Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-717/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum 4 və Məhkum1 müdafiəçisi X4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protesti və Məhkum1 müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.İ.Əliyev (sədrlik edən və məruzəçi), A.H.Hacıyev və M.Ə.Abdullayevdən ibarət tərkibdə) 14 sentyabr 2018-ci il tarixli hökmü ilə 28 iyul 1952-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, Biləsuvar Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli hökmünə əsasən CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına 2 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; Məhkum1 Azərbaycan Respublikası CM-in 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə CM-in 179.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 23 fevral 2018-ci ildən 14 sentyabr 2018-ci ilədək 6 (altı) ay 21 (iyirmi bir) gün həmin cəzaya hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqda n məhrumetmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş əsas cəza şərti hesab edilmiş və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. 20 aprel 1966-cı ildə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta-texniki təhsilli, "xxxx" MMC-də baş çoban vəzifəsində işləmiş,hazırda heç bir yerdə işləməyən, məhkum olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; Məhkum2Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 179.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanl arında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş əsas cəza şərti hesab edilmiş və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. 01 yanvar 1962-ci ildə Biləsuvar rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, "xxxx" MMC-də baş qoyunçuluq briqadiri vəzifəsində işləmiş,hazırda heç bir yerdə işləməyən, məhkum olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; Məhkum3Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddə ti keçdiyinə görə CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 179.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş əsas cəza şərti hesab edilmiş və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. 01 aprel 1961-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də baş qoyunçuluq briqadiri vəzifəsində işləmiş,hazırda heç bir yerdə işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olub, Biləsuvar rayonu, 4 saylı qəsəbədə ya şayan; Məhkum4Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib, CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş əsas cəza şərti hesab edilmiş və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar ona görə ki, Məhkum1, 30 iyul 2007-ci ildən 24 iyun 2016-cı il tarixədək Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən "xxxx" (16 avqust 2016-cı il tarixdən "xxxx") MMC-nin direktoru işləyərkən, «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğusu»na əsasən, müəssisənin fəaliyyəti nə ümumi rəhbərlik etməklə onun siyasət və planını müəyyənləşdirmək və formalaşdırmaq, müəssisənin fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, istehsalat vahidləri və başqa struktur bölmələrinin işini, onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək, eyni zamanda 29 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təsdiq olunmuş MMC-nin nizamnaməsinə əsasən, ölkə qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ət və yun istehsalını artırmaq, mənşəyi bəlli, sabit irsi əlamətlərə malik yüksək məhsuldar cins qoyunlar yetişdirərək onların istehsal və yenidən istehsalını təşkil etmək, seleksiya-damazlıq üçün faydalı olan damazlıq qoyunları qoruyub saxlamaq, zootexniki və zoobaytar tədbirləri həyata keçirmək, cins tərkibini yaxşılaşdırmaq ü çün yüksək sinifli törədici qoç və şişəklərin kəndlilərə, fermer təsərrüfatlarına satılması, eyni zamanda taxılçılıq, yem bitkiləri, o cümlədən bitkiçilik məhsullarının istehsalını, satışını təmin etmək və digər səlahiyyətlərə malik məsul şəxs kimi, 2013-2016-cı illərdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş özgə əmlakını talama məqsədilə, həmin cəmiyyətin qoyunçuluq briqadirləri - Məhkum3, Məhkum4 və baş çoban Məhkum2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək,damazlıq təsərrüfatının balansındakı Azərbaycan “dağ merinosu” qoyun cinsindən olan xırdabuynuzlu heyvanların satılmasından əldə edəcəkləri pul vəsaitini, eləcə də onların naturada istifadəsi ilə özlərinin şəxsi ehtiyaclarının ödənilməsi üçün vahid niyyətlərinə uyğun olaraq, qoyunçuluq briqadi ri Məhkum4 öhdəsində tərtib edilmiş və imzalanmış aylıq hesabat və say aktlarına əsasən 01 may 2013-cü il tarixə xırdabuynuzlu Azərbaycan “dağ merinosu” cinsli 550 baş, qoyunçuluq briqadiri Məhkum3 hesabında tərtib edilmiş və imzalanmış aylıq hesabat və say aktlarında əsasən 01 yanvar 2013-cü il tarixə eyni cinsli 653 baş və baş çoban Məhkum2 hesabında tərtib edilmiş və imzalanmış aylıq hesabat və say aktlarında əsasən 01 yanvar 2013-cü il tarixə eyni cinsli 592 baş olmaqla, müvafiq qaydada faktiki olaraq 01 iyun 2016-cı il tarixə kimi Məhkum4 öhdəsindəki diri çəkisi 13912 kq olan 400 baş, Məhkum3 öhdəsindəki diri çəkisi 16851 kq olan 668 baş və Məhkum2 öhdəsindəki diri çəkisi 19573 kq olan 558 baş xırdabuynuzlu heyvanları göstərilən dövrdə qeyd olunan şəxslərlə birlikdə istintaqa məlum ol mayan şəxslərə satmaqla və ya naturada əvəzsiz verməklə, sonradan törətmiş olduqları cinayət əməlini gizlətmək, ört-basdır etmək üçün, tamah niyyətilə bilə-bilə rəsmi sənədlərə – müvafiq hesabatlara və say aktlarına yalan məlumatların daxil edilməsi ilə, göstərişinə əsasən, guya 01 iyun 2016-cı il tarixə Məhkum4 öhdəsində balans dəyəri 39608,0 manat olan 400 baş, Məhkum3 öhdəsində balans dəyəri 51461,0 manat olan 668 baş və Məhkum2 öhdəsində balans dəyəri 65195,0 manat olan 558 baş xırda buynuzlu heyvanın faktiki mövcud olmasına dair saxta rəsmi sənədləri MMC-nin direktoru kimi tərtib etdirib imzalamaqla qeyd olunan xırdabuynuzlu heyvanların göstərilən qaydada satışından əldə olunmuş ümumilikdə 156264,0 (yüz əlli altı min iki yüz altmış dörd) manat vəsaiti cinayət əlaqəsinə girdiyi həmin şəxslərlə müvafiq qaydada öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qeyd olunan bir qrup şəxslə birlikdə ona etibar olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məxsus külli miqdarda əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişlər. Bundan əlavə, Məhkum1 həmin vəzifədə işləyərkən qeyd edilən qanunvericilik aktları və qaydalara əsasən müvafiq səlahiyyətlərə malik məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə 2015-ci ildə işçilərə əmək haqqı əvəzinə naturada verilmiş 293 baş xırda buynuzlu heyvanın balans dəyəri 37276,0 manat olduğu halda, rəsmi sənəd hesab edilən mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edib həmin heyvanların balans dəyərini 34059,0 manat və ya 3217,0 manat az, həmçinin, 01 iyun 2016-cı il tarixədək işçilərə əmək haqqı əvəzinə naturada verilmiş 157 baş xırda buynuzlu heyvanın balans dəyəri 8792,0 manat olduğu halda, rəsmi sənəd hesab edilən mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edib həmin heyvanları 7536,0 manat və ya balans dəyərindən 1256,0 manat az qiymətləndirilməklə, həmin heyvanların balans dəyərindən aşağı qiymətləndirilməsindən əldə olunmuş cəmi 4473,0 (dörd min dörd yüz yetmiş üç) manat vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məxsus əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə təkrarən talamış və tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, Məhku m1 həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, 29 mart 2008-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təsdiq olunmuş MMC-nin Nizamnaməsinə əsasən, cəmiyyətin mənafelərini bütün müəssisələr, idarə və təşkilatlar qarşısında təmsil etmək, onun əmlakı barədə sərəncam vermək, maliyyə-təsərrüfat fəaliyyətinə görə məsuliyyət daşımaq, təsdiq olunmuş smetanın təyinatı üzrə xərclənməsinə dair sərəncam vermək, əmək haqqı fondundan səmərəli istifadə edilməsinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi, həmin normativ sənədin tələblərini yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, cəmiyyətin baş mühasi bi X6 qarşısında saxta nüfuz qazanmaq üçün, məsul şəxs olaraq müvafiq kassa-mədaxil orderlərini, uçot və xəzinə sənədlərini imzası ilə təsdiq etdiyindən, sonuncu tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, 2013-cü ildə əmtəəlik məqsədilə satılmış xırda buynuzlu heyvanın balans dəyəri 31371,0 manat, məcburi kəsilmiş xırda buynuzlu heyvanların balans dəyəri 5151,0 manat olmaqla, cəmi 36522,0 manat olduğu halda, müəssisənin xəzinəsinə 31680,0 manat və ya balans dəyəri ilə müqayisədə 4842,0 manat az, 2014-cü il ərzində əmtəəlik məqsədilə satılmış xırda buynuzlu heyvanların balans dəyəri 36912,0 manat, məcburi kəsilmiş xırda buynuzlu heyvanların balans dəyəri 5568,0 manat olmaqla, cəmi 42480,0 manat olduğu halda, müəssisənin xəzinəsinə 38767,45 manat və ya balans dəyəri ilə müqayisədə 37 12,55 manat az vəsaitin xəzinəyə mədaxil olunması, həmçinin, 2015-ci ildə məcburi kəsilmiş xırda buynuzlu heyvanların ətinin satışından əldə olunmuş 984,0 manat və əmtəəlik məqsədilə briqadir X5 tərəfindən satılmış balans dəyəri 4864,0 manat olan 38 baş xırda buynuzlu heyvanın satışdan əldə olunmuş vəsaitin ümumiyyətlə müəssisənin xəzinəsinə mədaxil olunmayaraq, ümumilikdə 14402,55 (on dörd min dörd yüz iki) manat olmaqla etibar edilmiş xeyli miqdarda əmlakın mənimsənilməsi və göstərilən mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edilərək vəzifə saxtakarlığı törədilməsi ilə nəticələnən qeyd olunan qanunsuz əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının (hakimlər R.M.Cəfərov (sədrlik edən və məruzəçi), Ə.Ə.Novruzov və E.Ə.Camalovdan ibarət tərkibdə) 21 dekabr 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.İ.Əliyev (sədrlik edən və məruzəçi), A.H.Hacıyev və M.Ə.Abdullayevdən ibarət tərkibdə) 14 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı X10 tərəfindən verilmiş apelyasiya protesti və Məhkum1 müdafiəçisi X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Z.A.Ramazanov verdiyi kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmasını, M əhkum1 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsinə tövsif edilməsini xahiş edirlər.. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum1 müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı maddi hüquq normaları pozulmuş, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsini təmin etmək prinsipinə əməl olunmamışdır. Belə ki, Təsərrüfatın təqsirləndirilən şəxslərə, habelə onların qohumlarına, eləcə də təqsirləndirilən şəxslərin Təsərrüfata hər h ansı bir iddiası və tələbi yoxdur. Belə olan təqdirdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən onlara elan edilmiş Azərbaycan Respublikası CM-nin yuxarıda göstərilən maddələri ilə tövsif edilə bilməz. Ona görə də Məhkum1 və eləcə də digər təqsirləndirlən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinə tövsif edilməli və onlar həmin maddə ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəllənin 58-ci maddəsinin və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinin tələbləri nəzərə alınmaqla cəzalandırılmalıdırlar. Odur ki, birinci instansiya məhkəməsinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilməsi və apellyasiya instansiyası məhkəməsinin həmin hökmü qüvvədə saxlaması barədə qənaəti qanunsuz, əsassız və ədalətsizdir. Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Zəfər Ramazanov onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, işin hallarından görünür ki, təqsirləndirilən şəxslər tərəfindən törədilən öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında onlara etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsu z üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməlləri nəticəsində Kənd Təsərrüfatı Nazirliyinə məxsus 160.737 manat talanmış, həmin maddi ziyandan ibtidai istintaq zamanı yalnız 10.000 manat, məhkəmə istintaqı zamanı isə 22.477 manat olmaqla vurulmuş maddi ziyan qismən ödənilmişdir. Buna baxmayaraq məhkəmələr təqsirləndirilən şəxslərə təyin olunan azadlıqdan məhrum etmə cəzalarını CM-nin 70-ci maddəsini tətbiq etməklə əsassız olaraq şərti hesab etmiş, hökmdə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də faktiki olaraq buna əməl etməmiş, yuxarıda gö stərildiyi kimi vurulmuş maddi ziyanın məbləği və həmin ziyanın qismən aradan qaldırılması törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək, nəticələrinin ağır olmasına dəlalət etməsinə, onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsini deyil, məhz çəkilməsini şərtləndirməsinə, təqsirləndirilən şəxslərin təyin edilmiş cəzaları çəkmədən islah olunmalarının mümkün olmamasına baxmayaraq məhkəmə bunun əksinə olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını şərti hesab etməyi məqsədəuyğun hesab etmişdir. Qeyd olunmalıdır ki, məhkəmələr CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 cəzasını yüngülləşdirən hal hesab edərkən Kənd Təsərrüfatı Nazirliyinə vurulmuş ümumilikdə 160.737 manat maddi ziyanın real olaraq yalnız 32.477 manatının ödənilməsini, ziyanın böyük bir qismi olmaqla geriyə qalan 128.260 manat maddi ziyanın isə yalnız 4 nəfər təqsirləndirilən şəxsin deyil, onların qohumları olmasına istinad olunan 31 nəfər şəxsin "xxxx" MMC-dən almalı olduqları əmək haqları ilə əvəzləşdirilməsini nəzərə almamışdır. Sadalananlar belə deməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxslərə təyin etdiyi azadlıqdan məhrum etmə cəzalarını şərti hesab etməkdə haqlı olmamışdır. Məhkəmələr həmçinin Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 müsbət xarakterizə olunmalarını, törətdikləri cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkmələrini cəzalarını yüngülləşdirən hal hesab etsə də CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsinin cəzanı yüngülləşdirən hal olmasını, iş materialları ilə təsdiq olunduğu kimi təqsirləndirilən şəxslərin cinayət əməlini hadisələrin təsadüfi axarı zəminində deyil, əvvəlcədən planlaşdırmaqla, bir qrup şəxs halında törətmələrini, təqsirləndirilən şəxslərin hər birinin onlara verilmiş ittiham üzrə özlərini qismən təqsirli bilərək özlərini müdafiə xarakterli ifadələr vermələrini, Məhkum1 ifadəsində rəhbəri olduğu fermanın mülkiyyətində olan xırda buynuzlu heyvanları mənimsəmədiyini, həmin heyvanları sataraq pulunu özünə götürmədiyini, briqadirlər Məhkum4, Məhkum3 və baş çoban Məhkum2 özlərinin öhdəliklərində olan heyvanları sataraq pulunu mənimsədiklərini, satdıqları heyvanların pulunu onu nla bölüşmədiklərini göstərdiyini, hökmdə məhkəmənin özünün də Məhkum1 göstərdiyi həmin xüsusatlarm işin faktiki hallarına uyğun gəlməməsi və obyektiv həqiqəti əks etdirməməsi nəticəsinə gəldiyini nəzərə almamış, təqsirləndirilən şəxslərin hansı cəhətlərinə görə müsbət xarakterizə olunmalarını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal hesab etməsini və belə bir nəticəyə gəlməsinin səbəblərini hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, onun nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzaları şərti hesab etmiş, həmin hissədə hökmü əsaslandırmamış, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla onlara açıq-aydın ədalətsiz cəza təyin etmiş, bu zama n cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, təqsirləndirilən şəxslərin barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin dəlilini məhkum Vaqif Abduşovun müdafiəçisi Amil Dosiyev onunla əsaslandırır ki, məhkumun təqsirli bilindiyi əməlləri CM-in 322.1-ciu maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci ma ddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda əməl qeyd olunan maddə ilə tövsif edilməlidir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vaqif Abuşov 30 iyul 2007-ci ildən 24 iyun 2016-cı il tarixədək ümumilikdə 156264,0 (yüz əlli altı min iki yüz altmış dörd) manat vəsaiti cinayət əlaqəsinə girdiyi həmin şəxslərlə müvafiq qaydada öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib qeyd olunan bir qrup şəxslə birlikdə ona etibar olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məxsus külli miqdarda əmlakı vahid qəsdlə mən imsəmə yolu ilə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişlər. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən qeyd edilən qanunvericilik aktları və qaydalara əsasən müvafiq səlahiyyətlərə malik məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edib təkrarən eyni niyyətlə cəmi 4473,0 (dörd min dörd yüz yetmiş üç) manat vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məxsus əmlakı vahid qəsdlə mənimsəmə yolu ilə təkrarən talamış və tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, ümumilikdə 14402,55 (on dörd min dörd yüz iki) mana t olmaqla etibar edilmiş xeyli miqdarda əmlakın mənimsənilməsi və göstərilən mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edilərək vəzifə saxtakarlığı törədilməsi ilə nəticələnən qeyd olunan qanunsuz əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum1 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilsə də, onun həmin cinayət əməlində iştirakı, iş üzrə digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görün ür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kas sasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya protestinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barələrində qanunsuz və ədalətsiz olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökmün qüvvəsində saxlanılmasıdır. Bu nunla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci m addəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi tərəfindən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətl i olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali M əhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri g özlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən işin bütün halları araşdırılmışdır, mahiyyətcə düzgün və əsaslıdır. Ona görə də, onun qeyd edilən dəlilə əsaslanmaqla ləğv edilməsi məqsədə müvafiq deyildir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq şikayətin və protestinin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 haqqındakı qərarının kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilm ədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2018-ci il tarixli məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 haqqındakı qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kasasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-717/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-717/2019
04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver