Məhkəmə qərarları › İş №1(102)-716/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-716/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-716/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Məhkum – Məhkum1, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, Lənkəranı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,2 06.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-121/2023 saylı, 12 iyul 2023-cü il tarixli hökmü (X1 (sədrlik edən və məruzəçi) X8 və X7) ilə xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Arbatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Arbatan kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin n 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyiş dirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 və Məhkum1 Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdilər ona görə ki, onlar “Məhəmməd” adı ilə tanıdıqları İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib 4000 (dörd min) manat müqabilində qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş və hər biri külli miqdar təşkil edən 4073,5 qram qurudulmuş marixuana, 4061,0342 qram həşiş qətranı, 1983,7 qram tiryək, ümumi təsir miqdarı 22,057 qram olan 472 ml. metadon məhlulu və 589 ədəd metadon həblərini bir ədəd bağlamada Beyləqan rayonu, İmamverdili kəndi ərazisində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının arxa hüdudları), kol bitkilərinin arasında gizlədilməsi barədə Məhkum1 məlumat verməsindən sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun sonuncu qeyd olunan narkotik vasitələri əldə etmək məqsədilə Məhkum1 Məhkum2 həmin əraziy ə göndərmiş, Məhkum2 da həmin əraziyə gələrək qeyd olunan bir bağlamada külli miqdarda narkotik vasitələri gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, daşıyarkən, bu barədə əməliyyat məlumatı almış Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının 17 yanvar 2022-ci il tarixdə saat 23:50-də keçirdikləri əməliyyat tədbirləri zamanı o, saxlanılaraq üzərindən qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X4, hakimlər: X2 və X3 ibarət tərkibdə) 05 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1 cəzası 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilmiş dir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilib daha yüngül cəza təyin edilməsi xahiş edilmişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin yüngülləşdirici halları nəzərə almadığını, düzgün araşdırma aparmadığını bildirmişdir. 29 aprel 2024-cü il tarixdə Məhkum1 məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmad an geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayətprosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar