Məhkəmə qərarları › İş №1(102)-717/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-717/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-717/2023 10.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 07 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Füzuli Pənahov) 18 may 2022-ci il tarixli, 1(056)-72/2022 nömrəli hökmü ilə 18 iyul 1972-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla, Sabirabad şəhəri, İ.İskəndərov küçəsi, bina 1A,mənzil 5-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə ümumi təmiz çəkisi 263,34 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı evdə saxlamış, 19 yanvar 2022-ci il tarixdə saat 17:30 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sabirabad şəhər, İ.İskəndərov küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı sol əlində saxladığı 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,22 qram və 0,26 qram olan eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:30-da yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilərkən evin mətbəxində olan dolabda 01 ədəd polietilen torbanın içərisində 01 ədəd plastik qabda təmiz çəkisi- 0,66 qram, 01 ədəd polietilen paketdə təmiz çəkisi- 0,82 qram, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 6,43 qram, 04 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri- 3,62 qram, 10,38 qram, 73,0 qram, 166,95 qram olmaqla ümumilikdə 263,34 qram eyni tərkibli qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Məhəmməd Bağırov) 07 oktyabr 2022-ci il tarixli 1(106)-637/2022 nömrəli qərarı ilə Sabirabad R ayon Məhkəməsinin 18 may 2022ci il tarixli, 1(056)-72/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2022-ci il tarixli 1(106)-637/2022 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, hab elə təyin edilmiş cəza məhkumun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığından, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Birinci instansiya məhkəməsi Məhkum əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edərkən yalnız təqsirləndirilən şəxs Məhkum verdiyi qeyrisəmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış v ə birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, digər sübutlar ilə Məhkum üzərindən və yaşadığı evdən aşkar olunmuş həmin narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halının öz təsdiqini tapmaması kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, apelyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymış, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İşin hallarından göründüyü kimi, Məhkum istintaqla müəyyən edilməyən mənbədən və vaxtda qanunsuz olaraq 9 bükümdə 263,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxladığı iş üzrə toplanmış bir-birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum ibtidai istintaq və məhkəmə istintaqında verdiyi bütün ifadələrində üzərindən və evindən aşkar olunmuş qurudulmuş marixuananı məhz şəxsi istifadəsi üçün əldə edib, üzərində və evində saxladığını bildirdiyi, ekspert rəyinə əsasən onda narkomaniya xəstəliyinin aşkar olunması, sonuncunun üzərindən və evindən aşkar olunmuş qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etməsi qənaətinə gəlməklə onun əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səh v nəticəyə gəlmiş, apelyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Göründüyü kimi, Məhkum ondan aşkar edilərək götürülmüş 263,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi, daşıdığı, qurudulmuş marixuananı 9 yerə bölərək, 2 ədəd kağız bükümlərində olmaqla üzərində, 7 ədəd polietilen bükümlərində olmaqla yaşadığı evdə, ümumilikdə isə 9 ədəd bükümlərdə saxladığını təsdiq edən iş üzrə kifayət qədər sübutlar toplanmışdır. Məhkəmələr nəzərə almamışlar ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Göründüyü kimi, Məhkum satış məq sədi ilə qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə qurudulmuş marixuana 263,34 qram çəkidə olmuşdur. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş qurudulmuş marixuananın çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 53 dəfə çox olmuşdur. Bundan başqa, Məhkum aşkar edilmiş narkotik vasitənin təxminən bərabər çəkilərdə olmaqla çəkilərək hissələrə bölünüb xırda bağlamalarda saxlanması, yəni ümumilikdə 9 ədəd olmaqla ayrı-ayrı bükümlərdə olması, eləcə də narkotik vasitənin bir hissəsinin onun üzərində, qalan hissəsinin isə yaşadığı evində olmaqla müxtəlif məkanlarda saxlanması da sonuncunun hə min narkotik vasitəni üzərində və yaşadığı evdə məhz satış məqsədilə saxlamasına dəlalət edir. Bundan əlavə, Məhkum üzərindən və evindən aşkar olunmuş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı özünü müdafiə xarakterli ifadələr verməsi də, heç də onun həmin ifadəsinin doğru olması demək deyil və onun həmin narkotik vasitəni üzərində və yaşadığı evində satış məqsədi olmadan saxlamasına dəlalət etmir. Bundan başqa, şəxsin narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onu satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəy yənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bundan əlavə, əməliyyat orqanına Məhkum məhz narkotik vasitələrin satışı ilə məşğul olması və narkotik vasitəni satış məqsədilə üzərində və yaşadığı evdə saxlaması barədə məlumatların daxil olması da sonuncunun həmin narkotik vasitəni üzərində və yaşadığı evində satış məqsədilə saxlamasına dəlalət edir. Bundan əlavə, məhkəmə Məhkum fəhləlik etməklə narkotik vasitəyə olan tələbatını ödədiyini bildirməsinə şübhə ilə yanaşmayaraq, himayəsində 2 uşağı və arvadı olan və fəhləlik etməklə dolanan bir şəxsin həm şəxsi və ailəsinin ehtiyaclarını, həm də narkotik vasitəyə olan ehtiyacını hansı yo lla təmin etdiyini araşdırmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş məhkumun və şahidlərin ifadələri, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Məhkum ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmələr hökm (qərar) çıxararkən bir subutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş subutların isə rədd edilməsinin motivlərini göstərmədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmadan, işin faktiki hallarına uyğun olmayan, Məhkum CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmiş əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olması kimi yalnış nəticəyə gəlməklə əməlin tövsifində səhvə yol vermişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya pro testinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya ins tansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildi rir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin əməlləri satış məqsədi ilə törətməyə və ya narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulur. Göründüyü kimi əməlin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün CM-in 234.1ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin satış məqsədi ilə törədilməsi və ya narkotik vasitələri və ya psixotrop maddələrin satılması müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinay ətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda ümumi təmiz çəkisi 263,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaş adığı evdə saxlamışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş 263,34 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istehlak miqdarından artıq miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum narkotik vasitə olan qurudulmuş marixuananın satışı ilə bağlı məhku mun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitələ rin satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, Məhkum narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün almasını bildirmişdir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bükümlərə bükməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq 263,34 qram miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnı z məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkə mə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə gör ə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan di gər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələrin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldiyi nəticə iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun olduğundan məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və məhkumun barəsində birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, biri nci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar