Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-716/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 1(104)-298/2020 nömrəli qərarından Azərb aycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır. 2. 27 may 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ond an ötrü ki, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, təkrar satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. 3. 10 iyun 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda, yəni 94,232 qram çəkidə narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyarkən, 18 dekabr 2019-cu il tarixdə, sa at 13-14 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhəri Kəpəz rayon polis idarəsinə gətirilərək üzərinə baxış keçirilərkən, əynində olan qara rəngli gödəkcənin sol iç cibində şəxsi istehlak məqsədi ilə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyarkən polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, təkrar məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq 467,172 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, 2,172 qramın üzərində daşıyaraq, 465 qramın isə yaşadığı ünvan 2 ünvanında olan fərdi yaşayış evinin həyətində olan hamamın zirzəmisində saxlamış, 10 fevral 2020-ci il tarixdə, saat 16-17 radələri ndə polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, A.Əhmədov küçəsində yerləşən “Naftalan” sağlamlıq mərkəzinin yaxınlığında saxlanılıb polis idarəsinə gətirilərək üzərinə baxış keçirilərkən, əynində olan qış gödəkcəsinin sol iç cibindən 1 ədəd kibrit qutusunun içərisində şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı 2,172 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin tarixdə saat 18-19 radələrində yaşadığı ünvan 3 ünvanındakı fərdi yaşayış evinə baxış keçirilərkən evin həyətində olan hamamın zirzəmisindən 1 ədəd sellofan torbada şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı çəkisi 465 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana, ümumilikdə 467,172 qram çəkidə narkotik vasitə hesab edilən quru dulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(100)-165/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, 18 dekabr 2019-cu il tarixdən 20 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəz açəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir.
6. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(100)-165/2020 nömrəli hökmünün ləğv edilməsini və məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı hökmdən verilmiş apelyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə hökmdə əsassız və qanunsuz olaraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib daşımışdır. İşin hallarından görünür ki, T əqsirləndirilən şəxs birinci dəfə 18.12.2019-cu il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında saxlanılarkən üzərindən külli miqdarda 94,232 qram çəkidə tiryək aşkar edilib götürülmüşdür. Həmin iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilib barəsində ibtidai istintaq aparılarkən yenidən 10 fevral 2020-ci il tarixdə Gəncə şəhərində hərəkətdə olarkən saxlanılmış, üzərindən 2,172 qram çəkidə, həmin gün evinə baxış keçirilən zaman isə 465 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 18.12.2019-cu il tarixli raportdan görünür ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində gəzdirməkdə, saxlamaqda və satmaqda şübhəlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tiryək tərkibli narkotik vasitələrdən istifadə etsə də, 10.02.2020-ci il tarixdə ondan qurudulmuş marixuana da aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 18 dekabr 2019-cu il tarixdə saxlanılarkən ondan aşkar edilmiş 94,232 qram tiryəki həmin ilin noyabr ayının sonlarında tapıb şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tapdığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq külli miqdarda olan tiryəki üzərində saxlamasını, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqında izah edə bilməmişdir. Odur ki, bütün bu sadalananlar Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istehlak məqsədi ilə deyil, satış məqsədi ilə əldə edib saxladığını təsdiq edir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 30 sentyabr 2020-ci tarixli, 1(104)-298/2020 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 1(100)-165/2020 nömrəli hökmü dövlət ittihamçısının apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 1(104)-298/2020 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri:
9. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarl amaqla məhkəmənin əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf etdiyini iddia etmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin fərqli tarixlərdə 2 növdə və şəxsi istehlak miqdarından dəfələrlə çox olması, onun yalnız tiryəkdən istifadə etməklə bağlı narkomaniya xəstəsi olması və tiryəki əldə etdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq üzərin də saxlaması məhkəmənin gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.2, 416.1.15, 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 1(104)-298/2020 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını “Azərbaycan Respub likası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edi lib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 16.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və b u müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 1(104)-298/2020 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
21. Məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, Təqsirləndirilən şəxs əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində narkotik vasitələri satış məqsədi ilə əldə edib gəzdirməsi, daşıması, üzərində və yaşadığı ünva n 3 ünvanında saxlaması əlamətləri olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq onun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ittiham orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürərkən hər hansı bir mötəbər sübuta istinad etməmişdir. İttiham tərəfinin istinad etdiyi fakt - narkotik vasitələrinin fərqli tarixlərdə 2 növdə aşkar edilməsi və şəxsi istehlak miqdarından dəfələrlə çox olması, məhkumun tiryəkdən istifadə etməklə bağlı narkomaniya xəstəsi olması və tiryəki əldə etdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq üzərində saxlamasıdır. Apellyasiya instansiya mə hkəməsi hesab etmişdir ki, şəxsin həmin narkotik vasitəni satmaq niyyətində olması nəticəsinə gəlmək üçün bu əsaslar kifayət etmir. Satmaq niyyətinin sübut edilməsi üçün şəxsin narkotik vasitənin satmasını və ya satacağını təsdiq edə bilən hər hansı bir sübuta əsaslanmaq zəruridir.
25. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutlar əsasında məhkumun narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edə bilən heç bir sübut tapa bilməmişdir. Bu səbəbdən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya protestinin dəlilləri heç bir sübuta əsaslanmadığından, həmin apelyasiya protesti təmin edilə bilməz.
26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işi n hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müd afiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
28. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq yekun qərar qəbul edilmişdir. Qeyd ol unanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 1(104)298/2020 dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 1(104)-298/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.