Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-716/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X3 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, 12 avqust 1996-cı ildə Sabirabad rayonu, Güdəcühür kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-62/2024 nömrəli, 2 may 2024-cü il tarixli hökmünə əsasən (hakim R.K.Mürsəlov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutu lduğu 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılması və ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1449/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: S.X.Bəhrəmzadə (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-62/2024 nömrəli, 2 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin hal ları: Hökmə əsasən Məhkum qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşıyarkən 18 sentyabr 2023-cü il tarixdə saat 19:10 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 6 nömrəli binanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı ilə vidieoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən üzərində "ACC" yazısı olan ağ-göy rəngli silindrik formalı plastik dərman qutusunun içərisində 7 ədəd üzəri gümüşü rəngli kağız bükümlərdə ayrı-ayr ılıqda təmiz çəkiləri 0,030 qram, 0,040 qram, 0,021 qram, 0,035 qram, 0,027 qram, 0,025 qram, 0,027 qram, umumi təmiz çəkiləri 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, məhkumun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, Məhkum narkotik vasitə ilə 18 sentyabr tarixdə tutulmuş, sms-lər isə onun tutulmasından əvvəli əhatə edir. Belə olan halda Məhkum CMnin 234.2-ci maddəsi ilə ittihamverici hökm verilə bilməzdi. Əgər tutularkən və h əmin günə münasibətdə belə sms gəlmiş olsaydı o, hormətli məhkəmənin yanaşmasını hardasa qəbul etmiş olardı. Məhkəmənin ittihamdan kənara çıxmaqla ittihamedici subutları əldə etmək məqsədi vardırsa, gərək həmin günə münasibətdə sms-lərin olub-olmamasını hökmündə əsaslandırardı. Əgər belə sübutlar vardırsa, nə üçün ittiham tərəfi ibtidai istintaq vaxtı həmin yazışmaları aşkara çıxarmamış, həmin şəxsin şəxsiyyətini araşdırmamış və ən əsas həmin şəxsin Məhkum narkotik vasitə alıb-almamasını dəqiqləşdirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmi n edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə qərarlarının mötəbər sübutlara əsaslanmadan qəbul edildiyi qeyd edilir və görə Məhkum əməlinin CM-nin 234.2-ci maddəsindən 234.1-cə maddəsinə tövsif edilməsi xahiş olunur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanu nsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübu tlara əsaslanmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun iza h edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictima i təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əsasən Məhkumnın qırmızı rəngli gödəkçənin sol cibindən üzərində "ACC" yazısı olan ağ-göy rəngli slindrik formalı plastik dərman qutusunun içərisində 7 ədəd üzəri gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,040 qram, 0,021 qram, 0,035 qram, 0,027 qram, 0,025 qram, 0,027 qram, umumi təmiz çəkiləri 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ona məxsus olması əldə edilmiş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4926 nömrəli rəyi, ambulator məcburi-X4 10 oktyabr 2023-cü il tarixli, 6395 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 0,20 5 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 sentyabr 2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi 6 saylı binanın yaxınlığında saxlanılaraq 38-ci Polis bölməsinə gətirilmiş və və xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı ilə vidieoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən üzərində "ACC" yazısı olan ağ-göy rəngli slindrik formalı plastik dərman qutusunun içərisində 7 ədəd üzəri gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,040 qram, 0,021 qram, 0,035 qram, 0,027 qram, 0,025 qram, 0,027 qram, umumi təmiz çəkiləri 0,205 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən narkotik vasitə heroinin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 18 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirmiş və əməliyyat qrupu tərəfindən Məhkum 18 sentyabr 2023-cü il tarixdə saat 19:10-da Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi 6 nömrəli binanın yaxınlığında saxlanılıb Qaradağ RPİ-nin 38-ci Polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən heroin aşkar olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkumnın “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələrini əldə etmə, daşıma və saxlam a”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi ilə ittiham olunması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. İş materiallarında olan DVD diskə 1-ci instansiya məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Qaradağ RPİ-nin 38-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin polis sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə şübhəli şəxs Məhkum əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən ağlı göylü plastik dərman qutusu üzərində "ACC lonq" kiril hərfləri ilə yazılmış qutunu çıxarıb masarının üzərinə qoyur, Məhkum təqdim etdiyi dərman qutusunun içərisinə baxdıqda yeddi ədəd ağ rəngli siqaret kağızına bükülmüş büküm aşkar ed ilmişdir. Həmin yeddi ədəd ağ siqaret kağızına bükülmüş bükülünün hər birinin içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik maddə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Məhkum həmin bükümdəkilərin içərisində nə olduğu soruşulduqda o, həmin yeddi ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 sentyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Binəqədi rayonu, “Centralni” Binəqədi adlanan ərazidən tanımadığı şəxsdən bir bükümü 10 manatda yeddi bükümünə 70 manat verərək aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Büküm açılarkən içərisindən qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edilərək götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə qərarlarından görünür ki, Məhkum özünü Azə rbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, hal-hazırda heç yerdə işləmir. Təxminən 3-4 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, 17 sentyabr 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Çentralnı" adlanan ərazidə olan zaman tanımadığı bir şəxslə tanış olmuşdur. Söhbət edərkən həmin şəxs ona heroin satdığını, ona heroin almağı təklif etmişdir. O da tanımadığı şəxslə bir bükümünü 10 manata razılaşaraq 70 manat verərək 7 büküm siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş narkotik vasitə olan heroin almışdır. O, həmin 7 ədəd bükümdəki heroini ondan alıb, istifadə etmək üçün üzərində gəzdirdiyi ağ-göy rəngli üzərində "ACC" yazısı olan dərman qutusunun içərisinə qoyaraq əynində olan qırmızı rəngli gödəkçənin cibinə qoymuşdur. Həmin gün imkan olmadığı üçün heroindən istifadə edə bilməmişdir. 18 sentyabr 2023-cü il tarixdə saat təxminən 19:10 radələrində yaşadığı evdən çıxıb gedərkən qəsəbədə yerləşən 6 saylı binanın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini istəmişlər. O özünü təqdim edərək Məhkum olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət etm işlər, o polis əməkdaşları ilə birlikdə 38-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O da hüquq və və zifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuşdur, o könüllü olaraq, əynində olan qırmızı rəngli gödəkçənin sol cibindən içərisində 17 sentyabr 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "Centralnı" adlanan ərazidən tanımadığı şəxsdən 70 manat aldığı ağgöy rəngli üzərində "ACC" yazısı olan dərman qutusunun içərisinə qoyduğu yeddi ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş narkotik vasitə heroini çıxardıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərin içəri sində nə olduğu soruşulduqda o həmin yeddi ədəd bükümdə olan maddənin heroin olduğunu, özünə məxsus olduğunu, 17 sentyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Binəqədi rayonunda Çentralnı adlanan ərazidən tanımadığı şəxsdən 70 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddələr zərfə qoyularaq möhürlə möhürlənmişdir, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Bundan başqa o bildirmişdir ki, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, narkotik vasitə heroini mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirmişdir. Üzərində n aşkar edilmiş 7 büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum məhkəmə iclası zamanı öz ifadəsində daha sonra istifadə etdiyi mobil telefon nömrəsində aşkar edilmiş "sms” mətnləri ilə bağlı bildirmişdir ki, onun nömrəsinə "sms” göndərmiş şəxsləri tanıyır, həmin şəxslər onun tanışları olmaqla narkotik vasitələrdən arada bir birlikdə istifadə edirlər. Belə ki, onlar birbirlərinə narkotik vasitə tapıb istifadə etməkdə köməklik göstərirlər. O cümlədən ***-***-**** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** s aylı mobil nömrəyə "mesaj” göndərən əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu Elşən adlı qonşusudur. Belə ki, Elşən ona mesaj yazan vaxtı çox pis vəziyyətdə olmuş və ondan istifadə etmək üçün narkotik vasitə istəmişdir. O da Elşənin ağrılarına görə onun yaşadığı mənzilə gedərək istifadə etmək üçün Elşənə narkotik vasitə vermişdir. Elşən narkotik vasitəni çəkdikdən sonra o həmin mənzili tərk edərkən Elşən yenidən ondan narkotik vasitə istəmişdir. O da Elşənə yenidən ağrıları başlayanda narkotik vasitə gətirmək üçün ona xəbər etməsini bildirmişdir. Lakin o narkotik vasitəni Elşənə pul müqabilində yox, sadəcə tanış olduqları üçün pay etmişdir. O, son olaraq özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını və törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 X7 X4 10 oktyabr 2023-cü il tarixli, 6395 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılan sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum 17 sentyabr 2023-cü il tarixdə tutulanadək onun narkotik vasitənin satış ı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitənin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumatın olması, hüquq mühafizə orqanlarının Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv, dəqiq və yoxlanılmış məlumata sahib olması müəyyən edilmir. Məhkum cinayət təqibinin bütün mərhələlərində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş materiallarından görünür ki, Məhkum üzərində aşkar edilmiş narkotik maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə b axışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri dig ər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkumnın üzərində aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq o lunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələrini şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkumnın əməli “satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CMin 234.2-ci maddəsindən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası ins anın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanu ni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməklə, Məhkumnın törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə y ol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkumnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkumnın məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-716/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-716/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver