər hansı bir şahidi olmamış və hadisə yalnız məhkumun və zərərçəkmişin iksinin iştirakı ilə, qapalı yerdə (Məhkum1 yaşadığı evin həyətində) baş vermiş və həmin vaxt onun ailə üzvləri və digər şəxslər orada olmamışlar. İşin hallarının təhlili göstərir ki, məhz bu şəraitdən istifadə edən Məhkum1 öz məqsədinə uyğun cinayətkar hərəkətlərini etməyə müvəffəq olmuşdur. Digər tərəfdən, cinayət işi üzrə qanuni üsullara toplanmış, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında isə tam, obyektiv və hərtərəfli araşdırılmış sübutların (hadisə yerinin müayinə edilməsinə, təqsirləndrilən şəxsin ifadələrinin yerində yoxlanılmasına dair protokollar, məhkəmə ekspertizalarının rəyləri, şahidlərin ifadələri və digər sübutlar) təhlili göstərir ki, həmin sübutlar da Məhkum1 cinayət təqibinin əvvəlindən başlayaraq və davamlı olaraq verdiyi eyni məzmunlu ifadələri ilə (yuxarıda göstərilən) üstüstə düşür, onları tamamlayır və bu ifadələrin inkar edilməsi, yaxud da onlara başqa cür qiymət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2018-ci il tarixli 78 saylı rəyindən görünür ki, X4 meyitinin bədənində-boyun nahiyəsinin yuxarı 1/3 hissəsində yuxu arteriyalarının, qırtlağın, yemək borusunun, onurğa beyninin tam kəsilməsi ilə müşayiət olunan kəsilmiş yara müəyyən edildi. Bu xəsarət kəsici alətlə yetirilmişdir və ağırlıq dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X4 meyitinin bədənində boyun nahiyəsində olan kəsilmiş yaradan başqa, sağ əlin İİİ-İV və sol əlin İİİ barmaqlarının ovuc səthlərində kəsilmiş yaralar, baş beynin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət edilən alın, sağ təpə-gicgah, sol gicgah və ənsə nahiyələrinin hematomaları, üst dodağın selikli qişasına qansızma, sağ bazu, sağ said, sağ qalça, sağ kürəküstü, sol bud, sağ baldır, sol qulaq nahiyələrinin, döş qəfəsinin sol ön yan, döş qəfəsinin arxa səthlərinin, sağ kürək nahiyəsinin q ançırları, sol gicgah, sağ almaçıq, hər iki said, sol sarğı nahiyələrinin sıyrıqları kimi xəsarətlər müəyyən edildi. Bu xəsarətlərdən: sağ əlin İİİ-İV və sol əlin İİİ barmaqlarının ovuc səthlərində olan kəsilmiş yaralar-kəsici alətlə(alətlərlə) yetirilmişdir. Ağırlıq dərəcələrinə görə, baş beynin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma ilə müşayiət edilən alın, sağ təpəgicgah, sol gicgah və ənsə nahiyələrinin hematomaları-həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, hər iki əl barmaqlarında olan kəsilmiş yaralar-sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. X4 bədənində müəyyən edilən xəsarətlər həyatidir, əmələ gəlm ə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, 15 sentyabr 2018-ci il tarixə uyğun gəlir. Mərhum X22 ölümünə səbəb həyatla bir araya sığmayan yuxu arteriyalarının, qırtlağın, yemək borusunun, onurğa beyninin tam kəsilməsi ilə müşayiət edilən boyun nahiyəsinin kəsilmiş yarası olmuşdur. Kassasiya şikayətlərində X22in ölümünə səbə olmuş xəsarətlərin qarşılıqlı dalaşma zamanı alması iddia olunsa da, müdafiəçilərin bu dəlili Məhkum1 şərh edilən ifadələri ilə yanaşı həmçinin onun məhkəmə-tibbi müayinəsinin və iş üzrə keçirilmiş digər ekspertizaların nəticələri ilə də təkzib edilir. Bununla bağlı ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2018-ci il tarixli 1355 saylı rəyindən görünür ki, Məhkum1 bədənində xəsarətlərin obyektiv əlamətləri müəyyən e dilmədi. Maddi sübutların ekspertizasının 19 sentyabr 2018-ci il tarixli 43 saylı rəyindən göründüyü kimi, Məhkum1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfabetadır. Mərhum X22in maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa beta dır. Təqdim olunmuş Məhkum1 məxsus (bir ədəd qara rəngli qısaqol köynək, bir cüt ayaqqabı) üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan onun özünə və mərhum X22ə məxsus ola bilər. Mərhum X22in paltarları( bir ədəd qısaqol köynək, bir ədəd cins şalvar, bir ədəd mayka, bir ədəd trusik) üzərindəki ləkələr qandır, insan qanıdır ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. X7 məxsus bir cüt ayaqqabı üzərində qanabənzər ləkə aşkar olu nmadığından müayinə edilmədi. Bir ədəd taxta parçası üzərindəki ləkələr insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhum X22ə məxsus ola bilər. Bir ədəd bıçaq üzərindəki ləkələr insan qanıdır ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhum X22ə məxsus ola bilər. Məhkəmə-trasoloji ekspertizasının 07.11.2018-ci il tarixli 27277/27278 saylı rəyinə görə, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik təsərrüfat məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilən taxta parçası kustar üsulu ilə hazırlanmışdır, soyuq silah hesab edilmir və üzərində sonradan düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş Məhkum1 və X16 götürül müş geyim əşyalarının üzərinə baxış keçirilmiş və zədələr aşkar edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, qeyd edilən ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, həmçinin ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq Məhkum1 etirafedici ifadələrini tamamlayan ekspertiza rəylərinin şübhə altına alınması üçün heç bir əsas olmadığından, X22in ölümü ehtiyatsızlıqdan deyil, qəsdən və xüsusi amansızlıqla yetirilmiş xəsarətlərin yetirilməsi nəticəsində baş vermişdir. Bu baxımdan məhkəmə kollegiyası bunlara dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri n əticələri də əsaslı sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Rumınyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Eyni zamanda, yuxarı da göstərilən rəylər bir daha onu təsdiq edir ki, X22 Məhkum1 tərəfindən ona qarşı zorakı hərəkətlər edərkən ona hər hansı şəkildə müqavimət göstərmək, ona xəsarətlər yetirmək iqtidarında olmamış və onunla Məhkum1 arasında, sonuncunun da göstərdiyi kimi, heç bir qarşılıqlı dalaşma olmamışdır. Bununla yanaşı, müdafiəçi V.Ə.Orucov kassasiya şikayətində Məhkum1 əməllərinin CM-nin 124-cü maddəsi ilə tövsif edilməsi, yəni ehtiyatsızlıqdan adam öldürmə kimi qiymətləndirilməsi barədə tələb irəli sürsə də, bunun nəyə əsaslanmasını, Məhkum1 buna uyğun olaraq əməlini hansı şəraitdə törətməsini kassasiya sikayətində təsvir edə bilməmiş, digər tərəfdən isə nəzərə almamışdır ki, məhkəmə-tibbi ekspertizasının rəyi ilə mərhum X22də aşkar edilmiş çoxsaylı xəsarətlərin ehtiyatsızlıq nəticəsində yetirilməsi obyektiv olaraq mümkün deyil və bu nəticəni Məhkum1 da etirafedici ifadələrində bir daha təsdiq etmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 noyabr 2018-ci il tarixli 618 saylı rəyindən görünür ki, Məhkum1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Məhkum1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin tə siri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkum1 hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Məhkum1 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda olmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək baş vermiş hadisəni təsvir etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixop roduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Ambulator məhkəmə-psixoloji ekspertizasının 27 noyabr 2018-ci il tarixli 230 saylı rəyinə əsasən, təqsirləndirilən şəxs Məhkum1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs Məhkum1 cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilə n şəxs Məhkum1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). «Könüllü gəlib təqsirini boynunan alma haqqında» 15 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Məhkum1 Şəmkir rayon Polis Şöbəsinə gələrək 15 sentyabr 2018ci il tarixdə Gəncə şəhəri, Krılov küçəsində yerləşən evində Daşkəsən rayonu Almalı kənd sakini, XXXX il təvəllüdlü X22 bıçaqla boğazını kəsərək öldürdüyünü etiraf etmiş və könüllü təqsirini boynuna almaqla təslim olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəylərinə əsaslanaraq, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutları araşdırıb onlara verdikləri qiymətləndirmə əsasında Məhkum1 cinayəti məhz ona elan olunmuş itti hamda göstərilən şəraitdə törətməsi barədə gəldikləri nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür (kassasiya şikayətlərində göstərilən şəkildə) müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. Belə olan halda, məhkəmə kollegiyası Məhkum1 əməllərinin CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticə ilə də razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizalarının rəylərinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanunun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci mad dəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtə rəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirk arın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qanunun mənasına görə, əməlin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün xüsusi amansızlıqla qəsdən adam öldürmə təqsirkarın həm cinayətin törədilmə üsulu ilə, həm də onun xüsusi amansızlığına dəlalət edən digər hallarla birgə əlaqələndirilməlidir. Əməlin xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi üçün cinayətin törədilməsi üsulunun xüsusi amansız olması, həmin cinay ətin xüsusi amansız nəticələrə səbəb olması ilə yanaşı həm də cinayət törətmiş şəxsin xüsusilə amansız (qəddarcasına, rəhmsiz) davranmasını təsdiq edən hallar müəyyən edilməlidir. Digər tərəfdən, belə qiymətləndirmə zamanı nəzərə almaq lazımdır ki, təqsirkarın niyyəti təkcə zərər çəkmiş şəxsi həyatdan məhrum etməyə yox, həm də ona bilavasitə qəsdən öldürməyə qədər və bu cinayəti törətmə mərhələsində xüsusi ağrılar, işgəncə, əzab verməyə yönəlmiş olur. Bütün hallarda belə niyyəti təsdiq edən obyektiv və subyektiv sübutlar əldə edilməlidir. Göstərilən Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldür mənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrılar verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanın da onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. İş üzrə araşdırılmış sübutların məcmusu, onlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən verilmiş qiymətləndirmənin maddi hüquq normalarnın tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin yuxarıda göstərilən Qərarında əksini tapmış tövsiyəlri ilə müqayisəli təhlili belə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir ki, Məhkum1 X22i məhz xüsusi amansızlıqla həyatdan məhrum etmiş və məhkumun əməlinin başqa cür, yəni kassasiya şikayətlərində göstərildiyi kimi CM-nin 126.3 və ya 124-cü maddələri ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası Məhkum1 müdafiəçiləri N.S.Cəbrayılovanın və V.Ə.Orucovun kassasiya şikayət lərində göstərdikləri dəlilləri qəbul edilməz sayaraq qeyd edir ki, həmin şikayətlərin təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətlərində müdafiəçilər Məhkum1 onun təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürməsələr də, məhkəmə kоllеgiyаsı bu məsələ ilə bağlı da apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansyası məhkəməsi məhkum barəs ində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Məhkumun ailə vəziyyəti, himayəsində 4 azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona törətdiyi əməlləri nəzərdə tutan CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etməklə düzgün nəticəyə gəlmişdir Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tut umuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1 və onun müdafiəçiləri N.S.Cəbrayılovanın və V.Ə.Orucovun, həmin şikayətinin təmin edilməməsi haqda isə zərərçəkmiş şəxsin hüquqi varisi X10in və dövlət ittihamçısı Z.Ə.Hacıyevin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum1 CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-715/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-715/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver