Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-717/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7 iştirakları ilə, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirl əndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonar: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(103)1254/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum Təqsirləndirilən şəxs2 8 xx xxxxxxxx 1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
4. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Məhkumlə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 qeyri-rəsmi rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ünvan 5 ünvanında yerləşən binadan ofis icarəyə götürərək nüfuzlu bir iş adamı kimi Respublikanın müxtəlif şəhər və rayonlarında tikinti işləri aparmaları görüntüsünü yaradıb tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 etibarından sui-istifadə edərək guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra ediləcək tikinti işlərində istifadə edib pulunu qısa müddətdə ödəyəcəklərinə dair yalan vəd verib aldadaraq, əvvəlcədən 100000 manat ödəniş edərək götürdükləri armatur tikinti materiallarının dəyərini bütövlükdə qaytarmaq niyyətində olmalarına inandırmaqla əslində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətləri olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən satış mərkəzindən bir tonu 950 manatdan 03 sentyabr 2020-ci il tarixdə 100652,5 manat dəyərində 105,95 ton, 04 sentyabr 2020-ci il tarixdə 194448,85 manat dəyərində 204,683 ton və 07 sentyabr 2020-ci il tarixdə 118540,05 manat dəyərində 124,779 ton çəkidə ümumilikdə 435,412 ton olmaqla 413641,40 manat dəyərində müxtəlif diametrli armatur tikinti materiallarını vahid niyyətləri ilə əhatə edən qəsdlə ələ keçirib orta bazar dəyərindən aşağı qiymətə yəni, bir tonu 800 manatdan satıb ələ keçirmiş olduqları pulu öz məsrəfləri üçün xərcləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 313641,40 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Həmçinin, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
6. Belə ki, Məhkum özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 qeyri-rəsmi rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ünvan 5 ünvanında yerləşən binadan ofis icarəyə götürərək nüfuzlu bır iş adamı kimi Respublikanın müxtəlif şəhər və rayonlarında tikinti işləri aparmaları görüntüsünü yaradıb tikinti materiallarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 etibarından sui-istifadə edərək guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra ediləcək tikinti işlərində istifadə edib pulunu qısa müddətdə ödəyəcəklərinə dair yalan vəd verib aldadaraq, əvvəlcədən 100000 manat ödəniş edərək götürdükləri armatur tikinti materiallarının dəyərmi bütövlükdə qaytarmaq niyyətində olmalarına inandırmaqla əslində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətləri olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən satış mərkəzindən bır tonu 950 manatdan 03 sentyabr 2020-ci il tarixdə 100652,5 manat dəyərində 105,95 ton, 04 sentyabr 2020-ci il tarixdə 194448,85 manat dəyərində 204,683 ton və 07 sentyabr 2020-ci il tarixdə 118540,05 manat dəyərində 124,779 ton çəkidə ü mumilikdə 435,412 ton 413641,40 manat dəyərində müxtəlif diametrli armatur tikinti materiallarını vahid niyyətlərini əhatə edən qəsdlə ələ keçirib orta bazar dəyərindən aşağı qiymətə yəni, bir tonu 800 manatdan satıb ələ keçirmiş olduqları pulu öz məsrəfləri üçün xərcləyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 313641,40 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən məruzəçi), X7 və X1 ibarət məhkəmə tərkibində) 6 fevral 2023-cü il tarixli, 1(101)-79/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzaçəkmə müddətinin başlanğıcının 3 mart 2022-ci il tarixdən hesablanması, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzaçəkmə müddətinin başlanğıcının 3 mart 2022-ci il tarixdən hesablanması müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
8. Hökmdən narazı qalan Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, ona daha yüngül cəza təyin edilməsini, Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, onun barəsində bəraət hökmünün çıxarılmasını, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi apellyasiya şikayəti verərək, onun barəsində bəraət hökmünün çıxarılmasını, dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs1 məhkum olunmasına dair hissədə cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət məhkəmə tərkibində) 12 sentyabr 2023-cü il tarixli, 1(103)1254/2023 nöm rəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-79/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Təqsirləndirilən şəxs1 cinayətlərin təhlükəli residivinə görə cəza təyin edilməsi və onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il 6 (altı) aya endirilməsi, Məhkum və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təq sirləndirilən şəxs2 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
11. Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin ittiham hökmü və Apellyassiyə Məhkəməsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadan birinci instansiya məhkəməsi tərəfindən qanunsuz ittiham hökmü çıxarılarkən həmin məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdınlmamamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil dir.
12. Məhkum müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundann sonra Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(103)-1254/2023 nömrəli qərarının Məhkum aid hissədə ləğv edilərək, cinayət işi üzrə icraata xitam verib, onu təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının qalan hissəsində cəzadan azad edilməsinin təmin edilməsini xahiş etmişdir.
13. Eyni zamanda, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti verərək, şikayətinin dəlilləri qismində barəsində olan hökm ilə razı olm adığını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin olmamasını, ailəsinin ağır vəziyyətdə yaşamasını nəzərə alaraq, cəzasının çəkdiyi cəza ilə əvəz edilərək azadlığa buraxılmasını xahiş etmişdir.
14. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
15. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxs və iş üzrə digər məhkum Təqsirləndirilən şəxs1 tərəfindən kassasiya şikayətləri verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, ona uyğun çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak e dən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Məhkum müdafiəçisi Müdafiəçi7 kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsa slarla xitam verilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
23. Həmçinin, məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən onun barəsində cəza təyin edilərkən əsassız olaraq yüngülləşdirici halların nəzərə alınmamasını, bununla da həddindən artıq ağır cəzaya məruz qalmasını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, barəsində daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM- in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
24. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(103)-1254/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
25. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbay can Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
26. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələr təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
28. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi h alda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
29. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
30. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPM-in 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum müdafiəçisinin arqumentlərini əsassız hesab edir.
31. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
32. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
33. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
34. Apellyasiya instansiya məhkəməsi məhkumun müdafiəçisi tərəfindən verilmiş hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli v ə obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sübutlar) təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
35. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum ittiham oldunduğu cinayət əməlində cinayət tərkibinin mövcud olmaması, lakin məhkəmələr tərəfindən həmin m əsələyə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələyə cinayət işi materiallarında öz əksini tapan sübutların, xüsusi ilə də təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər maddi sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, Məhkum hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
36. Məhk əmə kollegiyası məhkum edilmiş şəxs Məhkum müdafiəçisinin kassasiya şikayətinin dəlilləri qismində məhkumun əməlində cinayət tərkibinin olmaması istiqamətində qeyd etdiyi fikirlərə münasibətdə qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və Məhkum Təqsirləndirilən şəxs1 cinayətkar niyyətindən (dələduzluq) xəbərdar olmasının sübut edilməsinin əhəmiyyət kəsb etməsi istiqamətində sübutlara müvafiq qiymət vermişdir. Apellyasiya Məhkəməsinin qənaıtinə əsasən, iş materiallarında olan istintaq hərəkətləri protokollarından və verilən ifadə və izahatlardan görünür ki, Nümayəndə1lə olan danışıqların aparılması ilə yanaşı, daha sonra malın yüklənib aparılmasında da Məhkum iştirak etmişdir. Kollegiya qeyd edir ki, malın yüklənməsi zamanı Məhkum orada olması həm in yükün Mingəçevir və ya Gəncə şəhərinə deyil, Dərnəgül ərazisindəki bazara aparılmasından Məhkum məlumatsız olmasını istisna edir. Bundan əlavə, izahatlardan görünür ki, Məhkum Təqsirləndirilən şəxs1 baş vermiş hadisədən uzun müddət əvvəldən tanımışlar. Belə olan halda, şirkətin meneceri və mühasibi olaraq Təqsirləndirilən şəxs1 bir neçə şəhərdə (Gəncə, Mingəçevir və s.) tikinti aparmadığını bilməyə bilməzdilər. Qeyd edilənlərə əsasən, onun Təqsirləndirilən şəxs1 dələduzluq əməlindən xəbərdar olması sübhə doğurmur. Həmçinin, armaturun Nümayəndə1 etibarının qazanılaraq əldə edildikdən sonra tikintilərin aparıldığı deyilən Gəncə və Mingəçevir şəhərlərinə deyil, Şahid6 adlı şəxsə təklif edilməsi bir daha Alekseyin Təqsirləndirilən şəxs1 armaturu tikinti məqsədilə almadığını bildiklərini bir daha təsdiq edir. Kollegiya qeyd edir ki, Məhkum armaturun alğı-satqısını, Nümayəndə1 armaturun dəyərinin bir hissəsinin sonra ödənilməsinə razı salınmasını, onun etibarının qazanılmasını, armaturun yüklənib bazara daşınmasını təşkil etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda zərər vurmaqla dələduzluq əməlini törətmişlər.
37. Həmçinin, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlilləri qismində Məhkum ibtidai istintaq zamanı prosessual hüququnun pozulması, onun tərcüməçi ilə təmin edilməməsi kimi dəlillərinə münasibətdə qeyd edir ki, Məhkum Azərbaycan Respublikasının vətəndaşı olmaqla, uzun müddət (30 ildən çox) Azərbaycan Respublikasının ərazisində yaşaması, ibtidai istintaq zamanı 9.12.2020-ci il tarixli ilkin izahatı, 26.2.2021-ci il tarixli şa hid qismində dindirilməsinə dair ifadəsi, xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi və digər prosessual sənədlərdə olan qeydlərini latın qrafikası ilə sərbəst şəkildə yazmaqla öz iradə ifadəsini bildirmişdir.
38. Göründüyü kimi, müdafiəçi tərəfindən nəinki apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edəcək hər hansısa bir dəlilə istinad edilmiş, əksinə olaraq kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi qarşısında irəli sürülmüş şikayətin dəlilləri təkrarlanmaqla kifayətlənilmişdir.
39. Məhkəmə kollegiyası həmçinin, məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətinin dəlilləri qismində göstərilən, barəsində yüngülləçdirici hal hesab etdiyi nüansların məhkəmə tərəfindən nəzərə alınmaması, bununla da ona təyin edilmiş cəzanın şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmaması, bununla da barəsində təyin edilmiş cəzanın qalan hissəsinin çəkilməsindən azad edilməsinin mümkünlüyünə münasibətdə aşağıdakıları qeyd edir.
40. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
41. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
42. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
43. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
44. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
45. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
46. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsin də və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
47. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Təqsirləndirilən şəxs2 özünə mü nasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.
48. Belə ki, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılması, eyni zamanda barəsində daha yüngül cəza təyin edilməsinə dair iddia müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi məhkum barəsində bəraət hökmü çıxarılmasına dair iddialar ilə razılaşmasa da, məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 fevral 2023-cü il tarixli, 1(101)-79/2023 nömrəli hökmünü dəyişdirərək, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 5 (beş) il 6 (altı) aya endirmək qənaətinə gəlmişdir.
49. Apellyasiya məhkəməsi cəzanın yüngülləşdirilməsi haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın məhkum olunmuş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alsa da, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyası hüdudlarından kənara çıxmasa da, faktiki olaraq ona ağır cəza təyin etmişdir. Qeyd edilənlərə əsasən, belə nəticəyə gəlinir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 hökmlə təyin edilmiş cə zanın həddinin yüngülləşdirilməsi ilə Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin edilmişdir.
50. Bununla da, Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkum Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs2 və Məhkum cinayət əməllərinin hüquqi tövsifi və onlara təyin edilmiş cəza barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
51. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və məhkum Təqsirləndirilən şəxs2 təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
52. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(103)-1254/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublika sı CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 1(103)-1254/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. verilmiş kassasiya şikayətlərinə