Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-715/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022 -ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aqil Musayev (sədrlik edən və məruzəçi), Nizami Quliyev və Cavid Səfərli) 13 aprel 2022-ci il tarixli, 1(099)146/2022 saylı hökmü ilə xx xxxxxx 1980-cı il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə təqsirləndirilən şəxs X3 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum və əmisi oğlu iş üzrə digər təqsirləndirilən şəxs X1 həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlənməsinə nail olmaq məqsədilə sonuncunu oğurlamaq barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə, 03 iyul 2021-ci il tarixdə Kənan Ələkbərovun atası Şahid2 məxsus “VAZ-2106” markalı **-OU- *** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən, Şahid4 məxsus gözəllik salonundan çıxmasını gözləyərkən saat 13 radələrində son uncunun həmin salondan çıxıb yaşadığı ev istiqamətində piyada getdiyini gördükdə Məhkum Kənan Ələkbərovun tapşırığı ilə avtomobili idarə edib Zərərçəkmiş şəxs yanında saxlamış, razılaşdıqları rol bölgüsünə əsasən Kənan Ələkbərov avtomobildən düşüb Zərərçəkmiş şəxs qollarından tutmaqla, iradəsinə zidd olaraq avtomobilin salonuna mindirmək istədikdə sonuncu onların niyyətini başa düşüb qaçmaq istəyərkən yıxılmış, bu zaman X6 Abasovanı qollarından tutub yerdən qaldırdıqdan sonra qucağına alıb, qollarını sıxıb saxlamaq üsulu ilə müqavimətini qırarkən sağ bazu, sağ said və bel-oma nahiyələrində qançır, sol kürək, sol dirsək və sol said nahiyələrində sıyrıqlardan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, iradəsinə zidd olaraq avtomobilin arxa s alonuna əyləşdirməyə nail olduqdan sonra Məhkum Kənan Ələkbərovun tapşırığı ilə avtomobili Cəlilabad rayonu, Günəşli kəndində yerləşən, Kənan Ələkbərovun əmisi X4 məxsus, yaşayış olmayan evin həyətinə doğru idarə etmiş, Zərərçəkmiş şəxs həmin evə gətirmişlər. Beləliklə, Kənan Ələkbərov və Məhkum Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışlar. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 04 oktyabr 2022-ci il tarixli, 1(106)-564/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022ci il tarixli, 1(099)-146/2022 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edi lməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli 1(106)-564/2022 nömrəli qərarının ləğv edilməsi və Məhkum təqsirli bilindiyi maddə ilə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 17 aprel 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 12 mart 2024-cü il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ər izədə Məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edirlər ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası dövlət ittihamçısını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-715/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-715/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver