Məhkəmə qərarları › İş №1(102)-717/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-717/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-717/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: X9 oğlu) Məhkum- xx.xx.1971-cı il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məcburi köçkün, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşgul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə az adlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobupark, ev 6, 5 saylı mənzili hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuş, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasının Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Rеspublikasının CM-nin 306.1ci maddəsi ilə ittiham olu nur ona görə ki, o, cavabdehlər Məhkum və X4 34583,35 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli 2(105)-1479/2016 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2017-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq həmin məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişd ir. Hökmdən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), Ç.H.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığımız sorğunun cavabından görünür ki, «Mercedes Benz C220 CDİ» markalı, ** HE *** dövlət qeydiyyat nişanlı avtomobil x x.xx.2014- cü il tarixdə Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü Məhkum adına qeydiyyata alınmış, xx.xx.2017ci il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Məhkum adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü X2 adına təkrar dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, Məhkum barəsində icra işi Qaradağ rayon İcra Şöbəsində olduğu zaman icradan yayınmaq məqsədilə, bilərəkdən qeyd olunan avtomobili öz adından qeydiyyatdan çıxararaq qızı X2 adına keçirmişdir. İbtidai istintaq orqanında və birinci instansiya məhkəməsində verdiyi ifadələrində Məhkum qızının adına olan «Mercedes Benz» markalı avtomobili özünün idarə etdiy ini, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdir. Həmçinin Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsinin xx xxxxxx 2016-cı il tarixdə qət edilməsinə baxmayaraq, Məhkum bu müddət ərzində borcundan yalnız barəsində müvafiq məsuliyyət tədbirləri tədbiq olunacağından xəbər tutduqda çox cüzi miqdarda pul ödəmişdir. Bildirmək istəyir ki, maddi vəziyyəti olduqca ağırdır, evi belə yoxdur, ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, kirayə pulunu ödəyə bilmir, təqsirləndirilən şəxsin və digərlərinin onu aldatması nəticəsində yeganə gəlir yeri olan mebel mağazası əlindən çıxmışdır. Hərbi əlil olduğundan, heç yerdə işləyə bilmir. Bu formada aldadılmağı, təqsirləndirilən şəxsin yalnız həbslə bağlı cəzaya məruz qalacağı qorxusu ilə ibtidai istin taq və məhkəmə prosesi gedişində cüzi ödənişlər etməsi, borcun böyük hissəsinin ödənilməmiş qalması, bunun həyəcanı, narahatçılığı, keçirdiyi əsəb, stress şəkər xəstəliyinə tutulmağına səbəb olmuş, şəkər xəstəsi kimi qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək işin yenidən Qaradağ rayon İcra Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasi ya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsinin xx xxxxxx 2016-cı il tarixdə qət edilməsinə baxmayaraq, Məhkum bu müddət ərzində borcundan yalnız barəsində müvafiq məsuliyyət tədbirləri tədbiq olunacağından xəbər tutduqda çox cüzi miqdarda pul ödəmişdir. Bildirmək istəyir ki, maddi vəziyyəti olduqca ağırdır, evi belə yoxdur, ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, kirayə pulunu ödəyə bilmir, təqsirləndir ilən şəxsin və digərlərinin onu aldatması nəticəsində yeganə gəlir yeri olan mebel mağazası əlindən çıxmışdır. Hərbi əlil olduğundan, heç yerdə işləyə bilmir. Bu formada aldadılması, təqsirləndirilən şəxsin yalnız həbslə bağlı cəzaya məruz qalacağı qorxusu ilə ibtidai istintaq və məhkəmə prosesi gedişində cüzi ödənişlər etməsi, borcun böyük hissəsinin ödənilməmiş qalması, bunun həyəcanı, narahatçılığı, keçirdiyi əsəb, stress şəkər xəstəliyinə tutulmağına səbəb olmuş, şəkər xəstəsi kimi qeydiyyata alınmışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işlə ri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Cəzanın təyin etməsinin ümumi əsalarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cin ayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum tərəfindən indiyədək qətnamənin icrası istiqamətində az da olsa 3240 manat ödəməsi onun islah yoluna düşməsinə dəlalət edən haldır. Ona görə də məhkəmə tərəfindən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsassız hesab edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, həmin cəzanın islahedici təsirinin olmayacağı barədə qabaqcadan nəticə çıxarılması da əsaslı hesab edilmir. Digər tərəfdən həmin cəzanı çəkib qurtardıqdan sonra da qətnaməni icra etməməsi təqsirləndirilən şəxsi ona daha ciddi cəza tətbiq edilməyəcəyi anlamına gəlməməlidir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü təqsirləndirilən Məhkum qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsinə görə təqsirli bilinib barəsində cəza tətbiq edilməsi barədədir və gələcəkdə də onu qətnaməni icra etməməsinə görə məsuliyyətdən azad etmir. Məhkəmə kollegiyası hüsab edir ki, Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzanın təyin edilməsinin ümumi əsasları və cəzanın məqəsədi barədə qanunun tələbinə uyğun olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdır ması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-c i maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar