Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-715/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X36 (sədrlik edən), X43 və X16 ibarət tərkibdə) 12 may 2022-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında mühasib vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 v ə 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmişdir. Ona CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tədbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tədbiq edilərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 22 avqust 2020-ci il tarixdən 24 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmış və üzərində 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində seçilmiş baş qa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və məhkəmə iclas zalında həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 12 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X47 (sədrlik edən və məruzəçi), X44 və X4 ibarət tərkibdə) 11 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələr i ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-48/2022 saylı, 12 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında mühasib (orta) vəzifəsində işləməklə, faktiki olaraq xəstəxananın baş həkiminin göstərişi əsasında əlilliyin müəyyən edilməsi ilə bağlı xəstəxananın Həkim Məsləhət Komissiyasından əlilliyin müəyyən edilməsi ilə bağlı keçirilmiş şəxslər barəsində tərtib olunan göndərişlərin elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının "göndərişlərin reyestri” proqramın a daxil edilməsi işini icra edərkən qulluq mövqeyindən istifadə edərək, habelə qeyd edilən vəzifədən xx.xx.2019-cu il tarixdə azad edildikdən sonra da aldatma və etibardan sui-istifadə etmə yolu ilə yaxın münasibətdə olduğu, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında həmin işi icra edən X28 ilə qabaqcadan razılaşaraq əlbir olmaqla cinayət əlaqəsinə girib özgə əmlakını ələ keçirmək məqsədi ilə xəstəliyi ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına tez-tez müraciət edən, Ağcabədi rayonunun Avşar kənd sakini, cinayətdən xəbərsiz X11 ilə danışarkən müəyyən pul müqabilində istənilən şəxsin xəstəliyi ilə əlaqədar müvafiq əllik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri xəstəxananın səlahiyyətl i vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrıayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxslərin razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətdə Şəmistan Hüseynov vasitəsi ilə sonuncunun ayrı-ayrı qohum və tanışlarından, o cümlədən, Ağcabədi rayonu Avşar kənd sakini X13 2019-cu ilin noyabr ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayonu Avşar kənd sakinləri X37 və X38 ilə bağlı sonuncuların atası X12 2020-ci ilin yanvar ayında Avşar kəndi ərazisində hər birin ə görə 3.300 manat olmaqla, ümumilikdə 6.600 (altı min altı yüz) manat, təkrarən Ağcabədi rayonu Qaradolaq kənd sakini X17 ilə bağlı sonuncunun qohumu Şahid5 2020-ci ilin yanvar ayında Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X14 ilə bağlı sonuncunu qohumu X18 2020-ci ilin yanvar ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X29 ilə bağlı sonuncunun atası Şahid10 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X39 ilə bağlı sonuncunun atası Şahid11 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X30 ilə bağlı sonuncunu n atası Əliyev (Hüseynov) Emin Məhərrəm oğlundan 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X31 ilə bağlı sonuncunun atası Şahid8 2020-ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat, təkrarən Ağcabədi rayon Avşar kənd sakini X7 ilə bağlı sonuncunun qayınatası Şahid7 2020- ci ilin fevral ayında Ağcabədi şəhərində 3.300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini alıb qeyd edilən şəxslərin sənədlərini ən geci 6 ay müddətində həll edəcəyini yalandan vəd edib, həmin şəxslərin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları qabaqcadan əlbir olduğu X28 ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə edərək, həmçinin işdən çıxdıqdan sonra da aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə övladının xəstəliyi ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına tez-tez müraciət edən Ağcabədi rayonu Avşar kənd sakini, cin ayətdən xəbərsiz Şahid1 İnqlab oğlu ilə 2019-cu ilin noyabr ayında danışarkən müəyyən pul müqabilində yaxın münasibətdə olduğu, məsləhət bildiyi şəxslərin xəstəliyi ilə əlaqədar müvafiq əllik dərəcəsi təyin edilməklə pensiya alınması ilə bağlı işləri həll etmək imkanına malik olduğunu yalandan bildirib aldatmaqla, qeyd edilən məsələləri xəstəxananın səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar ayrıayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində müsbət həll edəcəyini yalandan vəd edib həmin şəxslərin razılığını alıb sövdələşməklə, özünə dair inam və etibar yaradaraq 2019-cu ilin noyabr ayından həmin ilin dekabr ayınadək ola n müddətdə Şahid1 vasitəsi ilə sonuncunun ayrı-ayrı tanışlarından, o cümlədən, Ağcabədi rayonu Avşar kənd sakinləri X32 ilə bağlı sonuncunun həyat yoldaşı Şahid3 Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həyətində 3.000 (üç min) manat, təkrarən X19 ilə bağlı sonuncunun qardaşı Şahid15 Ağcabədi şəhərində 3.000 (üç min) manat, təkrarən X33 ilə bağlı sonuncunun həyat yoldaşı Şahid14 Ələstan oğlundan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 3.000 (üç min) manat, təkrarən X34 və sonuncunun həyat yoldaşı X23 ilə bağlı X22 şəhərində hər birinə görə 3.000 manat olmaqla, cəmi 6.000 (altı min) manat məbləğində pul vəsaitini alıb qeyd edilən şəxslərin sənədlərini ən geci 6 ay müddətində həll edəcəyini yalandan vəd edib, həmin şəxslərin xeyrinə heç bir hərəkət etməyərək, aldığı pulları şəx si ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum istinad olunan cinayət əməlini əslində X8 törətmişdir. Məhkum yeganə təqsiri pula ehtiyacı olduğu üçün Şəmistan Hüseynovdan borc pul götürüb X20 verməsi olmuşdur. Məhkum həmin pulu dəfələrlə Şəmistana qaytarsa da, onun tələbləri bitməmişdir. H esab edir ki, Şəmistan Hüseynov sələmə pul verdiyi üçün cəzalandırılmalıdır. Hüseynov Şəmistan öz qohumlarından da pul almış, qohumları pulu tələb edəndə məsuliyyətdən yayınmaq üçün guya pulu Məhkum verdiyi bildirmişdir. Məhkum cinayət əməli sübuta yetirilmir. Ona görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə saxta ifadələr yazılmış ittiham aktı ilə razılaşaraq Məhkum barəsində ittiham hökmü çıxartmışdır. Məhkəmədə dindirilən şahidlər onu tanımadığını, ona heç vaxt pul vermədiklərini göstərsələr də, birinci instansiya məhkəməsi hökm çıxarılarkən qeyd edilənləri nəzərə almamışdır. Onun tərəfindən etiraf olunan əməllər onun tərəfindən oxunmadan, ona məcburi imza atdırıblar. Qeyd olunan cinayət əməli onun vəziyyətinə uyğun gəlmir. Hüquqlarını müdafiə etdiyi şəxs Məhkum həm ibtid ai araşdırma, həm də məhkəmə istintaqı zamanı təqsirini etiraf etməmişdir. Törədilmiş cinayət əməlinə aidiyyəti olmamışdır. Belə ki, iş üzrə şahid qismində iştirak edən X2 Rəvan Çingiz oğlu ilə əlbir olmaqla iş üzrə digər şahid qismində iştirak edən şəxslərə maddi ziyan vurmaqla dələduzluq cinayəti törətmişlər. Cinayət işi üzrə istintaq araşdırılması səthi aparılmaqla Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsində səhv nəticəyə gələrək qərar qəbul edilmişdir. Göründüyü kimi X1 rayonu Avşar kəndinin bir neçə sakinlərinin pullarını mənimsəmişlər. Əlavə olaraq, istintaq zamanı dindirilən şahidlər məhkəmə araşdırması zamanı ziddiyətli ifadələr vermişlər. Şahidlərdən Araz Məmmədov, Təhməz Məmmədov, Şahid8, Möhübbət Məmişov, Şahid15, Şahid14 təqsirləndirilən şəxs Məhkum tanımadıqlarını q eyd etmişlər. Şahidlərdən Əsədov X15 Həsənovdan şikayətçi olmadığını, dayısı Şəmistan Hüseynov tərəfindən ərizə verilməsini bildirmişdir. Birinci instansiya məhkəməsində Şahid9, Şahid10, Şahid11 X9 istintaq zamanı verilmiş ifadələrin əksi olaraq Məhkum şikayətçi olmadıqlarını bildirmişlər. Lakin birinci instansiya məhkəməsi bu ziddiyətli halları nəzərə almamış, təqsirləndirilən şəxs barəsində ittihamı müdafiə etməklə ağır cəza vermişdir. İş üzrə şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olan halda məhkəmə bu ziddiyyətli halları nəzərə almamışdır. Bunlardan əlavə olaraq birinci instansiya məhkəməsi iş üzrə ağırlaşdırıcı halların olmamasını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxs Məhkum himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini qeyd etsə də, cəza təyin edərkən bu halları nəzərə almadan daha ağır cəza təyin etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs Məhkum həm ibtidai araşdırma həm də, məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1(099)-640/2022 saylı hökmünü dəyişdirib, iş üzrə sübutları düzgün araşdırmaqla, həmçinin, yüngülləşdirici halları nəzərə almaqla, təqsirləndirilən şəxs Məhkum CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə barəsində bəraət verilməlidir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli 1(106)-640/2022 saylı qərarının dəyişdirilərək Məhkum barəsində iş üzrə sübutları düzgün araşdırmaqla, həmçinin, yüngülləşdirici halları nəzərə almaqla CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsi, bu mümkün olmadıqda şikayətdə göstərilən məsələlərin araşdırılması üçün cinayət işinin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanu n normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini b ildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsasla ndırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edil məməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (C PM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum CM-in 178.2.1,178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinmələri barədə yekun nəticəyə gələrkən ibtidai a raşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3,178.2.4 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş, və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3,178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrarən, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predme tindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyy əti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə ye tirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaran mış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət Məcəlləsinin 312.2-ci maddəsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə (aktiv rüşvətxorluq) korrupsiya cinayətləri sırasına aid olan geniş yayılmış cinayətlərdən biridir. Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır, insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahi yyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, vəd edilməsində və ya verilməsində ifadə olunur. Rüşvət vermə (aktiv rüşvətxorluq) formal tərkibli cinayətdir. Rüşvət vermə rüşvətin (maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin) heç olmazsa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmazsa bir hissəsini aldığı (qəbul etdiyi) andan başa çatmış hesab edilir. Cinayət işi üzrə müəyyən edilər hallara və toplanmış sübutların müqay isəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib təkrarən xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətlərin müqabilində özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitlərini rüşvət qismində verməyə şəxsləri təkrarən təhrik etməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdir və bu barədə aşağı instansiya məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi Məhkum Şəmistan Hüseynovun vasitəsi ilə yalnız yeddi nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün 13.000 manat pulun Rəvan Əyyublu tərəfi ndən alınmasında iştirak etməsi, Şahid1 vasitəsi ilə ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin təyin olunması üçün hər hansı məbləğdə pul alınmasında iştirakının olmaması, Şəmistan Hüseynovla bir dəfə görüşməsi, həmin vaxt X27 Əyyubluya 4000 manat məbləğində pulu sələmə, yəni faizlə verməsi, bunun əvəzində Şəmistan Hüseynova 6000 manat məbləğində pul qaytarması, Şəmistan Hüseynovun ona da sələmə, yəni faizlə 3000 manat pul verməsi, həmin pulun əvəzində Şəmistan Hüseynova 5000 manat pul qaytarması barədə ifadəsini düzgün olaraq özünü müdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirmiş və sübut kimi qəbul etməmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və d igər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər ü zrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim t ərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konsti tusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insa n davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi prose s olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənm əyən dəlillər olmaqla əsassızdır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci istansiya məhkəməsinini cəza təyini ilə bağlı mövqeyi ilə rzılaşmışdır. Kassasiya məhkəmə kollegiyası apelly asiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğ undan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №1(102)-715/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-715/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver