Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-718/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlqar Kamal oğlu Dəmirov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər N.F.Quliyev və N.F.Quliyevdən ibarət tərkibdə) 1(099)-275/2020 nömrəli 04 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 46 A-da qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cin ayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2020-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov oğlu (sədrlik edən), E.Ə.Camalov və H.İ.Əhmədovdan ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindi yi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə qədər azaldılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum edilmişdir ona görə ki, o, 01 fevral 2020-ci il tarixdə İran İslam Respublikasının Persabad şəhərində intintaqla müəyyən edilməmiş mənbədən satış məqsə di ilə qanunsuz olaraq 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 35,310 qram, 16480 qram və 14.540 qram olmaqla ümumilikdə külli miqdarda 66,33 qram metamfetamin psixotrop maddəsini və 1 ədəd sellofan bükümdə külli miqdarda 26,273 qram heroin narkotik vasitəsini əldə etmiş, metamfetamin psixotrop maddəsinin 35,310 qramlıq 1 bükümünü və heroin narkotik vasitəsi bükümünü malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “Smart” markalanma yazısı olan, ayaqqabı silmək üçün nəzərdə tutulmuş süngərin plastik qutusunun içərisində süngərin altında yerləşdirib əl yüklərinə daxil olan 1 ədəd qara rəngli əl çantasının içərisində, metamfetamin psixotrop maddəsinin 16,480 qram və 14.540 qramlıq 2 ədəd bükümlərini isə düz bağırsağında yerləşdirib saxlamış, İran İslam Respublikas ından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 16 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük “Biləsuvar” Gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalıçılıq yolu ilə keçirmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı Həsən Ağa oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Protest müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı ol an hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur.Məhkum əldə edərək üzərində saxladığı, daşıdığı və qaçaqmalçılıq yolu ilə keçirdiyi psixotrop maddə metafetamin 66,33 qram, narkotik vasitə olan heroin isə 26,273 qram olmaqla miqdarları şəxsi istehlak miqdarından dəfələrlə artıq, yəni olmaqla külli miqdar təşkil edir ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Dövlət ittihamçısının fikrincə Məhkum metafetamin və heroinin külli miqdarın aşağı həddindən cüzi artıq (məsələn, 1-2 qram və sair) olmaqla satış məqsədilə əldə edib üzərində saxlamaqla daşımış və qaçaqmalçılıq yolu ilə keçirmiş şəxsə təyin edilə biləcək cəza ilə uyğun c əza (aşağı həddə azadlıqdan məhrum etmə) təyin edilməsi ədalətlilik prinsipinin pozulması deməkdir. Protest müəllifinin fikrincə Məhkum əldə edərək üzərində saxladığı narkotik vasitə heroin və psixotrop maddə metafetamin üçün müəyyən edilmiş miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq çəkidə təşkil edir ki, bu da həmin cinayətləri törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Bundan başqa, məhkəmə Məhkum cəza təyin edərkən, onu da əsas gətirmişdir ki, birinci instansiya məhkəməsi hökmdə Məhkum cəzasını yüngülləşdirən halları qeyd etsə də, cəza təyini zamanı onun şəxsiyyətini xarakterizə edən halları nəzərə almamışdır. Həmçinin məhkəmə yekun qərarında qeyd etdiyi kimi, iş materiallarından müəyyən olunur ki, Məhkum yaşayış yerindən müsbət səciy yələnməsini, əvvəllər məhkum olunmamasını, son sözündə əməlindən peşman olduğunu bildirməsini, birinci instansiya məhkəməsi hökmdə göstərsə də, bu yüngülləşdirən halların məcmusunu və şəxsiyyətini xarakterizə edən halları nəzərə almadığından, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verir və CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəza onun üçün ağır olmuş və CM-in 59.2-ci maddəsinə əsasən, əvvəllər məhkum olunmaması, birinci instansiya məhkəməsində son sözündə əməlindən peşman olduğunu bildirməsi cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Protest müəllifi qeyd edir ki, sadalanan yüngülləşdirən hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kim i nəzərə alınmışdır. Dövlət ittihamçısının fikrincə məhkəmə Məhkum cəza təyin edərkən, onun yaşayış yeri üzrə müsbət səciyyələnməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almasında haqlı olmamışdır. Belə ki, məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət səciyyələnməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmçinin məhkəmə qərarda heç bir əsaslandırma aparmadan qeyd edilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qeyd etmiş, lakin həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittih amçısı Y.Əliyevanın çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciət i olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsin i müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu bildirilir Məhkum tərəfindən verilmiş kassasiya protestinə dair etirazda isə kassasiya protestinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya protestində məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya protestinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı y üngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəx siyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsi 27 noyabr 2020ci il tarixli qərarı ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəz anın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-718/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-718/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver