Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-718/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum, Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X3nun onun nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2018- ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3, Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim: Mahmudov İlyas Musa oğlu) 03 iyul 2018-ci il tarixli hökmü ilə xx.xx.1980-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla, faktiki ünvan 2-də yaşayan Məhkum, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli təqsirli bilinərək qazancından dövlə t nəfinə 20% pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi qərara alınmışdır. Hökmdən məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və oun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Zeynallı Fərmayıl Gülmalı oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 31 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilmə sini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını, Məhkum müdafiəçisi Müdafiəçi isə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişlər. İşin halları: Hökmə əsasən Məhkum 2016-cı ilin sentyabr ayının 07-dən 08-nə keçən gecə saat 01 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 29/69, mənzil 10da olarkən keçmiş əri X4 həmin yerə gəlib qapını döydükdə, əvvəlcə qapını açmaq istəməsə də yarana biləcək səs-küydən qonşular arasında rüsvay olacağını düşünərək qapını açıb sonuncunu yaşadığı mənzilə buraxmış, həmin vaxt X4 əvvəllər ər-arvad münasibətlərində olmasını bəhanə edib onu nla cinsi əlaqədə olmaq istəməsini bildirdikdə o, bu təklifi qəti şəkildə rədd etdiyinə görə aralarında baş vermiş mübahisə zəminində X4un mətbəxdən gətirdiyi zavod üsulu ilə hazırlanmış ucu və bir tərəfi iti, tiyəsinin uzunluğu 135 mm olan, qatlanmayan tipli, mətbəx təyinatlı bıçaqla onu öldürməklə və ya sağlamlığına zərər vurmaqla hədələməsinin icra edilməsi üçün real əsaslar olmadığını düzgün qiymətləndirməyib həmin bıçağı zorla X4un əlindən almaq qərarına gəlmiş, lakin cinayətkarcasına etinasızlıq edib özünün bu əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını, yəni sonuncuya ölümə səbəb olacaq xəsarət yetirəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməyərək ehtiyatsızlıqdan X4a sol budun bayır səthinin yuxarı 1/3-nin kəsilmiş-deşilmiş yarası kimi sağlamlığa yüngül və sağ budun iç səthinin aşağı 1/3-nin bud arteriyasını zədələyən kəsilmiş deşilmiş yara kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, nəticədə X4 Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında 08.09.2016-cı il tarixdə saat 02:20-də sağ budun aşağı 1/3-nin bud arteriyasının zədələnməsindən baş vermiş kəskin qan itirmədən ölmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm birinci instansiya həm də apellyasiya məhkəməsidə baxılan cinayət işi üzrə cinayət mühakimə icraatı prinsiplərinə əməl edilməmiş, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilmiş, sübutların tədqiqindən əsassız imtina edilmiş, sübutlar Azərbaycan Respublikası COM-nin 14 4-cü maddəsinin tələblərinə zidd olaraq yoxlanılmamış, həm birinci instansiya həm də apellyasiya məhkəməsi qərar çıxararkən yolverilməz sübutlardan istifadə olunmuş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CMP-nin 145-ci maddəsinin tələblərinə zidd olaraq qiymət verilmiş, yekun nəticələr isə AR CPM-nin tələbləri gözlənilmədən biri-birinə uyğun gəlməyən sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olmayaraq əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə qərarının ləğv edilməsini və işin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Zərərçəkmişin hüququ varisi X3 kassasiya şikayətində və kassasiya şikayətinin müdafiəsi zamanı kassasiya məhkəməsindəki çıxışında məhkumun əməlinin düzgün tövsif olunmadığını bildirmiş, Məhkum yüngül cəza təyin edildiyini əsas gətirərək kassasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, öz kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının, öz kassasiya şikayətinin təmin edilməsi, müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin və onu nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı məhkuma cəza təyini hissəsində ləğv edilib cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, müdafiəçinin kassasiya şikayəti təmin edilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət kollegiyası kassasiya protestinə və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilməli, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-146-cıi maddələrinin tələblərinə müvafiq sübutları hərtərəfli, tam və obyektiv araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkü nlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-nin 124.1-cimaddəsi ilə təqsirli bilmişdir. Müdafiəçi kassasiya şikayətində X1ya cinayət işi üzrə icraata bəraət verici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ilin sentyabr ayının 07-dən 08-nə keçən gecə saat təxminən 01 radələrində o, evdə uşaqları ilə birlikdə döşəyi yerdən salıb uzanm ış, uşaqlarını yuxuya vermiş, özü isə hələ yarıyuxulu vəziyyətdə olmuş, əynində gecə paltarı olmuşdur. Həmin vaxt qapının möhkəm döyüldüyünü eşidib başa düşmüşdür ki, qapını döyən X1dir və yenə sərxoş vəziyyətdədir. Ona görə də, əvvəl qapını açmaq istəməmiş, qapının arxasından X1ə çıxıb getməyi demiş, lakin X1 yenə də, qapını döyməkdə davam etmiş, o, qonşulardan utandığına görə məcbur olub qapını açmış və qapını açan kimi X1 sərxoş vəziyyətdə yıxıla-yıxıla evə daxil olmuşdur. X1 evə daxil olduqda aqressiv vəziyyətdə olmuş, əvvəl onunla cinsi əlaqədə olmaq istəmiş, o, isə X1ə başının ağrıdığını və artıq boşandıqlarına görə cinsi əlaqədə olmağın düzgün olmadığını bildirib cinsi əlaqədən imtina etmişdir. Lakin X1 yenə ona tərəf gəlib onu qucaqlayıb öpmək istəmiş, əynindəki gecə paltarını çıxa rmağa cəhd göstərmişdir. X1 gecə paltarını dartıb çıxarmaq istəyəndə gecə paltarının ön hissəsi sağ döş nahiyəsindən, həmçinin alt paltarı cırılmışdır. X1 onun cinsi əlaqədən imtina etdiyini görüb onu təpik və yumruqla döyməyə başlamış, lakin o, X1ə müqavimət göstərib sonuncunun əlindən çıxmağa cəhd etmişdir. X1in onu vurması nəticəsində o, sağ qolundan, sağ budundan, sağ baldırından xəsarətlər almış və həmin yerlər şişmişdir. X1lə süpürləşəndə sonuncunun ona etmiş olduğu fiziki zorakılıq nəticəsində onun sağ qolunda cırmaq izləri də, əmələ gəlmişdir. X1lə olan süpürləşmə zamanı yorulduğundan həmdə ki, onda zob xəstəliyi olduğundan nəfəsi kəsilib yerə yıxılmış, X1 isə hər vəchlə çalışmışdır ki, onun alt paltarını da, çıxarıb onunla cinsi əlaqədə olsun, lakin o, X1ə ayaqlarını aralamağa imk an vermədiyinə görə X1 onun üstündən keçib mətbəxə getmiş və mətbəxdən dəstəyi qəhvəyi rəngli taxtadan olmaqla üzəri yapışdırıcı bantla bağlanan bıçağı götürüb onun yanma gəlmişdir. X1in əlində bıçağı görən kimi tez-tələsik ayağa qalxmış, çünki başa düşmüşdür ki, X1 onu bıçaqla vurmaq istəyir. Ona görə də, özünü tamam itirib çaş-baş qalmış, fikri ancaq ona yönəlmişdir ki, X1in onu bıçaqla vurmasının qarşısını alsın, həmin vaxt sanki ona bir güc gəlmiş və ona görə də, dərhal ayağa qalxıb var gücü ilə X1in bıçaq saxladığı qolunun biləyindən iki əti ilə yapışmışdır ki, sonuncu onu bıçaqla vura bilməsin. Həmin Taxt özündə olmadığından bıçağın X1in sol əlində olduğunu güman etmişdir. X1 ona bıçaq atmağı başlamış, hər dəfə ona bıçaq atarkən o, X1in biləyindən yapışıb bıçağın istiqamətini dəyiş miş, lakin birdən necə olmuşdursa X1 qışqıraraq «ayağımdan qan gəldi» sözlərini deyib bıçağı əlindən yerə tullamış və o, X1in ayağından qan axdığını görmüşdür. Həmin vaxt X1in əynində göy rəngli cins materialdan şalvar və ağ rəngli üzərində mavi zolaqları olan üçdüyməli qısaqol futbolka olmuşdur. O, X1in a; ağından qan axdığım görüb dərhal sonuncunun əynindən şalvarı çıxartmış və həmin zaman X1in sağ ayaq nahiyəsindən fəvvarə ilə qan axdığını görmüşdür. Dərhal uşağm üstündə olan xırda ölçülü yorğan üzünü götürüb X1in həmin ayağının bud nahiyəsini sanmağa başlamışdır ki, qan axmasın. X1 yaralandıqdan sonra o, qışqıranda əvvəlcə X5, sonra isə X6 ayılmışdır. Uşaqlar ayılanda X1 artıq yaralı vəziyyətdə olmuşdur, ona görə də, uşaqlar X1in xəsarət alma şəraitini görməmişlər. O. X1in yarasını sar ıdıqdan sonra X1 ayağa qalxıb çölə çıxanda o, yan tərəfində yaşayan qonşusuna demişdir ki, təcili tibbi yardıma zəng etsin. Qonşu təcili tibbi yardıma zəng etmiş və çox tez bir zamanda həkimlər gəlib X1i xəstəxanaya aparmışlar. Özü isə uşaqları evdə tək qalmasınlar deyə evdə qalmışdır. Evdə qaldığı müddətdə uşaqlar qorxmasın deyə evin döşəməsi üzərində olan qan ləkələrini, blokun içərisində qapılarının qarşısında olan qan ləkələrini yuyub təmizləmiş, bıçağı da, əlüzyuyana atıb yumuşdur. Əynindəki sarafan da qana batdığından çıxarıb evə tullamışdır. Sonra uşaqları qonşuda qoyub xəstəxanaya getmiş, sabahı gün isə eşitmişdir ki, X1 xəstəxanada görülmüş tibbi tədbirlərə baxmayaraq ölmüşdür. Sonra ona məlum olmuşdur ki, hadisədən bir neçə saat sonra, yəni 08 sentyabr 2016-cı il tarixdə saat 10- 11 radələrində X1in atası Məhyəddin rus milliyətindən olan qonşusugilə gələrək uşaqları özü ilə yaşadığı evinə aparmışdır. Şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, 1975-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanda yaşayır. Onun yaşadığı mənzil beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir, həmin mərtəbədə 4 mənzil yerləşir, 9-cu mənzildə milliyyətcə rus ailə yaşayır, 10cu mənzildə əvvəllər xəstəxananın reanimasiya şöbəsində işləyən Sevinc adlı şəxs yaşamış və 2016-cı ilin may ayında həmin mənzili tanımadığı bir kişi cinsli şəxsə satmış və həmin mənzilin sahibi mənzili kirayəyə verməyə başlamışdır. Həmin evdə kirayədə 08 iyun 2016-cı il tarixdən başlayaraq 4 nəfərdən ibarət olan ailə yaşamağa başlamışdır. Tarixi dəqiqliklə ona görə yadında saxlamışdır ki, 08 iyun 2016-cı il ta rixdə o, Rusiya Federasiyasında olmuş, 09 iyun 2016-cı il tarixdə isə Sumqayıt şəhərinə qayıdanda həmin gün qeyd etdiyi ailə həmin mənzilə köçmüşdür. Həmin ailə X1, Xatirə və iki azyaşlı uşaqdan ibarət olmuşdur. O, həmin ailə ilə demək olar ki, ünsiyyətdə olmamış, buna baxmayaraq həmin ailə haqqında olan bəzi məlumatları bilmişdir. Belə ki, ona məlum olmuşdur ki, X1 heç bir yerdə işləmir, Xatirə isə qadın salonunda işləyir və uşaqlarına baxmaq üçün normal gəliri olur. Həmin evdə kirayədə yaşamağa başladıqları vaxtdan evlərində mütəmadi olaraq, demək olar ki, hər gün mübahisələr baş vermiş, X1 nər dəfə Xatirəni döymüş, sonuncu da buna görə daim ağlamışdır. X1 spirtli içki qəbul edən kimi sərxoş vəziyyətdə evə gəlib qapını bərk döymüş, Xatirə qapını açmayanda isə heç yerə getməyib qapını dah a möhkəm döyməkdə davam etdiyindən sonuncu, məcbur olub qapını açırmış. X1 Xatirə qapının açmadığı və onu yaxınına buraxmadığı üçün onu döyürmüş, uşaqları isə səhərə kimi ağlayırmışlar. X1lə Xatirənin mübahisələrinə görə o, evdə yata bilməmiş, Xatirə X1dən onlardan əl çəkməyi, rahat buraxmağı demiş, lakin cavabında X1dən zərbələr almışdır. 2016-cı ilin sentyabr ayının 07-dən 08-nə keçən gecə yatmağa hazırlaşan zaman Xatirəgilin qapısının döyüldüyünü eşitmişdir. O, qapıdan baxdıqda görmüşdür ki, qapını döyən X1dir. X1 möhkəm və uzun müddət Xatirəgilin qapısını döymüş, həmin vaxt o, hamam otağına keçmişdir və orada olduqda Xatirənin qapını döyən şəxsin kim olduğunu soruşmasını eşitmişdir. X1 ona qapını açmağı desə də, Xatirə qapını açmaq istəməmiş, X1 isə qapını daha da, möhkəm vurmağa başla mışdır. X1 Xatirəyə qapını açmayacağı təqdirdə qapını sındıracağını dedikdə Xatirə qapını açmışdır. X1 Xatirəni vurmuş, sonuncu da yerə yıxılmışdır. X1 isə ağlamağa başlamışdır. X1 Xatirəyə sonuncunun pullarına ehtiyacının olmadığını, dostlarının ona “peysər” dediklərinə görə dostları ilə utanıb danışa bilmədiyini demişdir. O, X1in söhbətlərindən belə başa düşmüşdür ki, kimsə X1ə Xatirə barəsində nəsə dediyinə görə X1 evə gəlib Xatirə ilə nəsə etmək istəmişdir. X1 yalvarmışdır ki, Xatirə onunla birlikdə olsun, lakin Xatirə X1i özündən kənara itələdiyindən sonuncu qışqıraraq Xatirəyə «Ramillə olmaq istəyirsən» sözlərini demiş, Xatirə isə X1ə «hə elə də edəcəm, biz boşanmışıq, mən azad qadınam» deyə cavab vermişdir. Həmin vaxt yenə X1in Xatirəni döydüyünü və uşaqlarının qışqırdıqlarını eşi tmişdir. Daha sonra kimsənin mətbəxə qaçdığını, Xatirənin və uşaqlarının qışqırıq səsləri daha da möhkəm olduğunu eşitmişdir. Sonra o, qapını açmış və X1in blokda olduğunu, Xatirənin isə həyacanlı vəziyyətdə özündə olmadığını görmüş, Xatirə qışqıraraq kömək istəmiş və təcili tibbi yardımın çağırılmasını demişdir. Xatirə X1in ayağını ağ bir şeylə bağlamış və kömək edilməsi üçün yalvarmışdır. Xatirənin həmin vaxt danışıqlarından belə başa düşmüşdür ki, X1 onun üzərinə bıçaq çıxarıb və nəcə olubsa həmin bıçaq X1in ayağına girib. Xatirə həddindən artıq həyacanlı olduğundan o, “hər şey yaxşı olacaq” deyə Xatirəni sakitləşdirmişdir. O, dərhal təcili tibbi yardımı çağırmış və həkimlər gəlib X1i xəstəxanaya aparmışlar. X4,X2 ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərdi ki günlərin birində günor ta saatlarında o, evin sanitar qovşağında olan zaman yenə də Xatirəgilin evində qıy-qışqırıq səslərini, yenə də X1in Xatirəni döydüyünü və Xatirənin də X1ə yalvardığını, həmçinin uşaqların da qışqırışdıqlarını eşitmişdir. O, həmin səslərdən dəhşətə gəldiyindən onların qıy-qışrırıq səsini mobil telefonuna yazmışdır. Həmin hadisə 24 iyun 2016-cı il tarixdə saat 19:33-də baş vermişdir, çünki onun telefonunun yaddaşında həmin səs yazısı hazırki vaxta kimi qalmış və həmin səs yazısını kompakt diskə köçürərək özü ilə gətirib istintaq orqanına təqdim etmişdir. Həmin fonoqramda açıq-aydın X1in Xatirəni döyməsi, Xatirənin ona yalvarması və uşaqlarının da ağlaşma-qışqırıq səsləri müşahidə olunmuşdur. X1 qapını təxminən 3-4 dəqiqə ərzində möhkəm-möhkəm döydükdən sonra Xatirə qapını açmış və X1 içəri keçən kimi evin içərisindən qışqırıq və tappıltı səsləri gəlməyə başlanmışdır. Bu dava təxminən 15 dəqiqə ərzində davam etmiş, səs-küy, tappıltı getdikçə çoxalmışdır. Artıq onların bu hərəkətlərindən təngə gəldiyindən bacısı İrina qapını açıb evdən çıxmışdır ki, onlara getsin və öz iradını bildirsin. İrina bloka çıxa-çıxda Xatirəgilin da qapısı açılmış və X1 evdən çölə çıxaraq İrinaya təcili tibbi yardımı çağırmağı xahiş etmişdir. X1in əynindəki şalvar aşağı çəkilmiş vəziyyətdə olmuş, sağ ayağına ağ rəngli mələfə bağlanmış, hətta X1 özü də əli ilə həmin yeri tutmuşdur. X1in dalınca Xatirə çölə çıxıb qışqıraraq camaatı köməyə çağırmış və hamıya «mənim günahım yoxdur, o, özü məni bıçaqla vurmaq istəyirdi, bıçaq onun özünə girdi» sözlərini demiş və bu sözləri Xatirə deyəndə X1 bunu eşidib heç nə cavab vermədiyindən belə fikirləşmişdir ki, Xatirənin dedikləri həqiqətə uyğundur. Xatirə X1in sağ ayağını mələfə ilə möhkəm-möhkəm sıxmışdır ki, qan axmasın, lakin qan dayanmaq bilməmişdir, bütün hər yer qan gölməçəsinə çevrilmişdir. Bacısı İrina 103 xidmətinə zəng edib evin ünvanını deyərək oraya həkim çağırmış, bu zəngdən sonra təcili tibbi yardım briqadası gəlib və X1i götürüb aparmışlar. Cinayət işinin matetiallarına əlavə olunmuş azyaşlı Nuray Məmmədovanın iştirakı ilə keçirilmiş məhkəmə psixoloji ekspertizasının 27.12.2016-ci il tarixli 26636 saylı rəyinin təsviri əsaslandırıcı hissəsində psixoloqun suallarına cavab olaraq Nuray Məmmədova müayinə zamanı baş vermiş hadisə ilə əlaqədar danışarkən atasının anası tərəfindən bıçaqla xəsarətləndirdiyini bildirmişdir. Lakin X3a anasını n mətbəxdən bıçaq götürdüyünü və atasını mətbəxdən götürdüyü bıçaqla vurduğunu bildirdikdə, özünə məxsus şəkildə həyacan keçirmişdir. Həmin zaman X3a özünə məxsüs qeyri-verbal davranış aktları yerinə yetirmişdir. Belə ki, yetkinlik yaşma çatmayan X3a psixoloji söhbət-müsahibə zamanı əllərini sıxır, barmaqlarını üzü aşağı darta-darta sanki danışığında səhvə yol verə biləcəyindən ehtiyat edir. Sıxılır, onun daxili bir narahatçılıq keçirməsi müşahidə olunur. Lakin müəyyən vaxtdan, yəni ekspertlərin çoxsaylı suallarından sonra x1 anasının bıçaqla atasını vurduğunu görmədiyini bildirir. Qeyd edir ki, «mən səsə yuxudan durdum gördüm atadan qan gəlir. Ana ona kömək edirdi ata ağlayırdı ayağından qan gəlirdi, ana da ağlayırdı, qışqırırdı kömək edin... kömək edin anam əsirdi atama kimin bıçaq vur duğunu görmədim, mən duranda anam atamın ayağını bağlayırdı, yerdə qan var idi, anam qonşuları köməyə çağırırdı, ağlayırdı, qışqırırdı...özünü vurdu... deyirdi. Anamın əlində bıçaq yox idi, mən görməmişəm. Cinayət işinin materiallarına əlavə olunmuş azyaşlı X6 Məmmədlinin iştirakı ilə keçirilmiş məhkəmə psixoloji ekspertizasının 27.12.2016-ci il tarixli 26637 saylı rəyinin təsviri əsaslandırıcı hissəsində psixoloqun suallarına cavab olaraq X6 psixoloji müayinə zamanı baş vermiş hadisə ilə əlaqədar danışarkən ilkin olaraq anasının mətbəxdən bıçaq götürməklə, atasını xəsarətləndirdiyini göstərir. Həmin zaman, yəni X6 hadisəni gördüyünü təkrarlayarkən onun gərgin olması və daxili bir narahatçılıq keçirməsi müşahidə olunur, belə ki, o, qeyri-verbal hərəkətlərdən istifadə edir, əlləri ilə ayaql arını ovuşdurur, əllərini, ayaqlarının üzərinə basıb sıxır. Əllərini ayaqlarının üzərinə basaraq yuxarıya və aşağıya tərəf fasiləsiz sürtür. Lakin X6 ekspertlər tərəfindən verilən çoxsaylı suallardan sonra hadisəni görmədiyini, yuxudan oyandıqda hər yerin qan olduğunu və atasının ayağından qan axdığını gördüyünü göstərir. Məhkəmələr azyaşlılar x1 və X6nin baş vermiş hadisənin təfərrüatı ilə bağlı məhkəmə istintaqı zamanı verdikləri ifadələri əvvəlki ifadələrinə münasibətdə ziddiyyətli hesab etmiş, onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələri də həqiqəti əks etdirmədiyi üçün istintaq orqanı tərəfindən sübut kimi sübutların siyahısından çıxarılmış və həmin ifadələrin ziddiyyətli ifadələr olmaqla babası və nənəsinin təsir altında verildiyi üçün həmin ifadələrə sübut kimi istinad edilə bilinməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 1401 saylı 09.09.2016-cı il tarixli rəylə müəyyən edilmişdir ki, Məhkum bədəni üzərində sağ bazunun 1/3-nin, sağ dirsək oynağının arxa səhtinin, sağ budun aşağı 1/3-nin, sol budun iş səhtinin aşağı 1/3 qançırı, sol dirsək oynağının, sağ əlin, sol mil-bilək oynağının sıyrıqları xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, müddəti müayinə olunan vaxtdan 1 günə qədər olmaqla, qərarda göstərilən tarixə, yəni 08.09.2016-cı il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə ail olduğu üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər müxtəlif vəziyyətdə törənə bilər, o cümlədən fiziki zor gös tərməklə cinsi əlaqəyə cəhd zamanı törənə bilməsi inkar olunmur. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkum xəsarət aldığı zaman zərər yetirənlə müxtəlif qarşılıqlı vəziyyətdə-üzbəüz, yan-yana və s. ola bilərdi. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 120 nömrəli 02.10.2016-cı il tarixli rəylə müəyyən edilmişdir ki, X4nun meyiti üzərində aşkar edilmiş xəsarətlər - sağ budun iç səthinin aşağı 1/3-nin bud arteriyasını zədələyən yara və sol budun bayır səthinin yuxarı 1/3-nin kəsilmiş-deşilmiş yara həyatidirlər, hadisə yerindən götürülmüş bıçağın təsirindən törənməsi inkar olunmur, dərəcəsinə görə sağ budun iç səthinin aşağı 1/3-nin bud arteriyasını zədələyə n yara həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən ağır, sol budun bayır səthinin yuxarı 1/3-nin kəsilmiş-deşilmiş yarası isə sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə təkrar komisyon məhkəmə-tibb ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin ekspertlərinə həvalə edilmiş və Birliyin ekspertləri tərəfindən verilmiş 22.11.2016-cı il tarixli 321/2016 saylı rəydə Birliyin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 120 saylı 02 oktyabr 2016-cı il tarixli rəydə göstərilənlər tam təsdiq olunmuşdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, xəsarətlərin xarakteri və yerləşdiyi nahiyə onların istər zərərçəkmişin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilməsini inkar etmir.. Məhkəmə-kimyəvi tədqiqat z amanı meyitdən götürülmüş qanda etil spirti aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə tövsif edilmişdir. İşin hallarına müvafiq olaraq məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətinin dəlilərini əsaslı hesab etmir. Ona görə də müdafiəçinin kassasiya şikayəti təmin edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin kassasiya şikayətinin dəlillərindən biri məhkuma daha ağır cinayəti üzrə ittiham verilməli olması barədədir. Bu dəlillərin əsassızlığı və qanunun tələbinə uyğun olmaması aşağıdakılarla təsdiq edilir. CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüs usi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu qanunun mənasına görə məhkəmə müstəqil olaraq təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifini CM-nin daha ağır maddəsinə dəyişə bilməz, lakin daha yüngül maddəyə dəyişə bilər və ya irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsas ında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcud luğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göstərilən qanunun mənasına görə cinayət işinə birinci instansiyası məhkəməsində baxılan mərhələdə təqsirləndirilən şəxsin cinayət əməlinin CM-nin daha ağır maddəsinə tövsif edilməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə zərər çəkmiş şəxsin vəsatət qaldırmaq hüququ vardır. Zərərçəkmiş şəxsin hüquqi varisi qanunun onlara verdiyi hüquqa əsasən daha ağır cinayət üzrə ittiham irəli sürülməsi üçün işin baxılmasına xitam verilməsi və istintaq orqanına qaytarılması haqqında verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Cinayət işinə apellyasiya baxışı mərhələsində baxılark ən isə qanunla zərər çəkmiş şəxsə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı vəsatət vermək hüququ müəyyən edilməmişdir. Yəni, CPM-nin 391.8-1-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Bu qanunun məzmunundan müəyyə n edilir ki, apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinin CM-nin daha ağır maddəsinə dəyişdirilməsi barədə zərər çəkmiş şəxsə vəsatət vermək hüququ müəyyən edilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri məhkum barəsində yüngül cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında’'' 2003-cü il 25 iyun tarixli Qərarı 2ci maddəsinin 4-cü abzastında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətb iqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasın a və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın anlayışını və məqsədini təsbit edənAzərbaycan Respublikası CM-nin 41ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə Məhkum barəsində qazancdan dövlət nəfinə pul tutmaqla islah işləri cəzası təyin edərkən bu qanunun tələbinə uyğun olmayan əsassız nəticəyə gəldiyindən bu barədə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri əsaslıdır və bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin et dikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərarı cəza təyini hissəsində ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-718/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-718/2019
14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver